SADIQ QARAYEVLƏ GÖRÜŞ

Bu gün – 12 iyun 2019 -cu il tarixində Kimya Biologiya Təmayüllü Respublika Liseyində vaxtı ilə bu təhsil ocağından məzun olmuş, hal-hazırda respublikamızda, eyni zamanda onun hüdudlarından kənarda yaxşı tanınan, ölkə və xarici elmi – mətbu orqanlarda vaxtaşırı aktual mövzularda öz maraqlı, orijinal yazıları ilə çıxış edən yazıçı-alim Sadıq Qarayevlə görüş keçirilib. Tədbirdən fotolar:

Olduqca əhəmiyyətli, maraqlı və yaddaqalan görüş baş tutub. Sadıq müəllimə həm elmi, həm də yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Sadıq müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC 20 N-li MƏKTƏBDƏ

Zaur Ustac bu gün – 04.06.2019 – cu il tarixində Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin IV və 5 yaşlılardan ibarət Hazırlıq siniflərinin təşkil etdikləri tədbirdə iştirak etmişdir. Tədbirin sonunda Zaur Ustac fərqlənən şagirdləri “Bəhmənyar” və “Rövşən Hüseynov” Mükafatları ilə təltif etmişdir. Zaur Ustac tədbir haqqında qısaca olaraq fikrini belə ifadə etmişdir: “Uşaqlarla bir yerdə olmaqdan gözəl və zövqverici ikinci bir məşğuliyyət tanımıram…”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

20 N-li məktəb-liseyin müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb.

Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin İbtidai Sinif Müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb. Mükafat adı çəkilən məktəbin akt zalında təşkil olunmuş təntənəli tədbirdə Zaur Ustac tərəfindən təqdim olunmuşdur:

Gözəl xanımı bu münasibətlə təbrik edir, müqəddəs, şərəfli eyni zamanda çətin və məsuliyyətli işində uğurlar arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUZEYLƏR PULSUZ OLACAQ

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.

“Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

Proqram üzrə “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə  təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji – Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix – Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix – Bədii Qoruğu, Milli Təhsil muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi-Bohm Planetarim və Tahir Salahov, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Bülbül, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Qara Qarayev və Niyazinin ev muzeylərinə ödənişsiz ekskursiya etmək mümkündür.

Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafadə yerləşməsi nəzərə alınıb.

“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.

İLKİN MƏNBƏ:

Məktəblilər üçün muzeylərə giriş ödənişsizdir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Hüseyn müəllim” “VİNTSAS” Mükafatına layiq görüldü.

Bakı şəhəri, Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 N-li məktəb-liseyin riyaziyyat müəllimi Hüseynbala Muradəliyev “VİNTSAS” MÜKAFATINA layiq görülüb. Mükafat ad günü ərəfəsində müəllimə təqdim olunub. Bu münasibətlə şagirdlərin sevimlisi “HÜSEYN müəllimi” biz də təbrik edir, can sağlığı, uzun ömür, işlərində yeni-yeni naliyyətlər arzulayırıq.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR.AZ – IN BİR GÜNÜ

“Ustac.az” “yazarlar.az”-ın statistika bölməsindən götürülmüş real foto-surətlərə əsasən www.YAZARLAR.az – ın bir gününün aktivlik dərəcəsin izləyicilərinə çatdırır. Beləki, foto-surətdən də aydın göründüyü kimi 04.03.2019-cu il tarixdə izləyici sayı 1.020 nəfər , baxış sayı isə 1.419 olmuşdur. Ən çox ziyarətci təbii ki, həmişə olduğu kimi ölkəmizin vətəndaşları 1.375 baxış – əsasən ibtidai sinif müəllimləri və ibtidai sinif şagirdlərinin valideyinləridir. Ən çox axtarılan kəlmə Zaur Ustac hərf şeirləri, hər hərfə bir şeir və ana şeirləridir. Foto – surətləri təqdim edirik:

04.03.2019-cu il tarixdə izləyici sayı 1.020 nəfər , baxış sayı isə
1.419 olmuşdur.

Ən çox ziyarətci təbii ki, həmişə olduğu kimi ölkəmizin vətəndaşları 1.375 baxış

Ən çox axtarılan kəlmə Zaur Ustac hərf şeirləri, hər hərfə bir şeir və ana şeirləridir.

Qeyd:

Biz bu nəticəyə heç bir reklamsız, heç bir sosial şəbəkədə paylaşmadan, yalnız və yalnız müxtəlif axtarış sistemləri üzərindən əsasən yuxarıdakı açar sözlər vasitəsi ilə Sizin sayənizdə nail olmuşuq. Təşəkkürlər. Var olasız. Ən vacibləri Sizə çatdırmaqda davam edəcəyik.

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə tədbir.

A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə 21.02.2019-cu il tarixdə “Ana dili günü”nə həsr edilmiş tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri Şıxməmmədova Esmira və Mahmudova Röya tərəfindən rus bölməsinin 1-4 –cü sinif şagirdlərinin iştirakı ilə “Ana dili-milli sərvətimiz və qürur mənbəyimizdir” adlı tədbir idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlamış, məktəblilərin çıxışları ilə davam etmişdir. 
Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri, valideynlər və şagirdlər iştirak etmişlər.

İLKİN MƏNBƏ: 20 NÖMRƏLİ MƏKTƏB-LİSEY

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

20 NÖMRƏLİ MƏKTƏB – LİSEYDƏ BİR GÜN.

Paytaxt məktəblərində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər keçirilir.

Görüşlərdə valideynlər məktəb mühiti ilə tanış olur, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilir. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilir və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılır.

Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunur. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verilir.

Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçirilir.

Qeyd edək ki, layihə valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə daha yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədilə keçirilir.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin başlatdığı “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində bu gün 20 fevral 2019 cu il tarixində Bakı şəhəri, Yasamal rayonu Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb – liseydə də maraqlı tədbirlər keçrilmişdir. Beləki, valideynlər həm “Valideynin məktəbdə bir günü” çərçivəsində açıq dərslərdə iştirak etmiş, həm də Vəfa müəllimin rəhbərliyi altında üçüncülərin hazırladığı olduqca maraqlı və yaddaqalan ” 21 fevral Beynəlxalq Ana dili Günü” ilə əlaqədar təşkil olunmuş bədii hissədən böyük zövq almışlar. Sonra isə məktəb rəhbərliyinin və müəllim kollektivinin də iştirakı ilə müzakirələr aparılmışdır. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

QEYDİYYAT BAŞA ÇATDI

İşə qəbul üzrə 2 923 nəfər qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyat başa çatıb.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 923 şəxsin müraciəti http://musabiqe.baku.edu.az/   portalı vasitəsilə qeydə alınıb.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

İLKİN MƏNBƏ: Xəbərlər

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“MÜBARİZ – 31” LAYİHƏSİ UĞURLA DAVAM EDİR

Son dövrlərdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salmaq istəyənlərin anlaşılmaz hərəkətləri fonunda olduqca vacib və zamanlaması uğurlu hesab edilən, Zaur Ustacın başlatdığı “Mübariz – 31” layihəsi çərçivəsində anım-tanıtım tədbirləri uğurla davam edir.

Belə ki, Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində keçirilmiş tədbirlərin ardınca bu dəfə də Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbdə anım-tanıtım tədbirləri müvəffəqiyyətlə həyata keçirilib. “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalının təşəbbüsü və Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatından, döyüş yolundan geniş söhbət açılmış, şagirdlər bu barədə məlumatlandırılmışdır. Fəal diskussiya şəraitində keçən tədbirdə fərqlənən şagirdlərə Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən, istər hərbi, istəsə də bədii baxımdan olduqca böyük ustalıqla qələmə alınmış, məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulan Zaur Ustacın “Oriyentir ulduzu” kitabı hədiyyə olunmuşdur.

Bundan əlavə, tədbirlər proqramına uyğun olaraq, Zaur Ustacın “Oriyentir ulduzu” və yeni nəşr olunmuş “Əliş və Anna” kitablarından müəyyən edilmiş sayda nüsxələr məktəbin kitabxanasına bağışlanıb. Onu da qeyd etmək istəyirəm ki, 201 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, eyni zamanda, Əməkdar müəllim Afət Xəlilovanın rəhbərliyi ilə “Kərəmli – 700” yubiley tədbirləri çərçivəsində məktəblilər arasında keçirilən “Zaur Ustacın “Əliş və Anna” poemasında tarixi həqiqətlər” mövzusunda inşa nüsabiqəsinin iştirakçılarıdır. Adıçəkilən müsabiqənin görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmlinin aprel ayında doğum günü ərəfəsində yekunlaşdırılacağı gözlənilir. Əvvəlcədən xəbər verildiyi kimi, müvafiq olaraq, növbəti tədbirlərin Şamaxı şəhər, M. Hadi adına 9 nömrəli tam orta məktəbdə və daha sonra respublikanın tanınmış məktəblərindən olan Bakı şəhəri, A. Hüseynzadə adına 20 saylı məktəb-liseydə təşkil olunacağı nəzərdə tutulur. Bu qəbildən olan tədbirlərin keçirilməsini yalnız və yalnız bir məqsədi var – Vətən elə onun mərd oğulları, ziyalıları deməkdir. Vətənin təəssübünü çəkən Vətən oğullarını unutmamaq elə Vətəni sevmək deməkdir. Azərbaycan yeniyetməsi, gənci Vətənini tanımalı və sevməlidir.

Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ