ƏSƏD CAHANGİR – TƏKLİF:

ƏSƏD CAHANGİRDƏN MARAQLI TƏŞƏBBÜS:

Möhtərəm dostları!
Şair Murad Köhnəqala 12 min manat aliment cəriməsi olduğu üçün dünən həbs olunub. Hazırda onu Tovuz rayon polis bölməsində saxlayırlar. Qanuna görə, Muradın gündə bir manat ödəmək şərtilə azad buraxılmaq haqqı var. Və polis onu qanunda nəzərdə tutulan şərtlərlə niyə azad etmir, aydın deyil.
Təbiidir ki, Murad bu alimenti maddii imkanı olmadığı üçün verə bilməyib. Çünki neçə illərdir ki, işsizdir və kirayədə yaşayır. Yoxsa ki, onun öz övladlarını necə sevdiyini, onlarla necə fəxr ediyini hamı bilir.

Muradın dostları və oxucularını şairi dəstəkləməyə çağırırıam. Birbaşa maddi dəstək durmaq istəyənlərin nəzərinə: şairin həyat yoldaşı Şəlalə xanımın bank hesabının nömrəsi belıədir:

MAMMADOVA SHALALA MUSA 
AZ94IBAZ33881019446274006208

(Beynəlxalq Bank)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Игрок Арсенала Месут Озиль

Непутевый болельщик испанского “Атлетико” бросил куском хлеба у знаменитого игрока Арсенала Месут Озила … Игрок национальной сборной Германии, миллионер, наклонился и поднял его, со святостью поцеловал, прикоснулся им ко лбу и осторожно отложил за боковую линию футбольного поля … Будь Какая форма профессиональной деятельности может быть местом проявления человечности и ценностей. В жизни есть вещи, на которые мы объективно не знатные. Но это могут делать все! Поцеловать хлеб, почтить святое! Видимо его этого научили родители! Он мусульманин, но для меня он в первую очередь человек! Есть “религия”, которая не прописана ни в одном учебнике и википедии. Ее имя человечность! Браво, Оззи! Ты не только великий футболист! Ты – великий человек! Ты приобрел сердца миллионов сердец по всему миру! Отныне всегда буду болеть за тебя!

Месу́т Ози́ль — немецкий футболист турецкого происхождения, выступающий за английский клуб «Арсенал» на позиции атакующего полузащитника. Чемпион мира 2014 года в составе сборной Германии. В основном используется как атакующий полузащитник, но также может выступить на позиции вингера.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

VAHİD ƏZİZ “XALQ ŞAİRİ” ADINA LAYİQ GÖRÜLÜB

Milyonların sevimlisi Vahid Əziz “Xalq Şairi” fəxri adına layiq görülüb. Bu münasibətlə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Şair onu təbrik edən sevənlərinə təşəkkürünü bildirib: “Mənə Azərbaycanın Xalq Şairi yüksək Fəxri Adın verilməsi münasibəti ilə şəxsimi təbrik edənlərə ürəkdən minnətdarlığımı bildirirəm.”

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Elnur Qərari Nardaranda oxucularla görüşdü.

Bu gün – 23.05.2019-cu il tarixdə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nardaran Mədəniyyət Mərkəzində tanınmış gənc şair ELNUR QƏRARİ-nin oxucularla görüşü baş tutub.

Olduqca maraqlı keçən tədbir barədə şair qısa olaraq belə bir açıqlama verib: – “Başda əziz dostum Nardaran mədəniyyət mərkəzinin rəhbəri Asif Qurbanov olmaqla tədbirin təşkilatçılarına və mənə dəstək olan dəyərli dostlarıma dərin təşəkkürlərimi bildirirəm!”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUZEYLƏR PULSUZ OLACAQ

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.

“Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

Proqram üzrə “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə  təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji – Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix – Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix – Bədii Qoruğu, Milli Təhsil muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi-Bohm Planetarim və Tahir Salahov, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Bülbül, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Qara Qarayev və Niyazinin ev muzeylərinə ödənişsiz ekskursiya etmək mümkündür.

Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafadə yerləşməsi nəzərə alınıb.

“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.

İLKİN MƏNBƏ:

Məktəblilər üçün muzeylərə giriş ödənişsizdir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2018-2019 “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri məlum

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını keçirir.

Növbəti dəfə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanıb və cari ilin 29 mart tarixində qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.e.d., professor Nizaməddin Şəmsizadə, fil.e.d., professor Telman Cəfərov, fil. e. d. Vaqif Yusifli, fil. ü. f. d., “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, fil.ü.f.d. Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:

Nəsr nominasiyası üzrə

Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” kitabı

Mübariz Örən. “Balıq gülüşü” kitabı

Poeziya nominasiyası üzrə

Salam Sarvan. “Heykəl tənhalığı” kitabı

Vaqif Bəhmənli. “Qansız savaş” kitabı

İbrahim İlyaslı. “Şair olmaq zülümdü” kitabı

Ədəbi tənqid və publisistika nominasiyası üzrə

Yaqub Babayev. “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı

Abid Tahirli. “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı

Orijinaldan bədii tərcümə nominasiyası üzrə

Vilayət Hacıyev. Haynrix Böllün “Kişisiz ev” romanı

Seyfəddin Hüseynli. Culian Barnsın “Aqibət duyğusu” romanı

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Reyhan Yusifqızı. “Dostum Mimi” kitabı

Solmaz Amanova“İlmənin macəraları” kitabı

Rafiq Yusifoğlu. “Nağıl qapısı” kitabı

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Şahanə Müşfiq. “Şahanənin nağılı” kitabı

Sadıq Qarayev. “Sahibsiz kölgələr” kitabı

Mükafatın təqdimatı 17 may 2019-cu il tarixində, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.

İLKİN MƏNBƏ:“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçiriləcək

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZABİTİN VƏZİYYƏTİ PİSLƏŞİB

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 1975-ci il təvəllüdlü Quliyev Zabit Adil oğlu Ukraynada keçiriləcək tədbirlərlə əlaqədar səfərdə olarkən səhhəti qəfil pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Milli Qəhrəmanın vəziyyəti orta-ağır qiymətləndirilir və ölkə başçısı, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət mərkəzindədir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aİİ-nun REKTORU CEYHUN MƏMMƏDOV MALAZİYADA


Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Malaziyada işgüzar səfərdədir. Ceyhun müəllimin ilkin görüş təsüratlarını təqdim edirik: “Bu gün Malayziyanın Beynəlxalq İslam Universitetində çox səmərəli görüşlərimiz oldu. Niyyət protokolu imzaladıq. Siniflər kitabxana, yataqxana, məscid və idman zalları ilə tanış olduq. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında broşür və bukletləri, Qarabağ həqiqətləri ilə bağlı kitabları kitabxanaya, Universitet rəhbərliyinə təqdim etdik. Zəngin təcrübələri var.”

İLKİN MƏNBƏ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac müsabiqə elan edir

“Yazarlar” jurnalı “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalı ilə birlikdə Əliş bəy Kərəmlinin anadan olmasının 700 illiyi münasibəti ilə “KƏRƏMLİ – 700” Layihəsi tədbirləri çərçivəsində doğma ana dilimizdə yazıb – oxumağı bacaran milliyyətindən, dinindən, irqindən, vətəndaşlığından asılı olmayaraq bütün məktəblilər üçün “Zaur Ustacın Əliş və Anna poemasında tarixi həqiqətlər” mövzusunda inşa müsabiqəsi elan edir. Poema ilə aşağıdakı lingdən istifadə etməklə və əsas kitabxanalara (elektron variantı da var) müraciət etməklə tanış olmaq olar:

Linglər:

ZAUR USTAC – ƏLİŞ VƏ ANNA

Şərtlər:

“Zaur Ustacın Əliş və Anna poemasında tarixi həqiqətlər” ad altında yazılmış inşa müəllif haqqında məlumat da qeyd olunmaqla ya bu yazının şərh bölməsinə ya da zauryazar@mail.ru e-mail ünvanına göndərilə bilər. Əlavə olaraq Zaur Ustac səhifəsində də paylaşmaq olar.

İnşalar məhdudiyyətsiz və redaktəsiz yazarlar.az və ustac.az saytlarında yerləşdiriləcək.

Sonda bütün göndərilmiş inşalar toplu halında nəşr olunacaq.

Qaliblər pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Vaxt:

21 aprel 2019 – 21 aprel 2020. ( inşalar 21 fevral 2020-ci ilə qədər qəbul olunacaq)

BÜTÜN İŞTİRAKÇILARA UĞURLAR ARZU EDİRİK !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün Şamaxlılı Əliş bəy Kərəmlinin doğum günüdür

Bu gün dünya şöhrətli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin döğum günüdür. O, böyük insanı rəhmətlə anır, ruhu şad olsun deyirik.

QISA ARAYIŞ:

Əliş bəy Kərəmli Miladi ilə 1322 – ci il aprelin ayının 21 – də Şamaxıda anadan olmuş, 22 – si iyun 1371 – ci ildə Rusiyada – Moskva-Smolensk yolunun 9-cu kilometrliyi xain saldırı nəticəsində həlak olmuşdur. Dünya şöhrətli şamaxılı memar öz dövrünün tanınmış şəxsiyyətlərindən biri kimi (Avropada onu Şamaxılı Alis kimi tanıyırlar), zamanının demək olar ki, bütün məşhur, inkişaf etmiş şəhərlərində, mədəniyyət mərkəzlərində olmuş və bir çoxunda öz əsərlərini (körpülər, məscidlər, karvansaraylar, saraylar, qəsrlər və olduqca müxtəlif təyinatlı binalar – onun hələ o dövrdə dörd mərtəbəli bina tikdiyi də məlumdur) yaradaraq, tarixdə öz heç vaxt itməyəcək, parlaq izini qoyub getmişdir. Onun ən məşhur əsəri bu gün hamımızın Moskva Kremli kimi tanıdığımız, Kərəmli qalasıdır. Çox təəssüfki, bu möhtəşəm qala görkəmli memarın son işi olmuş, bir az paxıllıq, bir az xəyanət nəticəsində tikinti başa çatdıqdan sonra qətlə yetrilmişdir. Bu gün onun həqiqətən də real tarixi şəxsiyyət olub, Şamaxıda yaşayıb-yaratdığını sübut edən maddi-mədəniyyət nümunələrinın qalıqları müasir Şamaxı şəhərində qalmaqdadır. Məsələn, yaşlı insanlardan “Əliş bəyin tikdiyi körpü hardadı ?” – soruşsanız. Heç düşünmədən “köhnə körpü” – nün yerini sizə göstərəcəklər. Və onlarla digər qədim tikililərin yerləri, qalıqları məlumdur.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru