Təranə Əliyeva – Ah kimiyəm…

TƏRANƏ ƏLİYEVADAN BİR ŞEİR

ÇƏKİLMİŞ BİR AH KİMİYƏM…

Nolar, dindirməyin məni,
Günahsız günah kimiyəm…
Qəm yeyib, qəm sindirirəm.
Hər dərdə mübah kimiyəm..

Öldüm bir həsrət goruna,
Düşdüm bir qəmin qoruna,
Mən nə söyləyim yarına…?
Yalançı “ vallah” kimiyəm..

Bağımıza bir od düşdü,
Ağ kağıza bir ad düşdü,
Ömür ömrə bişad düşdü,
Lal olmuş sabah kimiyəm …

Ürəyimdə tutdum dilək,
Əzrayılsa qurdu kələk,
Şah damardan vurdu fələk,
Çəkilmiş bir ah kimiyəm…

Deməyə çoxuydu sözüm,
Kor oldu qismətin gözü..
Yandırdın ruhumun özün,
Demə, Bir, Allah kimiyəm…

Müəllif: TƏRANƏ ƏLİYEVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru