Rahim Üçoğlanlı

ÇIXARDARAM

Mən bir ay nuruyam, günəş ziyası,
Qaranlıq yerlərə gün, çıxardıram.
Şeirimlə sözümlə sevgi yükləyib,
Məkirli qəlblərdən kin, çıxardıram.

Hərdən dərviş olur,hərdən ozanam,
Hər sözü əməli xeyrə yozanam.
Nurani şaman tək cadu pozanam,
Hal tutan bədəndən cin, çıxardıram.

Rahiməm, sevirəm hər bir insanı,
Xoş hisslər ürəkdə coşdurur qanı.
Eşq ilə yoğrub mum edib canı,
Məhəbbət adlı bir din, çıxardıram.!
Ağdam-06.12.2019.

Müəllif: RAHİM ÜÇOĞLANLI RZAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı Rzayev

<<<<————–ŞEİRLƏR—————>>>>

CANIM

Məndən sənə bir əmanət,
Çox özünü sıxma, canım.
Kədər sənə əl eyləsə,
Dönüb geri baxma, canım.

Nadan yandan ötsə,görmə,
Salam alıb, salam vermə.
Geysə kətan, ipək, tirmə,
Hər gözəlçün axma, canım.

Bir axmaqla yoldaş olsan,
Suzsuz qalıb gül tək solsan.
Günlər ilə ac da qalsan,
Dadma onnan loxma,canım.

Dünya xaşıl tək qarışır,
İnsanlar cinnən yarışır.
Demə, şair səhv danışır,
Gəl,sözümdən çıxma, canım.
Ağdam-22.11.2019.

<<<<Rahim üçoğlanlı rzayev>>>>

SƏN MƏNİM İÇİMDƏ YANAN OCAQSAN

Mən, səndən uzaqda bir ocaq daşı,
Sən mənim içimdə yanan, ocaqsan.
Məni kədər sıxır, dərd qucaqlayır,
Sən sevinc tutursan yaman qoçaqsan..

Mən sənə gəldikcə gözdən itirsən,
Yeri tərk eyləyib göydə bitirsən.
Gülüm, elə gəlib elə gedirsən,
Üzün gömək olmur san ki qaçaqsan.

Bir qərib Bülbül tək dil-dil ötürəm,
Qəmdən minbər tikib təvab edirəm,
Məni, həsrət üzür, solub gedirəm,
Sən çiçək açırsan, saçaq-saçaqsan.!
Ağdam-20.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

ÇƏK GÖZÜNÜ ÇIXIM GEDİM

Məni yoldan eyləmə, Qız,
Çək gözünü çıxım, gedim.
Mən bir qərib ruh kimiyəm,
Çək gözünü çıxım gedim..

Gəl., bu hissi ağ, eyləmə,
Dərdlərimi dağ eyləmə.
Düyün vurub bağ eyləmə,
Çək gözünü, çıxım gedim.

Elə baxma., boşum dolar,
Qəlb hönkürüb saçın yolar.
Məni məndən alma, nolar.
Çək gözünü, çıxım gedim..

Rahim, daha eşqə yaddı,
Şairliyim quru addı..
Gecə düşdü,günəş, batdı.
Çək gözünü, çıxım gedim.!
Ağdam-18.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

GƏTİRMİŞƏM

Gülüm, görüşünə çiçək tapmadım,
Lalə tək qızaran üz, gətirmişəm.
Bükmüşəm qəlbimə, qoymaram sönə,
Dünyanı qızdıran köz, gətirmişəm.

Həsrət baxışlarla dəlib daş yaran,
Əksinə zillənib xoş xəyal quran.
Ötən Durnalardan yar deyib soran,
Bir cüt ağlar qalan göz, gətirmişəm.

Rahim, çox düşündü gecə yatmadı,
Sənli duyğulara haram qatmadı.
Bircə gül almağa pulum, çatmadı,
Sinəmdə bir çətən söz, gətirmişəm.!
Ağdam-17.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

ADAMI QOĞAL TƏK YEYİRLƏR ATAM

Qəsd edib, üstünə un çiləyirlər,
Ələkdən keçirib hey, ələyirlər.
Yoğurub xəmir tək kündələyirlər,
Adamı qoğal tək yeyirlər, Atam.

Nadanlar hər yerə dərdlər əkirlər,
Vurub gözəlliyi qırıb tökürlər.
İnsanlıq adına çəpər çəkirlər,
Adama özgə ad deyirlər, Atam..

Göz açıb eşq ilə baxırsan nəyə,
Alçaqlar hay salır mənimdir, deyə.
Çevirib ağ rəngin döndərib göyə,
Adamı tərsinə geyirlər, Atam.

Bir etsən, əvəzin min eyləyirlər,
Sevinci bizləyib kin eyləyirlər.
Şeytan eyləyirlər, Cin eyləyirlər,
Adamı qul edib əyirlər, Atam..

Rahimə qulaq ver, dinlə qardaşım,
Namərdlər içində ağarıb başım.
Hər adam görəndə çatılır, qaşım.
Elə bil alnımı düyürlər, Atam.!
Ağdam-16.11.2019.

Müəllif: RAHİM ÜÇOĞLANLI RZAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İlin vətənpərvər şairləri (2019)

Bu gün ( 20.11.2019 ) Azer.KİVİHİ-Media mükafatlandırma komissiyası tərəfindən Azərbaycan ədəbiyyatına xətmətləri və yaradıcılıqlarında vətənpərvərlik mövzusuna üstünlük verdiklərinə görə aşağıda adları çəkilən şairlərimiz “İLİN VƏTƏNPƏRVƏR ŞAİRİ” media mükafatına layiq görülmüşdür.
Bu barədə KİVİHT-nin sədri Çingiz Qurbanoğlu rəsmi saytında məlumat vermişdir.
DƏYƏRLİ ŞAİR DOSTLARI BU MÜNASİBƏTLƏ ÜRƏKDƏN TƏBRİK EDİB YARADICILIQ UĞURLARI ARZU EDİRƏM. LAUREATLAR:

“Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən aparılmış sorğulara görə bir sıra şair və yazıçılar mükafatlandırılıb.
Azərbaycan ədəbiyyatına tövhələri və yaradıcılıqlarında vətənpərvərlik mövzusuna üstünlük verdiklərinə görə aşağıda adları çəkilən şairlərimiz “İLİN VƏTƏNPƏRVƏR ŞAİRİ” media mükafatına layiq görülmüşdür.
1.Abbasov İlham Tahir oğlu (İlham Borçalı)
2.Aylarov İlham Qəhrəman oğlu (İlham Qazxlı)
3.Bağırov Elçin Ağasəf oğlu (Elçin Məlhəmli)
4.Bədirxanov Ədalət Əyyub oğlu(Ədalət Bədirxanlı)
5.Cəfərli Abdulla Həmidi ( Abdulla Cəfər)
6.Əlizadə Əjdər Cəbrayıl oğlu (Əjdər Əlizadə)
7.Əliyev Süleyman Miryusif oğlu (Seyid Süleyman)
8.Əsədov Həsənqan İldır oğlu (Həsənxan Əsıdov)
9.Hüseynov German Əli oğlu (Dərviş Xan)
10..Türbəndəyev Nazim Yaqub oğlu (Nazim Yaquboğlu)
11.İsgəndərov Məzahir İsgəndər oğlu (Məzahir İsgəndər).
12.Qədiyev Vaqif Əlisa oğlu (Vaqif Coşğun)
13.Qasımov Vahid Valeh oğlu (Vahid Çəmənli)
14.Məmmədov Sakit Vəlyəddin oğlu (Sakit Şəkili)
15.Məmmədov Mübariz Hüseyn oğlu (Mübariz Hüseyn)
16.Məmmədov Təvəkkül Məmməd oğlu (Təvəkkül Goruslu)
17.Məmmədov Vidadi Qafar oğlu (Vidadi Məmmədli)
18.Mustafayev Zaur Mustafa oğlu (Zaur Ustac)
19.Sarıyev Məmməd Gülşad oğlu (Məmməd Mərzili)
20.Cəfərov Zaur İlham oğlu (Zaur İlhamoğlu)
21.Qəhrəmanov İldırım Əliş oğlu (İldırım Əlişoğlu)

20.11.2019 – Bakı ş.”

İLKİN MƏNBƏ: Şairlər mükafatlandırıldı.

Mənbə: RAHİM UÇOĞLANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün həmkarlarımızdan ‎ 

tanınmış şairlər Rahim Ucoğlanlının,

Rəfiqə İsaq Qızının və

‎GƏNC YAZAR NAMAZOVA LEYLANIN DOĞUM GÜNÜDÜR. HƏR ÜÇ YAZAR DOSTUMUZU TƏBRİK EDİR. UZUN ÖMÜR, CAN SAĞLIĞI VƏ BOL-BOL YARADICILIQ UĞURLARI ARZU EDİRİK. AD GÜNÜNÜZ MÜBARƏK!!! 

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Rahim Üçoğlanlı – Rzayev

Rahim üçoğlanlı bir şeir

MİLLƏTİN GÜNAHI NƏDİR

Salmısan müşkülə lap,günlərimiz qara olub,
İlahi., söylə bilək millətin günahı,nədir.?
Ürəkdə qəm cüçərib,dil dodaqda nalə bitib,
Bir nəzər eylə görək,hər sinənin ahı,nədir.?

Niyə bu qonşuların birini dost verməmisən,
Dörd yanı düşmən edib bircə qala hörməmisən.
Yaxşı ki bir dənizi bizlərə çox görməmisən,
Kimə üz tutub deyək,bu xalqın pənahı,nədir.?

Rahim,doğma vətənin bundan ağır yox çətini,
Birisi qanın içir,biri yeyir çiy ətini.
Kim, duyub anlayacaq sözlərimin hikmətini,
Daş ürəklər nə bilir, dərdlərimin şahı,nədir.?
Ağdam-19.09.2019.

Müəllif: RAHİM ÜÇOĞLANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı

Rahim üçoğlanlının söz dünyası

EŞQ BUDUR

Əksi gəlib göz önündə durursa,
Duyğuların yarla təmas qurursa.
Ocaq çatıb qəlbinə od vurursa,
Üz saralıb solursa,bax eşq budur.

Dəli həsrət salıb haldan-hallara,
Gözlərini tikdirirsə yollara.
Bənövşə tək ruh tapınıb kollara,
Boynu bükük qalırsa,bax eşq budur.

Fikirlərin bir bucaqda cəmlənib,
Hal əhvalın zildən enib bəmlənib,
Xəyallara dalıb,bir az qəmlənib,
Gözün yaşla dolursa,bax eşq budur.

Rahim,bil ki haqqdan gəlir sözlərin,
Dodaq əsib, titrəyirsə dizlərin.
Ayrılığa qiyam edib, hisslərin,
Saçlarını yolursa, bax eşq budur.!
Ağdam-11.09.2019

<<<RAHİM ÜÇOĞLANLININ SÖZ DÜNYASI>>>

YÜZ İL SONRA GÖZÜMÜZƏ YAŞ DÜŞÜB

Dinmə könül,yum gözünü qoy ötsün,
Hesab eylə səhv gəlibdir çaş düşüb.
Toquşubdur zaman özü zamanla,
Dövran elə onçu ayaq-baş düşüb.

Yum gözünü qayıtmayaq keçmişə,
El qınayar lənət deyər bu işə.
Nə vaxtdan ki biz qol atdıq sazişə,
Başımıza o vaxtdanda daş, düşüb.

Ömür boyu yad qazanda qaynadıq,
Kim nə dedi səxavətlə payladıq.
Gör nə qədər çıtıq çalıb oynadıq,
Yüz il sonra gözümüzə yaş, düşüb.

Türkmənçayda şərəf getdi, itirdik,
Gülüstanda,gül yox, qanqal bitirdik.
Qoçu verib, yurda Keçi gətirdik,
İndi yaman könlümüzə xaş,düşüb.!
Ağdam- 10.09.2019

<<<RAHİM ÜÇOĞLANLININ SÖZ DÜNYASI>>>

DAHA BU DÜNYADA YAŞAMIRAM Kİ

Özümə başqa bir dünya qurmuşam,
Daha, bu dünyada yaşamıram, ki..
Axtarıb gəzməyin, izim tapılmaz,
Daha bu dünyada yaşamıram, ki..

Nəyi var qaytarıb verdim özünə,
Qoy yanıb tökülüb,döysün dizinə.
Onu həsrət qoydum insan üzünə,
Daha bu dünyada yaşamıram, ki..

Yolunda ömrümü hədər etmişəm,
Nadanlar önündə dil-dil ötmüşəm.
Qədrimi bilmədi, küsüb getmişəm,
Daha bu dünyada yaşamıram, ki..

Göydə ağ buludu yayıb bükmüşəm,
Özümə bir kiçik xeymə tikmişəm.
Ən parlaq ulduzdan işıq çəkmişəm,
Daha bu dünyada yaşamıram, ki..

Çalışdım,vuruşdum görmədi,neynim,
Qəlbi sevindirib açmadı eynim.
Birdə qəm yükünü çəkməz bu çiynim,
Daha,bu dünyada yaşamıram, ki.!
Ağdam-09.09.2019

<<<RAHİM ÜÇOĞLANLININ SÖZ DÜNYASI>>>

AY ZALIM QIZI

Demə ürəyimdə bir eşq yatırmış,
Oyatdın, dad edir, ay zalım qızı.
Elə qəribsəyir, elə inləyir,
San ki fəryad edir, ay zalım qızı.

Əl çəkib dünyanın gözəllərindən,
Tutur məhəbbətlə ağ əllərindən.
Dərib çələng tutur söz güllərindən,
Adına ad edir, ay zalım qızı.

Neyləsin,uzaqsan heç əli çatmır,
Dolub, məhəbbəti sevgini tutmur.
Hey səni düşünür,bir an unutmur,
Hər zaman yad edir,ay zalım qızı.

Rahimi, gah yerə gah çəkir göyə,
Gah atır şəhərə, gah salır köyə.
Hərdən kədər verir bilmirəm niyə,
Hərdən də şad edir, ay zalım qızı.
Ağdam-09.09.2019

Müəllif: RAHİM ÜÇOĞLANLI (RZAYEV)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİM ÜÇOĞLANLI

Rahim üçoğlanlıdan bir şeir

BİLMƏDİYİM SİR QALMADI

Bu yay yaman isti keçdi,
Üşüməyə yer qalmadı.
Günəş yuyub sərdi məni,
Bir yerimdə kir qalmadı.

Təmizlənib çıxdım safa,
Bir dərd qaldı,bir də cəfa.
Çox gəzdim etibar,vəfa,
Getmədiyim yer qalmadı.

Haqq gəlmədi ha neylədim,
Dərdimi suya söylədim.
Baş təpdim, dua eylədim,
Öz yurdumda pir qalmadı.

Dedim,görən bu nə yükdü,
Gözlərimə duman çökdü.
Bir şux mələk açıb, tökdü,
Bilmədiyim sirr, qalmadı.!

Ağdam-17.08.2019

Müəllif: ( Rahim Üçoğlanlı Rzayev  ) RAHİM UCOGLANLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı

Rahim üçoğlanlının söz dünyası

TAPILMADI

Bu gün sözlər ilə şəklini çəkdim,
Nurunu çəkməyə söz, tapılmadı.
Sözləri xəmir tək qatıb yoğurdum,
Gözünün rəngləri düz, tapılmadı.

Çəkdim kipriyini, kaman qaşını,
Şeirlə daradım gülüm, başını.
Düzdüm yanağına Kəbə daşını,
İşvəni yaratdım, naz tapılmadı.

Həvəslə şəninə gül çiçək əkdim,
Bülbül tək eşq ilə dövrəndə səkdim.
Əksinə can verib, min ədva tökdüm,
Şəkərin bol etdim, duz, tapılmadı.

Sussuz səhra kimi lap quraqladım,
Məhəbbət kitabın hey varaqladım..
Çox nəzər yetirdim,çox soraqladım,
Dünyada sənin tək Qız, tapılmadı.. 
Ağdam-10.08.2019

= = = =

SANMA BİTİB TÜKƏNMİŞƏM KÖZÜM YOX

Qoca dünya, az sınağa çək məni,
Boşla gedim, bu ruhumdu özüm,yox..
Gəl çalışma tez dilimi kəsməyə,
Heç düşünmə deyiləsi sözüm, yox..

Çox istədin sındırasan,sınmadım,
Sərçə kimi hər budağa qonmadım..
Elə bilmə dərk eləyib qanmadım,
Zənn eləmə haqqı görən gözüm, yox..

İndi məni hey qıdıqla gülmərəm,
Çıxarsan da qabırğamı bilmərəm..
Gedər olsam, bir də sənə gəlmərəm,
Daha canda əvvəlki tək dözüm, yox..

Od ələyib alov tökmə üstümə,
Göy tutular, yer qaralar, tüstümə..
Bil ki hələ bir el qızar istimə,
Sanma bitib tükənmişəm, közüm, yox..
Ağdam – 09.08.2019

= = = =

HARDA QALDIN AY SEVİNCİM

Harda qaldın ay sevincim,
Bir dəfə görmədim səni.
Naxış vurub ilmə-ilmə,
Qəlbimə hörmədim, səni.

Unutdun səmti yönü də,
Qəm yedi ömrü,günü də..
Pay tutub bir ağ sinidə,
Ruhuma vermədim, səni.

Rahimi, yada salmadın,
Dərdin əlindən almadın.
Gəlib köksümə dolmadın,
Heç yığıb sərmədim, səni..

Ağdam-02.08.2019

= = = = =

HEÇ

Bilmirəm nədəndir,neyləmişəm mən,
Bəxtimin düyünün fələk açmır, heç..
Dünyanı işığa qərq edən günəş,
Üstümə bir zərrə şəfəq saçmır, heç.

Şehli gül çiçəyin çoxdan dərmirəm,
Dünyaya gələndən bir gün görmürəm,.
Kədəri ac qoyub su da vermirəm,
Durub ürəyimdən çıxıb qaçmır, heç..

Rahiməm,köksümdə sevgi əkirəm,
Sınıq könülləri eşqlə tikirəm..
Ha sözlə vəsv edib nəzmə çəkirəm,
Sevimli tərlanım göylə uçmur, heç.!

Ağdam – 31.07.2019

Müəllif: RAHİM UCOGLANLİ ( Rahim Üçoğlanlı Rzayev  )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİM ÜÇOĞLANLI

Ağdam ədəbi mühitinin tanınmış nümayəndəsi

Azərbaycanın tanınmış şairlərindən olan, “Qızıl Qələm” Mükafatı laureatı, Ağdam ədəbi mühitinin nümayəndəsi, Rahim Üçoğlanlıdan (Rahim Üçoğlanlı Rzayev ) bir neçə şeir t’qdim edirik:

HEÇ

Bilmirəm nədəndir,neyləmişəm mən,
Bəxtimin düyünün fələk açmır, heç..
Dünyanı işığa qərq edən günəş,
Üstümə bir zərrə şəfəq saçmır, heç.

Şehli gül çiçəyin çoxdan dərmirəm,
Dünyaya gələndən bir gün görmürəm,.
Kədəri ac qoyub su da vermirəm,
Durub ürəyimdən çıxıb qaçmır, heç..

Rahiməm,köksümdə sevgi əkirəm,
Sınıq könülləri eşqlə tikirəm..
Ha sözlə vəsv edib nəzmə çəkirəm,
Sevimli tərlanım göylə uçmur, heç.!

Ağdam – 31.07.2019

= = = =

YARADIB

Tanrının lütvünə bax gör nə gözəl can yaradıb,
Gözünə sürmə çəkib, kipriyini san, yaradıb.

Nur verib camalına, işıq yayıb şölə saçır,
Hər qaranlıq gecəyə san ki onu dan, yaradıb.

Ətirli gül çiçəkdən zərrə-zərrə bal çıxarıb,
O gözəl əndamını mum eləyib şan, yaradıb.

Suyun ulduzdan alıb,palcığın aydan yoğurub,
Canına ruh üfürüb, damarında qan, yaradıb.

Gör necə dəyişdirib, Rahimi tək bir baxışı,
Qap-qara bir qul idim söküb məni xan, yaradıb. 
Ağdam-29.07.2019

= = = =

GÜLÜM İNCİYƏR

İstədim gül verəm,əlim gəlmədi,
Dedim,gülü görüb gülüm,inciyər.
Öz qoxu bu gülü dəyərdən salar,
Əlimdə tutduğum gülüm, inciyər..

Bilirəm,həyatda gül gülü sevməz,
Bir gül öz yerini bir gülə verməz,.
Qısqanclıq eyləyib gül gülü görməz,
Pərt olub hər iki gülüm, inciyər..

Qıymaram qəlbində eşq dönə aha,
Lap gülüm olsada qızıldan baha..
Çalışıb bu fikrə düşmərəm daha,
Gülə, gül vermərəm, Gülüm, inciyər.. 
Ağdam-28.07.2019

= = = =

KÖNLÜMÜN

Sevgidən deyəndə həsrətdən şişib,
Yarpaq tək titrəyib teli, könlümün.
Bir sınıq saz kimi kökündən düşüb,
Yenib bəmdə durub zili, könlümün.

Çəkdiyi zülümdən tabı qalmayıb,
Qapısın açsa da sevgi dolmayıb.
Bircə gün həyatda qəmsiz olmayıb,
Heç hamar olmayıb yolu, könlümün.

Bu fani dünyada bir gün görməyib,
Eşqidən bac alıb, xərac verməyib.
Nazlı gözəllərdən əhval sormayıb.
Əzəldən lal olub dili, könlümün.

Saf duyğu hisslərlə boşalıb, dolub,
Məhəbbət uğrunda son şəhid olub.
Köksümdə özündən xatirə qalıb,
Bir ovuc ağ-appaq külü, könlümün.!
Ağdam-1989

Müəllif: RAHİM UCOGLANLİ ( Rahim Üçoğlanlı Rzayev )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİM ÜÇOĞLANLI

DOSTUM

(Gözəl insan, çox istedadlı şair, əziz dostum doktor Əjdər Əlizadə)

Dost gəlişi bayram olar deyərlər…
Gəlişin bayramdı bil mənə Dostum.
Səni gördüm qəlbim elə şad oldu,
Gülüstan göründü çöl mənə Dostum.

Nur yağırdı mələkxislət üzündən,
Çağlayırdı həyat eşqi gözündən..
Doymadım heç söhbətindən sözündən,
Baldan şirin gəldi dil mənə Dostum.

Gün olsun ki biz Ağdamda görüşkək,
Əhval tutaq dost qardaşı soruşaq.
Rahim dönüb oldu bir yetim uşaq,
Ayrılıb verəndə əl mənə Dostum…

Müəllif: Rahim Ucoglanli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru