Sevda İbrahimli Mükafatlandırıldı

SEVDA İBRAHİMLİ MÜKAFATLANDIRILDI:

Tanınmış şairə və son illərdə xüsusi ilə ictimai işlərdə fəallığı ilə seçilən “AZƏRBAYCANIN SƏSİ” İctimai birliyinin idarə heyyətinin üzvü və Sabunçu rayon təşkilatınin sədri , “Azərbaycan Qadın və İnkişaf Mərkəzi” İctimai Birliyinin nəzdində Ahılların Resurs Mərkəzinın əməkdaşı SEVDA İBRAHİMLİ ötən 2019 -cu ilin yekunlarına görə “Ilin Vətənpərvər Şairi” Mükafatına layiq görülüb. Bu münasibətlə SEVDA xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik !!! uğurlarınız bol olsun!!!

Mənbə: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli hesabat verdi

SEVDA İBRAHİMLİ OXUCULAR QARŞISINDA HESABAT VERDİ:

Tanınmış şairə və son illərdə xüsusi ilə ictimai işlərdə fəallığı ilə seçilən “AZƏRBAYCANIN SƏSİ” İctimai birliyinin idarə heyyətinin üzvü və Sabunçu rayon təşkilatınin sədri , “Azərbaycan Qadın və İnkişaf Mərkəzi” İctimai Birliyinin nəzdində Ahılların Resurs Mərkəzinın əməkdaşı SEVDA İBRAHİMLİ ötən 2019 -cu ili özü üçün uğurlu hesab edərək, aşağıdakı kimi ilin yekunları barədə oxucular qarşısında hesabat vermişdir. Həmin hesabatı sizlərə təqdim edirik:

HESABAT

1.” ORDA MƏN VARAM” adlı ilk kitabım işıq üzü gördü.

2. “ZİYADAR” Mükafatına layiq görüldüm.
3.“NƏSİMİ-650” ALMANAXININI II hissəsində şeirlərim yer aldı.

Bir neçə Fəxri Fərman və Diplomla təltif edildim:

4.”HEYDƏR ƏLİYEV mükafatı ” fəxri fərmanı.
5.” AZƏRBAYCAN BAYRAĞI” mükafatı.
6. “Yurd ” Ədəbi bədii ,elmi – publisist
” NƏSİMİ” poeziya diplomu.
7.”QIZIL QƏLƏM” medya mükafatı .
8.”İLİN VƏTƏNPƏRVƏR ŞAİRƏSİ” medya mükafatı.
9.Bir çox dostları həyatda itirsəm də yeni dostlar da qazandım.
10. Avrasiya Sənət Kültür Ədəbiyyat və Bilim Federasyonuna (ASKEF) Fəxri diplomla mükafatlandırıldım və üzv seçildim.
11. “QƏRBİ AZƏRBAYCAN İCMASINİN ” fəxri üzvü seçildim.
12. “QARABAĞ AZADLIQ ” təşkilatınin üzvü oldum.

Mənbə: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Hüseynəliyeva

Qarşıdan gələn 30 dekabr hörmətli müəllimə, gözəl insan, Adilə Hüseynəliyevanın doğum günüdür. Adilə xanımı təbrik edir, bolluca uğur arzu edirəm! Dostuma ad günü hədiyyəsi:

DOSTUMA HƏDİYYƏM

Bu gün sənin ad günündür,

Arzularım xoş sözümdür.

Mənə salam söyləyən dost.

Məndən şeir gözləyən dost.

Ad günündür bu gün sənin,

Şad günündür bu gün sənin.

Ömrün uzun olsun sənin,

Mənsizliyə dözməyən dost.

Müəllimlər abasısan,

Vəfalısan, yaxşı insan.

Qoy tanısın Azərbacan,

Məndən şeir istəyən dost..!

27.12.2019.

Müəllif: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli və Sona Yusif

Foto 25 dekabr 2019 – cu il Muğam Mərkəzində çəkilib. Bakı ş.

Foto: Fərrux Səfəroğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli tədbirdə

Sağdan Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, Yeganə Mahmudova, Sevda İbrahimli və Sona Abbasəliqızı.

Foto 25 dekabr 2019 – cu il Muğam Mərkəzində çəkilib. Bakı ş.

Foto: Fərrux Səfəroğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Əbədiyyət üfüqündə doğan günəş” – Nəsimi ilinə töhfə

Bu gün -25 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının, Azərbaycan Qadınları Respublika Cımiyyətinin Səbail Rayon Şöbəsinin sədri Yeganə Mahmudovanın və Yazıçılar Birliyinin şöbə müdiri tanınmış yazıçı, əbiyyatşünas Sayman Aruzun birgə təşəbbüsü və təşkilatçılığı ilə dahi Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Əbədiyyət üfüqündə doğan günəş” adlı təntənəli ədəbi-musiqili tədbir keçirildi. Tədbir məşhur müğənni Sami Yusifin ulu Nəsiminin “Sığmazam” qəzəli əsasında yaratdığı musiqi kompozisiyanın sədaları ilə açıldi. Daha sonra tıdbirin təşkilatçıları Yeganə xanım Mahmudova və Sayman Aruz giriş nitqində “NƏSİMİ İLİ” ilə bağlı keçirilın geniş tədbirlərdən söz açdllar, böyük Nəsimi dühasının dırinliyindın danışaraq, ölkə rəhbırinin ədıbiyyata və mədəniyyətə diqqətini xüsusi vurğuladılar.
Daha sonra tədbirdə iştirak edən Milli Məclis üzvlərindən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Nəsimi yaradıcılığına diqqıtin hələ çox illər əvvəldən onun 600 illiyinin ulu Öndər H.Əliyev tərıfindən qeyd olunmasını diqqıtə çatdlrdl. Hörmətli Prezident İlham Əliyev cənablarının Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sərəncamı bu mənəvi yolun davamı kimi müstəsna seciyyə daşıyır.
Nısiminin 650 illik yubileyi ölkənin hüdudlarından kənarda da təntənəli şəkildı qeyd olunmaqdadır. Bu istiqamətdı H.Əliyev Fondunun xidmətləri çox diqqətəlayiq və yaddaqalandır.
Təntənəli mərasimdə AMEA nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Əlyazmalar İnstitunun direktoru , akademik Teymur Kərimli, professor Qəzənfər Paşayev, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Yunis Əmrə İnstitutunun direktoru Cihan Özdəmir, Xalq artisti Əbdul Mahmudov və başqaları çıxış edırək, böyük mütıfəkkir, filosof, şair , dözüm və yenilmızlik simvolu olan Nəsiminin xalqlmızın tarixində və milli-mənəvi qüdrətinin ehtivasındakı rolundan söz açmişlar.
Tədbirin ədəbi-musiqi hissələri də iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Sonda xatirə şəkilləri çəkilmişdir. Tədbirdən fotolar:

Fotoqraf: Fərrux Səfəroğlu

Müəllif: SONA YUSİF – ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Sevda İbrahimli – “Ziyadar”

Tanınmış şairə Sevda İbrahimli “Orda mən varam” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” tərəfindən “Ziyadar” mükafatına layiq görülüb. Bu münasibətlə Sevda xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimlinin ilk kitabı

Ötən günlərdə (26.10.2019) ədəbi mühitdə artıq kifayət qədər tanınmış şairə Sevda İbrahimlinin “Orda Mən Varam” adlı ilk kitabının təqdimatı Azərbaycan Nəşiriyyatında Böyük Akt Zalında keçirilib. Bu münasibətlə Sevda xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Sevda xanım!

TƏDBİRDƏN FOTOLAR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 13 Oktyabr 1965 ) tanınmış şairə Sevda İbrahimlinin doğum günüdür. Ad gününüz mübarək, Sevda xanım!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli – Ana şeirləri

Sevda İbrahimli ana şeirləri

Ana Sevgisi

Analıq sevgisi ,tükənməz hissidir,

Bu necə tutqudur, bu necə sirdir?

Yandırır göynədir onun sevgisi,

Atəşdən köynəkdir amma əzizdir,

Ananın övlada olan sevgisi.

Soğan qabuğundan soyulan kimi,

Sinidə qovrulan qovurqa kimi,

Suya həsrət qalan kor bulaq kimi,

Yandırır, göynədir, onun acısı,

Ananın övlada olan sevgisi.

Çəkdiyi əziyyəti yadına salır,

Haqqı itirilsə üsyan baş alır,

Gücüdə çatmasa fikirə dalır,

Saçının ağıdır övlad acısı.

Yaşadar ananı övlad sevgisi.

Çəmənzar zəmilər öz lalasını,

Qoruyar hər canlı öz balasını,

Şerdə, nəğmədə oxunan kimi,

Yaşatsın övladlar öz anasını,

Qorusun həmişə O, balasını.

03.08.2015

 Qocalmış Anam

Zaman saçlarıma ağların hörüb,

Qocalıq torlarıgözünə çöküb,

Xoş günün həsrətin çox çəkmiş anam.

Hər dərdə , cəfaya dözən olubdur,

Məfəsi gül olub ,süsən olubdur,

Uşaqlar dağılışıb , təkcə qalıbdır,

Yaşlanıb, illərdən güc almış anam.

Həyatın bağlayıb övladlarına,

Sözünü deyibdir sirdaşlarına.

Ömrünü həsr edib zalim yarına,

Oğullar böyüdüb ,ucalmış anam.

Xoş günlər keçirib barmaq sayalı,

Əziyətlər çəkibdir ,başı bəlalı.

Nəğmələr qoşmuşam ,ana laylalı,

Bu gün qonağınam ,qocalmış anam.

04.06.2016

 

Günəşim Ana

Bir həsrət nəğməsini oxur içindən,

Ömrünü şam kimi əridir ana.

Evladı yolunda hər bir cəfaya,

Hər ağrı ,əzaba dözəndir ,ana.

Sevgini, istəyi, müqəddəs hissi,

Qəlbimin içində olur sevgisi,

Ən şirin arzuyla yaşadır bizi,

Dünyaya nur saçan işıqdır ana.

Uşaqlıq illərim keçdi önümdən,

Acı xatirələr keçdi gözümdən,

Yanımda tapmadım öpəm əlindən,

Laylası həzin bir dalğasan ana,

Qəlbimdə parlayan günəşsən ana.

08.06.2014.

 

Cənnətə Qapı

Müqəddəs dünyadır, ana dünyası,

Bəşər də əyilər bir ona qarşı.

Cənnətə qapıdır ana dünyası,

Anadan qiymətli dünyada nə var?

Ağlayan körpəsi onu çox yorar,

Qolların körpəyə sarar ovudar,

Ana qoxusunu o duyar susar.

Anadan şəfqətli dünyada nə var?

Ötən günlər yada düşdü ,kül oldum,

Buğda dənəsi tək daşda ovuldum,

Onun cənnətində bir həyat buldum,

Anadan qüvvətli dünyada nə var?

Qəlbimə nur düşər ana eşqindən,

Nurdan pay səpələr, Secda könlündən,

Çöhrəmdə gül bitər onun mehindən,

Anadan hikmətli dünyada nə var?

02.07.2017

Müəllif: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru