RAFİQ GÖYÇƏLİ

Rafiq Göyçəlidən bir şeir

ÖZ VƏDƏSİ VAR…

Allahın hökmüdü hamıya yazıb,
Hərənin öz vaxtı, öz vədəsi var.
Kimi zamanında büdrəyib, azıb,
Hərənin öz vaxtı, öz vədəsi var.

Yaxşını yaxşılar tərifləyirlər,
Pisləri pislər də lənətləyirlər,
Yıxıb , sürütləyir, döyəcləyirlər,
Hərənin öz vaxtı, öz vədəsi var.

Haqqın yolundayıq gedirik hamı,
Talem özü görür azan adamı,
Niyə açmalıyam pisə yaxamı,
Hərənin öz vaxtı, öz vədəsi var.

Şöhrətə uyanlar qoy yaxşı bilsin,
Mənşər ayağında danışsın, dinsin,
Hinkir, minkirlərə cavabın versin,
Hərənin öz vaxtı, öz vədəsi var.

Allah da sevməyir bəd əməlləri,
Tezcə lal eyləyir uzun dilləri,
Radiq, gəl sevindir ac yetimləri,
Hərənin öz vaxtı, öz vədəsi var.

Müəllif: RAFİQ GOYCELİ (Rafiq Göyçə Cil)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ GÖYÇƏLİ

OLSUN

Var , dövlətdə yox tamahım,
Vurub, tutan qolum olsun.
Yayılmasın göyə ahım,
Şirin dilim balım olsun.

Alın tərim zəhmətimlə,
Tanrı verən möhlətimlə,
Namus , qeyrət, ismətimlə,
İşləməyə halım olsun.

Düz danışım, düz söyləyim,
Halal olsun duz, çörəyim,
Pula, vara yox gərəyim,
Ürəyimdə ləlim olsun.

Allah verən bu ömrümü,
Çox eyləsin şad günümü,
Küsdürməsin heç könlümü,
Pay verməyə əlim olsun.

Rafiq, bəsdi daha demə,
Yüklənmisən dərdə, qəmə,
Gəl fikir ver gələn dəmə,
Şirin , şəkər dilin olsun.

Müəllif: RAFİQ GOYCELİ ( Rafiq Göyçə Cil )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ GÖYÇƏLİ

yaşayıram mən…

Həsrətin könlümü yandırır yaman,
Daha dözüm yoxdur, Allah, ay aman,
Dayanıb mənim üçün deyəsən zaman,
Səni sənsiz belə yaşayıram mən.

Çəkmə ürəyimə hicran dağını,
Görürsən qəlbimin qara, ağını,
Soldurma bəxtimin bostan, bağını,
Səni sənsiz belə yaşayıram mən.

Baxım gül üzünə sevinim mən də ,
Varlığım gül açsın mərmər sinəndə,
Sevinsim gözlərim səni görəndə,
Səni sənsiz belə yaşayıram mən.

Öpüm gözlərindən nura bələnsin,
O göyçək üzünə çələng ələnsin,
Qaynar öpüşlərim qoy səpələnsin,
Səni sənsiz belə yaşayıram mən.

Nə olar Rafiqi qovma, teyləmə,
Yazıq ürəyimə zülüm eyləmə,
Mənə sənsizliyi demə, söyləmə, 
Səni sənsiz belə yaşayıram mən.

Müəllif: (Rafiq Göyçə Cil) RAFİQ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 11 İyun 1956 ) tanınmış şair, gözəl insan, etibarlı dost, hamımızın sevimlisi Rafiq Göyçəlinin doğum günüdür. Ad gününz mübarək, Rafiq müəllim!!! Sizə uzun ömür, can sağlığı, yaradıcılığınızda yeni-yeni uğurlar arzu edirik!!! Var olun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rafiq Göyçəli – Dağlara…


Dağlara, dağlara.

Mənim könlüm qar istəyir,

Gedim dağlara, dağlara.

Əhdi düz ilqar istəyir,

Gedim dağlara, dağlara.


* * *

Dərim yonca, yemliyini,

Turacını, kəkliyini,

Görmək üçün əniyini,

Gedim dağlara, dağlara.

* * *

Əzəmətli baba dağı,

Qonaq, qaralı yaylağı,

Boşdur Şamilin oylağı,

Gedim dağlara, dağlara.

* * *

Dar keçidi dağ yolları,

Sıldırım sal qayaları,

Ov etməyə turacları,

Gedim dağlara, dağlara.

* * *

Naxış vurum dağ, dərəyə,

Baxmaq üçün gözəlliyə,

Rafiq istər söz deməyə,

Gedim, dağlara, dağlara.

Dağa nə varki

Dərdi də, səri də sinəmə hopub ,

Dağ da qürurludu , dağa nə varki.

Titrəyib, göynəyib, hey əsib, coşub,

Dağ da vüqarlıdı, dağa nə varki.

* * *

Köçərdik el ilə oba, oylağa,

Sonsuz zirvələrə, dağa, yaylağa,

Niyə bəs gəlmədi dostlar dağlara,

Dağ da dözümlüdü, dağa nə varki.

* * *

Qafqazın dahisi qoca Şah dağı,

Qızarır, bozarır qaşı, yanağı,

Küsüb kimsizləşib Çənli yaylağı,

Dağın da dərdi var, dağa nə varki.

* * *

İndi ağ örpəyin qana boyanıb,

Tülək, tərlanların alışıb, yanıb,

Ceyranın, cüyürün nisgilcə qalıb,

Dağın da səbri var, dağa nə varki.

* * *

Rafiqəm, gəncliyim dağlarda qaldı,

Düşmənlər sinəmə həsrəti saldı,

Mənim varlığımı əlimdən aldı,

Dağın da səbri var, dağa nə varki.

Müəllif: Rafiq Goyceli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru