Vaqif Sərxani

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 17 Oktyabr 1949 ) əziz dostumuz, dəyərli söz adamı Cənubi təxəllüsü ilə yazıb, yaradan ‎Vaqif Sərxaninin doğum günüdür. Ad günü münasibəti ilə Vaqif müəllimi təbrik edir və yaradıcılığından bir-neçə nümunə təqdim edirik. Uğurlarınız bol olsun, Vaqif müəllim!!!

GÖRMƏK İSTƏYİRƏM

Qeyrət görmək istəyirəm,
Namusa söykənən qeyrət!
Dəyanət görmək istəyirəm,
Sədaqətə söykənən dəyanət!
Cəsarət görmək istəyirəm,
Hünərə söykənən cəsarət!
Ləyaqət görmək istəyirəm,
Vicdana söykənən ləyaqət!
Miqyası naməlum,
Cəmiyyət qurğusuyla
Oynayanların,
Dar düşüncədə,
Bəşər duyğusu olmayanların,
Xalq adından dəm vurub,
Xalqın halına yanmayanların,
Vəhşi xislətli olub,
Əməlindən utanmayanların,
Məzlum acısın görüb,
Acısın dadmayanların,
Sazaqda yalın ayaqlar görüb,
İsti bəstərində donmayanların,
Şəhvət buxovunda yaxalanmış,
İsmətli bakirələri
Gözü yaşlı qoyanların,
Taleləri torpağa gömüldən,
Diş qıcayan vəhşi xislətlilərin.
Bizdən olub ,,yadellilər” kimi,
Davrananların,
Namusa söykənən qeyrətini,
Sədaqətə söykənən dəyanətini,
Hünərə söykənən cəsarətini,
Vicdana söykənən ləyaqətini,
Görmək istəyirəm!
Görmək istəyirəm!

16. 10. 2019.

<<< Vaqif Sərxani (Cənubi) >>>

SABİR KİMİ
Niyə kor, həm kar olub, lal da olaq qəbir kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Əksərən qeyrətimiz Sabirimizdə cəm idi.
Ciyəri şişmiş idi, çünnki arizi qəm idi.
Ruhən cılız bədəni dəmirdən də möhkəm idi.
Millətin ayinəsiydi çox Ali görkəm idi.
İndi də əldən- ələ gəzir nəzmi- nadir kimi,
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Göstərib biz də şücaət qeyrətlə bir söylənək,
Lal olub, kar olunca söz arası gileylənək,
Sözlərdə olsa yalan, o sözlərə qəleylənək,
Sabiri yad eyləyib, sözümüzlə gərəylənək,
Atılaq bu meydana Sabir sevən şair kimi.
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Nə qədər sevinsək sevinc gələr bahəm qəm ilə.
Yeni qurluş da gəlib, guya yeni əyyam ilə.
Əl-ələ verdi bu xalq qarşıladı bayram ilə.
Qazandığı halalı oldu yenə haram ilə.
Sözə qatılmaz haram, söz deyərəm mahir kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Özbaşnalıq həddini indi aşıbdır ölkədə,
Hikkəli gəzir indi bazarda ,, ölü kilkə”də,
Burunlar göylə gedir bircə salam əleykə də,
Böyük millətin işi qalıb böyük təhlükədə,
Belə bir millət ilə necə olaq faxir kimi?
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Batini var bu işin, yəqindir ki, başdan gələr,
Belə fitnələr ancaq yuxulu, çaş başdan gələr,
Xeyri olmaz bu işin hər hansı qardaşdan gələr,
Təvəkkül Allahadır, gur səsim obaşdan gələr,
Göstərib üzdə təbəssüm, görüşək əlbir kimi,
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Əməli-məkruhilər məkriylə tutub hər yanı,
Gözləri də kor olub, görmürlər Azərbaycanı,
Gədəbəyi, Gəncəni, Şəmkiri ya ki, Səlyanı,
Tovuzu ya Qazağı, Goranboyu, Naftalanı,
Türkanı, Mərdəkanı, Buzovnanı, Nardaranı,
İşsiz avara gəzir, millət olub fağır kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Qarabağı demirəm, onun da öz dərdi- halı,
Ürəklərə dərd verir göründükcə hər minvalı,
Ərz olur sülhün yolu dəyişmir əsla əhvalı,
Sinirlər tarımdadır davası ,,Cəngi” havalı
Qalx igidim məyus-məyus baxma, qalx cabir kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?

28. 09. 2019.

<<< Vaqif Sərxani (Cənubi) >>>

AĞLAR

Gözlərimdən süzər incim yanağımdan axar ağlar.
Könül titrədər, dağlar, baxan gözlər qalar ağlar.
***
Fikrin xəyal dumanından içim ata, ana səslər,
Çefayda səsim yetişməz, xəyalım axtarar ağlar.
***
Kaş bələkdə körpə olam anam bükə, aça məni,
Geriyə yol yoxsa əsla, körpə könlüm sızlar ağlar.
***
Həyatımda nələr gördüm şirnisin, acısın duydum,
Taleyim də mənlə bahəm qınar məni, qınar ağlar.
***
Üşür könlüm sızıltıdan, həyacandan üzülər can,
Buza dönüb bir ayna tək parçalanar, sınar ağlar.
***
Eşqdə fəda etdim canı, can dediyin bir can ola,
Əfsus səfasın görməyib, indi edib izhar ağlar.
***
Dad etdikcə cəfalardan ilqarımda sadiq qaldım
Sadiqliklə ömr etsəm də ürək dözməz aşkar ağlar.
***
Dönüş yoxdur ey Cənubi, bir gəlişlə bir gediş var,
Bir gün sənsiz qalan dünya, yə’qin səni anar ağlar.

8. 10 2019.

Müəllif: Vaqif Sərxani (Cənubi)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru