ASİF OSMAN

ASİF OSMAN

Asif Osman, 1991-ci ildə Qaraçöpdə anadan olub. Orta təhsilini doğma Qaraçöpdə alıb. Sonra, Gürcüstanın Batumi, Azərbaycanın Şamaxı və Bakı şəhərlərində təhsilini davam etdirib. Uşaqlığından bəri, gözünü açıb, boya başa çatdığı doğma elinə hər zaman bağlı olub. Fərqi yoxdur, dünyanın harasında olursa – olsun, hər zaman qəlbi Qaraçöplə, Borçalıyla, elin, obanın, sevgisi ilə döyünmüşdür. Bütün bu amillər, bir növ onun ilham qaynağına çevrilmişdir. Məhz təsadüfü deyildir ki, öz şeriyyatında, yaradıcılığında hər zaman elimizi, obamızı, həyatın çətinliklərini, qəddarlıqlarını öz şerlərində əks etdirir. Yaradıcılığında müxtəlif növ şer türlərinə müraciət edir. Ancaq, adətən lirik tərzdə yazmağı sevir. Çalışır ki, oxucularına daha təbii, onların hafızalarına həkk olunacaq, estetik şerlər yazsın. Borçalıda yaşamış, yaratmış şairlərimizin, ədiblərimizin yaradıcılıqlarıyla xüsusən maraqlanır, oxuyur, araşdırır. Hörmətli oxucular! Asif Osmanın şeirləri həyatdan götürülmüş mövzulardır. Oxunaqlı və dərin mənalıdır. İnanıram ki, Asif bununla kifayətlənməyəcək. Onun bu coşqun ilhamı onu daha yüksək zirvələrə aparacaq.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd


Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı)

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956 – cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsini bitirib. 1981 – 1990 –cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”,  “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Признание” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Söz hikmətdir…

Qələndər Xaçınçaylı

Söz hikmətdir, Tanrının yaratdığı gözə görünməyən bir varlıqdır. O varlığı hər adam görüb, onu dərk edə bilmir. Söz də Quran kimi müqəddəs, bayraq kimi ucadır. Sözün ucalığını söz sahibləri, sözdən qala tikənlər, çələng hörənlər bilər. Söz əsl yazarların, söz ustadlarının əlində mum kimi mütəhərrik bir şeydir.

Hansı yana, hansı mərrtəbəyə istəsə, onu o istəqamətə yönəldə bilər. Sözlə tarixi keçmişimizi, vətən-torpaq yolunda canlarından keçən igid oğuların əfsanəvi qəhrəmanlığını, eləcə də gözəl sənət adamlarını qələmə alır, sözlə tarixə çevirib onu yaşadır. Bədii obrazlarla onu nağıllaşdırır… Bu tarixi qəhrəmanlar, tarixi şəxsiyyətlər poetik dillə gəlıcək nəsilərə çatdırılır. Tanınmış şair və publisist Zaur Ustac da məhz söz qədrini bilən ziyalılarımızdan. Söz sahiblərindən biridir. Onu qısa vaxtlarda tanısam da, amma yaradıcılığına çöxdan bələdəm. Zaur Ustacın özünə məxsus poetik düşüncəsi, yaradıcılığı var. Nənələrimiz milli ənənəllərimizi ilmə-ilmə xalçalarda toxuduğu kimi, şairlərimiz də hər bir sözü ilmə edib öz gözəl əsərlərini yazıb ortaya qoyurlar. Zaurun bir şair kimi digərlərindən fərqləndirən cəhət onun sözə qənaətlə yanaşmasıdır. Vətənə, torpağa olan hədsiz məhəbbətini sözə, poetik obraza çevirib qələmə almasıdır. O ən çox tarixi hadisələrə müraciət edir. Onun 18 kitabı nəşr olunub. Əsərləri Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olan Mübariz İbrahimov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yollarından və Qarabağ ağrılarından bəhs edir. Eləcə də Azərbaycanın tanınmış tarixi şəxsiyyətlərinin, incəsənət adamlarının və memarlarının keçdiyi həyat yolunu bədii obraza çevirib sadə dillə oxuculara çatdıra bilir.

Qeyd edim ki, təzəcə işıq üzü görmüş”Əliş və Anna” poeması da şairin 19-cu kitabıdır. Xatırladım ki, adıçəkilən kitab görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınıb. Kitab yubley tədbirləri çərçivəsində nəşr olunub. Qısa şəkildə desək, bu kitab memarın keçdiyi həyat yolundan, Moskvanın, Kremilin tikintisindən və eləcə də Əliş bəylə Annanın arasında mövcud olmuş nakam məhəbbətindən bəhs edir.9 fəsildən ibarət olan bu kitab iki dildə Azərbaycan və fars dilərində çap olunub. Bu əsər tamamilə klasik fikirlərə, Ulu Yaradanın böyüklüyünə, Insani dəyərlərə söykənir. Bir memarın əl işləri, yaratdığı Kreml kimi böyük bir sənət əsəri poemada geniş yer alır. Memar Əliş bəy bir Azərbaycanlı balasının böyük sənətkarlığından, yüksək memarlığından xəbər verir. Əsərdə Əliş bəylə Annanın saf məhəbbəti. onların nakam sevgiləri ustalıqla qələmə alınıb. Bu əsərdə sevginin böyüklüyü, heyrətəmizliyi, sevgi müqəddəsliyi Tanrı zirvəsinə qədər yüksəlir. Elə şairin yaradıcılığındakı üstün cəhət, böyüklük ondadır ki, dahi Nizaminin, Füzulinin, Xətainin yaradıcılığından bəhrələnməklə böyük bir sənət yolu keçməsidir, bir sözlə çağdaş ədəbiyyatımızın memarına çevrilməsidir. Bir müqqəddəs şəxsiyyət. söz adamı kimi onlara daim sitayiş edib, sözün böyüklüyü qarşısında baş əyir, ən əsası odur ki, müqəddəsliyi qoruyub saxlaya bilib. İnanıram ki, bu kitab neçə-neçə oxucunun qəlbinə yol tapacaq.

Yeri gəlmişkən qeyd edim ki, Zaur Ustac həm də xeyriyyəçiliklə məşğul olur. Ona görə də Zaur Ustac bu il Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı tamam olması ilə əlaqədar fevral ayında “Mübariz-31” anım-tanıtım xeyriyyə tədbirləri çərçivəsində biri cəbhə bölgəsində, biri rayon mərkəzlərinin birində, digəri isə paytaxtın tanınmış məktəblərinin birində olmaqla- 3 məktəbdə tədbirlər keçirəcək. Tədbirlər çərçivəsində Zaur Ustacın bizi Qarabağa səsləyən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yolundan yazdığı “Oriyentir ulduzu” kitabının 5-ci nəşrin əsasında təkrarən nəşr olunmuş kitabı şagirdlərə, tədbir iştirakçılarına və həmin məktəblərin kitabxanasına hədiyyə ediləcək.

Qeyd:
 #keremli700#Mubariz31 

Müəllif və İlkin mənbə: Qələndər Xaçınçaylı

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Mərziyə SARVAN

Mərziyə SARVAN (Eyyubova Mərziyə Camaləddin qızı)

Mərziyə SARVAN (Eyyubova Mərziyə Camaləddin qızı) 1980 – ci il, may ayının 12 də Ağsu rayonunun Sarvan kəndində anadan olub. 1987- ci ildə Sarvan kənd orta məktəbinin  I  sinfinə qəbul olub, 1997- ci ildə XI sinfi bitirib, həmin ilin sentyabr ayında Gəncə Pedaqoji Universitetinə  qəbul olub, 2000 – ci ildə bitirmişdir. Şeir yazmağa həvəsi hələ orta məktəb vaxtlarından başlamış, atasının vaxtsız vəfatı şeir yazmasına daha da təkan vermişdir. Hal – hazırda Laçın rayonu Etibar Əliyev adına Fərəcan kənd tam orta məktəbində müəllim işləyir. Mütəmadi olaraq,”Oxu məni”, “Azərbaycan müəllimi”, “Laçın” qəzetlərində şeirləri dərc olunur. “Ayrı qalmışam” adlı şeirlər kitabının müəllifidir. “ZİYADAR” MÜKAFATI laureatıdır. Ailəlidir. 3 övladı var.

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ETİBAR HƏSƏNZADƏ

Daşkəsənli gənc şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbir keçirilmişdir

25 yanvar  2019-cu il tarixdə Daşkəsən rayon Mədəniyyət evində daşkəsənli gənc şair Etibar Həsənzadənin növbəti kitabının təqdimolma mərasimi keçirilmişdir. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri, gənc şairin qələm dostları, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Şahnaz Haşımova öz ansamblı ilə birlikdə tədbirdə iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbir iştirakçılarını salamladıqdan sonra gənc şairi təbrik etmiş, onun yaradıcılığı ilə bağlı nitq söyləmişdir:
– Bu gün biz buraya gənc şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbirə toplaşmışıq.
2019-cu il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın yekununda dövlət başçısı 2019-cu ili “Nəsimi  ili” elan etmişdir.
Həmin bu müvafiq sərəncam Azərbaycanda bütün şair və yazıçılara  verilən yüksək dəyərin göstəricisi olmaqla ədəbiyyatımızın və mədəniyyətimızın tarixinin  nə qədər zəngin olduğunu bir daha dünyaya göstərmək məqsədi daşımışdır.
Belə ki, Azərbaycandakı bütün sahələr üzrə olan inkişaf, tərəqqi və sabitlik imkan verir ki, şeir və yaradıcılıqla məşğul olan yazarlar öz istedadlarını nümayiş etdirsinlər.
Etibarın əsərlərini oxuduqca insanın təsəvvüründə maarifçi, ziyalı, xalqını və millətini  çox sevən vətənpərvər  şair obrazı canlanır.
Fiziki qüsurlu, əlil arabasında oturmasına baxmayaraq onun həyata, vətəninə bağlılığı bütün gənclərə nümunədir.
Həmyerlimiz öz ədəbi fəaliyyəti  ilə yanaşı sosial şəbəkələrdə, internet resurslarında da gənc ziyalı kimi çox fəallıq göstərir.
Bu Etibarın bir daşkəsənli olaraq rayonumuza, onun təbiətinə  olan məhəbbətindən, istəyindən  irəli  gəlir.
    Etibar Həsənzadə “Könlümlə söhbət”, “Duyğular dinsin”, “Gecikmiş etiraf” , “Bir həyat romanı”,  “Sevgi bəstəsi”, “Nurla gəldi, nurla yaşadı, nurla getdi” adlı kitabların müəllifidir.
    O, bir çox nüfuzlu təşkilatların mükafat və diplomları ilə təltif olunub.
   Bu gün müasir ədəbiyyatımızın istedadlı bir nümayəndəsi olan gənc şairimiz Etibar Həsənzadənin şeirlərinə mahnılar bəstələnir, tanınmış müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur.
Şairin şeirlərinə nəzər salanda görürsən ki, burada qəlbi təmiz, saf bir gəncin dərin fəlsəfi  düşüncələri, fikirləri əks olunub.
Bu gün fəxri qonaq kimi Azərbaycanın Xalq artisti Şahnaz xanım Haşımovanı, Daşkəsənə qonşu olan bölgələrdən onun qələm dostlarını tədbirə dəvət etmişik.
Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanmış, həmyaşıdlarından fərqlənməyi bacarmışdır.
Arzu edirəm ki, Etibar özünəməxsus əsərləri və dəsti-xətti ilə Azərbaycan ədəbiyyatı tarixinə öz adını yaza bilsin.
Bu yolda Etibar Həsənzadəyə zəngin yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayır, ondan yeni-yeni əsərlər gözləyirik.
Sonra rayon ziyalıları və yazıçılar Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləmiş və tədbir musiqi nömrələri davam etmişdir.

İLKİN MƏNBƏ: Xəbərlər

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

BALAYAR SADİQ

Əliyev Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. BDU – nin  Jurnalistika fakültəsini bitirib.

İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub.

Şair Balayar Sadiq 2004-cü ildə Lənkərandan Bakıya köçüb.

AYB və AJB – nin üzvüdür.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

VAHİD ƏZİZ

Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963-1964).

Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). “Xəbər Mətbuat Agentliyi”ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışmışdır.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991-1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində “Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi”nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni – Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.

“Oğuz eli” ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olmuşdur. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olmuşdur (1991). “Ergün” firmasını, eyni adlı nəşriyyatı təsis etmişdir. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr etdirmişdir.

Bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan ilk şeirindən sonra başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunmuşdur. Yeni şeirlərlə vaxtaşırı çıxış etmişdir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılmışdır. “Dözmək olmur” (1997) şeirlər kitabı rəğbətlə qarşılanmışdır. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================