Zaur Ustac – 14 – cü yazı

ON  DÖRDÜNCÜ  YAZI

    QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU

                                   (HESABAT)

Salam, dəyərli oxucum… Uca Yaradana  şükürlər olsun ki, Bizə qarşı çox səxavətlidir və hər dəfə Sizinlə  yeni görüşə gələndə bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız an üçün şükürlər olsun… Min şükür…  Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə  yazıma bir sözdən ibarət ad seçə bilmədim…  Söz addan düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a gəlib çatdıq.

2018 – ci ilin Mayın 24 –də  ilk yazımın  rəsmi şəkildə  mətbu orqanda işıq üzü görməsinin   30  ili tamam olur. 24 May 1988 – ci il  “Əməyə məhəbbət” adlı  məqaləm, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”   adlı kitabın üz qabığına çıxarılmış  foto – cild “Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk qələm haqqımı deyim, mürəkkəb pulumu deyim  – qonorar  – aldığım vaxtdan 30 il keçir… Təfsilata  keçmədən sadəcə onu qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə…

Sözsüzki, yaradıcılığımız  həyatımızın  inkası olduğundan  – “qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda  mən  nəzmi deyil, məhz nəsri nəzərdə tuturam … Yaşadıqlarımız yazdıqlarımıza çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız  yazdıqlarımızı yaradır… Yəni, belə uzun və keşməkeşli bir zamanın müqabilində Biz heç nə yazmamışıq…  Adları  qoyulmuş,  içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və hekayələr – yazılacağı günü gözləyir… Və gözləyə-gözləyə zənginləşir, dərinləşir, vacibləşir… Yəqin elə buna görədir ki, kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə naz edirlər… Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək yazılmışlara… 30 il əvvəl  bir  məktəbli  məqaləsi ilə başlayan sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü görən kitablarım aşağıdakılardır:

“GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR.: ZU — GAC

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN”  Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — İSOHM

  “GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. ) PDF: – ELEKTRON NƏŞR:  ZU — G

  “MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: .ZU — MKY

  “MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR:ZU — MHMD

“ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: – ZU — SC

 “BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. )  PDF:  – ELEKTRON NƏŞR: ZU — BC

 “BƏRZƏXDƏ”  Bakı – 2014. (Bu günə qədər bir  dəfə nəşr olunub) PDF:  – ELEKTRON NƏŞR: ZU — B

 “NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — N

“ORİYENTİR  ULDUZU” Bkı -2011. (Bu günə qədər  beş dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — OU

 “GÜLÜNÜN  ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər  üç  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — GS

 “SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.)  PDF:  – ELEKTRON NƏŞR: ZU — SKS

“BAYATILAR” –     بایاتیلار  ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) PDF:  – ELEKTRON NƏŞR:   ZU — BAY

 “QƏLBİMİN  AÇIQCASI”  Bakı – 2016. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:ZU — QA

 “USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — U(KHK)

“USUBCAN  ƏFSANƏSİ”   (MƏQALƏLƏR)  Bakı – 2017. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)

PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — USUB

“ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)  PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — CK

“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  Bakı – 2018.

(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)

PDF: – ƏNƏNƏVİ  NƏŞR :  ZU — OƏQ

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR:

“93 – ün yayı və ya bir qaşıq qatıq”,  Roman,  Bakı – 2011.  (Bərpa olunacaq.)

“2016”, Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.)

Yuxarıda  sadalanan  müəllifi olduğum kitablardan əlavə, dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları bunlardır:

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)  

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya təşəkkürlər.) PDF: – ƏNƏNƏVİ NƏŞR:HXA – M

ASKEF-in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  ÇANAKKALE’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)

Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə yaradıcılığın 30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər olacaq.  

Son illər müntəzəm olaraq,  http://yazarlar.az/http://ustac.az/  , http://zaurustac.tr.gg/ saytlarında, 

“EV BAZARI” qəzeti (e-qəzet) yomoristik  e-qəzetdə, “MAKLER-VİP” jurnalı (e-jurnal) satirik e-jurnalda,   “MARALLAR”  satirik  bloqda  yazılarımı yayımlayıram. Bunlardan  əlavə   istər http://www.tezadlar.az/  saytı  olsun, istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti  Bizim üçün Ağdamın bir parçasıdır,  “AĞDAM” qədər doğmadır.

Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda və şeirlərimi  hər iki qayda ilə mətbu orqanlara göndərirəm və yayımlanıram. Əlbəttə, vacib bildiyim mövzularda….

 “YARADANLA  BAŞ-BAŞA”  kitabına  daxil  olan  “QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU”  (on dördüncü yazı) adlı,  hesabat xarakterli  bu  məqalə “OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  kitabında  və  yubley tədbirləri  çərçivəsində  Elektron Kitab formatında  nəşr olunacaq bütün kitablarda yer alacaq. Ona görə məhz bu yazıda bir məlumatı  da  açıqlamaq  istəyirəm.

Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə bilərəm… Bilirsiz ki, 2007 – ci ildən  fəaliyyət  göstərən

YAZARLAR.AZ – Yazarlar  jurnalının  yaranma  səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq  yayımlanmaq, problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC”  Milli   Mükafatını  təsis  etdim.  Mükafat   diplomdan, nağd puldan  və laureatın  YAZARLAR.AZ–da yayımlanmış yazılarından ibarət,  “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının  nəşr olunmasından  ibarətdir.  Pul mükafatının məbləği bütün dövrlərdə  stabil və inflyasiyaya  davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti  həcmində  nəzərdə  tutulur. Pul mükafatı bir  dəfə, tam  həcmdə  ödənilir  və  qanunamüvafiq  olaraq  bəxşiş – bağışlama,  hədiyyə  etmə  əsasında  olduğuna görə  vergidən  azaddır.

Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  Günü  ərəfəsində – əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə  qədər çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ətraflı məlumat YAZARLAR.AZ da elan olunacaq.

Bu arada “AZAD  QƏLƏM”,  “HAQQIN  SƏDASI”, “ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”, “ULDUZ”, “AZƏRBAYCAN”,  “KİRPİ”,  “MOLLA NƏSRƏDDİN   XXl   ƏSRDƏ”,  jurnallarının,  eləcə də

http://azpress.az/ , http://senet.az/  , http://zaman24.net/

http://www.yazar.in/ , http://take.az/ , http://siirvideo.com/ https://10yazar.wordpress.com/https://yazyarat.com/ ,

http://www.tehsilproblemleri.com/, http://ayb.az/

 http://azeri.press/ ,  http://www.tezadlar.az/

saytlarının bütün işçi heyyətlərinə  və  rəhbərbərlərinə,  ölkəmizdə  elektron  kitabçılığın və  kitabxanaçılığın əsasını qoymuş, günümüzdə olduqca zəngin, böyük  həcmli e-kitab bazasına malik http://www.kitabxana.net/ saytının qurucusu, bir çox vacib ictimai işlərdə daim öndə  fəallığı ilə seçilən,  gənclərə həmişə dəstək olan  Aydın Xan müəllimə  xüsusi  təşəkkürlər… Var olasınız, Dostlar  və əlbətdə,  Bizim tanımadığımız  digər   Qəhrəmanlar … Kim cəhaləti ortadan qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt adamdır… Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş bəxş edə bilməz…. Uğurlarımız bol olsun…  Amin… (Amen…)

Düzü, bilmirəm nəsə  unutdum ya yox…  Ancaq,  yazımı yekunlaşdırmaq istəyirəm.

Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu edirəm! Arada kitab oxumağı da unutmayın!!! “Mütailə orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir….” (Z.U)

02.04.2018. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “OTUZ İLDİR ƏLDƏ QƏLƏM” kitabında giriş sözü -hesabat məqaləsi kimi, eyni zamanda ədəbi yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində nəşr olunan bütün e-kitablarda ön söz kimi və “YARADANLA BAŞ-BAŞA” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 13 – cü yazı

ON  ÜÇÜNCÜ   YAZI

QƏDİMLİYƏ  BÜRÜNMÜŞ  YENİLİK.

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu son günlərdə yeni işıq üzü görmüş – KÖHNƏLİYƏ, QƏDİMLİYƏ BÜRÜNMÜŞ BİR YENİLİK olan –oxucularını, pərəstişkarlarını  müsbət mənada heyrətləndirməyi bacarmış Nargis xanımın “BEKLENEN DOLUNAY”  kitabı  haqqında olacaq. Əlbəttə, hər bir oxucuya, araşdırmaçıya, tənqidçiyə, söz adamına müəyyən bir fikrə, ideyaya  rəy vermək, onun haqqında danışmaq üçün minimal baza lazımdır. Yuxarıda  sadaladığımız və ya sadalamadığımız kateqoriyadan olan şəxslərin, hər kəsin müəyyən bir söz haqqında söylədiyi fikir ilk əvvəl onun  malik olduğu bu minimum bazaya əsaslanır, daha sonra rəy kimi xarakterizə olunur. Bu baxımdan təhlillərə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, əsərin orijinallığı münasibəti ilə Nargis xanımı təbrik etmək olar.

QISA ARAYIŞ:

İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.

2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.  

2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır.  2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur.  “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.

“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.

28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti  mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və  “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.

Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.

Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn”  Minval yayınları tərəfindən nəşr edilmişdir.

2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.

2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “           Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.

2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.

2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.

Hər hansı bir əsərin orijinallığının birinci göstəricisi onun artıq ilk abzasdan müəllifin öz düşüncəsini ortaya qoymağa başlaması, müəllifin kimliyini bəyan etməsidir. Yer üzündə bu qədər yazılar, kitablar var. Görək bunlar hamısı öz müəllifini tanıda, təqdim edə bilirmi? – Əlbəttə,  xeyr. Bu çox mürəkkəb məsələdir və onu qeyd edim ki, bu məsələdə zəhmətlə, istedadın nisbəti bərabərdir. Yəni, uca Yaradanın yardımı olmadan bu naliyyətə nail olmaq mümkün deyil. Nəzmdə bəlkə də bu məsələ nisbətən asandır. Çünki, şeir belədir ki, bir şairin bir neçə əsəri ilə tanış olduqdan sonra artıq növbəti şeirlərin ilk bəndləri müəllifin kimliyindən xəbər verir. Nəsrdə xüsusi ilə romanda  bu məsələ daha mürəkkəbdir və söz adamı əvvəldən sona qədər bütün hadisələrin inkişafı boyu, hər yeni obraz ortaya çıxdıqca bu prinsipi gözləməli surətlərin bitkinliyini, xarakter və xüsusiyyətlərini özünəməxsus, orijinal tərzdə aparmağı bacarmalıdır ki, bu əsər də,  öz müəllifi haqqında məlumat verməyi bacarsın… Necə deyərlər: – “yaşat məni, yaşadım səni” . Məhz bu baxımdan müəllifi təbrik etmək olar. Əsər orijinaldır.

On üç bölümdən ibarət olan romanın ilk bölümü artıq müəllif  haqqında tam məlumat verir. Bu məlumatlar nədən ibarətdir. İstədiyimiz hər hansı bir bədii əsəri – kitabı- götürüb müəllifin kimliyi ilə tanış oladan içərisindən müəyyən bir hissəni oxuyub, ilk əvvəl yazarın qadın və ya kişi olduğu barədə nəticəyə gələ biliriksə və sonda bu məlumat həqiqətlə üst-üstə düşürsə deməli bu əsər orijinaldır. Bu nəticənin əsasında nə dayanır? – Deməli,  müəllif  heç  bir kopiyaçılığa yol vermədən öz hiss və duyğularını obrazlı şəkildə kağız üzərinə köçürmüşdür… Əgər əksi ilə rastlaşsanız deməli nəsə düzgün deyildir…  İlk bölüm artıq müəllifin kimliyi haqqında məlumat verməyə başlayır  və hadisələrin inkişafı boyunca  Angelenin dili və düşüncələri ilə bu proses daha da dərinləşir və sona qədər davam edərək tam – bitkin bir fikir formalaşdırır. Bütün bu sadalananlara görə də  Nargis xanımı təbrik etmək olar. Başqa oxucuları bilmirəm, mən ilk sətirlərdəcə nəsə, Vətənin  mərd oğlu Ramil Səfərovun orijinaldan tərcüməsində öz doğma Ana dilimizdə tanış olduğum, Macarıstanın tanınmış qadın yazıçılarından olan, Maqda Sabonun “QAPI” romanını xatırladım. Ancaq, bu o demək deyil ki, “BEKLENEN DOLUNAY” romanı, “QAPI” romanına oxşayır. Xeyir, bu belə deyil.  Sadəcə, Maqda Sabonun Emerenci, milli qadın yazarlarımızdan;  Əzizə Cəfərzadənin, Xalidə Hasilovanın yaratdıqları qadın surətləri nə qədər təbii və dolğundursa, “BEKLENEN DOLUNAY” romanındakı Angele də bir o qədər bitkin obrazdır. Bu bütünlüklə belədir. Bu romanı köhnəliyə bürünmüş yenilik  kimi də xarakterizə etmək olar. Müəllif çeşidli səhnələrdə hadisələrin müəyyən bir qeyri-müəyyənlikdə cərəyan etməsinə rəğmən daim öz mənəvi-psixoloji fikirlərini oxucuya çatdırır. Bu baxımdan əsəri hardasa psixoloji məqamların da bol olduğu bir roman kimi xarakterizə etmək olar. Xanım müəllif  bir çox müasir problemlərə toxunur və onların öz düşüncə tərzinə və qənaətinə görə həlli yollarını göstərir. Bu çox mühüm məsələdir. Çünki, istər qadın, istərsə də kişi müəlliflər içərisində problemləri qaldıran, təqdim edən müəlliflər çox olsa da, onun həlli yollarını göstərən yazarlarımız çox azdır. Roman boyu, iki yerdə məncə uğursuz alınmış bənzətmələri və bir neçə yerdə zamanın itməsi hallarını nəzərə almasaq, təbiət mənzərələrinin, erotik səhnələrin, mənəvi-psixoloji vəziyyətlərin  təsvirləri hamısı özünəməxsus və orijinaldır. Roman ümumiyyətlə, oxunaqlıdır. Ancaq, birnəfəsə oxunan əsərlər cərgəsində dayanmır. Mütləq aramla, qısa fasilələrlə, necə deyərlər  pəncərə  önündə, çay və ya kofe içə-içə yaxud da təbiət qoynunda, müəyyən bir yolçuluq əsnasında oxunarsa, daha dolğun qavranar, zövqverici olar deyə, düşünürəm.

Bu arada demək olar ki, mənim öz kitablarım da daxil olmaqla – dəfələrlə yoxlanmasına, redaktə olunmasına baxmayaraq, kitabların  hamısında rast gəldiyimiz çoxlu texniki – hərf səhvləri demək olar ki, kitabda yox səviyyəsindədir. Bu müsbət keyfiyyətə görə, kitabı nəşrə hazırlayan, Müşfik Hana, Ahmet Yıldıza,  Teymur Ferziyə, Bahti Yara təşəkkürlərimizi bildirir, bu hamımız üçün faydalı olan işlərində yeni-yeni  uğurlar arzu edirik.

Nargis xanım uğurlarınız bol olsun. Yeni-yeni əsərlər gözləyirik.

08.07. 2017. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


ASKEF-dən antologiya elanı

Savaş Ünal bəyin yazarlara müraciəti:

AVRASYA SANAT KÜLTÜR EDEBİYAT VE BİLİM FEDERASYONU TARAFINDAN HAZIRLANAN VE HER YIL DÜZENLİ ÇIKARILAN
TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ 
TÜM TÜRK DÜNYASINDAN KATILIMLARLA DEVAM EDİYOR…

”SİZ BİRBİRİNİZDEN AYRILIRSANIZ, HEPİNİZİ OK GİBİ BİRER BİRER KIRIP PARÇALARLAR. OYSA BİRLİK OLURSANIZ, HİÇBİR KUVVET SİZİ KIRAMAZ.” (OĞUZ KAĞAN)
“DİLDE , FİKİRDE, İŞDE BİRLİK “ (GASPARALI)
HER YIL GELENEKSEL OLARAK HAZIRLADIĞIMIZ VE TÜM DÜNYADAN ŞAİRLERİN KATILDIĞI, TÜRK DÜNYASI ŞİİR SEÇKİSİ-5-6 “ 2019” HAZIRLANIYOR.

TÜRK DÜNYASINDA BİRLİK VE BERABERLİK SEMBOLÜ OLAN TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ DİL BİRLİĞİ, GÖNÜL BİRLİĞİ ÇALIŞMALARIMIZA ÇOK FAYDALI OLACAKTIR
.
KATILIM KOŞULLARI;
*KONU: VATAN,MEMLEKET,KAHRAMANLIK BAŞTA OLMAK ÜZERE, HER ALANDA OLABİLİR.
LİRİK,EPİK,DİDAKTİK,PASTORAL,SATİRİK, DRAMATİK .
TÜRÜ: HECE,ARUZ, SERBEST 
*TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİNE GÖNDERİLEN ŞİİRLERDEN “SEÇİCİ KURUL” TARAFINDAN YAYINLANMASINA DEĞER GÖRÜLEN ŞİİRLER YAYINLANACAKTIR. YAYINLANMAYAN ŞİİRLER VE GÖNDERİLEN ÜCRET HAVALE VEYA HERHANGİ BİR MASRAF BEDELİ VARSA MAKBUZ KARŞILIĞI BELİRTİLEREK KİŞİYE İADE EDİLECEKTİR.
*ŞİİRLERDE SİYASİ HİÇ BİR İMGE, SİMGE, VURGU YER ALMAYACAK.
*KATILIMCILAR ŞİİRLERİ, RESİM,İLETİŞİM BİLGİLERİNİ TEK BİR WORD DOSYASI HAZIRLAYIP GÖNDERECEKLER.

*HER KATILIMCIYA 4 SAYFA AYRILACAK.
*KATILIMCILAR 7 ADET ŞİİR,KISA BİR ÖZ GEÇMİŞ VE FOTOĞRAF GÖNDERECEK AYRILAN 4 SAYFAYA SIĞACAK KADAR ŞİİRİ KİTABA GİRECEKTİR.
ADRES VE TELEFON BİLGİLERİNİ EKSİKSİZ GÖNDERECEKLER.
*KATILIMCILARA 2 CİLT (4 KİTAP) KİTAP VERİLECEK
*KARGO ÜCRETİ KATILIMCILARA AİT OLACAK.
KATILIM ÜCRETİ;
*TÜRKİYE: 120 TL
*AZERBAYCAN: 30 AZN
*AVRUPA: 20 EURO
*ASYA: 25 DOLAR
KİTAP ÖZELLİKLERİ;
*2 CİLT, YAKLAŞIK 1400 SAYFA
PARLAK SELEFON
ENZO 70 GR KAĞIT
*BASKI: 2000 TAKIM (1000 TAKIM KİTAP OKULLARA ÜCRETSİZ DAĞITILACAK.)
*BAŞLAMA TARİHİ: 01 NİSAN 2019
*SON KATILIM TARİHİ: 10 EYLÜL 2019
*BASKI TARİHİ: 10 EKİM 2019
*ETKİNLİKLERİ-ANTALYA-İSTANBUL-ADANA- ANKARA-ERZURUM- İZMİR İLLERİ İLE, AZERBAYCAN, BOSNA HERSEK-BULGARİSTAN, ÖZBEKİSTAN VE KAZAKİSTAN’DA YAPILACAK.
*ESERLERİN GÖNDERİLECEĞİ E.POSTA: askefturk@hotmail.com
KATILIM ÜCRETLERİ;
*TÜRKİYE: AVRASYA SANAT KÜLTÜR EDEBİYAT VE BİLİM FEDERASYONU İŞ BANKASI ANTALYA ŞUBESİ
HESAP NO : 6200- 4233684- IBAN: TR 250006400000162004233684
*AZERAYCAN:TEMSİLCİSİ SONA İSMAYILOVA
*ÖZBEKİSTAN: ASKEF TEMSİLCİSİ MUAZZAM İBROHİMOVA
*BULGARİSTAN: ASKEF TEMSİLCİSİ RÜSTEM AZİZ
*ALMANYA: ASKEF TEMSİLCİSİ AYDIN TAZEGÜL
*KIBRIS: ASKEF TEMSİLCİSİ HASAN ÇAKMAK
*KERKÜK: ASKEF TEMSİCİSİ ABDULHALİK HÜRMÜZLÜ,
*İSVEÇ: ASKEF TEMSİCİSİ İDRİS HALUP KASSAP.
*FRANSA ASKEF TEMSİCİSİ KEZİBAN ALTINKAYNAK (Ozan Keziban)
Not bu isimler dışında hiç kimsenin şiir ve para toplama yetkisi yoktur.

KATILACAĞINI BİLDİREN DOSTLARIMIZIN İSİMLERİ LİSTEYE EKLENECEKTİR.
KATILIMCILAR.

Adil İbrahimov-Azerbaycan
Ahmet Kurt-İzmir
Ali Yunus Özerdem-KKTC
Anar Əliyev Boluslu-Azerbaycan
Araz Təbrizli-Güney Azerbaycan
Arzu Yılmaz Dağdemir-Eskişehir
Aydın Tazegül-Almanya
Aynur Qafarlı Azerbaycan
Aynurə Əliyeva Azerbaycan
Aynurə Ulduz-Azerbaycan
Ayşe Nurize Ortan-İzmir
Ayşe Şahin-Kayseri
Azad Terzi-Almanya
Azadə Novruzova-Azerbaycan
Bədirə Rza Həsənqızı-Azerbaycan
Burhan Yaralı-Almanya
Cemal Kaya-Antalya
Ceyhun İpteş-Adana.
Dilarə Hacıyeva-Azerbaycan
Dilqəm Nəsrullayev-Azerbaycan
Dursun Ali yıldırım-Erzurum
Dürrə Məmmədova-Azerbaycan
Əjdər Malik-Azerbaycan
Elif Çırak-İzmir
Elif Yavaş-Çanakkale
Əliyev Kurban Azerbaycan
Ertuğrul Kalafat- İstanbul
Etibar Həsənzadə-Azerbaycan
Əziz Musa-Azerbaycan
Fərid Muradzadə-Azerbaycan
Gonca Aydemir-Antalya.
Gülay Pelit-Denizli.
Gülnar İbrahimli-Azerbaycan
Gülqədəm Mirzəzadə
Gülşən Əhmədova-Azerbaycan
Gülşen Erdağlı-Tekirdağ 
Günel Vaqifqızı Azerbaycan
Habil Cabbarov
Hilmi Candemir-Şırnak
Hülya Yıldırım-Sivas
İbrahimov Məhərrəm-Azerbaycan
İdris Kassap-İsveç
İsmayılova Sona
İsmet Develioğlu -Osmaniye
Keziban Altınkaynak-Fransa
Kirman Rüstəmli-Azerbaycan.
Könül Dadaşova-Azerbaycan
Kudret Çat-Ankara.
Maarif Musa-Azerbaycan
Mafilə Müntəzir
Mahir Başpınar-Kahramanmaraş
Mahirə Hüseynova Azerbaycan
Mahsun Kul Keser-Norveç
Məhəbbət Quliyev-Azerbaycan
Məhəbbət Şıxıyeva-Azerbaycan
Məlahət Əliyev-Azerbaycan
Miraslan Bağırov-Azerbaycan.
Mohammad Hacıoğlu-Erbil 
Muradova Şəfa Azerbaycan
Mustafa Şahin-Malatya
Mübariz Hüseyn. -Azerbaycan
Müşfiq Dağlaroğlu-Azerbaycan
Nailə Yusifova
Nalan Oğuz Öztürk-İzmir 
Nazim Yaquboğlu-Azerbaycan
Nesrin Sipahi Kıratlı-Bulgaristan
Nevin Küp-İzmir
Ömür Begalı-Kırgızistan
Pünhan Təbrizə-Azerbaycan
Qafarlı Aynur Azerbaycan.
Qəhrəmanova Yeganə-Azerbaycan
Rahim Çetinkaya-Iğdır
Ramazan Sevgili-Mersin.
Ramiz Həsənli-Azerbaycan
Rüstem Aziz-Bulgaristan
Sahib Hüseynov-Azerbaycan
Samir Abdullayev-Azerbaycan
Seadet Qerib.Azerbaycan 
Sədaqət Alıqızı-Azerbaycan
Sehran Allahverdiyev Azerbaycan.
Selahattin Arslan- Bursa.
Sevda İbrahimli-Azerbaycan
Seyfi Metin-Osmaniye
Seymur Sönməz Paşayev-Azerbaycan
Solmaz Elqizi.Azerbaycan 
Süleyman Durmaz-Kütahya.
Tamam Uluxanlı-Azerbaycan
Tamara Sadıqqızı-Azerbaycan
Təbrizə Pünhan Azerbaycan
Təranə Əliyeva-Azerbaycan
Ünbülbanu Musayev-Azerbaycan
Vahdettin Işıldak-Bursa
Vahid Qasımov-Azerbaycan
Vasif Rəhimov-Azerbaycan
Yahya Azeroğlu-Iğdır
Yaqut Aslan-Azerbaycan
Yavuz Sevdai-İzmir
Zamin Rüstəmov-Azerbaycan
Zəkiyyə Pənahova-Azerbaycan
Zöhrə Məhəmmədova-Azerbaycan

QEYD:

Son qatılım günü 10 sentyabr 2019 – cu ildir. Arzu edənlər qarşıdan gələn 30 gün ərzində Azərbaycan üzrə Sona İsmayılova – ya müraciət edə bilərlər.

Mənbə: SAVAŞ ÜNAL 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 12 – yazı

ON  İKİNCİ  YAZI

STEREOTİPLƏRİ  YOX  EDƏN  ADAM.

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik  ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri),  son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı  işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda  olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə  keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda  aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis  (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış  Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba   və  bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən  58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri  formalaşmış stereotipləri qırıb, məhv edən  adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq,  görüşdən əvvəl bu il  məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də,  Qulu  baba deyənləri  təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi  Paşa  bildirdi  ki,  yay  sessiyasına gələn kimi İlham müəllim onları da  şəxsən  akt  zalında iclasa  toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya  və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün  bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Görüş və söhbətimiz  çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə  hamı  dayandığı  mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı,  etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim.  Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.

  1. 06. 2017. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “TƏZADLAR” qəzetinin N: 23 (2119) 4 iyul 2017 – ci il sayında dərc olunmuşdur.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 10 – cu yazı

ONUNCU YAZI

 İBTİDAİ SİNİFLƏRDƏ VƏSAİT ÇATIŞMAZLIĞI

Salam, dəyərli oxucum! İndi düşünəcəksiz ki, müasir dövürdə  xüsusi ilə də aşağı siniflərdə uşaqların bu qədər dərsliklərlə, iş dəftərləri ilə və digər əlavə vəsaitlərlə yükləndiyi halda vəsait çatışmazlığından söhbət açmaq yersiz, həm də bir az gülüncdür. Bəri başdan nəzərinizə çatdırım ki, bu heç də düşündüyümüz kimi deyil. Söhbətin sonunda yekdilliklə belə bir qərara gələcəyik ki, həqiqətən çatışmazlıq var, eyni zamanda  qaldırılan məsələ son dərəcə aktual və ciddidir. Onu da qeyd edim ki, bu yazı – İBTİDAİ SİNİFLƏRDƏ VƏSAİT ÇATIŞMAZLIĞI – belə adlansa da təkcə ibtidai siniflərin, daha da konkret etsək, hazırlıq qruplarının, birinci və ya ikinci siniflərin problemi deyil, ümumuiyyətlə dilimizdə oxumağa başlayan, hərfləri öyrənmiş, oxu vərdişlərini  formalaşdırmaq, təkmilləşdirmək istəyən hər bir kəsin- istər yerli dil daşıyıcılarının (nəzərə alsaq ki, uşaqları böyük əksəriyyəti lap körpəlikdən Osmanlı ləhcəsində cizgi flimləri və serealların təsiri altında böyüyür, üstəgəl Vətənimiz  etnik cəhətdən də zəngin olduğuna görə uşaqların çoxu məktəbə qədər ya lokal dildə, ya da çox fərqli şivədə danışırlar) istərsə də xarici vətəndaşların üzləşdiyi ümumu çatışmazlıqdır. Bu yerdə hələ 2011 – ci ildə  çapdan çıxmış “GÜLÜNÜN ŞEİRLƏRİ”  kitabının girişində yazdığım sözləri xatırladım. O sətirləri aşağıda olduğu kimi verirəm: – “Belə ki, Gülü xanım təzə-təzə  birinci sinfə gedirdi. Mən də həmişəki kimi işdə idim. Evdən  zəng gəldi,  cavab verəndə Gülü mənə sevinə-sevinə dedi ki, Ata, “ A ” hərfini keçdik. Müəllim evə “A” – ya aid şeir tapşırıb, gələndə hərflərə aid  şeir kitabı al gətir. Dedim ki, oldu Gülü xanım. Məhdud vaxt içərisində ora – bura baxdım. Belə bir kitab tapa bilmədim. Çox maraqlıdır ki, bütün köşklərdə (kiosklərdə) başqa dillərdə belə maraqlı, əyləncəli uşaq şeir kitabları olsa da bizim dilimizdə yox idi. ” –  Nəzərinizə çatdırım ki, bir xeyli vaxt ötsə də vəziyyət dəyişməyib. Bu yazını oxuyandan sanra da çıxıb şəhərimizdə (hələ mən bölgələri demirəm) kitab dükanlarını, köşkləri (kioskləri) gəzsəz eyni mənzərənin şahidi olacaqsız. İngilis dilindəki vəsaitləri çıxmaq şərti ilə heç bir dildə ilkin oxumağa başlayan üçün sistemli pillə-pillə ardıcıllığı, oxunaqlığı, rahatlığı, asanlığı təmin edən oxu vəsaitləri yoxdur. İstər dərslik, istər sinifdənxaric oxu vəsaiti olsun, mənzərə dəyişmir. Mənimlə  razılaşarsız ki, nəinki orta statistik ibtidai sinif şagirdi, hətta valideyinlərin böyük əksəriyyəti tapşırıqları həll etmək bir yana dursun, heç şərtləri oxuyub, anlaya bilmirlər. Bu hal isə öz növbəsində təhsilimizdə mövcud ikinci böyük problemi – REPİTİTORLUĞU – kitabla tanışlığın ilk günündən labüd edir ki, bu da  uşağı qədəm qoyduğu təhsil sistemində ələbaxım öyrədir və sonrakı bütün pillələrində – doktorluğa qədər – izləyir. Böyük əksəriyyətin müstəqil düşünmək, araşdırmaq, öyrənmək qabilliyyətin birdəfəlik əlindən alır.  Halbuki,  bütün bu problemləri çox yox, bir-neçə seriya – təxminən üç səviyyəli – sadə bir və iki hecalı sözlərdən ibarət qısa, həm də uşaqlar, eləcə də dili yeni öyrənənlər üçün maraqlı olacaq hekayələrdən ibarət təxminən üç yüz adda kitabla həll etmək olar. Bunun üçün sadəcə bir – neçə il hansısa özəl və ya dövlət qurumu sistemli şəkildə məşğul olub, sonra da ilər boyu həm zəhmətinin nəticəsini –  xeyrini görər, həm də hamıya faydası olar. Bu yazının mövzusu, məqsədi  sadəcə oxu vərdişinin formalaşdırmaqdan ibarət olduğuna görə biz dərsliklərin ümumu və çoxlu problemlərinə toxunmuruq.  Bu mövzuda yetəri qədər yazırlar, danışırlar. Yuxarıdakı qısa haşiyyə sadəcə onula əlaqədər idi ki, birinci, ikinci sinif şagirdlərinin böyük əksəriyyəti hərfləri ayrı-ayrılıqda tanısalar da ilkin vaxtda hecadan sözə keçəndə böyük çətinliklə üzləşirlər. Sayı çox, sanbalı yox dərsliklər və iş dəftərləri uşaqları həddindən artıq yükləsə də bu təlabatı qarşılamır. Üstəgəl ilk gündən başlayaraq hər gün ildırım sürətli  proqramla  irəliləyən tədris yükü  uşaqları sıxır, yorur. Bunun kökündə isə onun sətbəst oxuya bilməməsi dayanır. Bəlkə də ən ciddi problem tapşırıqların özlərinin deyil, şərtlərinin olduqca çətin anlaşılan və alternativdə asan bir-iki hecalı sözlər olsa da çətin üç-dörd hecalı sözlərdən ibarət olmasıdır. Aydın məsələdir ki, belə olduqda istər oxu olsun, istər hesab uşaqların vəziyyəti çətinləşir. Bir daha qeyd edirəm ki,  ayrı-ayrı şəxslərin – işin içində olan pedaqoqların  –  məhdud sayda, əlbətdə öz imkanları daxilində etdiklərini nəzərə almasaq, bu sahədə heç bir iş görülmür. Halbuki, göründüyü kimi bütün təhsil sisteminin, ümumi götürsək bir fərdin ətraf aləmlə, dünya ilə tanışlığının təməlində dayanan, onun bütün gələcək həyatını sözün əsl mənasında müəyyən edən çox ciddi problemdir. Zənnimcə, bu məsələ ciddi araşdırılmalı, müsabiqələr təşkil olunmalı, bir –iki hecalı sözlərdən ibarət  sadə, qısa hekayələr kitabları yazılmalı və kütləvi tirajlarla nəşri, satışı təşkil olunmalıdır. Sonda onu da qeyd etmək istəyirəm ki, hal-hazırda dövriyədə  olan,  lap hecalı variantlarda olsa belə, uzun, çoxhecalı, çətin anlaşılan sözlərdən ibarət nağıl kitabları bu problemi həll etmək iqtidarında deyil. Gözəl tərtibatlı, mürəkkəb sözlərdən ibarət bahalı nağıl kitablarının əvəzinə,  məsələn, ingilis dilində  əyani nümunəsi bütün vitrinlərdə gözümüzün önündə olan kitablar kimi, sadə, ucuz oxunaqlı qısa hekayələrdən ibarət uşaq kitablarına çox ehtiyac var.

15 .01. 2017. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



Zaur Ustac – 9 – cu yazı

DOQQUZUNCU YAZI

OBRAZIN ÖZÜ

Kimdir Balayar SADİQ? – Bu suala cavab vermək üçün zəhmət çəkib araşdırma aparmağa, nəyisə axtarmağa zərrə qədər də necə deyərlər, -“ iynənin yıldızı qədər də olsun” – ehtiyac yoxdur… Sadəcə olaraq götürüb müəllifin bir neçə bənd şeirin oxumaq lazımdır. Balayar SADİQ hər kəlməsindən boylanan, bu mənəm ha deyən qələm sahiblərindəndir. Balayar SADİQ bəziləri kimi sözün başına çatı salıb, belədən-elə, elədən-belə fırladıb sonda bir yığın sözə şeir adı qoyub, sözü küsdürən, söz əhlini bezdirən əhli-qələmlərdən çox fərqlidir. Yazdıqlarının formasından asılı olmayaraq, hər bir misrasında bu misranın müəllifi Balayar SADİQDİR, deyən bir sehir, bir qüvvə var onun şeirlərində… Balayar SADİQ o qələm sahiblərindəndir ki, kağız-qələmi qarşısına qoyub, söz qovalamır, əksinə kəlmələr sıraya düzülüb, məhz onun qələmindən həyat qazanmaq istəyirlər… Balayar SADİQ dilimizin zənginliyindən, – buna görə xüsusi minnətdarlığımı bildirirəm – məharətlə istifadə edərək, çoxlarının ya bilmədiyi, və ya unutduğu kəlmələri, məsəlləri, yalnız müxtəlif bölgələrə məxsus spesfik ibarələri yerli-yerində işlətməklə dərin məna çalarlarına malik məzmunu iki-üç bəndlik şeirlərdə yüksək ustalıqla çatdırmağı bacarır. Müəllifin bir bənd şeirini oxumaq kifayətdir ki, ortasından Araz axan, yuxarısında qarlı dağlar, aşağısında qumlu çöllər, sağında dəryalar, solunda ormanlar olan, Azərbaycan adlı məmləkətin övladı olduğu aşkara çıxacaq… Balayar SADİQ hər kəlməsində kimliyini gah küləklərin, dalğalı ləpələrin səsiylə  hayqıraraq, gah da tumurcuqların, yarpaqların, çiçəklərin titrəyişi ilə pıçıldayaraq, hərdən də buz bulaqlara qarışan duman-çiskin, narın yağış damlaları və ya tər şəbnəm kimi süzülərək çatdırır bizlərə…. Onu sevə-sevə oxuyan oxuyucularına…. Balayar SADİQ hər kəlməsindən boylanan Vətən oğludur.

Nədən yazır, kimdən yazır, nə yazır axı,  Balayar SADİQ? – Söhbətin bu yerində vəziyyət bir balaca  qəlizləşir. Şübhəsiz ki, hər bir  kəlməsində, misrasında nə demək istədiyini ən düzgün və dəqiq müəllif özü bilir. Hər bir deyilmiş, yazılmış söz həmin məqamda qələm  sahibinin halını, mövqeyini bildirir. Ancaq, Balayar SADİQİN ustalığı ondadır ki, onun yazdıqlarını oxuyan yarından xəbərsiz, narahat, çaşqın, üzgün sevgili, ata-ana üçün darıxan övlad, bala xiffəti çəkən valideyn, tənhalıqdan qovrulan fərd, kimsəsiz qalmış körpə, elindən-obasından olmuş didərgin, illərdir heç nə yox, bircə şəhidinin nəşinə qovuşub onu  dəfn etmək arzusuyla yaşayanlar, bir parça çörəyə, bir isti ocağa möhtac olanlar, hər şeyi, özünü, gündəlik təlabatını unudub,  param-parça olmuş  məmləkətin taleyini düşünənlər, ən maraqlısı odur ki, eyni zamanda bütün yuxarıda sadaladıqlarımız və sadalaya bilmədiklərimizlə yanaşı tamamilə əks qütbdə dayanmış, bütün məsələlərdə zəfər şərbətindən bihuş olanlar da hər kəlmədə öz hiss və duyğularını görə bilir. Bir bənd şeiri min əhvallı oxucu oxuyur, hamısı da düşünür ki, məhz bu sözlər onun üçün deyilib. Söz sənətində ustalıq, ədəbiyyatda təqdim etmə bacarığı – obrazlılıq – məhz budur. OBRAZLI DESƏK, OBRAZIN ÖZÜDÜR Balayar SADİQ.

Dəyərli şairimizin hansısa bir misrasını və ya  bəndini misal gətirib, digərlərini özümdən incik salamaq istəməzdim. Məncə, yuxarıda deyilənlərdən sonra buna heç ehtiyac da yoxdur. Həm də heç doğru olmaz ki, bir bənd misal gətirib, qeyd edəsən ki, şair burada bunu demək istəyib. Çünki, yenə vurğulamaq istəyirəm ki, hər kəlməsində nə demək istədiyinin doğrusunu  yazanın özü bilir. Ona görə də Siz imkan daxilində  Balayar SADİQDƏN bir bənd şeir oxuyun, görəcəksiniz ki, o həqiqətən məhz sizin hisslərinizi tərənnüm edib. Yeri gəlmişkən onu da qeyd edim ki, müəllifin bu yaxınlarda  Xalq şairi Fikrət QOCANIN redaktəsi ilə  işıq üzü görmüş, yeni, “PAYIZ MƏKTUBLARI“ kitabı bu baxımdan zəngin və oxunaqlıdır.

Məncə, bu qədər kifayətdir, dəyərli oxucum. Oxuyun, zövq alın, dincəlin, yüngülləşin, unudun bu dünyanı… Baxın, görün başqa necə dünyalar var… Özündən başqa birisinin yazdığını oxumaq, – tanıdın- tanımadın fərq etməz- onunla həmsöhbət olmaq, onun dünyasına səyahət etmək deməkdir. Hamınıza yeni-yeni dünyalar kəşf etmək arzu edirəm. Oxuyun, kəşflər edin, dünyanızı zənginləşdirin, gözəlləşdirin… Hər bir yeni kəşf, yeni dünya, hər yrni dünya isə növbəti bir gözəllik deəkdir. Nəsibiniz ancaq gözəlliklər olsun.  

13 .01. 2017. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



Zaur Ustac – 8 – ci yazı

SƏKKİZİNCİ  YAZI

QOZ  VƏ  DƏLİQANLILIĞIN  İKİBAŞLI  QOHUMLUĞU…

Məncə, dərin müşahidə qalın kitab kimidir. Baxdıqca görürsən, gördükcə oxuyursan, oxuduqca öyrənirsən, öyrəndikcə bölüşmək, ötürmək istəyirsən. Çünki,  artıq sənə məlum olan səndə qaldıqca əlavə narahatçılıq yaradır. İstər-istəməz istəyirsən ki, hamı bunu bilsin və ya ətrafdakılarında fikrini bilmək istəyirsən bu barədə. Bilmək istəyirsən, bəs görəsən başqaları bu barədə nə düşünür….

   Keçək mətləbə, qoz ağacı, meyvəsi yəni qoz (bəzi yerlərdə cəviz də deyirlər –dəqiq “cəviz” sözü ilə 20 yaşdan sonra tanış olmuşam) ətraf aləmlə tanışlığımda ilk predmet olub desəm  məncə yanılmaram. Ancaq,  böyük əminliklə deyirəm ki, tanıdığım, dadına baxdığım ilk meyvə məhz qoz (cəviz) olub. Burada yeri gəlmişkən onu qeyd edim ki, mənim tanış olduğum kimi, körpə uşaqların (bir yaşın altında heç olmaz –QƏTİ) qozla (cəvizlə) belə erkən tanışlığı heç də məqsədə müvafiq, ümumiyyətlə arzu olunan deyil….  Söhbət yayınmamış qeyd edim ki, xüsusi ilə bir yaşın altında, iki yaşa çatmamış uşaqlar qozun necə deyərlər lap az miqdarda da dadına baxsa, yesə, əksər hallarda sonra onu ömrü boyu izləyəcək  müxtəlif  allergik izlər qoyur (xüsusi ilə dəridə) bu qaçılmazdır. O ki, qaldı bizə, lap körpəlikdən ilin altı  ayı evin qapısından ayağını bayıra qoyanda birinci və ya ikinci addımıda mütləq  altında qoz (cəviz) qalırdı. Bizim həyət qarışıq; əmi, baba, qonşuluqda 100-150 metr radiusda yalan olmasın, bəlkə  20-25 qoz (cəviz) ağacı var idi. Həm də nə boyda, çox böyük ağaclar –elələri var idi ki, 4-5 uşaq əl-ələ tutsa çətinliklə dövrəyə ala bilirdi. Demək olar ki, həyətlərin çoxunda eyni məzərə idi. Bundan əlavə hamının bağlarda da dədə-babadan qalma ağacları var idi ki, mövsümdə çırpıb, meyvəsini götürürdülər. Əlbəttə, indi deyə bilərsiz ki, bunun nəyi pisdir? – Biz heç də demirik ki, bu pis idi… Sadəcə qozun (cəvizin)  çox olduğu, geniş yayıldığı torpaqlarda  həm meyvəsindən istifadə nəticəsində, həm də ümumiyyətlə bitməsi, var olması ilə insanların yerli əhalinin yüz illərlə  necə deyərlər, baş-başa ömür-gün sürənlərin həyatına, gündəlik yaşam tərzinə, sağlamlağına göstərdiyi bəzi təsirlərdən söhbət açıb bir-neçə mühüm məqama diqqət çəkmək istəyirik.

   Birinci faydası barədə; qida kimi misilsizdi, ikinci çörək kimidir. Əmtəə olaraq qaldıqca dəyər qazanan maldır. Oduncağı, meyvəsindən kal və yetişmiş formada müxtəlif  məqsədlərlə yaralılığı, satanlar üçün pul, quru meyvənin (cıbrıq) qabığından, içindəki  arakəsmələrdən, hətta ağacın yarpağından,  qabığından  boyaq  maddəsi kimi istifadə olunması  və  başqa  xatırlaya bilmədiyim  olduqca müxtəlif  sahələrdə  tətbiqini  düşündükdə  tam bir faydalı nemət olduğu qənaətinə gəlirsən. Şükür Uca Yaradana!!!

    İndi keçək məsələnin  ikinci tərəfinə, lap körpəlikdən havalar bir balaca soyuyan kimi, ( qoz yetişən kimi) dirsəklərimdə dəridə qızartı (bu təbii ki, allergik təsir idi) əmələ gəlirdi böyüklərin birinci sözü bu olurdu ki, “elə-belə şeydi, dədə-babada da olub”. Yadımdadır ki, rəhmətlik  nənəm  soyuq havada qolları açıq sıra ilə düzülmüş qoz (cəviz) ağaclarının altı ilə qonşuda olan “Babanın ocağı” –na aparıb dirsəklərimə küldən düzəlmiş soyuq kül palçığı sürtüb gətirərdi. Əgər, onda nənəmə desəydim ki, ay nənə külün məsələyə nə dəxli bu çoxlu qoz yeməkdəndi…  Deyərdi ki, başına hava gəlib bala…  Çox maraqlıdır ki, bu halı ancaq qozun (cəvizin)  bol olduğu soyuq aylarda baş verdiyindən  hamı soyuqla əlaqələndirir, heç kim qozu (cəvizi) günahkar bilmirdi…  Günü bu gün də bir balaca qoz (cəviz) və ya fındıq çox yeyən kimi həmin nahiyələrdə yenə də qızartılar yaranır. Bəli ancaq və ancaq qoz (cəviz) – fındığı çox yeyəndə bunun heç bir qanla, soyuqla əlaqəsi yoxdur. (uşaq vaxtı  arada həkim resepti ilə hələ bir “kalsi-xolor” – da içirdirdilər, o şoğərib də zəkkutum kimi bir şeydi a…. Hamı ağlına gələni edirdi, heç bir deyən yox idi ki, a bala bu qozdan az ye…) Əlbətdə, bütün bunlar bizim aşırı, mən deyərdim ki, limitsiz  şəkildə qozdan (cəvizdən) istifadə etməyimizin nəticəsi idi. Xüsusi ilə uşaq körpə vaxtı qoz (cəviz) yeyirsə, (özü yeyən analar yedi-yemədi uşğın ağzına da mütləq qoyurlar ki,  dadını bilsin, öyrənsin..) əgər allergik təsir nəticəsində dəri tamlığı bir dəfə pozulursa, həmin nahiyələr böyüyəndə də eyni təsirə həssas olaraq qalır. Bu məsələnin bir tərəfi.

   Digər faydası ilə, zərərinin birlikdə hərəkət etdiyi hal isə onun qidalılığı və çox enerjili olmasıdır. Beləki, orqanizmin olduğu vəziyyətdən asılı olmayaraq, bir –neçə qoz (cəviz) yemək kifayətdir ki, bədən və eyni zamanda onun bir hissəsi olan beyin enerjili qoz (cəviz) ləpəsinin mədəyə düşdüyünü hiss etsin, həm də hiss etdirsin. Məhz bu xüsusiyyətinə görə qoz (cəviz) ağacı çox olan, geniş yayılmış bölgələrin insanları, istər fəndgirliyi, istər tez coşub-daşan olmağı (“cırtda – qoz” olması – gör atalar bu  ifadəni – kodlaşdırılmış məlumatı – necə yerində yaradıblar???), mərdliyi, dəliqanlılığı ilə nisbətən də olsa seçilirlər. “Cırtda –qozluq” tam dəqiq ifadədir. Onu da qeyd edim ki, bunun səbəbi heç də təkcə qozun (cəvizin) yüksək qidalılığı deyil…

    Qoz (cəviz) ağaclarının bol olduğu bölgələrdə əhali  məişətdə  əsasən üzdə olan   bulaq,  quyu,  kəhriz, çay  ya da müasir dövürdə artezian sularından istifadə  edirlər. Bu  su isə demək olar ki, tam yodsuzdur. İllər boyu yodsuz su istifadə etmək isə nəhayətdə orqanizmdə ciddi fəsadlar yaradır ki, biz təbib olmadığımıza görə bunun xırdalığına varmırıq. Sadəcə onu qeyd etməliyəm ki, yodsuz su istifadə etdiyimizə görə (qoz (cəviz ) ağaclarının  sayəsində) xüsusi ilə beyinin fəaliyyətinə təsir göstərən, bilavasitə idarə edən, tənzimləyən  vəzlərdə baş vermiş dəyişiklik  nəticəsində  (bu vəzlərin qana ifraz etdiyi maddələrin tərkibinə uyğun olaraq) sanki, insan həsaslaşır, dözümlülük azalır, elə bil bir az da çılğınlaşır. Konkret olaraq eyni hadisəyə  qoz (cəviz) ağacı bol olan, geniş yayılmış bölgənin insanı ilə , belə bölgədən olmayan insanın reaksiyası eyni deyildir. Qoz (cəviz) ağacları bol olan, geniş yayılmış bölgənin insanı daha kəmhövsələ, həm də tabe olmağı bacarmayan insanlardır.  Bu yazı heç bir tibbi mahiyyət daşımır, (uzaqbaşı araşdırmaçı təbiblər üçün istiqamət göstərə bilər) sadəcə bir müşahidəçilik məhsuludur.

27.10.2016. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 7 – ci yazı

YEDDINCI  YAZI

RÖVŞƏN  ABDULLAOĞLU  KİMDİR?

Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda  yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.

  Bu  müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT  VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı.  Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI  KÖRPÜLƏRİ  YANDIRIN”  kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.

Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım.  Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….

 Bu fikr, əminlik  məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən  sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.

  Nəhayət, bir gün sosial şəbəkələrdə  müəllifin yeni  kitabını gördüm, artıq  tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU  “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız  olmayıb.

Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində  onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında  bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən  başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda  melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin  hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından  hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus  yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən)  bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.

Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???

17.10.2016.  (12:38) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 6 – cı yazı

ALTINCI  YAZI

RUH VƏ YUXU  HAQQINDA

Yuxu və ruh bəşər övladı yaranandan onu düşündürməyə başlamışdır. Zaman-zaman bilicilər və elm adamları bu barədə müəyyən sözlər, fikirlər söyləsələr də əsas odur ki, günümüzə qədər ruhun nə, yuxunun nə olduğu barədə heç kim dəqiq fikir ortaya qoya bilməmişdir. Bir balaca da dinin təsiri və basqısı altında bu sahə sanki, toxunulmaz elan olunmuş sirli bir tabudur. Əsasən son üç əsr ərzində bir neçə dəfə başqa-başqa elm adamları tərəfindən ciddi cəhdlər olsa da fakt odur ki, günümüzədək konkret olaraq ruhla yuxunun əlaqəsi, onların ümumiyyətlə bir-biriilə yaxın yoxsa heç əlaqəsi olmayan anlayışlar olduğunu ortaya qoyan sistemli bir fikir yoxdur. Bu yerdə elan edirəm ki, ruh və yuxu heç də çoxlarının iddia edib, dəstəklədiyi kimi sirli  aləm deyil, tam əksinə 2+2=4 edir qəbul etdiyimiz hesab kimi aydın, net bir anlayışdır. Və beləliklə, RUH MADDİDİR, YUXUGÖRMƏ HADİSƏSİ BUNU SÜBÜT EDƏN ƏN BARİZ NÜMUNƏDİR.

 Ruh maddidir, bədən dediyimiz orqanizmə daxil olur və heç bir dəyişikliyə uğramadan oranı tərk edir. Ruhun bədənə istənilən vaxt daxil olub çox rahat şəkildə də tərk etdiyini qəbul etsək, eyni bir ruh  dəfələrlə  bizim üçün çox nisbi olan müxtəlif zaman və məkanlarda başqa-başqa bədənlədə ola bilməsi reallığı məntiqidir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, RUH MADDİDİR, SABİTDİR VƏ MÜTƏHƏRRİKDİR.

Ruh maddidir – ruhun bədənə daxil olub və ya oranı tərk etməsi sübuta ehtiyacı olmayan hamının gözlə gördüyü,  görməyənlərin də görə biləcəyi real həyat hadisəsidir.

Ruh sabitdir- yəni ruh bir bədəndə olan zaman heçbir dəyişikliyə uğramır 9-yaşlı uşaqla, 90 – yaşlı ahılın ruhu arasında heç bir fərq yoxur. Bir ruh, bir bədəndə 100 il qalsa da qəti olaraq  heç bir dəyişikliyə uğramır!!!! Sadəcə çox nadir hallarda ola bilər ki, bir bədəndə başqa-başqa vaxtlarda ayrı-ayrı ruhlar mövcud olsun. Görünür bu ruhlar gəzintidən qayıdanda ünvanı səhv salırlar ya da bədəndə baş vermiş ciddi dəyişikliklər (yaxşıya və ya pisə doğru – insanın nə ilə qidalanması onun ruhuna birbaşa təsir edən amildir) əvvəlki ruhun daha həmin bədəndə yaşamasını məqbul etmir. Əksi də tam məntiqidir yeni bir ruh bu bədəndə yaşamaq istəyir.

Ruh mütəhərrikdir – onun sərbəstliyi ancaq bədən adlı evə təhkimçiliyi ilə məhdudlaşır ki, oranı da müəyyən zamanlarda tərk edib, qayıtmaq iqtidarındadır. Yuxu hadisəsi zamanı ruhlar tam sərbəst olurlar. (Onlar ya bədəndə, ya bədənin yaxınlığında və hətta ola bilir ki, zaman-məkan anlayışlarını aşaraq çox-çox uzaqlarda olurlar – bu prosesi yatdığımız zaman yuxunun dərinliyi sübut edir.)

RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR

Hamımızın dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz pis ruh anlayışı səbəbsiz deyil. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” . Pis olan yerdə bunun əksi olan yaxşı da mütləq olmalıdır. Əslində necədir? Bütün RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR. Bu qruplar da öz növbəsində yarımqruplara bölünür.

ƏSAS QRUPLAR:

  • Yaxşı (xoş) ruhlar,
  • Pis (bəd) ruhlar.

Yaxşı ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Çox  yaxşı ruhlar,
  • Nisbətən yaxşı ruhlar.

Pis ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Nisbətən pis ruhlar,
  • Çox pis ruhlar.

Ruhları necə tanıyırıq? Ruhlar bir-birini tanıyırlar. Biz hər hansı bir yerə birinci dəfə getdiyimizdə, yəni tanımadığımız adamların içinə düşdükdə, məclislərdə, növbələrdə, qəbullarda, nəqliyyatda, cürbəcür yad adamlar çox olan yerlərdə heç tanımadığımız, ilk dəfə lap uzaqdan gördüyümüz adamlar haqqında anındaca müəyyən qəti fikir formalaşır və biz sanradan fikrimizdə yanılmadığımızın şahidi oluruq. Bu real həyat hadisəsi ruhların bir-birini tanıdığını açıq-aşkar sübutudur. Sözsüz ki, bütün bu anlatdıqlarım nə vaxtsa bizim ata-babalarımıza da məlum olub. Məsələn, RUHUN NÖVLƏRƏ AYRILMASINI sübut edən dəlilin izləri bizim atalar sözündə  belə bir cümlədə – uazqdan görən kimi “quşum qondu” sənə. Bu nə deməkdir? Ruhun daşıyıcısı olan bədən lazımı nöqtəyə hələ çatmamış, bədəndə olan ruh öz mütəhərrikliyi, yaddaşı və əhatə arealı əsasında anıdaca bədəni məlumatlandırir. Təbii olaraq yuvasını, evini pislikdən, gələ biləcək zərərdən qorumaq və ya xeyirə, yaxşıya  yönəltmək üçün. Bizi yanında olanda özümüzü çox rahat hiss etdiyimiz adamlarla eyni növ ruhun daşıyıcısıyıq. (Əlbətdə yaxşı və pis anlayışlarının dəyişkən qütblərdə olan tam nisbiliyini qəbul etmək şərti ilə….)

YUXUGÖRMƏ HADİSƏSİ

Yuxu (röya)  ruhun gəzintisidir. Yuxular (röyalar) üç  qrupa bölünür:

  • Keçmişin izləri,
  • Indiki zaman,
  • Gələcəkdən xəbər.

Prinsip etibari ilə yuxugörmə hadisəsi ilə bağlı müəyyən fikirlər zaman –zaman söylənilib. Xüsusi ilə ilk iki qrup barəsində tutarlı mülahizələr mövcuddur. Mən burada ancaq Ziqmund Freydin adını çəkməklə kifayətlənəcəm. (Bunun bir əsas səbəbi var ki, ancaq əmin olduğum həqiqət barədə danışmağı xoşlayıram, fikir deyəndə istinad etməyi o qədər də xoşlamıram – çünki, mən özüm əmin olmayandan sonra kimin nə deməyinin elə də əhəmiyyəti yoxdur. Sitatı ancaq və ancaq atalar sözlərindən gətirirəm – bizim hər bir Ata sözümüz cilid-cilid kitablara sığmayacq dərəcədə əhəmiyyətli elmi məna kəsb etdiyi qənaətindətyəm.) Həqiqətən də Ziqmund Freydin –dahi almin bu sahədə xidmətləri böyukdür. O, əsasən birinci qrupa aid yuxugörmə hadisəsi barədə araşdırmalar aparmış və düzgün nəticəyə gəlmişdir. İkinci qrup yuxugörmə hadisəsinə səthi toxunmuş və üçüncü qrup yuxuların da mövcüdluğunu inkar etməmiş – elə yuxular da var ki, onların sadəcə izahı yoxdur deməklə kifayətlənmişdir. Bəs əslində necədir?

KEÇMİŞİN İZLƏRİ OLAN YUXULAR (RÖYALAR) – bu nə deməkdir? Yuxarıda da qeyd etdiyimiz kimi, dahi alim də bunu qeyd etmişdir ki, gündəlik yaşam tərzimiz, fikirlər, xəyallar beynimizdə izlər qoyur ki, bu hadisələr də müxtəlif şəkil dəyişmiş formalarda yuxugörmə zamanı təzahür edir. Adətən bu cür yuxuları (röyaları) yatandan xeyli vaxt keçdikdən sonra, dırin yuxuda olduğumuz vaxt görürük – bərk yatanda. Biz yuxuda bu tip yuxuları (röyaları) görən zaman yanımızda oyaq olan –yatmamış adam bizim yuxu (röya) gördüyümüzü hiss etməz. Bu zaman ruhumuz ya bənimizdədir, ya da  bədəndən çox da uzaqda deyil. Heç bir qonaq ruh yoxdur.  Belə yuxuları görməyimizdə ruhla bədənin payı demək olar ki, əlinin əliyədir. Və belə yuxular dahi alimin də qeyd etdiyi kimi heç bir məna, əhəmiyyət kəsb etməyən keçmişin izlərindən başqa bir şey deyil.

İNDİKİ ZAMAN YUXU GÖRMƏ HADİSƏSİ – bu zaman kəsinliklə ruh bədənimizdədir. Bu tip yuxugörmələrdə qonaq ruhlar da iştirak edə bilər. Və bu tip yuxuları biz çox səthi yatdığımız zaman görürük. Əgər yanımızda oyaq, yatmamış adam olsa o bizim yuxu (röya) gördüyümüzü hiss edə bilər. Burada onu qeyd edim ki, kişilərdə eyakulyasiya ilə müşayət olunan, qadınlarda isə özünəməxsus şəkildə təzahür edən yuxular (röyalar) da məhz ikinci qrupa aiddir. Bu tip yuxularda məsələn qolumuzun kəsilmək üzrə olduğunu görüb, oyananda onun pis vziyyətdə altımızda qaldığının şahidi ola bilərik. Yaxud yuxuda bizi kimsə çağırar oyanıb həqiqətən çağrıldığımızı görə bilərik. Və ya soyuqda, yağışda, qarda qaldığımızı görüb, oyananda həqiqətən üşüdüyümüzü görə bilərik. Bu tip yuxuların (röyaların) görülməsi zamanı da bədənlə ruhun payı yarıya-yarıdır. Bəzi məqamlarda bədənin payı çox ola bilər. Bədənin payı o hallarda çox olur ki, bu vaxt ya lazımlı-lazımsız qidalardan çox yeyirik, ya da ac qalırıq bu proses müəyyən mənada ruha əziyyət verir. Belə yuxular da real həyat hadisələri, bilavasitə orqanizmin tələbləri ilə əlaqəli olub, elə bir əhəmiyyət kəsb etmir. Bir daha vurğulayıram ki, belə yuxuları (röyaları) səthi yatdığımız zaman, adətən təzəcə yuxuya gedən (yatan) zaman görürük.

GƏLƏCƏKDƏN XƏBƏR VERƏN YUXULAR – hamının sirlı,  izahı olmayan yuxular (röyalar) adlandırıb, üstündən sükutla keçdiyi, ƏSLİNƏ İSƏ ƏN ƏHƏMİYYƏTLİ YUXULAR . Bəs niyə heç kim bu barədə danışmaq istəmir və çox hallarda izahıolmayan yuxular deyirlər. Yuxugörmə hadisəsi zamanı daha çox araşdırma aparmış və əsaslı dəlilər ortaya qoymuş Ziqmund Freyd də məhz bu tip yuxuları göstərmədən sadəcə belə İZAHI OLMAYAN YUXULAR (RÖYALAR) adlandırıb, üstündən keçmişdi. Çünki, biz bu yuxuları görən zaman heç bir anlam verə bilmir, iş-işdən keçəndən sonra yadımıza düşsə, xatırlasaq onda anlayırıq. Bu da çox gec olur. Burada onu qeyd edim ki, adətlərimzdən bzə məlum olduğu kimi pis (qarmaqarışıq) yuxu (röya) gördükdə onu axar suya danışmaqda fayda var. İnsan səhər və ya gecə hövlank oyananda instinktik olaraq yuxunun (röyanın) pis olduğunu anlayıir. Əlbətdə bunu ruhu bədəni ilə həmahəng olan insanlar hiss edə bilər. Axı nə baş verəcəyi ya qonaq getmiş yaxud da qonaq qəbul etmiş ruha artıq məlumdur. Bu tip yuxuları (röyaları) görəndə  ruh bədənimizdə olmur. Ya səfərdə qonaq olurlar (zaman – məkan tanımadan), ya da qonaq qəbul edirlər. Bu yuxularda qonaq rular adətən bizim dünyasını dəyişmiş yaxınlarımızın, doğmalarımızın ruhları olur. Ancaq tanımadığımız  (yəni ruhumuz sözsüz ki, o ruhu tanıyır sadəcə bizə məlum olmayan) ruhlar da qonaq gələ bilər və ya bizim ruhumuz tamam yad bir məclisdə (bəlkə də onlar bizim bizə məlum olmayan lap uzaq əcdadlarımızdır) iştirak edə bilərlər. Belə tip yuxularda bizə nəsə xəbər verirlər, məlumat çatdırırlar, iş tapşırırlar, kömək etmək istəyirlər…. Əlbətdə, əgər anlaya bilsək….

YUXUNUN (RÖYANIN)  MÜDDƏTİ – yuxunun müddəti yuxugörmənin aid olduğu qrupa görə ani və ya təxminən bir neçə dəqiqə ola bilər. (Əlbətdə bizim zaman anlayışımıza görə.)

ÇALIŞIN  ELƏ QİDALANIN Kİ, YUXUNUZU QARIŞDIRMAYASINIZ. YOXSA, BİR VAXT RUHUNUZ DA SİZİ TƏRK EDƏCƏK….

    16.10.1016. (12:51) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “HƏFTƏ İÇİ” qəzetinin 28 mart 2019 – cu il, N:54 (3102) sayında “YUXU və RUH…” (səh. 8) adı ilə dərc olunmuşdur.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 5 – ci yazı

BEŞİNCİ  YAZI

MÜTALİƏ  NIYƏ  VACİBDİR?

Salam çox dəyərli oxucum, bu yazını “beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq  yenə də oxumaq” və s.  çox məşhur olan buna bənzər digər  mütaliəyə, elm öyrənməyə  təşviqedici  kəlamların açıqlaması kimi də  qəbul etmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərin hamısı oxumağı, mütaliəni  belə ciddi-cəhdlə məsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimi buyurmuşdur?  Bunun bircə səbəbi var. Necə ki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəli yerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişət problemlərimizi həll etdiyimiz  yerlərin, kəslərin təbliğinə qədər uzatmaq olar.  Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı, onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın, mütailənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisə olduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqini özünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədər yığcam və sistemli  şəkildə bir neçə kəlmə də mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm. Əvvəlcədən qeyd edim ki, çalışacam  ancaq və ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çox vacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasir dövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır. Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini…. Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimi çoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründə oxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə “günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ən ümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimizi asanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafi xərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndi çalışacam  ki, bu barədə mümmkün qədər sistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyə asanlıqla ayırmaq olar:

  • Uşaqlıq,
  • Yeniyetməlik,
  • Gənclik,
  • Orta yaş dövrü,
  • Ahıllıq.

Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında  hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetər ki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü  şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən  (kitablardan istifadə etməyi, mütailəni bacaran),  sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən  sonra  (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan  xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən  bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq  bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək  hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın.

 Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə  təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin  hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil  bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan.  Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir.

  Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində,  hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir.

   Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində  oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O,  fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir  və  mütaliə nəticəsində  buna nail olur.

   Mütaliənin bir mənfi cəhəti var ki, onu  da ahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdə bir yerdə olduğun dostlardan, tələbə  vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb. Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar), qəzada, həbsdə,  müxtlif səbəblərdən dünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanları barmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin, həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədə həmişə mübahisə etiyin  yoldaşlardır…. Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazan dost-tanışdan heç kim qalmayıb….  İstər-istəməz  nə vaxtsa dostlarla mübahisədə dediyin söz düşür yadına; – “mütailə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir” –  üzünə  qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardan bir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədir ki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamı bunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluq idi.  O, artıq çoxdan unutmuşdu ki, say – hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyi nimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimi gözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətən dünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilində cansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı. Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək  də mümkün olmadı. Həm də baxdılar ki, qapı sökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədən düşürdülər…. Təəssüf   hissi ilə başını bulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..

15.10.2016. (13:15) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru