Solmaz Qəribel

GÖZƏL OLUR

Acısı çox olanın,
Gülüşü gözəl olur
Qəlbi gözəl olanın
Görünüşü gözəl olur,
Bilirsən ki, əzizim?
Ağrı çəkən ürəyin ,
Ölüşü gözəl olur?

Qəmə yoldaş olanın,
Uman, küsən yeri yox
Danışmsğa dili yox…
Qərib durnalar kimi,
Elə qərib dolaşır,
Gəlişi gözəl olur,
Dönüşü gözəl olur…

Alovlanan ocağın ,
Alovuna yaxşı bax..
Yanışı gözəl olur,
Qığılcımlar sayrışır
Gözərib asta -asta
Sönüşü gözəl olur,
Acısı çox olanın,
Gülüşü gözəl olur…
Ölüşü gözəl olur…

28 11, 19.

Müəllif: SOLMAZ QƏRİBEL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Solmaz Qəribel

solmaz qəribelin söz dünyası

Fələk

Sənə uzanan əlimi,
Zalım olub kəsdin Fələk
Doğru deyən haqq dilimi
Oğru olub kəsdin Fələk

Bu ömrü heçə caladın,
Köç saldın, köçə caladın
Boş olan içə caladın
Rüzgar olub əsdin Fələk

Nə günahım, söylə bilim,
Hüzuruna suçsuz gəlim.
At oxunu ,səsiz ölüm
Kəndirindən asdın Fələk,

Günəş” doğmur” batıb artıq,
Mərd -namərdə çatıb artıq
Dərd dərdindən yatıb artıq
Daha bəsdir, bəsdir ,Fələk!!!….

15.11.19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

Yuxuma narahat mələklər gəlib

Yenə yuxularım qarışıb yaman,
Yuxumda dolaşır narahat ruhum
Gözümün önündə uçur mələklər,
Nədənsə onlar da narahat bu gün.
Baxıram birinin qanadı sınıq ,
Birinin qanadı al-qan içində,
Qanadın çaıdıqca üşüyür qəlbim,
Kim salıb, görəsən onu bu dərdə?
O ki, bir elçidir günahı yoxdur,
Göylərdə dolaşır ,yuvası yoxdur.
Durub pəncərənin önündə baxır,
O ,elə baxdıqca qəlbimi yaxır,
Gizləyib gözümü onun gözündən,
Günahkar-günahkar yerə baxıram
Onun üzündə ki, sualı görüb,
Narahat yuxumdan yaman qorxuram.
Bir az yaxınlaşıb mən ona sarı,
Yaxın gəl, yaranı sarıyım dedim,
Gözündə bir gilə göz yaşı donub,
yaxın gəl, gözünün yaşını silim
Üzündə təbəssüm ,o qanad çaldı
Əllərim uzalı havada qaldı
Səslədim bir dayan ,getmə uzağa ,
O nə geri döndü, nə mənə baxdı,
Dünyanın günahı, çiynimdə qaldı….

12.11 19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

+ + +

Nəyimə lazımdır bu dünya mənim
Sevinci zəhərə dönür sonunda
Qəlbimdə sevgidən tonqal qalayır,
kül olur ocağı sönür sonunda.

Nəyimə lazımdır bu dünya mənim,
Əhdinə vəfasız, gümanı sönük
Qorxaq yalanından qorxub and içir,
Vicdanın itirib, imanı dönük…

14.11.19.

<<<SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASI>>>

Xəstədi dünya

Dünyanın nəbzini tapa bilmirəm,
Nəbzi asta vurur, xəstədi dünya
Dərdini arayıb, tapa bilmirəm,
Nəbzi asta vurur , xəstədi dünya.

Durub qəmli baxır yenə uzaqdan,
Ona da , dar gəlir, yatdığı qucaq.
Xəbəri yoxdur ki, çoxdan xəstəyəm
Yandırıb dünyamı çatdığı ocaq,

Hönkürür, dünyanın dərdinə qəlbim
Dərdini-dərdinə calayıb susur,
Dünya çarəsizdir, yoxsa insafsız?
Ömrümü ,günümü talayıb susur…

09.11 .19.

Müəllif: SOLMAZ QƏRİBEL

.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru