HACIXANIM AİDAYA

Xeyirxah sərvəti alqışla yığar

(Gözəl insan, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk sahibi Hacıxanım Aidaya həsr edirəm.)

Dünyanın malına hərisdi bəndə
Ancaq bar şirindir bağban dərəndə.
Şad olar bir kəsi sevindirəndə,
Sevinci nə yerə, nə göyə sığar,
Xeyirxah sərvəti alqışdan yığar.

Doydum deməz acgöz, qurtarmaz kəmi,
Bu da bir müəmma, tapılmaz çəmi.
Yaz günü göyərən göy çəmən kimi,
Elin duaları başından yağar,
Xeyirxah sərvəti alqışdan yığar.

Dünyada qalandır dünyanın malı,
Çoxu son məqamda duyar bu halı.
Hər kəsə sevgisi, yüksək amalı,
Əl tutar köməyə, qarşına çıxar,
Xeyirxah sərvəti alqışdan yığar.

İldırım, qanan az əyrini, düzü,
Qılınc tək parçalar haqlının sözü.
Dünyaya bağlayar bir ümidsizi,
Hər kəsin qəlbində bir ümid doğar,
Xeyirxah sərvəti alqışdan yığar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMAZAN KAMPANİYASI

Qədim Qalanın XEYRİYYƏ AKSİYASI davam edir:

Ramazan ayı – paylaşmaq, bölüşmək, yardımlaşmaq ayıdır. 

Biz də ən gözəl hədiyyənin kitab olduğunu bilən dostlar üçün özəl RAMAZAN KAMPANİYASI keçirtməyə qərar verdik.

RÖVŞƏN ABDULLAOĞLUNUN KİTABLARINA ENDİRİM:

Bildiyiniz kimi, son illərin ən çox oxunan “Relslər üzərinə uzanmış adam” romanının budəfəki nəşrinin satışından əldə olunan gəlir “Şəhid ailələri və kimsəsiz uşaqlara yardım” ictimai birliyinə ianə olunacaq. 

May ayının 28 – ə kimi romanı alaraq bu xeyir işdə iştirak etmək istəyən oxucumuz böyük əks-səda doğurmuş son romanımızı – “Abaddon” psixoloji detektivini tam 40% güzəştlə – cəmi 6 manata əldə edə biləcək. 

Sən də bu kampaniyadan yararlan, təkcə hədiyyə edəcəyin dostunun deyil, eyni zamanda bir şəhid övladının, bir kimsəsiz ailənin də sevincinə səbəb ol.

Əziz oxucular, dəstək olmaq üçün paylaşmağı unutmayın. BU BİR XEYRİYYƏ TƏDBİRİDİR. Ramazan ayınız mübarək olsun!!!

İLKİN MƏNBƏ: Seymur Musayev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru