ŞAİRLƏR MÜKAFATLANDIRILDI

Mehman Göytəpəli “İÇİMDƏN PAYIZ KEÇİB ” kitabını təqdim etdi.

Bu gün 19 yanvar 2020 – ci il tarixində saat 11 – 00 da Badamdar qəsəbəsi BƏYOĞLU şadlıq sarayında “SARI AŞIQ ” adına sazlı – sözlü ədəbi məclisinin növbəti yığıncağı keçiridi. Tədbiri giriş sözü ilə açan ustad aşıq, şair Adil Cəfakeş 20 yanvar şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad etdikdən sonra məclisin idarəsini şair-publisist Balayar Sadiqə tapşırdı. Balayar Sadiqin moderatorluğunda məclisin bugünkü tədbirlər proqramı olduqca zəngin oldu. Tədbirin gedişində bir çox şairlər mükafatlandırıldı. “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru şair -publisist Zaur Ustac Dədə Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “DAĞLAR” kitabını məclis iştirakçılarına təqdim etdi. Məhdud sayda kitablar bu günə qədər əldə etməmiş iştirakçlara hədiyyə olundu. Ustad aşıq – şair Adil Cəfakeş və araşdırmaçı yazar Niftalı Göyçəli kitab haqqında xoş sözlər dedi. “HAQQIN SƏDASI ” qəzetinin , “MOLLA NƏSRƏDDİN ” jurnalının təsisçisi və redaktoru, “SƏDA” TV – nin rəbəri, “SARI AŞIQ “ƏM – nin bədii rəhbəri publisist , şair Mehman Göytəpəlinin doğum gününə və “İÇİMDƏN PAYIZ KEÇİB ” kitabının işıq üzü görməsinə həsr olunmuş “SARI AŞIQ ” adına sazlı – sözlü ədəbi məclisinin bu növbəti yığıncağı olduqca maraqlı, yadda qalan oldu. Tədbirin gedişi zamanı ustad aşıq, şair Adil Cəfakeş şair Mehman Göytəpəlini “SARI AŞIQ ” Məclisinin Fəxri Diplomu ilə təltif etdi. Şair – publisist Zaur Ustac “SARI AŞIQ ” Məclisinin rəhbəri ustad aşıq, şair Adil Cəfakəşə “Ustac” Milli Mükafatını, şair Mehman Göytəpəliyə “Ziyadar” Mükafatını təqdim etdi. Məclisin davam etdiyi müddət ərzində rəssam Sehran Allahverdi kətan üzərində səbəkarın – Mehman Göytəpəlinin portretini çəkdi. Söz adamlarından Niftalı Göyçəli, Hacı Vahid Çəmənli, Elçin Məlhəmli, Təvəkkül Goruslu, Damət Salmanoğlu, Mürvət Qədimoğlu Həkəri, Hacı İlham Qurbanoğlu, Qəzənfər Məsimoğlu, Nudidə Misir, Sevda İbrahimli, Xuraman Camalqızı və başqaları məclisə öz iştirakları ilə rəng qatdılar. Sazlı-sözlü məclis xoş ovqatla başa çatdı. Tədbirdən fotolar:

Tədbir ustad aşıq, şair Adil Cəfakeş təşəkkür nitqi ilə yekunlaşdı:

“Bu şəraiti bizim üçün yaradıb sarayın qapılarını üzümüzə taybatay açan sarayın rəhbəri Bəybala müəllimə və bütün əməyi olanları hər birinə öz adımdan və bütün məclis iştirakçıları adından təşəkkür edirəm. “



“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Əminə Elsevər

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hacıxanım AİDA “USTAC” Milli Mükafatına layiq görüldü.

Hacıxanım AİDA “USTAC” Milli Mükafatına layiq görülüb. Mükafat bu gün laureata təqdim olunub. Mükafatın şərtlərindən biri olan müəllifin kitabının nəşr olunması məsələsinə belə aydınlıq gətirilib; Hacıxanımın öz istəyi ilə müəllifi olduğu “Otuz şeir, otuz fikir” kitabı mükafatın şərtlərinə uyğun şəkildə növbəti mükafatlandırma vaxtına qədər nəşr olunub laureata təqdim olunacaq. Hacıxanımı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Ustac.az olaraq Aida xanımı bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Var olun!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru