Bizə doğma olan vətən, Ağlama gələn olacaq! Gözü yaşla dolan vətən, Hüsnünə gülən olacaq!!!
Ruhu incik Ələsgərim, Darda qalmaz Göçə gölüm. Pələngə dön ay əsgərim, Qorxutmasın səni ölüm!
Ta qədimdən paralandın, Lənət bəxtin qarasına… Ay ürəyim yaralandın, Azərbaycan yarasına!
Sarı aşıq sazın çalır, Ruhu ondan ilhamlanır. Bax,ürəyim odla qalır… Göyüm yanır,yerim yanır!
,,Bilirəm ki,zaman öz işini görəcək.Bir gün Cavanşirlər,Babəklər yatan torpaq oyanacaq! İnanıram ki,gün gələcək Zəngəzurun Sultan bəy kimi oğulları çıxacaq meydana.Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Göyçə gölünün gözləri günəş parlaqlığından yaşaracaq.Yeni günəş doğacaq Azərbaycan Günəşi!”
Hər biri Axərbaycan xalqının linqivistik və əkinçilik mədəniyyətinin, o cümlədən qədim toponimlərinin, etnoqrafiyasının elementlərini özündə əks etdirən yerli ənənəvi üzüm sortlarının bəlkə də bir qisminin bir-birinin sinonimləri, variasiyaları, klon və biotipləri olmasına baxmayaraq, onların hər biri təbiətin bir incisidir.
AZƏRBAYCANIN ABORİGEN ÜZÜM SORTLARI:
Abşeron gəlinbarmağı .
Abşeron xatını
Abşeron keçiəmcəyi
Abşeron qızıl üzümü
Abşeron mərəndisi
Ağ Aldərə
Ağ anqur
Ağ Beyləqani
Ağ dəvə gözü
Ağ gavra
Ağ göybəndəm
Ağ gülabi
Ağ Hüseyni
Ağ Xəlili
Ağ xərci
Ağ kalambir
Ağ kürdaş
Ağ lkeni
Ağ mələyi
Ağ mərəndi
Ağ mövücü
Ağ nabitnoy
Ağ oval kişmiş
Ağ sateni
Ağ səabi
Ağ şanı
Ağ şiray
Ağ şireyi
Ağ şirşira
Ağ tayfı
Ağ tezyetişən üzüm
Ağ üzüm
Ağ yay üzümü
Ağa görməz
Ağdam Xəzərisi
Ağdam keçiəmcəyi
Ağdam qızıl üzümü
Ağrı
Al anqur
Ala göz
Ala şanı
Alıxanlı bəy üzümü
Alıxanlı keçiməməsi
Alıxanlı qara göz
Alıxanlı qara üzümü
Ambəri
Arayatlı qara üzümü
Arazbarı
Arı mərəndi
Arna-qrna
At xərci
At üzümü
Ay boğan
Aynuri
Azəri
Bayanşirə
Beyləqani
Bəhrəli
Bələdi
Bəndi
Bərci
Boyaxanı
Boz mərəndi
Calal üzümü
Cəlali
Çaqqal boğan
Çəhrayı kişmiş
Çəhrayı sahibi
Çəhrayı səabi
Çərəz
Çil üzüm
Çilar
Dağ xəlili
Dana burnu
Dana gözü
Danqur
Daş kişmiş
Daş qara
Daş mərəndi
Daş üzüm
Debe gülabi
Dəvə gözü
Dəvəçi ağ çiləyisi
Dəvəçi həlimleyisi
Dəvəçi qara üzümü
Dəvəçi qızıl üzümü
Dik xərci
Dikar
Dostluq
Duğşayi
Duzalı
Dürzəl
Eşeni
Əfəndi
Əhmədbəyli ağ şireyisi
Əhmədbəyli qızıl üzümü
Əli Məmməd
Əmiri
Əsgəri
Ət xərci
Ət mərəndi
Ətirli
Əziz
Əzizi
Faraşi
Fatmayi
Fikrəti
Fokeltrayben
Füzuli keçiməməsi
Füzuli qara keçiməməsi
Gavangir
Gəlşən
Gəncə keçiməməsi
Gəncə qızıl üzümü
Gəncəvi
Gilami
Gilan üzümü
Gomuşiməmə
Göz üzüm
Gözəl üzüm
Gül mərəndi
Gülabi
Güney
Hacı Abbas
Haçabaş
Həxi-bağı
Həməşərə
Həzixan
Hüseyni
Xalac
Xalbasar
Xam xəlili
Xan üzüm
Xanımı
Xart-xart
Xatın xərci
Xatını
Xəmri
Xəzani
Xəzəri
Xəzri
Xımbi
Xindoqnı
Xırça kişmiş
Xnuşinaq
Xorxoru
Xungi
Xurdaş
İkicinsli ağ şanı
İkicinsli çırağı
İnəkəmcəyi
İri Həxi-bağı
İri salxım
Kal üzüm
Kanançeni
Kanançkeni krsoviy
Kaniçeli
Katveni
Kəpəz
Kərçəvani
Kərimqəndi
Kırt-kırt
Kolyaska
Kök kişmiş
Krmırkeni yerqar gileni
Kürd üzümü
Kürdəxanı qara şanısı
Kürdəşi
Qala kişmiş
Qara Alaxura
Qara Aldərə
Qara Arna-qrna
Qara dəli
Qara Dərbəndi
Qara Dirənək
Qara göybəndam
Qara göz
Qara gülabi
Qara haçabaş
Qara xatuni
Qara Xəlili
Qara xəzani
Qara kişmişi
Qara kürdaş
Qara qənd üzümü
Qara quş ürəyi
Qara lkeni
Qara mərəndi
Qara mövcü
Qara öküz gözü
Qara pişras
Qara Salyan üzümü
Qara sateni
Qara səbzə
Qara sərmə
Qara sirkeyi
Qara şabranı
Qara şanı
Qara Şiradzuli
Qara şireyi
Qara şirəli üzüm
Qara şirin
Qara urza
Qara varteni
Qarabağ kərimrenisi
Qarabağ qırmızı üzümü
Qaraçı
Qarağat
Qarağat (Гарагат, Garagat)
Qarğa dili
Qazxanı
Qevanqur
Qələmi
Qırmızı burun
Qırmızı Hüseyni
Qırmızı xərci
Qırmızı mərəndi
Qırmızı üzüm
Qızılı gecyetişən
Qlbalayı
Qoç üzümü
Qonur Astarxanbazar üzümü
Qoyun gözü
Qrqri
Quş ürəyi
Leyli
Mahmuddavi
Mahmudu
Maloplodniy
Maştaga xatınısı
Mehri qara
Mehri tezyetişən
Mədrəsə
Məmmədova
Mərəndi
Mərəndil
Mərməri
Mərməri kişmiş
Məşədi Əli
Milaq
Mingəçevir
Misqalı
Molla üzümü
Mövlu
Muxtarı
Nadirqulu
Naxçıvan çəhrayı kişmişi
Naxçıvan gülabisi
Naxçıvan xatınısı
Naxçıvan inəkəmcəyi
Naxçıvan qara şanısı
Naxçıvan qızıl üzümü
Naxçıvan səabisi
Nar kolu üzümü
Nardaran Dərbəndisi
Naz-nazı
Nəbi üzümü
Nəğşəbi
Nənəm üzümü
Novrast
Nübarlıq üzüm
Oruc baba
Pişik gözü
Prodolqovatıy
Razbrod
Sabir
Sahibi
Saqi
Salyan
Salyan sahibisi
Sapda durmaz
Sara
Sarı Aldərə
Sarı kirak
Sarı kişmiş
Sarıgilə gecyetişən
Sarıgilə ortayetişən
Sarıgilə tezyetişən
Sarmayi
Sev krçovi
Sev vartkeni
Seyid Əmiri
Səbzə
Səkinə xanım
Sərçə ürəyi
Sibi Abbas
Sıx
Sıx salxım
Sısak
Siyəzən şirəyisi
Slava Miçurina
Spitakeni
Su üzümü
Sultan şirə
Şabranı
Şahangül
Şahani
Şah-şahı
Şaxtaxtı
Şal üzüm
Şamaxı Mərəndisi
Şəfeyi
Şəkərbari
Şəkərbura
Şəkəri
Şərabi
Şıxverdi
Şiray
Şireyi
Şirəkəni
Şirəli
Şirəskəbi
Şirvanşahı
Talibi
Tatlı
Tezyetişən qara üzüm
Təbərzə
Təbrizi
Təmbeyi şireyi
Tozlanmayan çırağı
Tula gözü
Turabi
Tülküquyruğu
Vedi qara üzümü
Vəznə
Yabı
Yaqubi
Yaquböğlu
Yalançı gülabi
Yalançı şanı
Yay üzümü
Zalxa
Zeynəbi
“Vətənimizin ən ucqar meşəsində artıq çoxdan qurumuş ən qoca ağacın qabığının altında özünə məskən seçmiş ən xırda həşaratın müqəvvası da bizim üçün dəyərlidir… Belə bir gözəl, zəngin məmləkəti bizə Vətən kimi seçdiyinə görə Uca Yaradana nə qədər şükür etsək azdır… Min şükür…” Zaur Ustac
Dəyərli oxucum, bu yazını yazmaqda yeganə məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi tərifləmək, nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbəttə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında), deyərdim ki, müəllifinə görə kitab oxuyanların adlarını çəkdiyi on müəllifdən biri Erich Maria Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə bir sual meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich Maria Remarque olur? Bu suala kəsədən bəs gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich Maria Remarque ilk onluğa düşməyə həqiqətən layiq bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı oxumaqdan, mütaliədən danışır mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich Maria Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich Maria Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich Maria Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən dünyanın əksər ölkələrinə yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları dəyişsə də Erich Maria Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich Maria Remarque üçün olduqca ucqar bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır, onun yazdıqlarından söhbət açırıq. Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxuması heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich Maria Remarque nin necə yazar olmasına heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim hal-hazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək sevimli yazarımız Erich Maria Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.
Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa heç kimdə narazılq doğurmasın və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları” (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar , üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur, ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir??? Yaxud da Ramil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi??? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa???
11.10.2016. Bakı.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.
Vətən Nə qədər ağı deyim sənə, Nə qədər fəryad qoparım, ağlayım səni vətən. Məgər dərdin birdir,ikidir, Mən onu çəkəm. Bu qədər dərdi hara yığım, Harama yükləyim, gedim vətən? Axı sənə ana dedim, Dən də mənə oğul dedin, İndi mənə yol göstər, nə edim, Vətən???