RAHİM ÜÇOĞLANLI

Rahim üçoğlanlıdan bir şeir

BİLMƏDİYİM SİR QALMADI

Bu yay yaman isti keçdi,
Üşüməyə yer qalmadı.
Günəş yuyub sərdi məni,
Bir yerimdə kir qalmadı.

Təmizlənib çıxdım safa,
Bir dərd qaldı,bir də cəfa.
Çox gəzdim etibar,vəfa,
Getmədiyim yer qalmadı.

Haqq gəlmədi ha neylədim,
Dərdimi suya söylədim.
Baş təpdim, dua eylədim,
Öz yurdumda pir qalmadı.

Dedim,görən bu nə yükdü,
Gözlərimə duman çökdü.
Bir şux mələk açıb, tökdü,
Bilmədiyim sirr, qalmadı.!

Ağdam-17.08.2019

Müəllif: ( Rahim Üçoğlanlı Rzayev  ) RAHİM UCOGLANLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏZ ÜLVİ

əbülfəz ülvinin söz dünyası – öz dünyası

GEDİB

Təsadüf toxundun çiynimə mənim,
O andan huşum da qəsdində gedib.
Sanki sol yonümü qopardi çiynin,
Çiynimdə çiyninin məstində gedib.

Bu nə qüvvə idi, bu nə kəramət,
Nə bir günah idi, nə bir qəbahət,
Məni şəkməmişdi heç bir hərarət,
İstim də qoşulub, istində gedib

Ah etdim, nəfəsim sanki yetmədi,
Neylədim heyrətim aman etmədi 
Ayağım ardınca sanma getmədi,
Utanıb demirəm, əslində gedib.

Ülviyəm, izindən qopa bilmirəm,
Heyrətdən gözümü qırpa bilmirəm,
Qəlbimi sinəmdə tapa bilmirəm,
Demə sol yönümün üstündə gedib.
12.07.2019.

= = = =

İSTƏYƏ BİLƏK

Deyirsən:-bu sevgi nə verib bizə?
Biz kimik sevgini pisləyə bilək?
Qorxuram yanmamış, dönməmiş közə, 
Yarıyaş xəzəl tək hisləyə bilək.

Əvvəl bu sevdada izimiz gərək,
Bağda tikan tapsın dizimiz gərək,
Onun üzərində özümüz gərək,
Həyat tablosinu işləyə bilək.

Mərd deyil bu hissə kim ki, məst deyil,
Uğrunda can qoymaq, cana qəsd deyil,
Dildə sevgi demək, hələ bəs deyil, 
Gəl onu ürəkdə bəsləyə bilək.

Səsini çıxarma xar edən sözə,
Söz vardır çevrilib mil olar gözə,
Tanrı ona görə səs verib bizə,
Dünyanı xoş günə səsləyə bilək.

Tənə eyləyincə üzdə sevgiyə,
Azdır qurban olsaq yüz də sevgiyə,
Gəl elə olaq ki, biz də sevgiyə,
Ondan umulanı istəyə bilək.
14.07.2019.

= = = =

NƏ DEYİM

Gəldin həyatıma bir röya kimi,
Deyəsən ömür-gün röyadır elə?
A canım, a gözüm , bəlkə eşqinin,
Röyada yazılıb soy adı, elə.

Röya ola biıməz sevgiyə zəmin,
İstərəm bu sayaq aşkar qalasan.
Bəlkə sən gəlmişdin röyama mənim,
Digər röyaları gözdən salasan?

Mən sənə nə deyim, dözüm yox hələ,
Demirəm sözünü qayalar desin.
Bir halda röyaya heyransan belə,
Qoy sənə sevgisin röyalar desin.

Röya dağlarını yıxa bilməsən,
Nahaq haq gözünə paya salacaq.
Röyadan kənara çıxa bilməsən,
Bu sevda ömürlük röya qalacaq.

Röyada qalmaqdan nə gəlir sənə,
Aşkar ol, aşkar eşq toxuya bilim.
Sevgi əlfbanı tez öyrət mənə,
Səni taleyimdə oxuya bilim

Nə deyim, bu işə deyilməz əhsən,
Bunu düşündükcə pozulur halım.
Yosa aşkar gözə görünməyirsən,
Mən öz qısasımı yuxudan alı?

Gözümü açıram qaçırsan həmən,
Bundan inanmıram sən zövq alasan
Bu gecə başıma toy tutmusan sən,
Bəıkə getməyəsən, toya qalasan.
10.08.2019.

Müəllif: EBULFEZ ELİEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİM ÜÇOĞLANLI

Ağdam ədəbi mühitinin tanınmış nümayəndəsi

Azərbaycanın tanınmış şairlərindən olan, “Qızıl Qələm” Mükafatı laureatı, Ağdam ədəbi mühitinin nümayəndəsi, Rahim Üçoğlanlıdan (Rahim Üçoğlanlı Rzayev ) bir neçə şeir t’qdim edirik:

HEÇ

Bilmirəm nədəndir,neyləmişəm mən,
Bəxtimin düyünün fələk açmır, heç..
Dünyanı işığa qərq edən günəş,
Üstümə bir zərrə şəfəq saçmır, heç.

Şehli gül çiçəyin çoxdan dərmirəm,
Dünyaya gələndən bir gün görmürəm,.
Kədəri ac qoyub su da vermirəm,
Durub ürəyimdən çıxıb qaçmır, heç..

Rahiməm,köksümdə sevgi əkirəm,
Sınıq könülləri eşqlə tikirəm..
Ha sözlə vəsv edib nəzmə çəkirəm,
Sevimli tərlanım göylə uçmur, heç.!

Ağdam – 31.07.2019

= = = =

YARADIB

Tanrının lütvünə bax gör nə gözəl can yaradıb,
Gözünə sürmə çəkib, kipriyini san, yaradıb.

Nur verib camalına, işıq yayıb şölə saçır,
Hər qaranlıq gecəyə san ki onu dan, yaradıb.

Ətirli gül çiçəkdən zərrə-zərrə bal çıxarıb,
O gözəl əndamını mum eləyib şan, yaradıb.

Suyun ulduzdan alıb,palcığın aydan yoğurub,
Canına ruh üfürüb, damarında qan, yaradıb.

Gör necə dəyişdirib, Rahimi tək bir baxışı,
Qap-qara bir qul idim söküb məni xan, yaradıb. 
Ağdam-29.07.2019

= = = =

GÜLÜM İNCİYƏR

İstədim gül verəm,əlim gəlmədi,
Dedim,gülü görüb gülüm,inciyər.
Öz qoxu bu gülü dəyərdən salar,
Əlimdə tutduğum gülüm, inciyər..

Bilirəm,həyatda gül gülü sevməz,
Bir gül öz yerini bir gülə verməz,.
Qısqanclıq eyləyib gül gülü görməz,
Pərt olub hər iki gülüm, inciyər..

Qıymaram qəlbində eşq dönə aha,
Lap gülüm olsada qızıldan baha..
Çalışıb bu fikrə düşmərəm daha,
Gülə, gül vermərəm, Gülüm, inciyər.. 
Ağdam-28.07.2019

= = = =

KÖNLÜMÜN

Sevgidən deyəndə həsrətdən şişib,
Yarpaq tək titrəyib teli, könlümün.
Bir sınıq saz kimi kökündən düşüb,
Yenib bəmdə durub zili, könlümün.

Çəkdiyi zülümdən tabı qalmayıb,
Qapısın açsa da sevgi dolmayıb.
Bircə gün həyatda qəmsiz olmayıb,
Heç hamar olmayıb yolu, könlümün.

Bu fani dünyada bir gün görməyib,
Eşqidən bac alıb, xərac verməyib.
Nazlı gözəllərdən əhval sormayıb.
Əzəldən lal olub dili, könlümün.

Saf duyğu hisslərlə boşalıb, dolub,
Məhəbbət uğrunda son şəhid olub.
Köksümdə özündən xatirə qalıb,
Bir ovuc ağ-appaq külü, könlümün.!
Ağdam-1989

Müəllif: RAHİM UCOGLANLİ ( Rahim Üçoğlanlı Rzayev )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Savaş Ünal bəyin təşəkkürü

ASKEF QUSARDA
(Avrasiya Sanat, Kültür Edebiyyat Federesyonu)
Qusarda möhteşem dostluq qarşılanması.
ASKEF genel başqanı
Savaş Ünal bey,
ASKEF genel başqan yardımçısı
Yahya Azeroğlunun və ASKEF genel başkan yardımcısı Selami Yağarın təşkilatçılığı ilə Azərbaycana qucaq açmağa gələn 37 ASKEF təmsilçiləri üyeleri və qonaqları qarşıladıq.

İslam birliyi və xalqlar arası bəşəri dəyərlər,dostluq,qardaşlıq sevdalısı,mədəni həyatın zənginləşməsinə,inkişafına öz töhfəsini verməyə çalışan ASKEF bu istiqamətdə bir çox tədbirlərin keçirilməsinə zaman -zaman vəsilə olur.
ASKEF-in keçirdiyi dəyərli tədbirlərin biri bu günlərdə coğrafiyası və mədəniyyətilə tanınan doğma yurdumuzun Qusar rayonunda yenə güzgü tutdular.
Dostluq,qardaşlıq xalqlar və millətlər arasındakı ucalığın qutsallığını sənət müstəvisində,doğmalıq işığında bir daha önəmsəyən dostluq sevdalıları ASKEF məqsədini,məramını öz milli rəqs və tamaşaları,isti münasibətlərilə könül dolusu alqışladılar.
Türkiyə Cümhuriyyəti Azərbaycan böyük elçisi sayın Erkan Özoral, Gəncə baş konsulluğu Zeki Öztürk və digər rəsmi qonaqların tədbirə qatılması böyük əmək kimi qiymətləndirildi.
Qusar rayon icra hakimiyyətinin müavini hörmətli 
Elman Mustafayev
Qusar rayon kültür təmsilçisi
David İbramxəlilov
və Qusarda əməyi keçən bütün iştirakçılara sonsuz təşəkkürümüzü bildiririk.
Xaçmaz rayon regional mədəniyyət idarəsinin rəisi hörmətli 
Nazim Ağayev
Xaçmaz rayon kənd məktəbinin direktoru və ASKEF Xacmaz rayon təmsilçisi Gülşən Əhmədovaya,
Gəncə şəhər AYB-nin sədri,hər zaman bizə dəstək olan, hörmətli yazıçı -dramaturq
Xəzəngül xanım Hüseynovaya
bütünlükdə əməyi keçən insanlara təşəkkür edirik.
Bakı şəhərində qonaqlara qucaq açan Rose otelin sahibi hörmətli 
Ali bəyə
və qonaqları qarşılayan və yola salan ziyalılardan ASKEF Nərimanov rayon təmsilçisi,təşkilatçı dr.professor 
Ramiz Həsənli
ASKEF yöneticisi həkim 
Kəmalə xanım Həsənova
ATEŞGAH məbədinin müdürü
Rəşid Babai
DSK sədri İlham Bayramov
hörmətli yazıçı -şair publisist,əməkdar jurnalist
ASKEF yönəticisi
Eldar ismayıl Böyüktürk
ziyalımız şair-yazıçı
Müzahim İsgəndərov
şair-yazıçı 
Təvəkkül Cəmilli
Şair-yazıçı məktəb direktoru
ASKEF üyesi
Zöhrə Məhəmmədova
Xızı rayon Giləzi qəsəbəsi Mikayıl Müşfiq adına məktəbin direktoru,ASKEF Xızı rayon təmsilçisi
Svetlana Rüstəmova
ASKEF Nizami rayon təmsilçisi,şair-yazar
Qərib Həsənov və ailəsi,
Qarabağ əlillər cəmiyyətinin sədri
Albay Elmar Hüseynov
Şəki rayonunda ev sahibliyi yapan böyük ailə Əli Şıxıyev və İradə xanım Şıxıyeva ailənin gəlini 
ASKEF Şəki rayon təmsilçisi
Məhəbbət Şıxıyeva
ASKEF Azerbaycan başqan müşaviri və mətbuat katibi Sona İsmayılova olaraq ASKEF adından və şəxsən öz adımdan, mənə dəstək olduğunuz üçün hər bir ziyalımıza sonsuz təşəkkürümü bildirirəm.
Qonaqlarımıza hər biriniz qucaq açdınlz,layiqincə qarşılayıb yola saldınız.
Geniş şəkildə yazmadım.Çünki səhifəmdə canlı çəkilişdən izləyənlər gördülər qarşılanmayı..
VƏ MƏNƏ BÖYÜK DƏSTƏK OLDUNUZ …

Mənbə: Sona İsmayılova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Ü“ HƏRFİ HAQQINDA ŞEİR

“ Ü “ HƏRFİ HAQQINDA ŞEİR

“ Ü “

Üzdüm üzümü,

Üzdüm, özümə!

İstəyirsənsə,

Gəl, üz özünə!

Üzüm qurusu

Üzümdən  dadlı,

Qaldıqca olur

Daha faydalı!

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR