Rahilə Dövran haqqında

Xalqın sevimlisi, şairə xanım Rahilə Dövran Ömrünün 60-cı baharında həyatdan köçüb. Bu xəbər biz yazarları çox sarsıtdı. Akif müəllim sizə bütün yazarlar adından baş sağlığı verirəm. Rahilə xanım ömrünün çiçəklənən bir vaxtında aramızdan getdi. Qəbri nurla dolsun.Bu xəbər şəxsən məni çox sarsıtdı. Allah rəhmət etsin. Axır qəminiz olsun.

QISA ARAYIŞ:

Rahilə Dövran (Rahilə Vəli qızı Əliyeva) 1958 –ci ildə Naxçıvanın qədim Qaraçuq kəndində anadan olub. İlk təhsilini Qaraçuq kənd məktəbində alıb. Rahilə Dövran Azərbaycan Pedaqoji Universitetinin Kimya – Biologiya ixtisası üzrə tam kursunu bitirib. Onda poeziyaya həvəs gənc yaşlarından oyanıb. Şeirləri Respublikanın müxtəlif qəzet, jurnal və almanaxlarında dərc olunmuş, bir çox şeirlərinə mahnı bəstələnmişdir.Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rahilə Dövran “Yurdumun Günəşi”, “Gözlə yolumu”,“Bir insan ömrünə nələr sığarmış…”, “Qəzəllərim”, “Bayatılarım”, “Sonetlər, rübailər,bayatılar”, “Nənə, nağıl de mənə”adlı kitabların müəllifidir. Şairə Azərbaycan Kütləvi informasiya İşçilərinin Həmkarlar birliyi tərəfindən “Qızıl qələm” fəxri media mükafatı laureatı vəsiqəsi və diplomu ilə təltif edilmişdir.2016-cı ildə “Dövran həmin dövrandır” kitabı işıq üzü görmüşdü. “Qarabağnamə” birinci , ikinci və üçüncü hissə, “Xocalı harayı və əsirlikdən gələn səs” kitablarının yaradıcı heyətinin üzvüdür .Şairə Rahilə Dövran Ulu Diyarımız Naxçıvan Muxtar Respublikasında, Naxçıvan şəhərində yaşayırdı. 
MƏZARI NURLA DOLSUN...

Hörmətlə: VİDADİ AĞDAMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİLƏ DÖVRAN

aLLAh RƏHMƏT ELƏSİN…

Yazarlar camiəsi olaraq, tanınmış şairə Rahilə Dövranın vəfatından kədərləndiyimizi bildirir və ailə üzvlərinə, doğmalarına, yaxınlarına, onu sevib, bu xəbərə üzülən hər kəsə dərin hüzünlə başsağlığı veririk… Allah səbr versin… Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİLƏ DÖVRAN

AHƏNGİN 
(“Ömürdən- gündən” – silsiləsindən)

Dərdlərim qatbaqat, dağlardan ağır, 
Bəd xəbər, qara gün bacadan yağır. 
Zaman eyləyibdir məni qanbağır.
Yurd-yuvam, el- obam, xalqım didərgin.

Qəhr olub yüzlərlə arzum, diləyim,
Kədərdən iş tutmur qolum, biləyim.
Hansı yaramı mən açım, bələyim?
Hər gecəm, gündüzüm, hər anım gərgin.

Asiyə dönübdür zalim ehtiyac,
Hər kəsi eləyib səfil, yoxsul, ac.
Havaya, suya da taxılıb sayğac,
Bənizlər, sifətlər hüzursuz, qəmgin.

Sərvət sığmasa da bəndə, bərəyə,
Məvacib çatmayır quru çörəyə.
Millət həsrət qalıb ətə, kərəyə,
Bunu hardan bilsin hər harın zəngin.

Efirlər, ekranlar çal- çağırdadır,
Fikirlər, xəyallar pulda, vardadır.
Bilmirlər Qarabağ, Şuşa hardadır,
Yox əmrin verəni- o şanlı cəngin.

Qəm- qüssə hökm edir ruha, həm cana,
Fərəh haram olub şair Dövrana.
Məcburdu vətəndə yadtək davrana,
Tutammır zamanın, çağın ahəngin.

Müəllif: Rahile Dovran

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru