Sadıq Qarayev- Aktual məsələ

Mədəniyyətin xatirəsinə qoyulmuş yaşıl abidələr

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə  bir gündə 650 min ağac əkiləcək. Bunun Respublikamızın, eləcə də dünya ekalogiyasına faydası, insan sağlamlığına töhfəsi haqqında.

Azərbaycan xalqı dünya elminin, mədəniyyətinin yeni təkamül müstəvilərinə keçməsində mühümm rol oynayan bir çox dahi şəxsiyyətlər yetirmişdir. Bunlardan biri də 1369-cu ildə Şamaxı şəhərində anadan olmuş, klassik Şərq və qədim yunan fəlsəfəsini, ədəbiyyatını dərindən mənimsəmiş, dinlərin tarixini, tibbastronomiya və astrologiyariyaziyyat və məntiq elmlərini mükəmməl öyrənmiş böyük mütəfəkkir, alim və şair İmadəddin Nəsimidir (tam adı: Seyid Əli ibn Seyid Məhəmməd).

İmadəddin Nəsimi bir çox dilləri dərindən öyrənmiş, Azərbaycanfars və ərəb dillərində dünya ədəbiyyatının inciləri sırasına daxil olan ölməz poeyiziya nümunələri yaratmışdır.  Onun azərbaycanca yazdığı şeirlər həm məna baxımından, bədii təsvir vasitələrinə, dilin zənginliyinə görə seçilməklə yanaşı, həm də xalq nitqinə yaxınlığı, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlərin çoxluq təşkil etməsi ilə Azərbaycan poeziyasında yeni inkişaf istiqamətləri müəyyənləşdirmişdir.

Nəsimin dünyagörüşünün təmərgüzləşməsində ustadı hesab etdiyi, dövrünün mütəfəkkir alimlərindən olan hürufi Fəzlullah Nəiminin, eləcə də İbn Sina, Xaqani, Nizami, Fələki, Mənsur Həllac,  Şeyx Mahmud Şəbüstərinin əsərlərinin böyük rolu olmuşdur.

Nəsimi mövcudluğa, təbiətdə və cəmiyyətdə gedən proseslərin mahiyyətinə, ALLAHIN dərk edilməsinə dövrünün məşhur Sufi, Hurufi fəlsəfi baxışları, Panteist ideyaları vasitəsilə baxmaqla yanaşı, əldə etdikləri biliklər əsasında özünəməxsus mütərəqqi fikirlər irəli sürmüşdür ki, bunların da əsasında elmi yükün çoxluq təşkil etməsi, yenilkçilik onu sələfləridən fərqləndirmişdir. Beləliklə, özünəməxsus ideyaların, yeni düşüncə sisteminin əsrarəngiz poetik mümunələrdə verilməsi, həmçinin öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq göstərməsi onu tezliklə Şərqdə, sonralar isə dünyada məşhur etmişdir. Nəsimi yaradıcılığı istər poeziya gözəlliyi, isərsə də misralardakı həqiqət yüklü çox qatlı məna baxımından Dünya ədəbiyyatı və fikir tarixində təkrarolunmaz, unikal və əbədi yer qazanmışdır.

Nəsimi Azərbaycan xalqının qürur duyacaq, bədii və fikir səviyyəsini, milli-mənəvi zənginliyini  dünyada nümayiş etdirəcək böyük mütəffəkir şairlərimizdəndir. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlaham Əliyev 15 noyabr 2018-ci ildə növbəti ildə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 – 1417) 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncam imzalamışdır. Bu sərancam Azəbaycanın dahi şəxsiyyətlərinə, milli-mənəvi dəyərlərinə, ədəbiyyatına, fəlsəfə və fikir tarixinə böyük diqqətin və dövlət qayğısının bariz nümunəsidir.

Prezident İlaham Əliyev cənabları tərəfindən imzalanmış  sərancamdan sonra, AMEA-nın müvafiq qurumları, Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, bir sıra qeyri hökümət təşkilatları Nəsmi irsinin daha dərindən araşdırılması, yeniyetmə və gənclər arasında, eləcə də dünyada təbliğ olunması istqamətində müxtəlif yönlü işlər görmüşdür. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında Nəsimin əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. 3 iyun 2019-cu ildə İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı Mars və Yupiter planetlərinin arasında yerləşən 1995 UN2 asteroidinə Nəsiminin adını vermişdir.

Nəsminin 650 illik yubleyinin qeyd edilməsi Heydər Əliyev Fondunun 2019-cu ildə həyata keçirdiyi fəaliyyət proqramları içərsində prioritet istiqamətlərdən olmuşdur. Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyeva dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə  bir gündə 650 min ağac əkilməsi təşəbbüsü irəli sürmşdür. Bu təşəbbüs biz biloqlar tərəfindən çox yüksək qiymətləndirlmişdir. Həm də bizi sevindirmişdir.

Dünya praktikasında yubleylər qeyd edilərkən müxtəlif metodlardan, aksiyalrdan istifadə edilir. Məslən yubliyarın şərəfinə poçt marakaları, pul əskinazları, sikkələri, müxtəlif qiymətli əşyalar və s. buraxılır, abidləri qoyulur və s. Ağac əkmək isə çox nadir hallarda rast gəlinir. Bir gündə yüz minlərlə ağacın əkilməsi təşəbbüsü isə bəlkə də ilk ideyadır. Və fikirimizcə nəticəsi ən faydalı olandır.  Məsələ burasındadır ki, hər hansı cansız xatirə atributu insanlara ağaclar qədər real və uzun müddətli fayda gətirə bilməz. Hörmətli Mehriban xanımın məlum təşəbbüsünün fəlsəfi mahiyyətində dünya mədəni irsinin zənginləşməsində rol oynamış   dahi bir İnsanın xatirəsinin bəşəriyyətin sağalam gələcəyi üçün zəruri olan yaşıl abidələrlə əbədiləşdirilməsidir. Qısa desək, bu ideyanının gerçəkləşməsi  “mədəniyyətin xatirəsinə qoyulmuş yaşıl abidələr” olacaqdır. Elə buradaca qeyd etmək istərdim ki, bu cür təşəbbüslərin bir ənənə halını almasını, gələckdə də davam etməsini arzu edərdik.

Indi isə bir gündə 650 min ağac əkilməsinin elmi baxımdan faydalı tərəfləri haqqında fikirimizi bildirmək istəyirəm. İnanıram ki, bu izahlar Hörmətli Mehriban Xanımın təşəbbüsünün biz bioloqlar tərəfindən niyə sevinclə qarşılandığını və   yüksək qiymətləndirildiyini aydınlaşdırcaq.

Müasir dövrümüzdə dünyada sürətli demoqrafik, sosial-iqdisadi inkişafın və elmi-texniki tərəqqinin insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqinin nəticəsində antropogen amillərin təbiətə mənfi təsirləri daha da artmışdır.  Nəticədə təbiət çirklənmiş, eroziya və səhralaşma prosesləri sürətlənmiş, ekosistemlərin bioloji qida zəncirlərində pozulmalar, biosenozlarda xaotiklik  və deqradasiyaya meyillər yaranmışdır. Periodik olaraq baş verən təbii iqlim dəyişmələri  antropogen amillərlin yaratdığı mənfi təsirlərlə  üst-üstə düşərək münbit əkin sahələrinin azalmasına səbəb olmuş, ekosferdə  tarazılığın pozulmasıprosesini sürətləndirmiş,   biolji müxtəlifliyin təhlükə altına düşməsi vəayrı-ayrı növlərin sıradan çıxması ehtimalının çoxalması ilə nəticələnən qlobal ekoloji problemləri gücləndirmişdir. Məsələn, YUNESKO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 mln. Hektarı səhralaşma nəticəsində yararsız hala düşür. Respublikamızda ekoloji gərgin  rayonlardan hesab edilən Böyük Qafqazın Cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enmiş, antropogen amillərin təsirindən torpaq erroziyası sürətlənmişdir. Ekoloji vəziyyətin gərginləşməsinin qarşısını almaq, tarazlığı qoruyub saxlamaq və təbii bioresuslardan səmərəli  istifadə etməyin optimal yollarını tapmaq bu gün və gələcək üçün bəşəriyyətin ən aktual problemlərindən birinə çevrilmişdir.    

Ekosferdə yaranan qlobal ekoloji problemlərin qarşısını almaq, daha da dərinləşməsinə imkan yaratmamaq üçün görüləcək mühüm tədbirlərdən biri də  təbiətdə biomüxtəlifliyin qorunması, mövcud mədəni yaşıllıqların  saxlanılması, artırılması və növ tərkibinin zənginləşdirilməsidir.

Təbii flora ilə yanaşı, mədəni yaşıllıqların da bioekolj problemlərin qarşısının alınmasında, ekolji tarazlığın qorunub saxlanılmasında böyük rolu vardır. Yaşıllıqlar ətarfı gözələşdirməklə yanaşı, çox insan yaşayan və nəqliyyatın intensiv hərəkət edtiyi iri şəhərlərdə səs-küyün azalmasına müsbət təsir edir. Yaşıllıqlar havanı zəhərli qazlardan, toz, his kimi mexaniki qarışıqlardan təmizləyir. Toz və his bitkilərin yarpaqları üzərinə çökür, yağmurlar zamanı yuyulub torpağa tökülürlər. Ağac və kollardan ibarət olan yolkənarı yaşıllıqalr yolun torpaqla örtülməsinin qarşısını alır, küləklərin hərəkət sürətini azaldır və sıx yerləşdikdə sakitlik yaradırlar.

Müasirləşən və sürətlə hərtərəfli inkşaf edən Respublikamızda ekoloji problemlərin qarşısını alınması, sənayenin müxtəlif sahələrinin bioresuslara olan təlabatınıın ödənilməsi, təbii sərvətlərin gələcək nəsillərə qorunub saxlanılması  bitki ehtiyatlarının öyrənilməsini,  biomüxtəlifliyinin qorunmasını,  yaşıllıqların artırılması və yeni növlərlə zənginləşdirilməsini zəruri edir.

Azərbaycan Respublikası 2000-ci ildə “Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya”ya qoşulmuşdur. Bioloji müxtəlifliyin qorunmasını, nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və mühaifizəsini öhdəliyinə götürmüşdür. Ümummili lider Heydər Əliyev 2001-ci il 21 dekabr tarixində 848 №-li Sərancamla Flora və faunanın genetik ehtiyatlarının qorunması, yox olmaq təhlükəsinin aradan qaldırılması məqsədilə Genetik Ehtiyatlar üzrə Dövlət Komissiyası. 24 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” haqqında 1368 №-li sərancam vermişdir.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə  bir gündə 650 min ağac əkililməsi təşəbbüsünun əsasə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin tərkib elmentlərindən olan biomüxtəliflyin qorunması, yaşıllıqların artırılması istiqamətində atılmış ciddi adım hesab etmək olar. eyni zamanda, Azərbycanın qoşulduğu beynəlxalq konvensiyalara sadiqliyini nümunəsi demək olar. Çünki, əkiləcək 650 min ağac ümumilikdə regionun ekolji mühitinə müsbət təsir edəcək. Yəni, coğrafi ərazilər insanlar tərəfindən müxtəlif adlarla adlandırılıb, bitkilər üçün ölkələrin fərqi yoxdur. Ona görə də dünyanın hər hansı yerinə baş vermiş ekolji fəlakət və ya bu istiqamətdə müsbət işlər qlobal mahiyyət daşıyır.

Azərbaycan Respublikası ərazisində meşələr sahəcə az olsa da (10%) növ tərkibinə görə zəngindir. Respublika ərazisində yabanı halda 435 növ ağac və kol bitir. Bunların da 328 növü kol (75 %), 107 növü (25%) ağacdır. Bu da Azərbaycan respublikası florasının 11 %-ni təşkil edir. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir .  Ağac və kol növlərini qorumaq, artırmaq təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur.

Sonda koolektivimiz adından dahi şair Nəsminin 650 illik yubleyi şərəfinə 650 min ağac əkilməsi təşəbbüsü ilə mədəniyyətimizi yaşıl abidələrlə əbədiləşdirmək kimi xeyirxah, real faydaları olacaq, ekolji tarazlığın qorunmasında rol oynaycaq ideya ilə çıxış etdiyinə görə Mehriban xanıma təşəkkür edirik. Və aksiyda uzun ömürlü, relikt, endem, nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərindən istifadə olunmağının daha məqsədəuyğun olduğunu, bu bitkilərin seçilməsində, əkilməsində hər cür dəstək göstərməyə hazır olduğumuz bildiririk.

Qarayev Sadıq  Qurban oğlu                                                                                                            

AMEA  Mərkəzi  Nəbatat  Bağının aparıcı      elmi işçisi, b.ü.f.d, dosent.,   AYB, Rusiya Yazıçılar İttifaqı və Türkiyə İLESAM-ın üzvü, Prezidet təqaüdçüsü, Qızıl Kəlmə mükaftaçısı.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SADIQ QARAYEV

DAŞ

(Esse)

Uşaq vaxtı. Üzüm bağları ilə asfalt yol arasındakı arxların qırağında quzu otarırdıq. Bekarçılıqdan başladıq telefon dirəklərinin yuxarısındakı “aşıqları” daşla vurub qırmağa… Kim çox “aşıq” qırar yarışı… Bekarçılıqdan nə cür mənasız iş varsa, adamın ağlına gələr..
Əyilib yerdən növbəti dəfə daş götürürdüm, elə bil başıma arxadan guppanla vurdular… Gözüm qaraldı, sanki yer mənə yaxınlaşdı, uzaqlaşdı… Bir az əvvəl yuxarı atdığım daş, ya da uşaqlardan kiminsə atdığı daş başıma düşmüşdü… Əlimi başıma aparanda qana bulaşdı… İndi də o daşın çapığı qalır…
Hərdən Şeytana daş atmaq ayinlərini görəndə, Nizaminin “daşı atarsan göyə, qayıdıb düşməz həmən yerə”, Məmməd Arazın “Qayaların daş yaddaşına bir daş ataydım”, Ramiz Rövşənin “göy üzü daş saxlamaz atam balası” misralarını, “daş yuxular” romanın adını eşidəndə, həmən göydən düşən daş yadıma düşür…
Evə gəldim, üst başım qan içində… Televiziyadan Qarabağdan gələn həyəcanlı xəbərləri diqqətlə izləyən atam məni xeyli danladı… Anam dinmədi… Bəlkə də, düşündü ki, bu daş hərdən hirslənib bizə “başınıza daş düşsün” dediyi həmən daşdı…
Mən o vaxtdan çox düşünürəm ki, o daş özümün atdığı, Anamın dediyi, ya özgələrinin atdığı daş idi…? Ya gələcək günahlarım daşlaşıb, zaman labritində geri qayıtmışdı…? Bu mənə qaranlıq qaldı… Qarabağımızın taleyinə düşən daş kimi…
Bəlkə Şeytana yox özümüzə daş atmışdıq, ya üçbaşlı Şeytan bizə daş atdı??? Göy üzünün daş saxlamadığını, yuxarı atılanın aşağı, eyni yerə düşəcəyini bilmirdik??? Bəlkə də, daş yaddaşımıza daş ata bilmirik, daş yuxudayıq…
Ancaq, səhvlərin daşa döndüyünə inanıram…
Sonradan biz onları, Şeytana, göyə, tariximizə atırıq, atırlar… Bütün hallarda ya özümüzə, ya da Vətənimizə dəyir!

mÜƏLLİF: SADIQ QARAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sadıq Qarayevlə görüş

Bu gün 05 iyul 2019 – cu il tarixində tanınmış alim-yazar Sadıq Qarayev ASAN xidmət könüllülərinin və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi nin təşkiklatçılığı ilə bir qrup işgizar tələbə gənclərlə görüşü baş tutub. Həftə sonu və isti yay günü olmasına rəğmən görüş üçün nəzərdə tutulmuş zalda demək olar ki, boş yer qalmamışdı. Olduqca müxtəlif və vacib mövzularda maraqlı diskusiyalar formatında davam edən görüş nəzərdə tutulmuş vaxtdan xeyli artıq davam etdi. Sadiq müəllim gənclərə növbəti görüş vəd edərək, reqlqment gərəyi tədbiri yekunlaşdırmaq məcburiyyətində qaldı. Tədbirdən fotolar:

Qeyd:

Onu qeyd edək ki, bu gün Sadıq Qarayevin doğum günü idi. Ad gününü gənclərlə birgə qeyd etməklə əslində o həm də gözəl bir ənənəni davam etdirərək, bu təşəbbüsün daha da geniş yayılmasına əsl bir ziyalı kimi öz töhfəsini vermişdir. Dövrümüzdə çox az rast gəlinən təqdirə layiq haldır.

Tədbirin gedişi zamanı Sadıq Qarayevə elmi fəaliyyətinə, yaradıcılığına, gənclərlə mütəmadi olaraq apardığı inkişaf yönümlü işlərə görə ad günü – yubiley münasibəti ilə “Azad Qələm” qəzetinin baş redaktoru, şairə-publisist Nəcibə İlkin redaksiya heyyəti, eyni zamanda geniş oxucu kütləsi adından FƏXRİ FƏRMAN , şair-publisist Zaur Ustac isə “Yazarlar” jurnalı və “Ustac.az” sayıtları adından VİNTSAS MÜKAFATI təqdim etmişdir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 05.07.1974  ) çox hörmətli alim, dəyərli yazar Sadıq Qarayevın doğum günüdür. Bu münasibətlə Sadıq müəllimi təbrik edir, can sağlığı və işlərində uğurlar arzu edirik. Uğurlarınız bol olsun, Sadıq müəllim… Yaşayın, yaradın… Var olasız…

QISA ARAYIŞ:

Sadıq Qurban oğlu Qarayev 05.07.1974 – cüil tarixdə Nax. MR – nın Şərur rayonunu Xanlıqlar kəndində anadan olmuşdur. 1991 ci ildə Bakı şəhər 5 nömrəli kimya –biologiya təmayyüllü liseyi bitirmişdir.

Qarayev Sadıq Qurban oğlu 1997-ci ildə N.Tusi adına ADPU-nin biologiya –kimya fakultəsini bitirmişdir. 1997-2000 ci illərdə AMEA Botanika institutunun aspirantura şöbəsində təhsil almışdır. 2001-2002 –ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2000-ci ildən AMEA Mərkəzi Nəbatat Bağının “Ağac və kol  bitkiləri” laboratoriyasında kiçik elmi işçi, 2006 –ci ildən elmi işçi, 2012-ci ildən böyük elmi işçi, 15.09.2116-cı il tarixindən isə  icraçı aparıcı elmi işçi fəzifəsində   çalışır. S.Q.Qarayev  2004-cü ildə “ Abşeron şəraitində palıd  növlərinin bioekologiyası  və becərilməsi” mövzusunda  namizədlik dissertasiyasını  müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2016- cı ildən AMEA Botanika institunun elmlər doktoru hazırlığı üzrə dissertantıdır. O ağac və kol bitkilərinin introduksiyası, yaşıllaşdırmada perespektivli növlərin seçilməsi və mühafizəsi sahəsi üzrə yüksək ixtisaslı mütəxəsis olmaqala , Azərbaycanın relikt dendroflorasının təsnifatlaşdırılması, bioekolji xüsusiyyətlərinin öyrənilməsi, müasir vəziyyətinin qiymətləndirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyənləşdirilməsi , genofondunun yaradılması istiqamətində geniş elmi tədqiqat işləri aparır.  Elmi tədqiqatlarının nəticələri yerli və xarici mətbuatda dərc olunmuş 31 elmi əsərdə öz əksini tapmışdır.

–       “Sahilsiz Təzadlar” və “Sahibsiz kölgələr” adlı elmi, fəlsəfi romanların müəllifidir. – Azərbaycan Yazıçılar Birliyinin , Türkiyə İLESAM –ın üzvüdür. –        Orbitlər və Universal mövcudluq nəzəriyyələrinin müəllifidir(Şəhadətnamə N-8686, qeydiyyat N-04/C-8225-15)

MÜKAFAT:

Ad günü münasibəti ilə Sadıq Qarayev “VİNTSAS” Mükafatına layiq görülüb. Bu münasibətlə Sizi ayrıca təbrik edirik, Sadıq müəllim.

DƏVƏT:

Bu gün – 05 iyul 2019-cu il, saat 15:30 da ADPU I I korpus – “Gənclik” metrosunun yaxınlığında – alim – yazarla görüş təşkil olunub. Giriş sərbəstdir. Bu yazını oxuyursuzsa, demək artıq Siz də dəvətlisiz…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SADIQ QARAYEVLƏ GÖRÜŞ

Bu gün – 12 iyun 2019 -cu il tarixində Kimya Biologiya Təmayüllü Respublika Liseyində vaxtı ilə bu təhsil ocağından məzun olmuş, hal-hazırda respublikamızda, eyni zamanda onun hüdudlarından kənarda yaxşı tanınan, ölkə və xarici elmi – mətbu orqanlarda vaxtaşırı aktual mövzularda öz maraqlı, orijinal yazıları ilə çıxış edən yazıçı-alim Sadıq Qarayevlə görüş keçirilib. Tədbirdən fotolar:

Olduqca əhəmiyyətli, maraqlı və yaddaqalan görüş baş tutub. Sadıq müəllimə həm elmi, həm də yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Sadıq müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru