Şəmsiyyə Qaramanlı

durnalar…

Pərən düşmüş dəstənizi qatara
Düzüb uçun Qarabağa, durnalar.
Yol gözləyən el-obanı kəndbəkənd
Gəzib uçun Qarabağa, durnalar.

Yadlar yığışıbdır Çətir bulağa.
Çatladı dodağım, yetir bulağa.
Topla gözəlləri gətir bulağa,
Sızıb uçun Qarabağa, durnalar.

El talandı Xocalıda, Laçında,
Tel qalmadı qiz-gəlinin saçında.
Halay qurun, dövrə vurun Xaçında
Süzüb uçun Qarabağa, durnalar.

Yurd yağıya əsir düşdü-rəzalət.
İllər ötür, qurtuluş yox-qəbahət.
Bəsdi, bizi basdı daha ətalət
Bezib uçun Qarabağa, durnalar.

Bir himə bənd,çək arxanca qoşunu,
Vermə yada torpağını, daşını,
Gədiklərdə azğınların başını
Əzib uçun Qarabağa, durnalar.

21.07.2019.

Müəllif: ŞƏMSİYYƏ QARAMANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LİLPAR CƏMŞİDQIZI

tənhayam

Yuxum yaman çəkilib, 
Gecə uzun gecədi.
Soruşmadın tənhayam, 
Sənsiz halım necədi?

Ay da durub uzaqdan, 
Pəncərəmə boylanır.
Otağımda çarpayım, 
Ağ nuruna boyanır.

Otaq sükut içində,
Bağlanıbdı yollarım,
Yoxluğuna alışmır, 
Çarpayıda qollarım.

Nə arzudu, nə istək, 
Keçir xəyal başımdan.
Az qalır ki, utansın, 
Qadınlığım yaşımdan.

Mən ki, yuxu görürdüm,
Gecə uzun, tən yarı.
Saçlarını hörürdün, 
Oyatmamış Lilparı.

Müəllif: LİLPAR CƏMŞİDQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Milli Mətbuat Günü

BAYRAMINIZ MÜBARƏK !!!

22 iyul Milli Mətbuat və Jurnalistika Günüdür.
Azərbaycan mətbuatının banisi görkəmli maarifçi Həsən Bəy Zərdabidir. 22 iyul Milli Mıtbuat və Jurnalistika Günü Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Böyük çətinliklərdən sonra o, Bakida ana dilində ” Əkinçi” qəzetini nəşr etdirmişdir. Bu qəzetin ilk nömrəsi 1875 – ci il iyulun 22 -də çapdan çıxmışdır. ” Əkinçi ” qəzetinin nəşri bütün Qafqzda böyük əks – səda doğurmuşdu. 1875 -1877 – ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrısi işıq üzü görüb. ” Əkinçi” qəzeti xalqımızın milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. 
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində bir çox irəliləyişlər oldu. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan, qəzet və jurnal fəaliyyət göstərir. 
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ” Əkinçi” qəzetinin nəşrə başladığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 
Biz də Mətbuat və Jurnalistika sahəsində çalışan işçiləri 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edir, sağlamlıq və daim fəaliyyətdə olan peşələrində uğurlar arzu edirik.

Mənbə: Kurdemir Rayon Atakisili Kitabxanasi

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏNİFƏ ŞƏBNƏM

hənifə şəbnəmdən (orucova) bir – neçə şeir:

QALIB…

Anam köcüb qulağımda,
Laylasının səsi qalıb.
Ətri bənövşə qoxulu,
Üzümdə nəfəsi qalıb
+++
Sondürmək ücün odumu,
Körpəyə qoydum adını.
Vermir anamın dadını,
Mənimlə nəvəsi qalıb.
+++
Sığalını öz başımda,
Duyuram nənə yaşımda.
Həkk olunub göz qaşımda,
Üzümdə siması qalıb.
+++
Ayaq səsi otağımda,
Hənirtisi yatağımda.
Yana yana cırağımda
Keşikci şöləsi qalıb
+++
Ömrün son Bahar cağında,
Busəsi var yanağımda
Pıcıldıyır qulağımda
Bir həzin nəğməsi qalıb
+++
Şəbnəm şirin dadır baldan
Deyir doymuram bu haldan
Ayılırkən xoş xəyaldan,
Görürəm gölgəsi qalıb.

= = = =

MƏNİ…

Mən ki dərdli bir ozanam.
Gülüb arsız sayma məni
Qəlbimə yox qiyafəmə.
Baxıb varsız sayma məni.

Bir bulağam gözüm dolub.
Şamamayam tağım solub
Son baharda köçən bilib
Biçib barsız sayma məni.

Dağ başında kövrək qaram.
Sinəm olub param param.
Axsam selə qarışaram.
Qalsam yersiz sayma məni.

Tərlanam göydən enmərəm.
Ölləm əhdimnən dönmədən
Hər aşiqi yar sanmaram.
Etibarsız sayma məni.

Güvənirəm allahıma.
Hər açılan sabahıma
Batıb nahaq günahıma.
Havadarsız sayma məni.

Məni əydi qəza qədər 
Şəbnəm ömrü oldu hədər
Cəkdiklərim yüz il yetər
Başı dərdsiz sayma məni

= = = =

GƏLİNƏ ANA OLUN…

Axşam cağı qarılar.
Bağda məçlis qurmuşdu.
Sona onlardan xeyli.
Aralı oturmuşdu.
……..
Misgin görkəmi vardı.
Sanki dünyası dardı.
Su üsdə köpük kimi.
Toxunsaydın ucardı.
…….
Maraq götürdü məni.
Bağa gətirdi məni.
Bu aləmnən bir anlıq.
Tamam itirdi məni.
……..
Məsmə qeybət qırırdı.
Gülgəz çorab hörürdü.
Yaqut gəlini söyür.
Fatma qarşı dururdu.
……….
Dərdini bölüşən kim
Bölməyib alışan kim.
İcində təkçə cəkib.
Qarnınnan danışan kim.
……….
Biri çavanlığından.
Biri nadanlığından.
Biri söhbət acırdı.
Kecmiş Sultanlığından.
……….
Geçə yarıya qədər.
Söhbətləri bitməzdi.
Bəzən ağız deyəni.
Hec qulaq eşitməzdi.
……….
Bir sözlə desək hər gün.
Məçlis davam elərdi.
Qeybət ücün qarılar.
Bu ünvana gələrdi.
………
Küsülü olanları.
Fatma barışdırardı.
Həmişə gəlinlərin.
Tərəfində durardı.
……..
Gülgəz onun əksinə.
Dondan dona girərdi.
Qaynanayla gəlini.
Bir birinə vurardı.
………
Yaxınlaşanda ona.
Yaman dolmuşdu Sona.
Soruşdum əhvalını.
Ah cəkdi yana yana.
……….
Xəyala dalıb susdu.

Gördüm əhvalı pisdi.

İsdədim könlün alam

Qəhərdən səsi əsdi
……….
Giley güzarla dolu.
Söhbətinə başladı
Kecmişini yad edib.
Zəmanəni daşladı.
………
Bir balaça daxmada.
Beş oğul böyütmüşdüm.
Şirin xəyallar qurub.
Sehirində itmişdim.
………
Cox varım olmasada.
Sevən ərim varıydı.
Hər sözümü tutardı.
Tanrım mənə yarıydı.
………
Oxuyub təhsil almış.
Kamillik yaşındaydı.
Oğullarım beşidə.
Yaxşı iş başındaydı.
……..
Böyük oğlum mühəndis.
İkinçi həkim idi.
Ücünçüsü dənizci.
Dördünçü hakim idi.
………
Beşinçiyə gəlinçə.
Böyük bir alim idi.
Beşi bir nəfər kimi.
Mənimlə həlim idi.
………
Oğullar evləndikçə.
Bəxdəvərlik götürdüm.
Gəlin əvəzi evə.
Şahmar ilan gətirdim
……..
Çox kecmədi gəlinlər.
Evdə nifaq saldılar.
Oğullar(m)ı əlimdən.
Usdalıqla aldılar.
……. 
Xoş xəyallar qarını. 
Haralara apardı.
Döndü açı həqiqət.
Yarasını qopardı.
………
Xatirələrlə dolu.
Kecmişdim ömür yolu.
Evimin Sultanıydım.
Oldum gəlinin qulu.
……… 
Söhbətin bu yerində. 
Fatma sözə başladı.
Sonaya tənə edib.
Kecmişini daşladı.
…….. 
Yadındadımı hamı. 
Sən dinəndə susardı?
O zaman qılınçıyın.
Arxası da kəsərdi.
………
Adilin sağlığında. 
Yeridərdin sözünü.
Hec kimlə barışmazdın.
Düz sayardın özünü.
………
Qızla yola getməzdin. 
Gəlinə rəhm etməzdin. 
Oda düşüb yananın.
Əlinə su tökməzdin.

Qarı durmaq isdədi.
Büdrəyib təngildədi
Cöküb oxlanmış kimi.
Yerində inildədi.
………
Xəyalımda çanlandı.
Qarının çavanlığı.
İnsanlığa sığmırdı.
Onun hökmranlığı.
………
Güçü yetənə yetər.
Yetməsə daş atardı.
Mənəm mənəmlik onun 
Gözlərini tutardı.
………
Nə var cölə atardı.
Yersiz şivən qopardı.
Sanki qalma qalınnan.
Bir rahatlıq tapardı.
……..
Dinsə fələk olardı.
Sussa mələk olardı.
Oğulları gələndə.
Fitnə kələk olardı.
……….
Axşam cağı gəlinlər.
Düzülərdi yan yana.
Məhkəmədə uğurla.
Qalib gələrdi Sona.
……….
Gəlinlərin icində.
Xavər kimsəsiz idi.
Ata anası ölmüş.
Tənha yetim qız idi.
……..
Onu təqib edərdi.
Hey əlini güdərdi.
Yetim qızın gözünü.
Quzğun kimi didərdi.
……….
Həmişə kəm baxardı.
Coxlu qaxınç qaxardı.
Nokər kimi işlədər.
Məngəmə tək sıxardı.
…….
Azdan payı olmazdı.
Coxdan qarnı doymazdı.
Gəlin gözündə görüb.
Ona hec nə qıymazdı.
………
Qızın yetimliyini.
Hey başına vurardı
Gözü qızanda qarı.
Ona əl qaldırardı.
………
Evladının xətrinə.
Əyilsədə sınmadı.
Xavər o evdən gedib.
Birdə geri dönmədi.
………
Əlinin zəhmətiylə.
Palcıqdan daxma yapdı.
Evladları böyüdü.
Qəlbi rahatlıq tapdı.
………..
Səltənətində xeyli.
Hökmranlıq elədi.
Afət gəlib Sonan.
Belində od qaladı.
………
Gəlin oçağa cəkər.
Ataların sözüymüs.
Afətin bəd rəftarı.
Lap xalanın özüymüş.
………
Beş gəlinin dördünü.
Çana yığmışdı qarı.
Birinə söz deməyə.
Catmadı ixdiyarı.
……….
Oxşarlıqda almanın.
Hərəsi bir üzüymüş.
Söz deyə bilmədiyi.
Öz baçısı qızıymış.
……….
Xala kəsərli balta.
Baçı qızı sapıydı.
Qaynananın üzünə.
Bağlanan sərt qapıydı.
……..
Nə başını itirdi.
Nə sözünü götürdü.
Xalasını qapıdan.
Acıb cölə ötürdü
………
Qaldıranda əlini.
Döydüyü dizi oldu.
Bu dəfə evdən gedən
Sonanın özü oldu.
…………
Hakimyyətdə uğurla
Böyük qələbə caldə.
Xavərin qisasını
Afət Sonadan aldı.
………
Vaxdiylə gəlinləri.
Cox inçitmişdi Sona.
Bir kimsə tapılmadı.
Ona ürəyi yana.
……….
Dözməyib yetim gəlin.
Uçaltdı öz adını.
Gedib evə gətirdi.
Bu əzazil qadını.
……..
Sona xəçalətindən.
Şam kimi əriyirdi.
Evin tavanı ucub.
Üsdünə yeriyirdi.
……….
Gözümə inanmadım.
Sanki odu sönmüşdü.
Bu ram olunmaz məxluq.
Niyə muma dönmüşdü.
……..
Sorğu sualda Sona.
Dandı öz əməlini.
Bilmədi özü qoyub.
Pisliyin təməlini.
…….
Sağlığında atamız.
Anamı eşidərdi.
Həyat davam eliyir.
Oğullar belə dedi.
……….
Cox düşündürdü məni.
Qadınların söhbəti.
Qələm götürüb yazdım.
Bu açı həqiqəti.
……..
Məçlis yekunlaşanda.
Sonaya səbr dilədi.
Şəbnəm durub gedəndə.
Bir nəsiət elədi.
………
Qaynanalar gəlinlər.
Bir birinizlə dil tapın.
Oğlun ərin xatiriniə.
Qəlbinizə yol tapın.
……..
Bölünmüyən bir varlıq.
Şirindi noğul kimi.
İnçitməyin qəlbini.
Nə ər nə oğul kimi.
………
Atın hökmranlığı.
Təmkinlə yaşa dolun.
Oğlunuz evlənəndə.
Gəlinə ana olun.

Müəllif: HANİFA ORUCOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aygün Sadiq – Öyrət

ÖYRƏT

Bu necə vidadır? Bu nə cür sonluq?
Ömür xəsis imiş, taleyimiz sərt,
Arxanca ağlamaq fürsətim də yox,
Bu da mənim üçün ayrıca bir dərd…
Mənə sənsizliyə dözməyi öyrət.

Utansın uzaqda o acgöz məzar,
Üşüyən ruhumun şikayəti var,
Dünyam qaranlıqdır… Dünyam mənə dar,
Girdi aramıza ömürlük həsrət,
Mənə sənsizliyə dözməyi öyrət.

Bu ölüm taleyin hədiyyəsimi?
Sənsizlik ömrümün məngənəsimi?
Söylə, duyursanmı mənim səsimi? 
Daha dünyamıza çəkilibdir sədd,
Mənə sənsizliyə dözməyi öyrət.

Məni bu dünyada kimə buraxdın?
Sən ki varlığınla mənə dayaqdın,
Canımı acıtdın… Odlara yaxdın,
Ağlıma gəlməzdi belə bir dəhşət…
Mənə sənsizliyə dözməyi öyrət.

Ay ürək pənahım, bu, olmadı heç…
Hələ xoşbəxtliyim doğulmadı heç,
Mənim göz yaşıma baxılmadı heç,
Tale önümüzə qoydu ağır şərt…
Mənə sənsizliyə dözməyi öyrət.

Saçım xatırlayır barmaqlarını,
Dodaqlar son öpüş yadigarını…
Beləmi saxladın etibarını?
Nə tez dönük çıxdın, ay əziz namərd!
Mənə sənsizliyə dözməyi öyrət.

Birgə sabahların xatirəsini,
Ən son danışığı, məmnun səsini,
Ürəyin dəlicə özləməsini…
Daha gizlətməyə məcburam, əlbət,
Mənə sənsizliyə dözməyi öyrət.

Bütün sevinclərim sənlə gedir, bax, 
Hələ görməmişdim ölüm bu sayaq,
Ruhum vəfat etdi… Vücudum oyaq,
O da gedişinə yas tutur bədbəxt…
Mənə sənsizliyə dözməyi öyrət.

Müəllif: Aygün Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ENVER YELKEN

allahım…

Ahlım , keçmişvahda tahılı galıf ,
Könlümün gettiği yolu bilmırem ,
Gehed oluf bahdım çahılı galıf ,
Bülbülü bilmirem , gülü bilmirem.

Eşgin mabedinde bir gözel gödüm ,
Vahdadeh deyesen bele bi ködüm ,
Eteğine tüştüm üzümü sürdüm ,
Danışıh olduğu dili bilmirem.

Leyla , deyen seher yeline ,
Savruluf detmişem necef çölüne ,
Hüseyinin dodağına , diline ,
Fıratı bilmirem , seli bilmirem.

Ezizim o çölde men gurutikenem ,
Gavrulmuşam eşgide eşgi narı çekenem ,
Köz olup üreğim harı çekenem ,
Ataşı bilmirem , külü bilmirem.

Eşgin ile dağlamışam döşümü ,
Gadere tafşırmışam işimi ,
Nezreledim sene gerip başımı ,
Hiçran vurgunuyam , geli bilmirem.

Müəllif: ENVER YELKEN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD

GƏRAY GÖYYURD “ÜÇ YARPAQ” – DA

VƏTƏNİN

Dərdləri burğutək deşir sinəmi ,
Düşmənin gözünü deşən vətənin .
Görən biz tərəfə düşəcək haçan 
İşığı dünyaya düşən vətənin ?

Simləyib göynəyir köhnə yarası ,
Yağıdadır torpağının parası .
Övladları gəzir çörək parası 
Sərvəti çay kimi daşan vətənin .

Düşmənə atılımır vətən daşları ,
Arxayın uçmayır göydə quşları.
Necə xöşbəxt olar vəndaşları 
Dərd –qəmi başından aşan vətənin ?

= = = =

SƏBR ET

Dayanma heç zaman , haqq üçün vuruş ,
Qarşına çıxacaq zülümə səbr et .
Xalq , millət yolunda Yanıq Kərəmtək
Sonadək alış , yan ,külünə səbr et.

Hər eşşəyə , palan olma , çul olma ,
Mübariz ol , kölə olma , qul oma !
Əqidəsi para olma , pul olma ,
Halal qazandığın puluna səbr et .

Qoyma ki , haqqını yesin hər alçaq 
Zalımlar başında şimşək kimi çax !
Gələcək günlərə ümidlərlə bax ,
Pis gəlsə də yenə ilinə səbr et .

Vətəni ,yurdunu artıq bil candan ,
Dayanma qıraqda , boylanma yandan ,
Çəkilmə , qorxub da bir qaşıq qandan 
Çatınca şərəfli ölümə ,səbr et !

Gəray ,haqsızlıqdan yığılıb cana ,
Təslim olma şərə , yağı düşmana !
Bu vətəni qoyub getmə heç yana ,
Biganə xalqına , elinə səbr et !

= = = =

HAZIR OLMASAQ

Bölüm -bölüm bölünmüşəm,
Daha tabım yox bölümə .
Yaram üstə səpəcəyəm ,
Yağı , toxunma külümə !

Üz tutub uca Allaha ,
Üsyan etdim dərdə , aha .
Hər bir misram oxdu daha ,
Zalımlar verən zülümə !

Haqqa dərmansan bəlkə də ,
Qaçıb gizlənmə kölgədə !
Haqq tamam ölər ölkədə 
Hazır olmasaq ölümə !

Müəllif: GERAY GOYYURD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HÜSEYN FAXRALI

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 21 July 1959 ) tanınmış şair, gözəl insan Hüseyn Faxralının doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, Uca Yaradandan can sağlığı bütün işlərində müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun, Hüseyn müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİM ÜÇOĞLANLI

DOSTUM

(Gözəl insan, çox istedadlı şair, əziz dostum doktor Əjdər Əlizadə)

Dost gəlişi bayram olar deyərlər…
Gəlişin bayramdı bil mənə Dostum.
Səni gördüm qəlbim elə şad oldu,
Gülüstan göründü çöl mənə Dostum.

Nur yağırdı mələkxislət üzündən,
Çağlayırdı həyat eşqi gözündən..
Doymadım heç söhbətindən sözündən,
Baldan şirin gəldi dil mənə Dostum.

Gün olsun ki biz Ağdamda görüşkək,
Əhval tutaq dost qardaşı soruşaq.
Rahim dönüb oldu bir yetim uşaq,
Ayrılıb verəndə əl mənə Dostum…

Müəllif: Rahim Ucoglanli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nigar Sultanlı – Fotolar

Nigar Sultanlı seminar iştirakçıları ilə bir arada

QEYD:

Bu gün (20.07.2019) Nigar Sultanlının rəhbərliyi altında “Şəxsiyyətin psixoloji profili” adlı seminar baş tutub.

Mənbə: NİGAR SULTANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru