“Kitab Evi” təqdim etdi

“KİMLƏR KEÇDİ SƏNDƏN QILINCLI YOLU”

Bu gün “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə  Mirheydar Sadiqin (Abbasov) “KİMLƏR KEÇDİ SƏNDƏN QILINCLI YOLU” adlı şeirlər kitabının təqdimatı keçirilib.

Təqdimatı Birliyin rəhbəri,  filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova açıb və kitab haqqında fikirlərini qeyd edib.

Tədbirdə şair, publisist Alim Gülmalıyev və Şəmsəddin Canıyev şairin ümumi yaradıcılığı haqqında məruzə ediblər.

Tədbirdə tanınmış yazıçı Səfər Alışarlı, şairlərdən Ayaz Arabaçı, kitabın ön söz müəllifi şair Mehman Göytəpəli, Təvəkkül Yadigar, Lilpar Cəmşidqızı, Amaliya Murad, Aləm Kəngərli, Akif Hacıyev, Fatima Kamranzadə və b. cıxış ediblər. Çıxış edənlər Müasir Azərbaycan poeziyasının keçdiyi yoldan, bu yolda hər şairin özünəməxsus izindən və orada Mirheydar Sadiqin də vətənpərvər, sosial tələbatlara cavab verən şeirlərinin xüsusi yeri olduğunu vurğulayıblar.  

A.Nəzərova çıxışlararası şairin şeirlərini səsləndirib.

Mirheydar Sadiq öz növbəsində iştirakçıları salamlayıb, qarşıdan gələn yeni ildə illərdir üzünü duman, çən örtən Qarabağ torpağına Günəşin doğmasını arzulayıb, müəllif eyni zamanda gələn qonaqlara poetik nümunələrlə öz dərin təşəkkükürü bildirib. 

Tədbirin sonunda xatirə şəkilləri çəkilib:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qələndər Xaçınçaylı “Vintsas” Mükafatına layiq görüldü

zərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist, şair-publisist Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatı keçirildi. Tədbiri filologiya üzrə elmlər doktoru, folklorşünas İslam Sadıq açraq bu gün tanınmış və istedadlı şair Qələndər Xaçınçaylının ”Dəyişmirik” adlı yeni kirabının işığına yığışdığını dedi: “Sözügedən kitaba son dövürlərdə qələmə aldığı şeirləri və “Dəyişmirik” poeması daxil edilib.

Müəllif müasirlərinin və eləcə də bütövlükdə yeni dünya adamının düşüncə aləminə nüfuz etməyə çalışır. Bu aləmdə duyduqlarını poetik sözə çevirir. Q. Xaçınçaylının poeziya dili rəvan və aydındır. Fikirləri başadüşülən, qavranılandır, O, şeirlərində publisistikada olduğu kimi, öz oxucuları ilə birbaşa danışa bilir. Qələndərin özü kimi şeirləri də saf və bütövdür. Onun yaradıcılığının əsas qayəsini  Qarabağ dərdi, yurd həsrəti. bu gün işğal altında qalmış doğulduğu Ağdam yanğısı  təşkil edir. Bir sözlə, Qələndər vətənpərvər şairdir”.

Ədəbiyyatşünas, tənqidçi alim Qurban Bayramov söylədi ki, Qələndər Xaçınçaylı Kolanı elində doğulub, böyük bir nəslin övladıdır: “Babası Behbud kişi müsavatçı olub. Ona “Kolanı Behbud” deyə müraciət edərdilər, çox qorxmaz kişi olub. Rus imperiyasına, bolşeviklərə qarşı vuruşub. Azərbaycan Cümhuriyyətinin yaradılmasında bir cəsur döyüşçü kimi, o kişinin də böyük xidmətləri olardı. Erməni daşnakları onun adından qorxardılar. Qələndər də babası kimi mərddir, istedadlı şairdir. Keçən əsrin 80-ci illərindən ədəbiyyata gəlib. Qələndər Xaçınçaylı öz yazılarında aktual mövzulara, düşündürücü problemlərə toxunur, milli-mənəvi dəyərlərin carçısı kimi çıxış edir. Şeirlərində də belədir. O həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələlərə toxunsun… Qələndər Xaçınçaylı bütün varlığı, ruhu ilə şairdir. Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Mən Qələndərin Azərbaycan Respublikası  Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr elədiyi “Güllə işığında” povestinə ön söz yazmışam. Hadisələr 20 Yanvar qırğını günlərində və erməni işğaıçıları ilə Qarabağda gedən bölgələrində cərəyan edir. Çox gözəl bir əsərdir. Qələndərin yaradıcılığının böyüklüyü ondan ibarətdir ki, müasirliyi ilə seçilir, köhnəlikdən çox uzaqdır, yaradıcılığına yenilik gətirib. Real hadisələrdən yazır. Həyatda olan insanlardan yazır, adlarını da olduğu kimi göstərir. Bu da hər bir oxucuda xoş təəssürat yaradır.

Bir sözlə, səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi şairin  yaradıcılığının ana xəttini, mənəvi qatını rəşkil edir”.

Onu da qeyd edək ki, təqdimatda  professor Qurban Bayramov çox şirin və munis söhbəti, qəlbəyatımlı nitqi ilə Natəvan klubunda Qarabağ əhval-ruhiyyəsi yaratdı. Qurban müəllim Qələndər Xaçınçaylının yaradıcılığını təhlil etməklə yanaşı, tariximizə, mənəvi dəyərlərimizə də toxunaraq, yaxın-uzaq keçmişə qayıtdı, əzəmətli və möhtəşəm məkanı – Ağdamı gözlərimizin önündə canlandırdı. Şuşadan söhbət saldı, Xan əmini xatırladı, sanki bir daha hansı yurdu erməni tapdağında qoyduğumuzu bizlərə bəyan etdi…

Söz adamlarından Ramiz Məmmədzadə, Allahverdi Eminov, Musa Ələkbərli, Hikmət Xudiyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin,Təranə Məmməd, Maşallah Məftun, Zaur Ustac, Sərvaz Hüseynoğlu  və başqaları Qələndər Xaçınçaylının yaradıcılığından söz açdılar, şeirlərinin özəl xüsusiyyətlərini qeyd etdilər.

Sonda şair – publisist Zaur Ustac yazarlar adından Qələndər Xaçınçaylıya “Vintsas” mükafatını təqdim etdi.

Olduqca maraqlı və digər analoji tədbirlərdən xüsusi ab-havası ilə fərqlənən məclis (bütün çıxış və söhbətlər, demək olar ki, Qarabağ, Vətən mövzusu üzərində qurulmuşdu) Qələndər Xaçınçaylının şeirlərindən nümunələr səsləndirilməsi ilə başa çatdı. Kitablar imzalandı, xatirə şəkilləri çəkdirildi.

Müəllif: Azad Əliyev

MƏNBƏ:Hafta.az – Onlayn  ictimai-siyasi  qəzet (22.11.2019) Azad Əliyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qələndər Xaçınçaylı “Dəyişmirik” kitabı

Bu gün -noyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist, şair-publisist Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatı keçirildi. Filologiya üzrə elmlər doktoru, folklorşünas İslam Sadığın moderatorluğunda keçən möhtəşəm tədbirdə görkəmli alimimiz Qurban Bayramov, söz adamlarından Ramiz Məmmədzadə, Allahverdi Eminov, Musa Ələkbərli, Təranə Məmməd, Maşallah Məftun, Zaur Ustac, Sərvaz Hüseynoğlu, Gülnarə Cəmaləddin, Hikmət Xudiyev və başqaları Qələndər Xaçınçaylının yaradıcılığından söz açdılar, şeirlərinin özəl xüsusiyyətlərini qeyd etdilər.

Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatında Qurban Bayramovun çıxışı isə daha çox yadda qalan oldu. Çox şirin və munis söhbəti, qəlbə yatımlı nitqi ilə o Natəvan klubunda Qarabağ əhval-ruhiyyəsi yaratdı. Qurban müəllim Qələndər Xaçınçaylının yaradıcılığını təhlil etməklə yanaşı tariximizə, mənəvi dəyərlərimizə də toxunaraq yaxın-uzaq keçmişə qayıtdı, əzəzmətli və möhtəşəm məkanı – Ağdamı gözlərimizin önündə canlatdı. Şuşadan söhbət saldı, Xan əmini xatırladı. Sanki bir daha hansı yurdu erməni tapdağında qoyduğymuzu bizlərə bəyan etdi…

Sonda şair – publisist Zaur Ustac yazarlar adından Qələndər Xaçınçaylıya “Vintsas” Mükafatını təqdim etdi.

Olduqca maraqlı və digər anoloji tədbirlərdən xüsusi abu-havası ilə fərqlənən məclis (bütün çıxış və söhbətlər demək olar ki, Qarabağ, Vətən mövzusu üzərində qurulmuşdu) Qələndər Xaçınçaylının şeirlərindən nümunələr səsləndiriməsi ilə başa çatdı. Kitablar imzalandı. Xatirə şəkilləri çəkdirildi. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İmadəddin Nəsimi – 40 qəzəl”

Bu gün noyabrın 12-də “Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri”layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib.

Layihənin rəhbəri “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib.

Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.

Təqdimatda alimlər, şairlər, yazıçılar, media nümayəndələri, oxucular; Səfər Alışarlı, Fazil Güney,  Məti Osmanoğlu, Hümeyir Əhmədov, Elçin Alıoğlu, İlqar Türkoğlu, İlahə Bayandur, Əli Şamil, Əkbər Qoşalı, Aləm Kəngərli, Mübariz Məsimoğlu, Əntiqə Qonaq, Aysel Xanlarqızı Səfərli, Narıngül Nadir, Xalidə Nuray, Süleyman Abdulla, Gülnar əhmədova və başqaları iştirak edərək, mövzu ilə bağlı çıxışlar ediblər. Onlar İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İldırım Əkbəroğlu ilk kitab

İldırım Əkbəroğlunun ilk kitabı işıq üzü görüb. “İldırım Əkbəroğlu” adlandırılmış seçmə şeirlər toplusundan ibarət olan bu kitab Azərbaycanın Milli Qəhrəmanı  Rövşən Hüseynovun xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində “Yazarlar” jurnalının xüsusi buraxılışı şıklində nəşr olunub. Kitabda böyük oxucu kütləsinin rəğbətini qazanmış, lakin hələ kitab şəklində çap olunmamış İldırım Əkbəroğlunun özünün seçdiyi və bir kitab halında görmək istədiyi 25 şeiri  yer almışdır. İldırım Əkbəroğlunun kitabda toplanan şeirlərinin əksəriyyəti böyük tərbiyəvi əhəmiyyətə malik olub, dərin ibrətamiz mahiyyət kəsb edir.   Kitaba ön sözü tanınmış kitabşünas-tənqidçi Hacıxanım Aida yazıb. Eyni zamanda kitabda şairin şeirlərindən əlavə tərtibçilərin hazırladığı İldırım Əkbəroğlu haqqında qısa məlumat, baş redaktor Zaur Ustacın və gənc araşdırmaçı-yazar Əminə Elsevərin qeydləri yer almışdır. İldırım müəllimi bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Kitabın elektron variantı əsas elektron kitabxanalarda var. Və ənənəvi kitab formasında bütün əsas kitabxanalara veriləcək.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimlinin ilk kitabı

Ötən günlərdə (26.10.2019) ədəbi mühitdə artıq kifayət qədər tanınmış şairə Sevda İbrahimlinin “Orda Mən Varam” adlı ilk kitabının təqdimatı Azərbaycan Nəşiriyyatında Böyük Akt Zalında keçirilib. Bu münasibətlə Sevda xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Sevda xanım!

TƏDBİRDƏN FOTOLAR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səbahət Lənkəranlı – ilk kitab

Səbahət LƏNKƏRANLI (İsmayIlovA) – ilk KİTAB

Bu gün – 11.10.2019 – cu ildə Azərbaycan Nəşriyyatında eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan, tanınmış şairə SƏBAHƏT LƏNKƏRANLI (İSMAYILOVA) “Əllərin yetməyən bir mələyəm mən” adlı ilk kitabının təqdimat mərasimi baş tutub. Rəsmi və bədii hissələrdən ibarət olmaqla iki hissədən ibarət olan tədbir xüsusi bayram abu-havasında keçib. Tədbirdə tanınmış söz adamları iştirak ediblər. SƏBAHƏT xanımı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! uğurlarınız bol olsun, SƏBAHƏT xanım!!! TƏDBİRDƏN FOTOLAR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qabil Dərdlinin ilk kitabı

Bu gün (05.10.2019) ədəbi camiədə artıq kifayət qədər tanınmış şair Qabil Dərdli özünün “Üşüyür qolumun sən tutan yeri” adlı ilk kitabını təqdim edib. Təqdimat mərasimi “AZƏRKİTAB” – kitab mərkəzində baş tutub. Eyni zamanda kitabın da redaktoru olan şair-publisist Nəcibə İlkinin moderatorluğunda keçən tədbirdə tanınmış şairlər, söz-sənət adamları Ramiz Qusarçaylı, Faiq Balabəyli, İlqar Türkoğlu, Aləm Kəngərli, Süleyman Abdulla, Narıngül Nadir, Aysel Xanlarqızı Səfərli, Xəzər Məsimov, Mövlud Ağamməd, Fəxrəddin Meydanlı, Nailə Əsədullayeva, Şəfəq Sahibli və Qabil Dərdlinin doğmaları, yaxınları onu sevən oxucuları iştirak etmişlər. Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac “Üşüyür qolumun sən tutan yeri” adlı ilk kitabının işıq üzü görməsi münasibəti ilə Qabil Dərdliyə “Ziyadar” diplomunu təqdim etmişdir. Belə gözəl məclisin təşkilində, yadda qalan və maraqlı keçməsində əməyi olanlara –

Bəstəkar-müğənni: Zəka Vilayətoğlu

Jurnalist -qiraətçi: Arzu Heydərova

Fotoqraf: Fərrux Səfəroğlu

Operator: Xatire Memmedova – xüsusi minnətdarlığımızı bildiririk. Əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, Qabil müəllimə yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Qabil müəllim!!! TƏDBİRDƏN FOTOLAR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elan – Bildiriş – Dəvət

Qabil DƏRDLİ DƏVƏT eDİR:

Əziz və çox dəyərli dostlar – oxucular, Sizi 05 oktyabr 2019 tarixində, saat 14-00 da “ÜŞÜYÜR QOLUMUN SƏN TUTAN YERİ” adlı şeirlər kitabımın təqdimatına dəvət edirəm.


Təqdimat mərasimi “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçiriləcəkdir. Hamınızı gözləyəcəm – dəvətlisiz…
Ünvan: Yasamal rayonu, General Akim Abbasov 78. (Lider TV-in yanı, “Bazarstore” ilə üz-üzə – Yasamal parkı- metronun İnşaatçılar və Gənclik stansiyalarından 17 saylı avtobusla rahat gəlmək olur).

Hörmətlə: QABİL DƏRDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İlqar Nəsirov və onun kitabı

“İSLAM  DİNİNDƏ  İLAHI  HƏQİQƏTLƏR” – İLQAR NƏSİROV

“QARABAĞDA BİR KƏND VAR”

Hələ sovet vaxtından elimizin, obamızın bu oymağı – Ağdamın Yusifcanlı kəndi müəyyən məqamlarda seçilirdi. Beləki, kənd öz adından əlavə “Çöpçülər”, “Mollalar”,“Yazanlar” ya da elə kəsədən “Sufcannı” kimi məşhur idi. Bu kəndin bir əsas özəlliyi də  yazın gəlişinin özünəməxsus – unikal qaydada  “Qarqara çıxılan gün” kimi qeyd olunması, toy və yas adətləri olub. Yadımdadı, səksəninci illərin sonlarında Novruz bayrımı geniş təbliğ olunmağa başlayanda ilk çəkilişi AzTv  məhz bu kənddə aparmışdı. Zaur Ustacın dediyinə görə Şuşa mühasirədə olan günlərdə Şuşadan helikopterlə bu kəndə çöpçüyə uşaq gətiriblər… Məncə, bu məlumatlar sizdə nəsə ilkin təsüratlar yaratdı.

Kəndin mənim tanıdığım – haqqında eşitdiyim – Kərbəlayı Əşrəf, Molla Mürşüd, Mustafa Müseyiboğlu kimi tanınmış şəxsləri olub. Bu kəndlə yazılı tanışlığım Şahin müəllimin həmmüəllif olduğu “Qarabağda bir kənd var – Yusifcanlı ” kitabı ilə oldu. Sonra elə oldu ki, bu kəndlə ətraflı tanış oldum və nəticədə kənd sakinlərindən Sadıqov Hümbət, Qasımov Şahin haqqınada olan müəllifi olduğum iki maraqlı kitab ərsəyə gəldi. Şair – rəssam Salam İbrahimoğlunu tanıdım – onun çəkdiyi rəsmləri görməmişəm, ancaq bir şair kimi yurd həsrətli, ürək parçalayan şeirlərin müəllifi olduğunu böyük əminliklə diqqətinizə çatdırıram. Hacıxanım Aidanın “Məqam” kitabı ilə tanış oldum. Xeyli vaxt olar Zaur Ustacla tanış olmuşam. Onu qeyd edim ki, Zaur Ustac özünəməxsus yaradıcılıq yolu olan bir yazardır. Həın nəsrdə, həm də nəzmdə çağdaş ədəbiyyatəmızda üslubu ilə seçilir və məncə özünü hələ tam ifadə etməyib. Axtarışdadır. Ən son tanıdığım  bu kəndin ədəbiyyatımızda olan kiçik   nümayəndəsi Tuncay Mustafayevdir. Növbəti yazım onun haqqında olacaq.

İLQAR NƏSİROV   və   ONUN KİTABI

Sizə imkan daxilində belə yığcam və əhatəli məlumat verməkdə bir məqsədim var. İndi sizə təqdim edəcəyim insan da bu kəndin sakinlərindən biri olub. Sadə, zəhmətkeş bir şəxsdir. Ədəbiyyatla, yazıyla heç bir əlaqəsi olmayan bu şəxs – Nəsirov İlqar Qurban oğlu – ölkəmizin müstəqilliyini bəyan etdiyi gündə – 28 may 1959 – cu ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Təhsilini Yusifcanlı kənd orta məktəbində başlayıb, Ağdam şəhər 50 N-li TPM-də tamamlayıb. Hərbi xidmətdə olub. Sonra demək olar ki, keçmiş bütün İttifaqı gəzib dolanıb. Müstəqillikdən sonra dünya ölkələrini – müqəddəs məkanları-şəhərləri ziyarət edib. Yəni necə deyərlər – “çox gəzən, çox bilər” adlı həyat məktəbinin məzunudur. Və bu həyat məktəbi, özünün də dediyi kimi dərslərin birində onu bu dünyanın sahibi ilə tanış edir və nəticədə müəllifi İlqar Nəsirov olan “İslam dinində ilahı həqiqətlər” kitabı yaranır. Yuxarıda bilərəkdən geniş məumat verdim ki, belə gözəl, oxunaqlı, bütün müasirlərimiz üçün oxunması vacib olan ibrətamiz həyat hekayəsinin müəllifini az-çox sizə tanıda bilim. Redaktoru gözəl şairimiz, gənclərə daim yardımçı olan naşirimiz Musa Ələkbərli olan kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib və “Elm və Təhsil” nəşriyyatında nəşr olunub. Kitabla maraqlananlar onu Bakı şəhəri, İnşaatçılar metro stansiyasının üstündə yerləşən “LİDER KİTAB EVİ” –ndən əldə edə bilərlər.

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru