Rafiq Göyçəli – Söz

Rafiq GÖYÇƏLİNİN SÖZ DÜNYASI

Bilmirəm

Qanadı qırılmış bir qartalam mən,
Uçub zirvələrə qalxa bilmirəm.
Qəfəsdə inləyən (xarı) sarı büldülün,
Çəkdiyi həsrətə baxa bilmirəm.

Qartal, zirvələri düşünmə daha,
Sınıq qanad ilə güman Allaha,
Bəlkə çıxmayacam nurlu sabaha,
Könlümü yandırıb, yaxa bilmirəm.

Uçdu şahlıq quşu çiynimdən niyə,
Bir vaxtlar dönmüşdüm topa, süngüyə,
Həvəs də qalmayıb daha heç nəyə,
Şimşək tək parlayıb, çaxa bilmirəm.

Yerin dərdin çəkim, yoxsaki göyün,
Rafiqi danlayın, lap elə döyün, 
Gələn nəsillərə söyləyin , deyin,
Bayrağım Şuşaya taxa bilmirəm.

RAFİQ GÖYÇƏLİNİN SÖZ DÜNYASI

Tərk edir

Allahım hərəyə bir ömür verib,
Yaxşını yamandan ələyib, seçib,
Deyəsən qəlbinə əzrail girib,
Bəs onda yaxşılar niyə düz gedir,
Niyə bu dünyanı tezcə tərk edir.

Yazını yazanda düzmü yazıbdı,
Kimə əlli, altmış, yüzmü yazıbdı,
Fəqir, füqarəyə dözmü yazıbdı,
Yetimin zəhməti puçamı gedir,
Niyə bu dünyanı tezcə tərk edir.

Toxdu gözü, könlü, qarnı da acdır,
Körpə balaları ac, yalavacdır,
Dünyanın var, pulu ona rəvacdır,
Xoşbəxtlik elə bil ondan yan gedir,
Niyə bu dünyanı tezcə tərk edir.

Rafiq, bu dünyanın gərdişi belə,
Həsrət qoyub bizi vətənə , elə,
Çirkki pullar uçur küləyə, yelə,
Baxıb yazıq-yazıq naümid gedir,
Niyə bu dünyanı tezcə tərk edir.

RAFİQ GÖYÇƏLİNİN SÖZ DÜNYASI

Dünyanın kədəri

Bu dünyanın kədəri sevıncindən böyükdü.
İnsanlar çiynindəki daşıdığı bir yükdü.
Sən demə dünyanın bir tərəfi sökükdü.
Söküb dağıdanlar qurub.tikəndən çoxdu.

Ona görə tarazlıq yavaş.yavaş pozulub.
Dəyərli məsləhətlər əyri.düzə yozulub.
Yazılan tarixlər də sətir.sətir çözülüb.
Əyrilər haqq qazanıb düzə qalib gəlibdi.

Savadsızlar sığınıb dahilər kölgəsinə.
Ağır zərbələr vurur dünyanın ölkəsinə.
Axı tamah güc gəlib iştahına.nəfsinə.
Acgöz.xəbis insanlar toxu üstələyibdi

Dünyanın taleyilə oynayanlsr qoy bilsin.
Dünya qoca dünyadır.ona səcdə edilsin.
Dünyanı kəşf edənlər əzizlənsin.sevilsin.
Dünya bizə taledən pay tək göndərilibdi.

Ey qardaşlar dinıəyin muncuq.muncuq sözümü.
Bağlayıb oxlasanız Rafiqin kor gözünü.
Yəqin yenə olacaq dünya qədər dözümü.
Elə sanıramki mən dünya döndərilibdi.

RAFİQ GÖYÇƏLİNİN SÖZ DÜNYASI

Ağrın alım.

Bu həsrətdə, bu möhlətdə,
Necə qalım ağrın alım.
Qapanmayan söz, söhbətdə ,
Necə qalım ağrın alım.

Gözümdə nohur bulağı,
İsladır üzü, yanağı,
Sevirəm Məcnun sayağı,
Necə dözüm ağrın alım.

Gəlibdi səsi, sorağı,
Ey gözümün nur çırağı,
Eşqimizin al bayrağı,
Necə çözüm ağrın alım.

Gördüm sənin gül camalın,
Ağ buxağın, al yanağın,
Ballanıbdı bal dodağın,
Necə sezim ağrın alım,

Məni məndən qoparmadın, 
Ürəyinə aparmadın,
Niyə köksümdə qalmadın,
Necə bezim ağrın alım.

Ey gözəlim yaxşı dinlə,
Baxma mənə belə kinlə,
Rafiq dəlidi eşqinlə,
Necə dözüm ağrın alım.

Müəllif: ( Rafiq Göyçə Cil ) RAFİQ GÖYÇƏLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Professor Qəzənfər Paşayev

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 27 avqust 1937 ) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan ədəbiyyarşünası, folklorşünas, publisist, dilçi, yazıçı, tərcüməçi, Filologiya elmləri doktoru, Professor Qəzənfər Paşayevin doğum günüdür. Ad gününüz mübarək, Qəzənfər müəllim. Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

QISA ARAYIŞ

Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub.

1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. «Kərkük bayatıları» (1968), «Arzu-Qənbər dastanı»(1972), «İraq kərkük atalar sözləri»(1978), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), «Nəsiminin İraq divanı»(1987), «İraq Türkmən folkloru» (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın «Qafqaz səfəri», «Necə yaşayasan yüzü haqlayasan» və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran «Altı il Dəclə və Fərat sahillərində» kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.
Azərbaycan Dillər Universitetinin ingilis-Azərbaycan dilləri fakültəsini bitirmişdir (1962).

İraqda tərcüməçi işləmiş (1962-1966; 1972-1975), burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005),eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların – İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun “Şah əsər”, prof. M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur.

Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun «Ədəbi-nəzəri məcmuə» sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub.Pedaqoji və elmi kadrların hzırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur.

Uzun müddət Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın yarandığı 1997-ci ildən üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.Azərbaycanda: akademiklər: Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, akademiyanın müxbir üzvləri: Yaşar Qarayev, Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Azad Nəbiyev, Nizami Cəfərov, Filologiya elmləri doktorları, professorlar: M.Təhmasib, Qasım Qasımzadə, Vaqif Vəliyev, Musa Adilov, Murtuz Sadıxov, Əzizə Cəfərzadə, Zeydulla Ağayev, Sədnik Paşayev, Gülrux Əlibəyli, Qəzənfər Kazımov, tibb e.d. Mehdi Sultanov və başqaları, o cümlədən də xarici ölkə alimləri Ə.Tərzibaşı, Ə.Bəndəroğlu, f.e.n. Sinan Səid, M.Xurşid, prof. Mahir Naqib, prof. Sübhi Saatçı, M.T.Qayaçı, E.Hürmüzlü (İraq), prof. Mustafa Arqunşah, prof. Cəlal Ərtuq, prof. İsa Özgan, Kamal Çapraz, İsa Qayacan, dosent dr. T.Abbasxanlı və b. (Türkiyə) Paşayevin tədqiqatlarını yüksək qiymətləndirmiş, onun yaradıcılığına sanballı məqalələr həsr etmişlər.

Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir.

2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır.İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür.Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim” poeması (1998) Paşayevə həsr olunmuşdur.

2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Mükafatları

  • SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin (30 may 1980) və SSRİ-nin İraqdakı səfirliyinin (15 may 1974) Təşəkkürnaməsini alıb.
  • İraq Respublikasının “Əməkdə şücaətə görə” medalına layiq görülüb (1976).
  • SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib (28 aprel 1982),
  • Xarici dillər kafedrasının müdiri işlədiyi M.F.Axundov adına Pedaqoji İnstitutun Fəxri diplomu ilə təltif edilib (1980, 1982, 1985).
  • SSRİ Nazirlər Sovetinin Xarici İqtisadi Əlaqələr Komitəsinin Fəxri fərmanı ilə təltif edilib (23 iyul 1994),
  • Respublika Həmkarlar İttifaqının Fəxri fərmanına layiq görülüb (1997),
  • Kərkük Vəqfinin (1999), Türkman Cəbhəsinin (2003) ödüllərini alıb. Respublika Həmkarlar Təşkilatının “Qızıl qələm” mükafatına layiq görülüb (2001).
  • Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyinin ödülünü alıb (2007).
  • Ədəbi fəaliyyətinə görə Beynəlxalq “Rəsul Rza” mükafatını alıb (2008).
  • Türk Dil Qurumunun Fəxri diplomuna layiq görülüb (2008).
  • İraq və İraq-türkman Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif edilib (2012).
  • “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Təşəkkürnamə diplomuna layiq gürülüb (2013).
  • Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlartəşkilatının “Fədakar alim” diplomu ilə təltif edilmişdir (2012).
  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib (25dekabr 2012).
  • 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür

Əsərləri
“Kərkük bayatıları”, Bakı, “Azərnəşr”, 1968 (Rəsul Rza ilə birgə), 184 s.

“Arzu-Qəmbər dastanı”. Bakı, “Gənclik”, 1971, 32 s.

Kərkük mahnıları. Bakı, “Gənclik”, 1973, 48 s.

“Rusca-ərəbcə danışıq kitabı”. Bağdad, 1974.

İraq-Kərkük atalar sözləri. Bakı, “Azərnəşr”, 1978, 76 s.

“İngiltərə haqqında” (ingiliscə). Bakı, APİ nəşriyyatı, 1982, 128 s.

İraq-Kərkük bayatıları. Bakı, “Yazıçı”, 1984, 352 s.Kərkük tapmacaları. Bakı, “Gənclik”, 1984, 38 s.

”Altı il Dəclə-Fərat sahillərində”. Bakı, “Yazıçı”, 1985, təkrar nəşr, 1987, 230 s. Altı il Dəcdə-Fərat sahillərində, Bağdad, 1996 (ərəbcə), 128 s.

Nəsiminin İraq Divanı. Bakı, “Yazıçı”, 1987, 337 s.

Kərkük folkloru antologiyası. Bakı, “Azərnəşr”, 1987, təkrar nəşr, 1990, 368 s.

“Göylər unutmuşdu yağacağımı” (1991) – tərtibçiİraq-Türkman folkloru. Bakı, “Yazıçı”, 1992, 216 s.

İraq-Türkman folkloru, Bağdada, 1995, 160 s.

İraq-Türkman folkloru, İstanbul, 1998, 320 s.

Rusca-ərəbcə danışıq kitabı. Bağdad, 1994, 98 s.

Azərbaycan folkloru antologi yası. İraq-Türkman cildi (Ə.Bəndəroğlu ilə birgə), Bakı, 1999, 468 s.

Çağdaş İraq şerindən seçmələr. Bakı, “Elm”, 2001 (Ə.Bəndəroğlu ilə birgə) 108 s.

“Yolun sonunadək” (2001) – tərtibçiKərkük dialektinin fonetikası. Bakı, “Elm”, 2003, 212 s.

İraq-Türkman folklorunun janrlar sistemi (rusca), Bakınəşr, 2003, 128 s.

”Kərkük folklorunun janrları”. Bakı, “Elm”, 2003, 318 s.

İraq-Türkman ləhcəsi (ortaqlı), “Elm”, 2004, 422 s.

”Nostrdamusun möcüzəli aləmi”. Bakı: Təhsil, 2007.

”Nəsimi haqqında araşdırmalar”. Bakı: “Qarabağ”, 2010.

”Borcumuzdur bu ehtiram”. Bakı: Qarabağ, 2010.-199, s.

”Dilimiz – varlığımız”. Bakı: “Ozan”, 2011.

İngiltərənin tarixi, coğrafiyası və mədəniyyətindən bəhs edən “İngiltərə haqqında” (1981, ingilis dilində) adlı kitab, eləcə də ingilis filologiyasına dair onlarca elmi məqalə yazmışdır.ABŞ, İngiltərə, İraq, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə keçirilən elmi simpoziumlarda məruzələr etmiş, elmi məqalələri çap olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qurban Bayramov – Söz…

(Mahirə Nağıqızının poeportreti…)

I məqalə

Neçə illərdir müasir qadın şairlərimiz sırasında dəyərli, yaddaqalan imzalardan biri olan Mahirə Nağıqızı imzasını mətbuatdan ardıcıl izləyirəm. Xeyli illər bundan qabaq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları sesiyalarında poeziyadan etdiyim məruzələrdə də adını çəkmişdim, yaradıcılığının perspektivini qiymətləndirmişdim…

Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə Şurasındakı müdafiəsini xatırlayıram… Dilçi alimlərdən Qəzənfər Kazımova, İsmayıl Məmmədova həsr etdiyi məqalələri oxumuşam. Bir dilçi alim kimi bədii üslubiyyata, poetikaya meyilli tədqiqatları ilə maraqlanmışam… Bir həmkarımın (Çapar Kazımovun) mənə verdiyi “Ruhuna beşiksə, tanı, vətəndir…” (Bakı, 2017, 328 səh.) şeirlər toplusunu oxuyandan sonra ona olan marağım daha da artdı və şeir yaradıcılığı haqqında müəyyən tədqiqat apararaq “poeportret ” janrında düşüncələrimi ədəbi ictimaiyyət və oxucularımla bölüşmək istəyinə düşdüm…

Bu məqaləni yazmağıma ikinci bir səbəb də oldu ki, mən özüm də, 60-cı illərdə indiki ADPU-nun tarix-fililogiya fakültəsində oxumuşam və buradakı elmi-ədəbi mühitlə doğmalığım var, əlaqələr bu gün də davam edir… Və bıləndə ki, professor Həsən Mirzəyev (Həsən Mirzə) Mahirə xanım Nağıqızının doğma dayısıdır və mənim ən sevimli müəllimlərimdən olub, həmçinin o kişi, həmin institutda (V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanırdı) dərs deyən görkəmli psixoloq, professor, Əməkdar Elm Xadimi, əmim Əkbər Bayramovla yaxın dost idilər… Bu dostluq sonralar onların əqidə və məslək birliyinə çevrildi, hər ikisi məşhur siyasi qurum olan Yeni Azərbaycan Partiyasının qurucularından – 91-lərdən, ilk Heydərçilərdən oldular…

Onların hər ikisi elmi və ictimai həyatda böyük nüfuza malik idilər və buna görə də onların sözü ictimai rəyə ciddi təsir edirdi. Xalqın, millətin taleinin həlli məqamında, o, çətin dövrdə xalqı və dövləti xilas edə biləcək yeganə siyasətçinin məhz ümummilli lider Heydər Əliyev olduğunu dərk edərək bu böyük şəxsiyyətin hakimiyyətə gəlməsinə çağırış edən “91”lərin ilklərindən oldular. Baxmayaraq ki, buna görə təzyiqlərə, təhdidlərə, lüzumsuz tənqidlərə məruz qaldılar, amma haqq yolundan çəkilmədilər…

Bu, indi hamıya sadə görünə bilər. Amma dövrün, zamanın sərt olayları, ziddiyyətləri o vaxt belə bir addımı atmağa böyük cəsarət tələb edirdi. Bax belə, çəkinmədən, qorxmadan, əsl ziyalı kimi Həsən Mirzəyev və Əkbər Bayramov digər məsləkdaşları ilə xalqı ilə, xalqın xilaskarı ilə bir yerdə oldular…

Və görəndə ki, Mahirə Nağıqızının “Ruhuna beşiksə, tanı, vətəndir…” (2017, 328 səh.) şeirlər toplusu belə bir kişiyə (kişilərə) ithaf olunub marağım birə on qat artdı…

Bir şeyi də xatırladım ki, Mahirə xanım Nağıqızı hələ tələbəlik illərində – indiki ADPU-nun filologiya fakültəsində oxuyarkən (80-84-cü illərdə) onun şeirləri həm institutun sahə qəzetində, həmdə dövri mətbuatda çap olunur, xalq üslubunda yazdığı şeirləri elə o vaxtlardan rəğbətlə qarşılanırdı.

Onun bu poetik yaradıcılıq uğurları elmi yaradıcılığı ilə müvazi inkişaf etməyə başladı. Neçə-neçə dərs vəsaitlərinin, 15 monoqrafiyanın, 200-dən çox elmi məqlənin müəllifi olan Mahirə Hüseynova Nağıqızının bir sıra məqalələri xarici ölkələrin elmi mətbuatında – ABŞ, Çexiya, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna, Tatarıstan və digər xarici ölkələrdə çap olunub, onun kitabları haqqında respublika mətbuatında – qəzet və jurnallarda onun yaradıcılığını təqdiredici məqalələr dərc edilibdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Nağıqızının 12 şeir kitabı oxucularna ərməğandır. İlk şeirlər kitabı “Mənim anam” (2006), hələlik axırıncı şeirlər kitabı isə “Ruhuma beşiksə, tanı, vətəndir” (2017) toplusudur. Hətta bu kitabı tənqidçilər şairin seçilmiş əsəri hesab edirlər… Dediyim kimi, kitab Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor, məşhur dilçi-alim, ictimai xadim, ardıcıl Heydərçi, Respublikamızda hakim partiya olan YAP-ın ilk qurucularından biri olan mərhum Həsən Mirzəyevin xatirəsinə həsr olunmuşdur. Mahirənin “Həsən Mirzə yaşayır” şeirində oxuyuruq:

…Bu ayları onsuz gördük deyilməz,

Üzbəüzdə Həsən Mirzə yaşayır.

O nə sirdir, nə hikmətdir, bilinməz,

Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

…Gedib çıxıb haralara sədası,

Azərbaycan – ora, bura obası.

Cild-cild kitablarda yuvası,

Qalıb sözdə Həsən Mirzə yaşayır.

Bəri başdan qeyd edim ki, Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur. Dediyimiz kimi, müstəqilliyimiz uğrunda ilk mübarizəyə qoşulanlar cərgəsində duran, azadlıq və müstəqillik yolunu – Heydərçilik yolunu dürüst müəyyənləşdirərək ilk Heydərçi mücahidlərdən olan Həsən Mirzəyevə həsr etdyi bu şeirlər təkcə bir nəfərin fərdi ictimai cəhətlərini deyi, ümumilikdə ictimai-siysi həyatda nüfuz sahibi olan, lazım gəldikdə xalqın, dövlətin müstəqilliyi uğrunda həyati vacib məsələlər mövqeyindən çıxış etməyi, cəmiyyətin hisslərini, düşüncələrini, arzularını, istəklərini vaxtında, dürüst müəyyənləşdirməyi bacaran – indiki halda keçən əsrin 90-cı illərində “Doxsan birlər” adlanan ziyalılar qrupunun, zialılar zümrəsinin ümumi obrazını xarakterizə eləyir…

Deyirlər ki, böyük ideyalarla yaşamayan, böyük olaylara həsr olunmayan həyat məzmunlu ola bilməz. Böyük adamlar böyük–böyük danışanlar deyil, böyük idealın daşıyıcıları olanlardır. Mahirə Nağıqızı da Həsən Mirzəni müasir ziyalılar zümrəsinin böyük idealların daşıyıcısı, ən ümdəsi “xalq adamı”, “el adamı” kimi təqdim edir və bununla da müasir gəncliyə belə şəxsiyyətləri nümunə göstərir.

El oğluydu, el adamı- dedilər,

Tək qoymayıb bir adamı- dedilər.

Ata, qardaş, əmi, dayı- dedilər,

Dağda, düzdə Həsən Mirzə yaşayır

… Tanıyanlar bilərdilər o ərdi,

Yığnaqlıydı, çörək qədri bilərdi.

“Dilqəmi”ynən huş götürüb gedərdi,

Telli sazda Həsən Mirzə yaşayır.

Və yaxud:Həsən Mirzə bir olmadın, pir oldunHarda oldun, öndə oldun, bir oldunEl- obaya sığınacaq yer oldunYola çıxdın yeni yolun mübarək… Ömür sürdü, ömür yazdı xoş ada,Fərq qoymadı, nə doğmaya, nə yada.Çox oğullar doğulacaq dünyada,Arasında Həsən Mirzə doğulmaz.

Əslində, Mahirə Nağıqızı böyük alim, şair, ictimai xadim, professor, el adamı Həsən Mirzənin istər elm sahəsində, istərsə də poeziya aləmində, istərsə də həyatda ləyaqətli varisi və “Dünya” şeirində – özü demiş, mənəvi övladıdır, ona “dünyanı öyrədən” dünyasıdır:Harada zilindi, harada bəmin,Tutmadım, yolların qəribə sənin.Mahirə – övladı Həsən Mirzənin,O mənə dünyanı öyrətdi, dünya!

Və yaxud:Dərdim, birin görünür,Baxdım, dərin görünür.Həsən Mirzə, haray ver,Elə yerin görünür!

Və digər bir şeirində isə Həsən Mirzə yolunun müsafiri olmağı ilə fəxr edərək yazır:İnandım qəlbimə, gücünə sənin,Tanrı yazısına ömürdü zəmin.Qoyduğu hədəf var Həsən Mirzənin,Yeri, ayaqlarım, nə dayanırsan?

Və Həsən Mirzənin müəyyənləşdirdiyi hədəfə doğru addımlayan Mahairə Nağıqızının ömür yolundan

Haşiyə:

Hüseynova Mahirə Nağıqızı 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbində oxumuş, sonra – 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını müdafiə etmiş (2012), 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, 2017-ci ildə müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsini almış, professordur, hazırda elmi və bədii yaradıcılığını, pedaqoji-təşkilatçılıq fəaliyyətini ADPU-nun filologiya fakültəsinin dekanı kimi uğurla dvam etdirir…

XXX XXX XXX

Maraqlı cəhətlərdən biri budur ki, Mahirə müəllimə bir dilçi-alim kimi şeirin poetikasının tədqiqatçısı olduğundan və poeziyanın ədəbi dil normalarını kamil bildiyindən bütün bunları bədii yaradıcılığına yansıda bilir. Məsələn, onun “Azərbaycan poeziyasında “dağ” obrazı” (Bakı : Vətən nəşriyyatı, 2013. – 195 s); “Müasir Azərbaycan dili: aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair : Dərələyəz mahalı üzrə” ( metodik vəsait , – Bakı : Vətən nəşriyyatı, 2015. – 52 s.); “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası : Dərələyəz mahalı üzrə” (Bakı: ADPU nəşriyyatı, 2015. – 204 s. ; “Aşıq və el şairlərinin üslubi sintaksisi : Dərələyəz mahalı üzrə”, (Azərbaycan Dövlət Pedaqoji Universiteti. – Bakı : Afpoliqraf, 2017. – 128 s.); “Aşıq və el şairlərinin üslubi frazeologiyası : Dərələyəz mahalı üzrə “, (Azərbaycan Dövlət Pedaqoji Universiteti. – Bakı : Afpoliqraf, 2017. – 112 s.) kitablarının mövzuları və problematika istiqamətləri də bunu aydın bir şəkildə göstərir.

Mahirənin poeziyasına elmi-nəzəri prizmadan yanaşsaq, görərik ki, onun şeir yaradıcılığı poeziyamızın yaşarı ənənələrinə sıx bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçəkliyi inikas nöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, onun poetik yaradıcılığı, demək olar ki, əksər şeirləri el ədəbiyyatının, aşıq yaradıcılığının üslub bulağından süzülüb gəlir… Onun şeirlərinin linqivopoetikası, poetik sintaksisi, üslubi frazeologiyası, onomastik vahidləri bənzərsiz bir şəkildə, yaradıcılıq axtarışlarına uyar bir şəkildə aşkarlandığından cəlbedici olur, lirizmi, müsiqililiyi ilə seçilir, fərqlənir…

II məqalə

Şairin indiyədək nəşr etdirdiyi kitablarında həyat, dünya, ömür-gün, dövrün ictimai-mədəni, mənəvi-əxlaqi mənzərəsi, qayğılarımız və problemlərimiz, Qarabağ müharibəsi, şəhidlik mövzusu, dünyada və Azərbaycanda gedən proseslərə fərdi baxış rakursu daha çox özünü büruzə verməkdədir.Mahirənin şeirləri boz axından – nəzmkarlıqdan, şeirbazlıqdan, qrafomançılıqdan qütblərarası bir məsafədədir. Onun yaradıcılığının spesifik konturları mövcuddur.

Mahirə Nağıqızı imzası müasir ədəbiyyat aləmində — Azərbaycan mədəni-ədəbi ictimaiyyəti, fikir adamları, ədəbiyyatşünas və tənqidçilər, dost-tanışlar arasında

etiraf olunan imzalardandır və özünəməxsus, daim impuls verən poetik enerjiyə malikdir, məsələn, bu bayatılardakı kimi:

Ağam gəl, ay ağam gəl,

Dərd böyüdüb dağam gəl.

Ömür fani, baxt zalım,

Nə qədər ki, sağam gəl!

Bulud kimi dolan var,

Çiçək kimi solan var,

Quzudan qurban olurmu,

Məntək qurban olan var.

Çölündə bitəm, boylanam,

Bağımda sitəm, boylanam.

Hopam göylərdə buluda,

Sən tərəf, vətən, boylanam.

Bu müşahidə ediyimiz poetik cəhətlər – gözlənilməz bənzətmələr, təşbihlər, obrazlar, aleterasiyalar, səs və söz duyumu Mahirə Nağıqızının şeirlərində onun müasir həyatdan, yaşadığımız bu dünyadan, əlbəttə, ilk növbədə, Azərbaycan gerçəkliyindən aldığı lirik təəssüratlar, duyğu və düşüncələr axarında öz əksini tapır. Onun təfəkkür palitrası yetərincə polifunksionaldır. O, həyatda, cəmiyyətdə, təbiətdə, insan münasibətlərində baş verən, görə bildiyi hadisələrə biganə qalmır, bu günün həqiqətlərini qələmə alır, hətta keçmişdən, tarixdən yazanda da bu gün, çağdaş dünyamız onun şeirlərinin başlıca leytmotivinə çevrilir, insan ömrünün bitib-tükənməyən arzuları və bu ömrün sevincli-kədərli nəyi varsa şairin şeirlərinin mövzusu olur, özünəməxsus yeni poetik biçimdə misra-misra, bənd-bənd biçimlənir, ənənəvi dünya mövzuzunda yazılan “Dünya” şeirində olduğu təkin ömrün yaddaşı sözdə canlanır, şair lirik-fəlsəfi yanaşmalarla mənəvi axtarışda bulunur:Gözümü açandan özümü gördüm,Gördüyüm özüməm, ya baxtdı, dünya.Anam deyəndimi, atam söyləyən,Cavab axtarıram nə vaxtdı, dünya.
Yeridim, hər addım bir mənzilbaşı,Açdığım hər varaq bir divar daşı.Haraya çatdımsa ömrün yaddaşı,Dedi gecikibsən, bivaxtdı, dünya.
Yaşam hikmətinin nəyidi dərin,Ən böyük biclikdi düzlük- deməyin.Tanrı göndərdiyi peyğəmbərlərin,Hansı demədi ki, nə haqdı, dünya?
İnsanı ağladan, güldürəndimi,Güldürən ağladıb dərd verəndimi?Zalım öləndimi, öldürəndimi,Düz deyən mərddimi, namərddi, dünya?
Axtardım özümü mən addım-addım,Od əgər haqdısa odda yanırdım.Nələri tapmışam, nə axtarırdım,Bu ya təsəllidi, ya dərddi, dünya.

Göründüyü kimi, Mahirə Nağıqızı ənənəvi mövzuda fərqli düşüncə tərzi ortaya qoyur, onun şeirlərində poetik fikir qeyri-adi çalarlarıyla meydana çıxır. O, belə mövzularda bizim adət etdiyimiz düşüncə sistemini, duyum tərzini rahatca dəyişib, fikirlərini, duyğularını fərqli şəkildə, amma, yenə də ənənəvi qiyafədə təqdim edir. Azərbaycan, ana vətən silsiləsindən yazdığı şeirlər dediklərimizə bariz nümunədir:Azərbaycan-Qayalarından uca,Yaşımdan da cavan,Dünyadan qoca.
Azərbaycan-Nəsil-nəsil doğuluşum.Külündən yaranan,Mənim səməndər quşum…. Azərbaycan-Kürüm qədər lal, dəli.Ahıllar qədər susqun,Cahıllar qədər hikkəli…. Azərbaycan-Ünvanı- növrağımın.Əyilməyən dirəyisən,Üçrəngli bayrağımın.

Onun müraciət etdiyi mövzuya fərdi rakursdan yanaşmaq istəyi və bacarığı əksər məqamlarda özünü göstərir. Bu şeirdəki obrazlar sistemi, təzadlar, ibarə və frazalar fərqlidir, münasibət yenidir, şerin strukturu, poetik modeli də, ritmi də özünəməxsusluğu ilə seçilir… Təzad, ibarə, fraza – dediklərimiz nəsnələr müəllifin poetik üslubunun parlaq bədii obrazlarını və lirik süjetin xüsusiyyətlərini nümayiş etdirir. Onun şeirlərində indiyə qədər vərdiş etmədiyimiz ritmik nitq, orjinal qafiyə sistemi ilə diqqətimizi cəlb edir. Odur ki, onun poetik mətnilərinin melodik lirizmi könülləri hədəfləyir…. Burada zaman və məkan xronotopları da ahəngdarlıqla bir-birini tamamlayır… Bu baxımdan onun şeirləri uyarlı poetik assosiasiya yaradır… Buradakı obrazlar fərqli yozumda təqdim olunur. Daha doğrusu, müəllifin baxışında doğma elə, obaya vurğunluq özünü aşkar biruzə verir. Bu qəbildən əsərləri öz məzmunu, obrazlılığı, fikrin deyim çaları ilə diqqətəlayiq nümunələrdəndir. Bu şeirlərdə isə bugünkü həyatın, gedişatın adekvat mənzərəsi ustalıqla təsvir edilir. Şair poetik hiss və duyğularını elə ifadələr, düzümlərlə oxuculara təqdim edir ki, ənənəvi obrazlar yeniləşir, təzə təravətdə təqdim edilir…

Onun şeirlərindən hiss, fikir insanların iç dünyasına, qeyri-adi düşüncəsinə rahatlıqla, təbii, maraqlı poetik lövhə şəklində daxil olur, onların həyata münasibəti haqqında görümlu bir təsəvvür formalaşdırır. Daha doğrusu, bu şeirlərdən insanın əsl mahiyyəti boylanır:Füzuliyə boğça oldu,Xətaiyə taxça oldu,Süleymana axça oldu,Cahü-cəlalı dünyanın.Mahirə, qəlb yandısa, de,Yetişibdi, andısa, de.Umacağı candısa, de,Olsun halalı dünyanın.

Və yaxud:Vay o günə, mərd namərdə əl aça,Nakəs olan meydan qura, qol aça.Nağıqızı, hər ümid bir qalaça,Ömr uzadar, günü bəhər sayılar.

Onun bu tipli şeirlərində vətənə, torpağa, anaya, insana müqəddəs , sonsuz sevgi var. Bu qəbildən – “Vətəndir”, “Şəhid nəğməsi”, “Tanrı yolu”, “Xocalı üçün elegiya”, “Al bayrağım”, “İstanbulun axşamları” və s. onlarla şeirləri vətənə, torpağa, insana, doğmalara məhəbbətin mayası ilə yoğrulubdur. Onun şeirlərinin kontekstində cəlbedici sadəlik və səmimiyyət var – adi, sadə və insani… “Vətəndir” şeirində olduğu kimi və mənə elə gəldi ki, bu şeir poeziyamızda bu mövzuda yazılan ən yaxşı şeirlər sırasında olmağa layiqdir:

Bu vətən deyilən torpaq deyil ki,

Ananın dizinin yanı-vətəndir.

Başını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, vətəndir.

Dünyanın sirri bir, sualları çox,

Boy verən nə qədər…cavab verən yox.

Oğlunun, qızının gözü-könlü tox,

Bir ümid yerinin canı vətəndir.

Hər ağla gələnlər yığbala gəlməz,

Haqdan gəlməyəni yığ, bala, gəlməz.

Sevənin günahı babala gəlməz,

Ürəyə can verən qanı vətəndir.

Kimə doğma dedin, kimə yad dedin,

Nə haray istədin, nə imdad-dedin?

Qürbətin havası verməz dad-dedin,

Adının hər adı-sanı vətəndir.

Qurduğun dünyanın hər daşı-vətən,

Ömrünün-gününün yoldaşı-vətən,

Mahirə, demədi qəm daşı vətən,

Dərmanın hardadır, hanı – vətəndir.

Qoşmadakı poetik fikrin və hissin ardıcıllığı, “Vətən” məfumuna yeni mənəvi-əxlaqi baxış bucağı – “Anamın dizinin yanı Vətəndir”, “Ruhuna beşiksə, tanı, Vətəndir” deyimlərinin yeniliyi, “Dünyanın sirri bir, sualları çox”, “Boy verən nə qədər… cavab verən yox” misralarının aforizm qədər məna yükü, şeirin arxotekstindəki oturuşmuş qafiyə sistemi, kursivlə verdiyimiz üçüncü bəndləmədəki cinas qafiyələrinin tamamilə orjinallığı (fikrimizcə bu cinaslar ilk dəfədir ki, şeirə gətirilir), dördüncü bənddə qürbət – vətən antitezinin qarşılaşdırmasından yaranan müasir mənəvi nisgilin əzabverici ağrısı və sonuncü bənddəki Məmməd Arazsayağı ritmik ahəngin mahir ifadəsi və poetik mübaliğənin yaratdığı nikbin ovqat Mahirə Nağıqızının bir istedadlı şair kimi məharətinin impulslarıdır…

III məqalə

Mahirə xanımın bütün yaradıcılığının estetik yükü və gücü, kredosu onun bir şair kimi həmişə həyat həqiqətinin yanında olmaq istəyi və bacarığıdır. Bu onun üçün insanlığın əxlaqi-mənəvi dəyər səviyyəsində ən böyük sifətidir, mahiyyətidir. Ümumiyyətlə, qeyd etməliyik ki, onun lirikasında mənəvi məsələlərin axtarışı heç də fraqmentar xarakter daşımır. Problem özünün ardıcıllığı, davamlılığı ilə diqqət mərkəzinə düşür. Bütün situasiyalarda həqiqət nədirsə onun yanında olmaq, onun tərəfini saxlamaq, həqiqəti məhəbbət kimi tərənnüm etmək…Haraya getsəm də, Vətən, ay Vətən,Könlümdə ruhunun var, havası var.Ayrılıqdı bilməm, xiffətdi -bilməm,Sənsiz hər tərəfdə qar havası var.
…Köksündə dondurmaz ayazı qışın,İstisi bəsimdi bircə qarışın.Qürbətdə küləyin, yağan yağışın,Səsində bir ahu-zar havası var.

Bütün bu “qar havasına” mübtəla olmuş lirizm axını sonda məhəbbətə – “yar havası”na çevrilir və gerçəklik öz yuvasını tapmış olur, ictimai funksiya fərdi istək funksiyasına çevrilərək həqiqətə münasibəti məhəbbətə çevirir…

“Şəhid nəğməsİ”, “Son döyüşə hazır ol”, “Al bayrağım”, “Xocalı üçün elegiya” və s. bu sıradan olan şeirləri həqiqət sıldırımlarından qopan poetik qəlpələrdir… Mahirə Nağıqızı intervülərinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalısının- özü elə böyük olamayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə-türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca o qan laxtalanmayacaq.” Və biz “Xocalı üçün elegiya” şeirini oxuyanda onun – şairin həmişə “haqqın tərəzisinin” yanında yana-yana olduğu aşkar görsənir:

26 fevralda

Zamanı mat qoydular.

İblis xislətli kəslər

İnsan donundaydılar.

Dünyaya göstərdilər,

Vəhşi nə təhər olur,

İnsan vəhşi olanda,

Vəhşidən betər olur.

O gecə Xocalıda

Daş-divar güllələndi,

adamlar güllələndi,

ağaclar güllələndi.

Erməni-rus tankları,

Nə var tırtılnan əzdi.

Qanla qan suvarıldı,

Qanla ayaz öləzdi.

Anaların fəryadı,

Diksindirdi tanrını.

Qan donmağa qoymadı

Uşaq ayaqlarını.

Süngüyə keçən başlar,

Düşmən üçün dəf oldu.

Qoca, qadın, körpələr,

Hamısı hədəf oldu.

Dinc, silahsız adamlar

Ölümnən baş-başaydı.

Xocalıda olanlar

Əzablı tamaşaydı.

Bu “əzablı tamaşa” millət üçün, xalq üçün mənəviyyat, əxlaq, kişilik, mərdlik tamaşasıdır, tarixi dərslikdir, bütöv millətin şəhidlik zirvəsidir və bu zirvədə minor ladda söz notunda “Şəhid nəğməsi” bəstələnir:

Millətin qoludur- daş atmaq üçün,

Ürəyi qorxudan boşaltmaq üçün.

Ölərlər Vətəni yaşatmaq üçün,

Hər qəlbdə bir qala tikər şəhidlər.

Analar ər doğar,oğul böyüdər,

Hər oğul dünyası – nağıl, böyüdər.

Vətəni qaldırar göylərə qədər,

Düşmənin qəddini bükər şəhidlər.

Səngəri ev bilib ağ ban eyləyər,

Bağ qurar, ömrünü bağban eyləyər.

Canını Vətənə qurban eyləyər,

Qanını xalq üçün tökər şəhidlər.

Özü qocalmaz ki, əsri qocaldar,

Gələcək – gedəcək nəsli qocaldar.

Hər qəlbdə bir uca bayraq ucaldar,

Azadlıq ağacı əkər şəhidlər…

Mahirə Nağıqızı adi həyat hadisələrini, ən sadə həqiqətləri – həyat, ölüm, sevgi, Allah, Dünya və İnsan haqqında duyğularını poeziya dili ilə, özü də orjinal şəkildə ifadə edir. Amma burada duyğular və hisslərlə yanaşı, bir mühüm məqamı da vurğulamalıyıq – Mahirənin şeiri həm də bizə məlum, adi həqiqətlərin nisbətən yeni izahıdır, yeni yöndən dərkidir, “Leysan yağışı” şeirində olduğu təkin:Dünya toz-torpaqnan dolu,Çarəm, yağ, leysan yağışı.Sinəmi yolların boyu,Sərəm, yağ, leysan yağışı.
Yer fanidi, göy əbədi,Göy ömrü yerin mabədi.Yetirə bizlərə ümidi,Kərəm, yağ, leysan yağışı.
Göylərə əl qaldıran biz,Haqqa inamdı çarəmiz.Gəl elə yeri tərtəmiz,Görəm, yağ, leysan yağışı.
Yağ vüsala yetirməyə,Eşq ağacın bitirməyə,Nə yağıb yer götürməyə,Yerəm, yağ, leysan yağışı.
Bacarmadım göyə çıxam,Buludun gözünmü, sıxam,Səninlə dənizə axam,Kürəm, yağ, leysan yağışı.
Tanrı tək – işıq yoludu,Mahirə onun quludu.Sinənmi söznən doludu,Dillən, yağ , leysan yağışı!

Bədii ədəbiyyatın insan əzəməti və ləyaqəti haqqında yaratdığı ən böyük psixoloji himn məhəbbət himnidir. Məhəbbət əsil insan xoşbəxtliyinin meyarıdır. Məhəbbətin sonucu iki “Mən”in vahidləşərək “BİZ”ə çevrilməsi hadisəsi olmasıdır. Amma həmişə belə olurmu? Ədəbiyyat, xüsusən də poeziya ta əzəldən bunun axtarışındadır və bütün insani faciələr, bədii konfliktlər bu struktur üzərində, bu bünövrə üzərində qurulur…

Şərq məhəbbət fəlsəfəsində dərd həmişə öndədir… Facəvilik, Məcnunluq, Fərhad itgisi aparıcı motivdir və bu gün də poeziyamızda bunun dərin izləri davam etməkdədir. Mahirə xanım məhəbbət mövzuzuna tamamilə başqa bir rakursdan yanaşır. Sevgi, məhəbbət həmişə dərd gətirmir! Sevən insanın qəlbi genişlənir, ruhu təzələnir, bütün dünya gözündə məhəbbətə, sevgiyə bürünür, “Dünyanın boz üzü bəmbəyaz” olur, “Hər tərəf laləli düzə” dönür… “Səni sevəndən” şeiri dediyimizə bariz nümunədir və şerin tamlığına xələl gəlməsin deyə, onu tam şəkildə də təqdim edirik:Mən səni sevəndəndünya dəyişib.Bir az duzu artıbtamı dəyişib.Mən səni sevəndənulduzlar artıbDaha gizlənmir ayqaçır buluddan.Bir ilıq istilik verirgünəş də…Mən səni sevəndənaləm dəyişib.Sanki yox olubdueniş-yoxuşlarElə bil hər tərəflaləli düzdü.Ruhum qol götürübsüzdükcə süzdü…Mən səni sevəndənMən səni sevəndəndağlar ucalıbElə bil qarıyıbŞeytan qocalıb.Dünyanın boz üzüolub bəmbəyaz.Mən səni sevəndənAçılıb dilimElə xoş keçir ki,hər ayım, ilim.Mən səni sevəndənEh nələr…nələr…Məlumdur ki, məhəbbət mövzusu poeziyada rəngarəng, ağılagəlməz çalarlarda duyğu və hisslər sistemi yaradır… Belə bir cəhət Mahirə Nağıqızının lirik yaradıcılığında da təbii axarında üzə çıxır…Məhəbbət, sevgi, eşq barəsində onun duyğuları, özünün dediyi kim, təxminən belədir – XIX əsrdə və sonra yaşamış qüdrətli fikir adamlarının“romantik dövrün sonuncu şairi”adlandırdıqları Heyne sevgi haqqında: “Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırırlar,– deyirdi. Bu məqamda insan obrazında Allahın özünü axtaran böyük, əvəzedilməz Nəsimini, prozanın qrafı Lev Tolustoyun “Sevgi qiyməti olmayan elə paydır ki, biz onu hədiyyə versək belə, özümüzə qayıdır” fikrini,2500 il bundan əqdəm yaşayan,“yüz min nəslin atası”kimi çağırılan və bu adı saxlayan Konfutsenin isə “sevgibizim başlanğıcımız və sonumuz”deyimini, bütün bu deyimlərin yekunu kimi böyük, ulu və möhtəşəm Füzuli babamızın: “Ya Rəbb, bəlayi- eşq ilə qıl aşina məni!”- ilahi duasını xatırlayanda biz adi insanların təsəvvüründəki eşq duyğusunun miqyası təsəvvürə gələr… Amma istənilən bucaqdan baxsaq sevgi insanın ən ali duyğusu kimi saflığa, bitginliyə, cəfaya və səfaya çağrış impulsudur:

Hər çəmən çiçəyi süsən ha deyil,Taparsan, səbrini kəsən ha deyilMahirə öyrənib, küsən ha deyilBilir ki, qəlbini ovudacaq var

Bu cür impulsdan bəhrələnən Mahirə Nağıqızı “Bu dünya”, “Özümə məktub”, “Sevginin mənzili”, “Qayada bitən çiçək”, “Durnam”, “Dünya” – silsiləsindən olan şeirlər, “Gözlərin balladası”, “Payız yağışı”, “Yarpaq-yarpaq”, “Dənizə bənzər adam” və s. bu təkin şerlərində müasir insanın, təbii ki, həm də özünün sevgi və məhəbbətini tərənnüm edir. “Söyləmə” şeiri bu lirik qəhrəmanın məhəbbət, sevgi iztirablarının təsirli ovqatını dürüst ifadə edir:

Bir dəli eşq məni çöllərə salıb,

Suları qurumuş göllərə salıb,

İnsaf et, görürsən dillərə salıb,

Dözüm də gözləmə, döz də gözləmə.

Mahirənin ürəyində dərd gəzər,

Qanadı qırılmış bülbülə bənzər,

Deyirsən dayanar, deyirsən dözər,

Dözüm də gözləmə, döz də gözləmə!

Sən Allah, sən mənə döz də – söyləmə!

Bu cür ülvi, təmiz hissilər axarı mənsəbdə lirik qəhrəmanı Tanrı məhəbbətinə qovuşdurur və bu mistika kimi qarşılanmır, inandırır, ovundurur:

Mahirəni hara çəksən,

Yara üstə yara çəksən,

Yüz dəfə də dara çəksən,

Sənsən istədiyim, Tanrı!!

IV məqalə

Mahirə Nağıqızının yaradıcılıq manerasının xoşa gələn cəhətlərindən biri də budur ki, onun poeziyasında da, elmi idrakla bədii düşüncənin sintezi və vəhdətini daha əyani şəkildə nəzərə çarpır. Bu cəhətmövzuya baxışın genişliyini, dərinliyini, əhəmiyyətini qabarıq surətdə diqqət mərkəzinə çəkir…

Deyim ki, elmi idrakla bədii təfəkkürün, yaradıcı istedadın sintezi və vəhdətindən yaranmış poetik nümunələr elmyönlü intellektual poeziyanın cövhərini təşkil edir… Qeyd edək ki, bu tipli müəlliflərin yaradıcılığı çoxəsrlik ənənəvi poeziyanın ağıla, məntiqi təfəkkürə, rasional düşüncəyə üstünlük verdiyi məqamlar üzərində yaranıb, həmin istiqaməti yaradıcı şəkildə inkişaf etdirərək daha da zənginləşdirən, sistemli bir istiqamətə çevirən intellektual poeziya müstəvisinə keçir… Başqa sözlə, İntellektual poeziya idrakla ilhamın mübarizəsində elmi təfəkkürlə poetik təfəkkürün, lirikada emosionallıqla rasionallığın tərəzidə müvazi gəldiyi, örnəklərdən qidalanan qoşa qanada çevrildiyi məqamdır…

Mahirə Nağıqızının poetik üslubunun əsas üstünlüyü mövzu və ideya ilə bədii forma, bədii ifadə tərzi arasında nadir bir uyğunluq, çox müvəffəqiyyətli bir vəhdət yarada bilməsindədir. Bu baxımdan “Dənizə bənzər adam” şeiri bir nümunədir:Bu dəniz yenə də zümzüməsində,Oxuyur astadan qəlbim deyəni.Nə bilsin dinləyib sənin səsində,Sənə bənzədirəm ləpədöyəni.
Bu səsdə elə bil indicə bildim,Dənizlə adamlar oxşarmış demə.Sən də dəniz kimi ləpələnirdinUsufca toxunub sahil qəlbimə.
Bir səndən savayı bilirdi hamı,Bilirdi bumbuzam soyuq qar kimi.Niyə döyəmmədin könül qapımıLəpə yox, səs-küylü dalğalar kimi.
Beləcə yaşadım özüm yaramla,Sahildə axtardı dayağı könlüm.Hərdən toxunurdu xəfif, aramla,Ləpə saçlarına qağayı könlüm.
Gedib qayitmayan gəmilər kimi,Beləcə ayrıldın sahillərindən.Günahkar biləcək görən kim-kimi,Qərib ruhlarımız görüşsə birdən…
Bu dəniz yenə də zümzüməsində,Oxuyur astadan qəlbim deyəni.Nə bilsin dinləyib sənin səsində,Sənə bənzədirəm ləpədöyəni…Şeirin ümumi şəkildə “poetik bənzətmədir” – insan dənizə, dənizin ləpədöyəninə bənzədilir və iztirablarla dolu bir məhəbbətin dəniz ləpədöyənində “dəniz zümzüməsinə ” çevrilir… Buradakı orjinal bədii ifadələr, təzə deyimlər bədii lövhəni daha da canlandırır – “Sən də dəniz kimi ləpələnirdin, Usufca toxunub sahil qəlbimə” (hələ “usufca” dialekt sözünə fikir verin, necə təravətli ovqat yaradır?!), “ləpə saçlar”, “qağayi könül”, “Gedib qayıtmayan gəmilər”, “qərib ruhlar” təkin poetik dil vahidləri itirilmiş məhəbbətin qəm havasını yaradır…Yuxarıda misal gətirdyimiz nümunələrdən də göründüyü kimi, bu dediyimiz ladda Mahirə Nağıqızının yaradıcılığında bayatı xüsusi bir mahiyyətə malikdir. Bu qədim-qayim janrda yazmaq o qədər də asan deyil! Burada orjinal söz demək üçün məhəbbət dolu ana – incə, zərif qadın ürəyi lazımdır:

Sonalar tək-tək gələr,

Tük salar, ürkək gələr,

Yollarda yüz sədd olsa,

Yar məni görcək gələr.

xxx xxx xxx

Məclis sazsız olarmı?

Xoş avazsız olarmı?

Ruhu naza yoğrulan,

Özü nazsız olarmı?

xxx xxx xxx

Çay kükrəyib daşanda,

Sel məcrasın aşanda,

Yer ilən göy sevinər,

Yar yara qovuşanda.

xxx xxx xxx

Dağ dumansız olurmu?

Yol gümansız olurmu?

Anası imanlı qız –

Din-imansız olurmu?

Mahirə həssas bir qadın qəlbi ilə bayatılarına fəlsəfi rəng qata bilir, fkirlə hissin vəhdətinə çata bilir, bayatı janrına məxsus ğözlənilməz fikri nəticə əldə edə bilir, əzəli mövzulara yeni, təzə yozum verə bilir:

Yardan yanadı könlüm,

Onsuz qanadı könlüm,

Qəmnən xalı toxuyar,

Belə hanadı könlüm.

Dərd, qəm, həsrət əvvəlkidir, ənənəvidir, ifadə, yanaşma tərzi, yozum, obrazlar təzədir, orjinaldır: “Qəmnən xalı toxuyar, Belə hanadı könlüm” – tamamilə orjinaldır, görümlüdür, duyumludur… Mən biləni, Mahirə xanımın 700-dən çox bayatısı var, bəlkə də, lap çoxdur… Hamısı da bir-birindən fərqli, duyumlu, səs-söz havacatlı, fikri-hissi cəhətdən siqlətli:

Çəkdin yenə üzə nəmmi,

Üzünnən göz üzənəmmi.

Saldın məni dərd gölünə,

Qolum atıb üzənəmmi?

xxx xxx xxx

Dörd dolan ağa dağları,

Bax, döndər dağa dağları,

Dağ mən deyil, çəkə bilməz,

Çəkmə sınağa dağları.

xxx xxx xxxKitabam, oxu məni,Anlamır çoxu məni.Yar dönə, nişan alaÖldürə oxu məni

Bu bayatılar milli bayatı şeir ərazimizdə yenidir, şablondan, məlum bədii təsvir vasitələrindən uzaqdır, yeni çalarla süslənmiş öz üslub laləzarlığı ilə fərqlidir… Həmçinin, dilimizin saflığını, gözəlliyini, zərifliyini qoruyan yığcam poetik mətnlərdir… Onu da, qeyd edim ki, Mahirənin bayatılarındakı bütün dil vahidləri müəyyən üslubi keyfiyyət daşıyıcılarıdır və bu dil vahidlərinin, komponentlərin məqsədyönlü vəhdəti poetik formanın yaradılmasında əhəmiyyət kəsb edir. Bədii dildə bütün dil vahidlərinin bir-biri ilə qarşılıqlı münasibətlərinin poetik tənzimlənməsi, eləcə də onların ardıcıllıqlarının gözlənilməsi poetik funksiyaya malik olan üslubdur və şeirin fonopoetikasına daxildir. Məsələn, şeir dilində özünə tarixən yer eləmiş səs təkrarları, alleterasiyalar, paralelizmlər, qafiyə yaradan dil vahidləri və s. bu qəbildən olan amillərdəndir.

Məlumdur ki, şeir bədii dilin özünəməxsus bir formasıdır. Burada iştirak edən komponentlər – səs, heca, söz, fraza danışıqda da müşahidə olunur, onlar poeziyadan kənarda da mövcuddur. Lakin, ölçü, bölgü, misra, vəzn, qafiyə və s. kimi vasitələr yalnız şeirdə özünü büruzə verir və poetik bütövlük yaradır ki, Mahirə Nağıqızı həm bir dilçi alim kimi, həm də şair kimi bü poetik komponentlərdən məharətlə istifadə edə bilir…

Bu poetik keyfiyyət onun müvəffəqiyyətlə qələmə aldığı laylalar və oxşamalarda da müşahidə edilir. Xüsusən ənənəvi layla nəqaratlarında fərqli nəqarat seçimi diqqətimizi çəkdi:

Anası öpüb-sevəcək,

Balama layla deyəcək.

Ona Allah babası

Üç alma göndərəcək.

Laylay, dinim-imanım,

Başına dönüm-dolanım.

“Laylay, ay ömrüm-günüm, Laylay başına dönüm!”; “Laylay balam, a laylay, Dərdin allam, a laylay!”, “Laylay, ömrüm, a laylay, Xoş günün görüm, a laylay!” və s. bu kimi laylay nəqaratları laylanın məzmununa uyğun seçilir və məzmunu qüvvətləndirir, tamamlayır… Həm də əsrlər boyu sabit, dəyişməz, statik, monoton formatda olan bayatıya, laylaya, oxşamaya müasir poetik təfəkkür, buna uyğun ritm yaratmaq, «köhnə havada» təzə söz demək çətinliyini nəzərə alsaq mahiyyət daha da aşkarlanar…

Qeyd etdiyimiz kimi, poeziyada dilin fonetik imkanları deyəndə ilk öncə səslərin ritmik quruluşundan bəhs etmək lazım gəlir. Şeir dilinin özünəməxsusluğunu hər şeydən əvvəl canlı xalq dilinin təbiətində, o cümlədən dilin fonetik xüsusiyyətlərində, dilin ritmikliyində, özünəxas melodiyalarında axtarmaq lazımdır. Şeir dilinin fonetik imkanları sırasında alliterasiya, assonans, vurğu, intonasiya, fonetik qafiyə və onu səciyyələndirən fonetik hadisələr mühüm yer tutur. Alliterasiya dildə və şeirdə ən mühüm fonetik hadisələrdəndir. Şeirdə səslərin kompleksləşməsi, rabitəsi, ahəngi, səs balansları böyük iş görür, bədii intonasiyanın formalaşmasında fəal iştirak edir. Səs və söz, səs kompleksi ilə fikir aləmi arasındakı əlaqənin qarşılıqlı münasibəti məzmunun bədiiliyini şərtləndirir. ..

Mahirə Nağıqızı bir dilçi alim kimi bunları nəzəri əsasda yaxşı bildiyindən müvəffəqiyyətlə şeirlərində istifadə edə bilir. Bu da onun şerlərinin əksəriyyətinə lirik bir ton – melodiklik bəxş edir ki, onun şeirinin belə xüsusiyyəti bəstəkarların diqqətini çəkir və onun bu sıradan şeirlərinə xeyli mahnı bəstələnməsi də buradan irəli gəlir. Xeyli deyəndə – Mahirənin şeirlərinə 30-dan çox bəstəkar mahnısı bəstələnmiş, 70-dən çox qoşma və gəraylısı isə aşıqların ifasında səslənməkdədir… Bəstəkar mahnılarından bir qismini xatırladaq :

Cabir Abdullayev – “Şükrümüzü qəbul elə, İlahi”, söz Mahirə Nağıqızı, bəstəkar Hacı Nazim; Gülüstan Əliyeva – “Azərbaycana”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova; Gülyanaq və Gülyaz Məmmədova – “Azərbaycan”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova; Gülyanaq Məmmədova – “Ata Heydər, oğul İlham”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova; Eldəniz Məmmədov – “Ata”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Mahiroğlu; Ehtiram Hüseynov – “Geri qayıtmaz”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər; Abgül Mirzəyev – “Nə olar”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər; Bəyimxanım Vəliyeva – “Qısqanıram”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər; Mətanət İsgəndərli – “Gözlərim”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova – mahnıları, göründüyü kimi, respublikamızın ən populyar, adlı-sanlı müğənnilərinin ifasında səslənməkdədir…

Sevinc Mansurovanın bəstəsində, Mətanət İsgəndərlinin ifasında səslənən “Gözlərim” mahnısı belədir:

Gözlərimin etibarı çox imiş

Dayanmadı gecə gündüz ağladı

Sədaqətdə bircə imiş, tək imiş

Bulaq kimi həzin-həzin çağladı

Ucaldı göylərə ahım,

Kədərlə açıldı hər sabahım

Allahım nəymiş günahım?

Gəl sinəmi çalın çarpaz dağladın.

Haray çəkdim, haray saldım ellərə,

Döndüm xəzan olan qönçə güllərə,

Nəğmə oldum düşdüm dildən dillərə,

Bu gözlərim gecə gündüz sənin üçün ağladı.

Xüsusən, onun anasına həsr etdiyi, Brilliant Dadaşovanın, Elnarə Abdullayevanın ifasında “Nazlı-Nazlı” mahnısı olduqca məşhurdur:

De hardan köçün gəlir,

Özün belə nazlı-nazlı.

Birin gedir, üçün gəlir,

Gəlmə dilə, Nazlı, Nazlı.

Dərələyəz ağır eldir,

Qədrini bilənlər bildi.

Yol gedirsən neçə ildi

Eldən elə, nazlı-nazlı.

…On bir övlad yükü çəkdin,

Asanı yox, bərki çəkdin.

Hamımızdan ərki çəkdin,

Bilə-bilə, Nazlı, Nazlı…

Mirzəlioğlu – baş ocağın,

Uca adı – umacağın.

Xoş günlərin, Gözəl çağın

İndən belə, Nazlı, Nazlı…

V məqalə

Onu da deyək ki, Mahirə xanımın anası Nazlı xanıma həsr etdiyi bir-neçə “Nazlı-nazlı” və yaxud “Anama” və s. şeirləri bu sıradandır. Hətta, deyərdim ki, onun şeir yaradıcılığında ana mövzusu kordinal xətt təşkil edir. Fikrimizin təsdiqi üçün onun şeir kitablarının adlarına diqqət yetirək… Bunlardan “Mənim anam (şeirlər)” – 2006; “Su at dalımca, ana (şeirlər)”, 2006; “Ana sevgisindən doğan nəğmələr”, 2008; “Yaşadacaq anam məni. (şeirlər)”, 2009; “Ana kəndim Xalxalım”, 2010; “Ömrün çıraqdır sənin”, 2010; “Analı dünyam. (şeirlər)”, 2015; “Haqqa çağıran səs. (şeirlər)”, 2015 və s. kitab toplularını göstərə bilərik…

Bu kitabların adları diqqətimi xüsusilə çəkdi.. “ANA” kəlməsi əksər başlıqlarda əksini tapıbdır. Məlumdur ki, kitabın adı, onun əsas məmununu əks etdirir, bu aksiomadır. Həm bu kitabların ümumi məzmunu, eləcə də Mahirə Nağıqızının bütün bədii yaradıcılığı ilə tanış olanda aşkar görsənir ki, onun poeziyasının baş, əsas, kordinal obrazı ANA obrazıdır – Nazlı anasına bəslədiyi fövqəl övlad məhəbbəti bu şeirlərdə əksini tapsa da, ilhamın və istedadın maqik gücü bu obrazı daha geniş məna siferasına daxil edir – göz önündə ümumi Ana Vətən obrazı prioгitet olaraq canlanır, aktual mahiyyət kəsb edir… İnsana, yurda, torpağa, doğma ocağa, yaşanılan mühitə — dosta-qardaşa, dövlətə, dövlətçiliyə məhəbbətə çevrilir… Bir daha, aydın olur ki, niyə vətənpərvər duyğulu insanların dilində “Ana Vətən”, “Ana Torpaq” kəlmələri müqəddəs kəlmələrə dönür… Beləliklə, bir daha vurğulayaq ki, Mahirə xanımın ədəbi estetikasında, bədii düşüncə tərzində, ruhunda baş verən fikri çevrilmələr vahid ANA obrazında da fokuslaşaraq mərkəziləşir, həyatın, ictimai-mənəvi mühitin ən mühüm cəhətləri Mahirənin şeirində Ana obrazında da təcəssüm edir, haqqa səsləyən səs olur… Və mənə elə gəlir ki, o, nəyi şair ruhu ilə hiss edirsə ona Ana gözü, Ana fəhmi ilə baxır və dərk edir, şeiri də ruhunun dərinliklərindən dodaqlarına süzülərək Nazlı ananın pıçıltısına çevrilir, müqəddəs ana nəfəsi onun lirikasını Günəş şəfəqləri ilə işıqlandırır, isidir:

Hər dəfə başımı dizinin üstə –

Çəkərdi, saçımı oxşardı anam.

Bir onu, birdə ki, qulac saçıma

Dəyən nəfəsini unudammıram.

(“Saçların balladası”)

Yaxud o, körpə maral quzusuna dönüb analı dünyasına qısılaraq rahatlıq tapmaq, yenidən bir ömür yaşamaq arzusuna düşür, Ana qucağında özünü xan taxtındakı kimi əyilməz, yenilməz, vüqarla oturmuş bilir, “səhralarda gül bitirmək”, “kipriyi ilə od götürmək” ecazı əldə edir:Bir ömür də yaşayardım,Sənə qısılıb-qısılıb.Yükü nədir daşıyardım,Sənə qısılıb- qısılıb….Səhrada gül bitirərəm,Diləyinə yetirərəm.Kirpiknən od götürərəm,Sənə qısılıb-qısılıb.

(“Sənə qısılıb…”)

Və yaxud, o, Ana əlinin möcüzəsi ilə bütün dərdlərin – istər fiziki, istər sosial, istər mənəvi dərdlərin yoxalmasına inanır:

…Mahirənin adın verdin,

Gözüm açıb səni gördüm

Ana əlimdən tut, dərdim,

İtər, başına dolannam.

(“Başına dolannam”)

Əslində fenomenal ana mövzusunda yazılan bu şeirlər, bütün enerjisi ilə milli mentala bağlı həssas insanın davranış və yaşam tərzidir, eyni zamanda, gerçəkliyin, həyatın dərkə yönəlik bədii faktdır… Şübhəsiz, “Anasın sevən dünyasın sevər!” deyimi, tam olaraq burada sosial-psixoloji mahiyyət səviyyəsinə çatmağa can atır. Belə ki, “analı dünya” fenomenoloji ictimai məna kəsb edir, əxlaqi-mənəvi gücə, enerjiyə çevrilib oxucuları daxilən zənginləşdirir, fundamental poetikada deyildiyi kimi, katarsis hadisəsi baş verir…

Ümumiyyətlə, Mahirə xanımın ailə səcərəsinə olan məhəbbəti, sevgisi milli kökə bağlıdır. Ailə millətin bünövrə daşıdır, dövlətin mikrostruktrudur…

Onun atasına, qardaşlarına, balalarına, nəvələrinə — ailə mühitinə həsr etdiyi şeirlər təkcə “albom” şeirləri deyil, həm də nümunə olacaq bir ailənin – cəmiyyətə çox vacib şəxsiyyətlər yetirmiş 11 uşaq böyüdən bir ailənin birlik, dirilik, məhəbbət, xətir-hörmət salnaməsidir… Bu mənada maraqlıdır, vacibdir, belə demək mümkünsə, stimuldur, örnəkdir…

Gözüm açıb səni belə görmədim,

Doğurdanmı məndə güman qocaldı?

Dünya, sənin hikmətini bilmədim,

O, şux anam, laçın anam qocaldl.

… On bir uşaq, on bir ocaq – deyərdi,

Hamısına açdım qucaq – deyərdi,

Ömrüm sizdə yaşayacaq – deyərdi,

Ömrü bizdə aram-aram qocaldı.

…Bulaq idi qayım-qayım çağlayan,

Sısqalaşdı, oldu ürək dağlayan,

Həsən kimi qardaş verib ağlayan,

Vətən deyib nə zamandan qocaldı.

…Ana dedim, qurbanam o gözlərə,

Sən susatdın, həmdəm etdin sözlərə.

Əli verdin, Vəli verdin bizlərə,

Özü durdu bir kənarda qocaldı…

Və yaxud “Qardaşım” şeirindən bir nümunə:

Haqq-ədalət qalaçası, səngəri,

Düz yoludur – taleyinin misgəri,

Millətinin, rəhbərinin əsgəri,

Adın, sanın layağıdır qardaşım.

Başqa bir şeirində:Mahirənin qardaş adı sevdası,Mənə gəlsin hamısının qadası.Beş bacının sizdə olsun duası,

Bilək onlar buralarda yaşayır.

Digər bir şeirində:Əli mənim ad günümü keçirdi,Vəli gəldi, məclis güldü, seçildi,Cəlil ilə mənə donlar biçildi,Məhəmmədim oralarda yaşayır.

Bu qəbildən şeirlərdəki ailə məhəbbətinin tərənnümü – ana yanğısı, millətəkən ata müdrikliyi, baçı ürəyinin çırpıntıları, ata əvəzi qardaşların qayğısı, Azərbaycan ailəsinə məxsus mental dəyərlər öz ilıq, həlim, həzin, emosiyalarla zəngin duyğularda əksini tapıbdır…

Fikrimizi ümumiləşdirəsi olsaq, Mahirə Nağıqızının şeir yaradıcılığı Azərbaycan qadın şairlərinin ənənəsindən bəhrələnən (Əzizə xanım Cəfərzadənin «Azərbaycanın aşıq və şair qadınları» toplusuna nəzər yetirsək, burada ənənənin mühüm rol oynadığını vurğulaya bilərik: Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Tahirə Qürrətüleyn, Umugülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri və s., və s…) zərif duyğu çələnginə bənzədərdik. Onun şeirləri də, bir qadın ömrünün poetik salnaməsidir – bu salnamədə ağrı da var, sevinc də, heyrət də, dövrandan, zəmanədən şikayətlər də, ümid də, inam da, nostalji hisslər də, sevgi-məhəbbət duyğuları da, canlı təbiət lövhələri də, bir bacının, bir ananın, bir nənənin isti, həzin, yeri gələndə sızıltılı duyğuları da, Azərbaycanlı ailəsinə məxsus əksər mental dəyərlər də…

Axıra yaxın bir düşüncəmi və müşahidəmi də ifadə edim. Təəssüf ki, elə faktlarla, elə şəxslərlə qarşılaşırıq ki, ictimaiyyətdə, həyatda tutduğu statusa təxmini yox, heç bir misqal da uyğun gəlmir! İndi əldə edilən diplomların, fəxri adların çoxunun üfürülmüş şar olması gizli qalmır! Yaşadığın cəmiyyətdə layiq olduğun statusu qazanmaq şərəf işidir. Bu ricəti bica yerə etmədim. Mahirə bir ziyalı tipi kimi adının mənasının daşıyıcısıdır: bişgindir, bacariqlidır, ustadır, biliklidir, məharətlidir… Mahirə Nağıqızı Hüseynova bir alim, bir şair, bir pedaqoq kimi qazandığı bütün statuslar onun halal-hümmət haqqıdır, halal şərəfidir, halal şöhrətidir… Və bu misralarda ifadə edilən fikir şüləyi də onun haqqıdır:Zülmün yuvasını sökən,Haqqın qalasını tikən,Qanını bayrağa çəkənTürkün qızı, oğlu mənəm.

Və elə bilirəm ki, “haqqın qalasına” ucalan sənət pillələri ilə o, bir türk qızı kimi öz halallığı ilə xeyli irəliləyəcək, xeyli yuxarılara qalxacaq… Çünki, bu vacibdir! Bu onun özünə də, bizə də, cəmiyyətimizə də lazımdır… Çünki bizlərin halal-hümmət, qədrbilən, qədrşünas ziyalılara əşəddi ehtiyacımız var…

Şair-alim şeirlərinin birində (“Bilinmir” şeirində) yazır: “Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər uca dünyaya”… Bu ucalığa doğru gedən yolda Mahirə xanıma uğurlar diləyir, ucalıq arzulayıram…

Müəllif: Qurban Bayramov ,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

21.07.2019.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


ABDULLA CƏFƏR

Abdulla CəfəRDƏN BİR ŞEİr

Öz içimdəyəm
Hər gecə, hər gecə yol çəkir gözüm,
Yenə sözəbaxan olmadı sözüm,
İçimdə ümid var, canımda dözüm,
Tənhayam, yalqızam qəm içindəyəm.

Dəniz ləpələnmir, əsmir gilavar,
Səssizdir bu axşam, görən nəyi var?
Otağım qaranlıq sıxır daş-divar,
Soyuq yatağımda, nəm içindəyəm,

Görəsən batdımı ulduzum, ayım,
Fələk saydığını mən necə sayım?
Nə dosta, nə yada yetişmir hayım,
Səsim zilə çatmiır, bəm içindəyəm.

Sözdən doğulmuşam, söz içindəyəm,
Düzlük təməlimdi, düz içindəyəm,
Od tutan bir közəm, köz içindəyəm,
Bu mənəm, qismətim, yazım belədir,
Xöşbəxtəm ki, özüm öz içimdəyəm!..

Müəllif:ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Matah çiçək

ZAUR USTACDAN BİR ŞEİR

MATAH ÇİÇƏK

Hər günaydın, bir pərvəriş,
Buruşmuşdu tağ, çiçəyim…
Ruhum düşdü xoş növrağa,
Günüm oldu ağ, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *
Verdin bir parç abi-gövsər,
Dünyamdan qalmadı əsər,
Talesiz bəxtindən küsər,
Qismətə bax, Ağçiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Dedim, bu göz çoxdan müstər,
Aç sinənin barın göstər,
Zənbur qonar, balın istər,
Qondu gördü, Şehçiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Əzəldən Ağçiçək dedim,
Cəzbində Şehçiçək dedim,
Gözlədim, Balçiçək dedim,
Bərzəx ruha dağ, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Yaralı bir qəlbdə bitdin,
Hardan gəldin, hara getdin…
Ustacı sərfnəzər etdin,
Cücərtmişəm ah, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

14.05.2017. Şamaxı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Rəşad Məcid – Tövsiyə

Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru 

Gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın… 

GƏNC YAZARLAR – TURAL TURAN, FUAD CƏFƏRLİ VƏ EMİL RASİMOĞLUYA *

Sizin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar haqqında belə yekəxana tonda və kobud leksikonla danışmağınız məni təəssüfləndirdi. Siz bununla öz mənəvi, ədəbi və mədəni keyfiyyətlərinizin hansı səviyyədə olduğunu ictimaiyyətə göstərmiş oldunuz. Əmin olun, cəmiyyət təkcə çayxanada dedi-qodu yapan, sosial şəbəkələrdə hər sərsəm fikrə züy tutan 5-3 adamdan-profildən-troldan ibarət deyil. Dəyərlər tam sarsılmayıb, savadlı, soyuqqanlı, ağıllı və abırlı adamlar hələ də çoxdur. Və siz bu hərəkətinizlə onların gözündə öz mahiyyətinizi ortaya qoydunuz.

Anar müəllimin sizi tanımaması təbiidir. Siz bu son yekəxana bəyənatlarınızdan başqa diqqəti cəlb edəsi nə iş görmüsünüz ki?! Əgər 5-3 ortabab şeirlə ədəbiyyatı “zənginləşdirdiyinizi” düşünürsüzsə, bu, xam xəyaldır, yanılırsınız. Anar müəllimin diqqətini çəkməyə layiq olmaq istedadın, çoxillik əzmkar yaradıcı fəaliyyətin, ədəbiyyata xidmətin nəticəsində mümkündür. Bunu çoxları arzulayıb, gücü çatmayanda təhqirə keçib, bəziləri də Anar müəllimin satirik əsərlərinin qəhrəmanlarına çevrilib, hətta bundan sevinib xoşbəxt də olublar.

Öz uğursuzluğunu kənarda axtarmaq, bütün problemlərin səbəbkarı kimi Anar müəllimi görmək şakəri yeni deyil. Son 20-25 ildə bunu çox görmüşük. Görünür, sizin AYB üzvü olmağınız, təqaüdə layiq görülməyiniz, ikinizin Gənclər Şurasında təmsil olunmağınız subyektiv və səhv qərar olub. Bunu zaman və təəssüf ki, həm də siz özünüz davranışınızla təsdiq etdiniz. Gərək AYB vəsiqələrini sizə təqdim edəndə Anarın tariximiz, mədəniyyətimiz, ədəbiyatımız haqqında əsərlərini, ən azından “Yaşamaq haqqı” traktatını da verəydik. İnanmıram ki, onları oxuyan hansısa Azərbaycan gənci ədəb-ərkan əndazəsini, nəzakət qaydalarını bu dərəcədə aşardı. Təəssüf! Amma gec deyil. O əsərləri tapıb oxuyun! İşləyin, zəhmət çəkin, özünüzü təsdiq etməyə çalışın! “Şeirdən çox da ucalıq ummayın!” Həyat sərtdir, amansızdır, hərdən rəhmdildir və həm də bütün bunlarla maraqlıdır. İndidən – gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın. Qoruyun şeir yazan ürəyinizi…

İLKİN MƏNBƏ: Qələmsiz yazılanlar – Rəşad Məcidin status-esseləri 

*- Məncə, Rəşad müəllim və digər dünyada az-çox nəsə görmüş şəxslərin böyük əksəriyyəti də mənimlə razılaşar ki, yuxarıda adları qeyd olunan gənclərin adı müəyyən mənada həm də misalidir. Necə deyərlər: – “qızım sənə deyirəm, gəlinim sən eşit”. Mən də məqam düşdükcə, iştirakçısı olduğum bütün tədbirlərdə bunu vurğulayıram ki, bəzi gənclərin özünü aparması (məni ancaq özünü qələm əhli hesab edənlər maraqlandırır) heç bir əndazəyə sığmır… Bu sahədə iki qırmızı xətti daim gözləmək lazımdır:

-birinci şəxsi münasibətlərlə yaradıcılığı heç vaxt qarışdırmaq olmaz,

-ikinci artıq dünyada olmayan şəxslər və onların yaratdıları barədə fikir yürütmək, adları üzərində plan qurmaq heç bir etik çərçivəyə sığmır (kimsə haqlı olaraq etik normaları heçə saya bilər, ancaq sual doğur: – Onda bəs sənin ədəbiyyatda nə işin var? Bura axı qaydasız döyüş rinqi deyil…) və məntiqi prespektiv vəd etmir.

Hansı zaman, hansı dövür, nə əsri olur-olsun milli dəyərlərimizi unutmamalıyıq. Hər kəs öz məqsədinə doğru sağa-sola baxıb, diqqətini dağıtmadan, öz yolu ilə addımlamalıdır. Uğurun yeganə sonuc gətirən düsturu bundan ibarətdir… Adını nə qoyursunuzsa, qoyun bizim NƏFS adlandırdığımız hissləri qəlbinizə yaxın buraxmayın. Çünki, bu hisslər qəlbə bir dəfə girsə, orada özünə yuva qurar və ağlınıza hökm etməyə başlar… Bu elə mövzudur ki, mən həmişə bu barədə danışanda da tədbir moderatorları tez-tez vaxtı göstərirlər. Odur ki, sadəcə bir xatırlatma ilə bu söhbəti bitirmək istəyirəm: Vallahi, bu mövzuda elə gözəl, anlamlı, mənalı, ibrətamiz atalar sözlərimiz var ki… Bir də elə sözlər yazın, deyin ki, Allah ömür versə, 5-6 ildən sonra peşman olmayasız…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSƏD CAHANGİR YAZIR

 ƏSƏD CAHANGİR – اسد جهانگیر

Əsəd Cahangir “Gənc yazarlar nə istəyir?”:

II Hissə
  90-cı illərə baxanda bu gün nəsrə iddialı gənclərin sayı artır. Öz coşqun ilhamını ya kommunizm, ya da antikommunizmdən alan sovet (dövrü!) yazıçıları və meydan hərəkatından çıxan 90-cılardan fərqli marketinq dönəmi yazıçısı üçün nasiranəlik səciyyəvidir.    Antologiyada nəsri 20-dən yuxarı gənc təmsil edir. Realist və modernist üslublarda yazılan, bəzən alleqorizm və romantizmə meyllənən gənclərin hekayələri içində postmodernizm örnəyi az qala yox dərəcəsindədir. Belə durum ədəbi-bədii fikrin 20 ildən bəri uğraşdığı bu yaradıcılıq metoduyla vidalaşması, bu isə xaos dönəminin bitməsinin göstəricisidir. Bəs, yeni bədii söz hara yönəlir –  keçmişə, ya gələcəyə?   Gənc yazarlar nə istəyir?       Gənclərin hekayələrinə ən konseptual anlayış – Allaha yanaşma yönündən baxmaq bu suala aydınlıq gətirir. Onların hekayələrinin, demək olar ki, hamısında Allahla dialoq çabası var. Bu dialoq öz ifadəsini müsahibə və ya mübahisə şəklində, dərk olunmuş və ya şüuraltı qatda, birbaşa və ya dolayısıyla tapa bilər. Amma bu forma fərqləri bir ən ümumi həqiqəti inkar etmir – çağdaş gənc yazarın düşüncəsinin baş qəhrəmanı Allahdır. Bunun ən ümumi tarixi-kulturoloji səbəbini  70 illik sovet yasağından sonra bədii düşüncənin yenidən əzəli və əbədi həqiqətlərə qayıtmaq cəhdində görürəm. Gənclər ümummilli taleyüklü məsələlərdən tutmuş fərdi istəklərəcən ən geniş çevrədə Allahla həsbi-hal edirlər.  Antologiyadakı hekayələrin təhlili  bu həsbi-halı bütün genişlik və dərinliyi, pozitiv və neqativ yönləriylə ilə üzə çıxarır.     Modernizmə meylli Ayxan Ayvazın yetim böyümüş, infantil qəhrəmanının göylə gedən təyyarələrə baxa-baxa atasının yolunu gözləməsi mənə Allah-ata axtarışının rəmzi işarəsi kimi göründü (“Sarı göyərçinlər”)  Düzdür, Ayxan nə S.Baycan kimi xaçpərəstliyi qəbul elədiyini, nə də Ə.Əylisli kimi ruhunu Eçmiədzin kilsəsinə bağışladığını yazır. Lakin kim nə deyir desin, Allah-ata paralelləşməsi altında xristian simvolizminin dayandığını düşünürəm. Yox, əgər Ayxan bu psixoanalitik yozumla razılaşmasa və qayıdıb desə ki, elə deyil, belədir, mən elə düşünməmiş, belə yazmışam, bunu tam normal qarşılayaram. Çünki söhbət düşünülmüş yox, şüuraltı qatdan gedir. Amma mənim məqsədim sadəcə Ayxan və onun şüuraltı dolanbaclarının analizi deyil, məsələ qat-qat ciddidir.  

   Mövzudan kənarlaşmadan bir haşiyə çıxacam. Məncə,  çağdaş gənclərdə xristianlığa maraq “demokratik” qərbin üstünlüklərinin səbəbini bu “sevgi” dinində görmələriylə bağlıdır. Əslində is,ə məsələ tam əksinədir – qərb bugünkü duruma inkvizisiya tonqallarında qurbanlar verə-verə məhz xristianlıqdan imtina hesabına çatıb. Xristianlığın 1000 illik hakimiyyəti isə qərb mədəniyyəti tarixinə “zülmət dövrü” kimi daxil olub. Kim bu 1000 ildə yaranan bircə ciddi ədəbi-bədii  faktın adını çəkə bilər?     Halbuki, gənclərin bəzilərinin “qorxu dini” saydıqları İslam təkcə şərq yox, qərb intibahının da əsasında durub. Bircə faktı deyəcəm – Dantenin Qərb renessans ədəbiyyatının özülünü qoyan “İlahi komediya”sı böyük müsəlman mistiki İbn Ərəbinin İslam Peyğəmbərinin meracını təsvir edən  risaləsi əsasında yazılıb. Bunu indi mən demirəm, düz 100 il öncə özünün “İslamın xrsitianlaşdırılması” (1919) əsərində ünlü ispan ədəbiyyatşünası Palasios deyib. Sonra da fransız metafiziki Rene Genon özünün “Dantenin ezoterizmi” adlı dahiyanə araşdırmasında təsdiq edib. Mən isə uzaqbaşı bunu deyə bilərəm – düz söz vaxtına  (2019) çəkər.       Elə güman eləməyin ki, bu sözlərlə gənc yazarları bir inancı qoyub, digərinə üstünlük verməyə çağırıram. Əsla! Çünki iman insanda ən müqəddəs, ən toxunulmaz duyğudur və mən ona toxunmağı ağlımın ucundan belə keçirmirəm. Demək istədiyim odur ki, yazıçı, ümumən ziyalı öz xalqının inanc tarixini bilməyə (və bu inanca sayğıyla yanaşmağa!) borcludur. Yəni söhbətimizin mövzusu dini yox, kulturoloji səciyyə daşıyır. Hansı inanca qail olması və ümumən olub-olmaması isə hər kəsin, o sıradan da hər yazıçının fərdi seçim haqqı – vicdan məsələsidir.    Ayxan məsələsinə qayıdınca, bir neçə il öncə işıq üzü görən “Buri” hekayələr kitabından sonra onun hər hansı ciddi irəliləyişindən danışmaq, mənə  zor görünür. Bəlkə, məhsuldar müxbirlik fəaliyyəti ona mane olur? Bəlkə, başı güzəran sorunlarına qarışıb? Bəlkə, yeni hekayələrini yazmaq üçün daxili hazırlıq görür? Bilmirəm, amma nə səbəbdən olursa-olsun, öncəki Ayxanın sonrakı inkişafını hələki görmürəm.     Ayxan uşaqlıq xatirələriylə bağlı olduğu Gürcüstandan qopub Azərbaycana, keçmişlə vidalaşıb bu günə gələ bilmir. O hətta  Bakıdan yazdığı hekayələrdə də üslub və düşüncə baxımından tiflisli olaraq qalır. Sözün ciddi anlamında ədəbiyyat isə yazıçının tərcümeyi-halının qurtardığı yerdən başlayır – sənəd sənətə çevrilir. Şəxsi həyatını bədiiləşdirməklə yazıçı, əlbəttə, çox şeylər yaza bilər. Yüzlər, minlərlə yazıçı elə belə də eləyir. Amma bu, yüz romanın yanına yüz birincini,  min hekayənin böyrünə min birincini qoymaqdan,  kəmiyyətə işləməkdən başqa bir şey deyil. Keyfiyyət sıçrayışı isə onda başlayır ki, yazıçı sadəcə özünün yox, M.Süleymanlının “Köç”ü, Ç.Aytmatovun “Əsrə bərabər gün”ündə olduğu kimi xalqın,  K.Hamsunun “Torpağın bərəkəti”, Q.Q.Markesin “Yüzlilin tənhalığı”, Muğannanın “İdeal”ında olduğu kimi insanlığın uşaqlığını xatırlayır.    Fərd, xalq, insan və Tanrı! Ədəbiyyat hər dəfə genişlənən bu çevrələr üzrə  “xatırlama” deməkdir. Bunu 2500 il öncə dahi Platon yazırdı. Yazıçının uğuru onda baş verir ki, o, bu çevrələri bir nöqtəyə gətirib, “damlada dərya, zərrədə küllü” göstərə bilir. Bunu isə bir neçə il öncə “gənc yazarlara məsləhətiniz nədir?” sualıma cavab olaraq böyük Muğanna demişdi. “Sarı göyərçinlər”in qəhrəmanı ancaq öz fərdi uşaqlığını xatırlayır, yerdə qalan çevrələri M.Süleymanlının İmiri kimi hətta yuxusunda da görmür. Amma buna baxmayaraq, Ayxanın nasir gələcəyindən bədgüman deyiləm. Çünki ta yeniyetməlik və gənclik illərimdən bu günəcən təkcə ədəbiyyat yox, ümumən sənət məsələlərində ilk təəssüratımın məni bir dəfə də olsun aldatdığını xatırlamıram. İnanıram ki, Ayxan məsələsində də aldanmamışam.            Müharibə gedən ölkənin kəndlərindən birindəki dözülməz həyata təkcə lokal yox, həm də qlobal rəmzi məna verməyə çalışan Mansur Rəğbətoğlu Qərb ekzistensialistlərinə analoji düşünür – həyat təsadüfi, insan tənha, dünya absurddur, çünki onun Sahibi “yoxdur” (“Aclıq erası”) Bu analogiya məntiqidir: ekzistensializm faşizm qarşısındakı xofdan doğmuşdu; başdan-başa müharibə xofuyla dolu “Aclıq erası” müəllifinin də uşaqlığı Qarabağ müharibəsi illərinə düşüb. Ekzistensialistlər soruşurdu ki, əgər Allah varsa, bəs, onda dünyanı qana çalxalayan Hitler kimdir? Mansur isə soruşur ki, əgər Allah varsa, qandan qorxan ermənilərin başımıza açdığı bu oyunlar nədir?  

        “Aclıq erası”nın ilk baxışdan “primitivizm” kimi görünən bir çox özəllikləri var. Azca diqqət edəndə isə bunlar müəllif ideyasının qabarıq və görümlü ifadəsinə xidmət edir. Filosoflardan Santayana deyirdi: “Ədəbiyyatın vəzifəsi hadisəni ideyaya çevirməkdir.” Mansur hadisə yox, hadisələr kaleydoskopunu ideyaya çevirir, çünki onun hekayəsinin sözün ənənəvi anlamında süjeti yoxdur. Elə bil, hekayənin cümlələri o qədər aclıq çəkib ki, heydən-hərəkətdən kəsilib. Süjetsizlik vaxtın dayanmasına işarədir! Zaman durub! Hadisələrin inkişafdan qaldığı yer kimi müəllifin  bütün koordinatları naməlum hansısa bir kəndi seçməsi də təsadüfi deyil – demək, yer hissi də aradan qalxıb! Məkan itib! Hekayənin konkret qəhrəmanının yoxluğu da özəl anlam daşıyır – insan müharibə olayları fonunda öz fərdi müəyyənliyini itirərək kütləyə  qarışıb!  İnsan itib! Nəhayət, dialoqlardan imtina da eyni məntiq(sizlik)dən doğur. Müharibə insana özünün ən vacib özəlliyini – danışmağı belə unutdurub!! Söz bitib! Bir sözlə, dünyanın axırıdır!!!     Mansur hekayədən daha çox etüdü xatırladan balaca bir mətndə özəl esxatoloji ovqat yaradıb, oxucunu ora daxil edə bilir. Onun hekayəsinə Kavafisin “Barbarları gözlərkən”, yaxud Bekketin “Qodonu gözlərkən” əsərlərinə məxsus güclü bir intizar duyğusu hakimdir (Məndən olsa, hekayənin çox iddialı səslənən adını dəyişib, sadəcə “İntizar” qoyardım) Kavafis öz şeirində düşmənlərin hücumu, Bekket öz pyesində Allahın zühurunu gözləməkdən danışır. “Aclıq erası”nda bu iki özləm bir araya gəlir. Amma bütün bunlar dünya və həyatın mənası, tarixin məqsədyönlü olmasıyla bağlı gənc yazarla polemikaya girməyimə mane olmayacaq.     Tarix ilahi bir ssenaridir. Lakin biz bu ssenarinin yalnız bir parçasına baxdığımızdan onun arxasında duran və ilahi iradədən doğan teleoloji (məqsədyönlü) mənanı qavramır, çətinliyə düşən kimi tələsik qərar çıxarır  və ümidsizliyə qapılırıq. Məncə, gənc yazıçının ekzistensial pessimizmi də burdan doğur. Amma maraqlıdır ki, hekayənin son cümləsi ümid işartısı verir:  “Məscidin taxta qapısı önündə bitmiş qaratikan kolları Allaha çatmağa can atırdılar…” Bu ümid bütün zəifliyi və neqativ simvolikasına (qaratikan kolları!) baxmayaraq, qurtuluş gözləyən insan ruhunun əzəli və əbədi ehtiyacından doğur.     Bu gün bizdə xristianlığa meyl dəbdədir, dəstədən geri qalmamaq üçün Həvari Pavelin məktublarının birindən mən də bir sitat çəkəcəm: “İndi üç şey qalır  – iman, sevgi və ümid.” Bu gün iman artıq qeybə çəkilib, sevgi tükənib, axıra qalan yalnız ümiddir. Odur ki, ədəbiyyat çox şeyi, hətta iman və sevgini belə əlimizdən ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur. Son cümləsi göstərir ki, deyəsən, Mansur da belə düşünür.     Amma “bir ümidin ətəyindən tutub” nə qədər “fırlan”maq olar? Bu, boğulanın saman çöpündən yapışması deyilmi? Biz sadəcə maddi yox, mənəvi aclıq erasının insanlarıyıq. Bu aclığı yalnız və yalnız yeni inanca gəlmək, yeni yola girmək, yeni insana çevrilməklə doyurmaq olar. Axır zamanı təsvir edən Mansur özünün hər cümləsiylə özü də fərqinə varmadan bunu deyir və hekayənin ən qiymətli tərəfi bu deyilmədən deyilənlərdir.  Axır zamandan sonra yeni zaman gəlməlidir! Amma ora aparan  inanc nə, yol hansı, insan kimdir? Təəssüf ki, bütün yaşıdları kimi Mansur da bu suallara cavab ver(ə  bil)mir.           Şikəst, ev-eşiksiz, kimsəsiz bir qocanın ağlasığmaz güzəranını göstərən Bahəddin Salmana görə, Allah var, amma onun varlığı ilə yoxluğu birdir, çünki bəndələrinə münasibətdə Adil deyil.  Əgər belə olmasaydı, zavallı bir qocanın dualarını eşidərdi (“Qozbelin son duası”)  

    Bahəddinin istər “Qozbel”i, istərsə də digər hekayələrində bir meyl görürəm – həyatın dibindəkilərə (bomjlar, cüzamlılar…) qarşı ədalətli olmaq tələbi! Amma, bəlkə, o qoca, məhz belə ömrə layiqdir və bunun özü ilahi ədalətin təzahürüdür, onda necə? Bəlkə, qozbel doğulması onun uğursuz taleyinə  fitri işarədir? Bahəddin isə “axı, necə olur ki, bu adamlar həyatın dibinə yuvarlanır?” deyə nə özü özünə sual, nə də bu suala tale qatı bir yana, hətta sosial qatda cavab verir. Səbəbin dərki  olmadığından nəticə də yoxdur – qəhrəmanlar qaçılmaz ölümdən qaça bilmir. Bu, gənc yazarın dirilmə ideyasına (hələ!) çatmadığını göstərir. Ona “İncil”dən Lazarın dirilməsiylə bağlı qissəni bir də oxumağı məsləhət görərdim, amma görməyəcəm, çünki oxumaqla olmur, dirilmə ilk öncə insanın ruhunda getməlidir. Gəlişigözəl səslənən bu prosesin çarmıx əzablarına qatlaşmaq isə Dostoyevski, Tolstoy, Muğanna olmağı tələb edir. Üstəlik də dirilmə fərdi istək yox, alın yazısıyla bağlıdır. Odur ki, dirilmə idealını kiminsə qarşısına tələb kimi qoymağın idiotizm olduğunu başa düşürəm. Amma onu da bilirəm ki, “İdiot”, “Dirilmə”, “İdeal” birbaşa bu ruhi prosesdən doğulub. Əgər dirilmə yoxdursa, sözün ciddi anlamında ədəbiyyat da yoxdur, olsa-olsa bu gün ədəbi prosesi sarmaşıq kimi bürüyən estetik manipulyasiya, formal söz oyunları, özümüzdən və özgələrdən  oğurluqlar ola bilər.     Maraqlıdır ki, dirilmənin dini formasına iman gətirməyən Bahəddin, onu elmi yolla vəd edən postinsan ideyasına da inam gətirmir. Onun fikri qətidir –  qozbeli qəbir düzəldər. Amma müəllifin istəyindən asılı olmayaraq, hekayə xəstə, şikəst (qozbel!) insanlığın gələcəyi yoxdur, dünyaya yeni tip insan gəlməlidir deyə oxucuya gizli mesaj ötürür. Mətn, əgər o həqiqətən də mətndirsə, müəllifdən ən azı bir addım qabağı görür.    Bahəddinin yazı tərzi üçün naturalistik detalçılığa qabarıq meyl səciyyəvidir. Suçəkən suyu özünə çəkdiyi kimi onun mətnləri də həyatın, məişətin ən xırda detallarını belə özünə  hopdurur. Bunun hesabına oxucu hər gün zibillikdə eşələnən qozbel qocanı, onun çirkli üst-başını, kirayə qaldığı köhnə evi, bu evin ovulub-tökülən tavanı və dəhşətli cırıltı qoparan dəmir başlıqlı çarpayılarını aydın təsəvvür edir. Dünya nəsrinin şedevrləriylə gənc yazarın ilk qələm məşqi arasında müqayisə yersiz görünsə də, bu təsvir üsulu mənə Emil Zolyanın əsərlərini, özəlliklə də şaxtaçıların ağlasığmaz dərəcədə ağır güzəranını ən xırda təfərrüatlarına qədər göstərən “Yerminal” romanını xatrılatdı. Lakin ünlü fransız yazıçısından fərqli gənc yazar bəzən ölçü hissini itirdiyindən sadəcə detallara yox, həm də ifrata varır və bu, onun ziyanına işləyir. Mən bunu deyəndə  ilk öncə hekayənin başlanğıcındakı qatar epizodunu nəzərdə tuturam. Kənddən Bakıya işləməyə gələn qəhrəmanla təsadüfən bir kupeni bölüşən, hələ qatardan düşməmiş müəllifin nəzər-diqqətindən düşən, hadisələrin sonrakı gedişində bir də görünməyən kəndçi oğlanın kobud, çirkli əllərlə yemək yeməsi və digər ürəkbulandıran vərdişlərinin  aşırı dərəcədə qeyri-estetik, mikroskopik təsvirinə, görəsən, çoxmu ehtiyac var? Nə demək istədiyim tam aydın olsun deyə mən o epizoddan sitat çəkərdim, amma oxucuların iştahasını küsdürəcəyimdən ehtiyat edirəm. Müəllif süjetdə zəruri yeri olmayan, əsas ideya ilə birbaşa bağlanmayan bu epizodu çox asanlıqla montaj edib, hekayəyə əsas hadisədən də başlaya bilərdi. Dostoyevski deyirdi: “Yazıçının ən böyük bacarığı pozmağı bacarmaqdır.” Aydındır ki, pozmaq – özəlliklə də yazmağa təzə başlayan adam üçün – o qədər də asan deyil. Bu, özünə kənardan baxmaq və tənqidi yanaşmaq qabiliyyəti, çoxillik yazı təcrübəsi  tələb edir. Gəlin, inanaq ki, Bahəddin zamanla bu vərdişə yiyələncək.              Azərbaycan ədəbiyyatı üçün orijinal mövzuya üz tutan Dilqəm Əhməd özünün “Cuhud Yaqub” hekayəsində Bahəddinlə müqayisədə daha optimist mövqedən çıxış edir – ədalət var və hər şey əvvəl-axır öz yerini, hər kəs gec-tez cəzasını alır. Dilqəm bu gün dünya ədəbiyyatı və kinosunda dəbdə olan “xolokost” mövzusunun təsiriylə yəhudilərə canıyananlıq göstərmir, amma bütöv bir xalqı qaralara da bürümür. O, Qızıl Ordu tərkibində Bakıya gələn və şəhər əhalisinin çıxılmaz durumundan istifadə edib, su qiymətinə  antikvariat toplayan yəhudiyə, onun ərinə etiraz edən arvadına, Bakıda doğulub boya-başa çatan, üzdə elmi fəaliyyət, altda  ideoloji təxribatla məşğul olan oğluna, nəhayət, bir ailə və onun timsalında bir qövmün öz əkduyini biçməsinə nə qədər mümkünsə və nə qədər bacarırsa, obyektiv yanaşmağa çalışır. Obyektivlik müəllifin müstəntiq, prokuror, hakim yox, yazıçı iddiasından xəbər verir və bu, gözəl iddiadır.  

     Amma… Dilqəm həyatın bumeranq qanunuyla idarə olunduğunu görsə də, olayların üzünü astarına çevirib, bu qanunun  yaradıcısını göstərmir, sözün o üzünə keçmir. Ola bilsin, o, bədii fikkin ilahi çevrəyə daxil olmaq hüququnu qəbul eləmir, yaxud daxilən qəbul eləsə də, “real” görünməyəcəyindən ehtiyat edib, bunu büruzə vermir. Əslində isə, ağlımız haracan işləyirsə, reallıq da oracandır. Çünki varlıq şüurdan və maddi dünya da daxil olmaqla şüurun fərqli dərəcələrdəki emanasiyasından (dalğalanmalarından) ibarətdir. Ona görə, Hegelin məşhur aforizmiylə desək, ağla gələn hər şey realdır. Sözün belə geniş, konseptual anlamında  realizm Dilqəmin ağlına gəlmir – onun üçün gerçəklik gözünə görünənlər qədərdir. Bu qeyri-konseptual, məhdud  “realizm” isə dünyada tarazlığı (ədaləti!) saxlayan hansı qüvvədir sualına aydın cavab verməyə ona imkan vermir.             Bu sualı “Səlibçi arvadı” hekayəsinin müəllifi Yadigar Ələkbərov  cavablandırır. Əri səlib müharibəsinə gedən, iki uşağıyla aclıq çəkən, ruhanilərin “cadugər”  deyə qaralayıb tonqala atmaq, zadəganların yatağa sürükləmək, kütlənin daş-qalaq etmək istədiyi köməksiz qadın düşdüyü durumdan ilahi möcüzəylə  qurtulur. Körpələr ianə üçün getdiyi kilsədən əliboş qayıdan ananı müjdələyirlər – Peyğəmbər İliya gəldi və bizə çörək, qızıl verib getdi. Dante metaforasıyla desək, dünya özünün bütün bəşəri tragizminə baxmayaraq, ilahi komediyadır. Çünki olayları yönləndirən fövqəlbəşər iradə var. Hekayə ən ümumi yöndən bunu deyir.  

     Amma bu ümumi yön məsələnin müəlliflə bağlı konkret tərəfini istisna etmir. Çünki Yadigar şəhid oğludur – onun hekayəsi həm də fərdi hekayətidir. Bəs, bu gün şəhid yadigarları atalarının qəhrəmanlığına layiq münasibətlə üzləşirmi? Təəssüf ki, bəzən yox! “Səlibçi arvadı” bu etinasızlığa bədii-tarixi kamuflyaj altında pərdələnmiş etirazın ifadəsidir.     Haqsızlıqla üzləşmək  insanı seçim qarşısında qoyur – o ya xeyri, ya da şəri seçir. Hekayədə final akkordunun ilahi möcüzəylə vurulması göstərir ki, Yadigar birincilərdəndir. Möcüzəyə inam özü də müəllifin bu seçimindən doğur. Əgər Allah varsa, mümkünsüz heç nə yoxdur və deməli, möcüzə realdır. Sadəcə, reallıq anlayışımızı genişləndirməli, ona konseptual yanaşmalıyıq. Amma, görəsən,  möcüzəni niyə məhz körpələr görür? Bəlkə, bu uşaq xəyalpərvərliyindən doğan fantaziyadır? Axı, ortada onun gerçəkliyini göstərən maddi  sübutlar (çörək və qızıl) var. Bəlkə, möcüzənin baş verməsi uşaq saflığı tələb edir? Məncə, müəllif özünün körpə obrazlarıyla daha çox bunu deyir. Yəni ilahi iradənin təzahürü təkcə yuxarıdan müəyyənləşən birtərəfli akt olmayıb, həm də aşağıdan asılıdır, təkcə Allah yox, həm də insanla, təkcə küll yox, həm də zərrəylə  bağlıdır. Bu sərt, namərd, amansız, imansız dünyada yeganə çıxış yolu insanın Allah, zərrənin küll ilə birliyindədir. Mövzu ilə bağlı bütün xristian simvolikasına (“müqəddəs ana”, “körpə”, “qurtuluş”) baxmayaraq, Yadigarın düşüncəsinin altyapısında  sufi ideyası – zərrə və küllün vəhdəti məsələsi durur.     Düzdür, bizdə indi filoloji dəb üzrə sufizmin özünü də xristianlığa bağlayırlar, amma bu, bəzi qərb alimlərinin şərqi, onları təqlid edən bizimkilərin isə nə qərbi, nə də özümüzü bilməməsindən doğan dayaz yanaşmadan başqa bir şey deyil. Sufizmin xristianlıqla əlaqəsi isə dünyada olan istənilən bir şeyin digəriylə əlaqəsi qədərdir – nə az, nə də çox. Yəni sufizm və xristianlıq arasındakı analoji məqamlar onların birinin digərindən yaranması yox, hər ikisinin vahid bir Mənbədən yaranmasından irəli gəlir.         Modern metodla, poetik nəsr diliylə yazılmış “Buynuzsuz gərgədan” hekayəsinin müəllifi Orxan Həsəni məhz bu Mənbəyə qarşı çıxır – Allahın Vahid adına etiraz edir. Bəlkə də, yanılıram, amma hekayədə gərgədanın alnının ortasındakı tək buynuzunu monotezim (tövhid!) və avtoritarizmin, buynuzsuzluğu isə atezim və plüralizmin rəmzi işarəsi kimi başa düşdüm. Hekayə özünün  buynuz(suzluq) simvolikası və ən ümumi ideyası ilə kinorejossor Bəhmən Qubadinin “Gərgədan mövsümü” filmini xatırladır. Ünlü İran rejissoruna da, əslən cənubdan olan gənc yazıçıya da görə, qurtuluş tövhidin  inkarındadır. 

    Orxan bu düşüncədə tək deyil və odur ki, bu   sualları onun timsalında çoxlarına ünvanlayıram. Əgər qalaktikanın planetləri öz cazibəsində saxlayan mərkəzi nöqtəsi – Günəş olmasa, kosmos öz yerini xaosa verməzmi? Bəs, sonsuz qalaktikaların mərkəzi nöqtəsi olan Allah ideyası aradan qalxsa, nələr ola bilər? Tolstoy yazırdı: “Əgər xristianlıq, yoxsa islam deyə seçim zərurəti yaransa, ağlı başında olan hər kəs  İslamın tək (!) Allah və Peyğəmbərini qoyub, xristianlığın üç üqnum və çoxsaylı ayinlərini qəbul eləməz.” Məncə, dahi yazıçının sözlərini şərhə ehtiyac yoxdur. Çünki qaranlıq yazanlar şərh olunur, aydın yazanlar isə anlaşılır. Tolstoy baba öz nəsihətini inanılmaz dərəcədə aydın yazıb və deyib ki, gəlin ağlımızı bir nöqtəyə – başımıza yığaq.       Əlbəttə, mən bu təhlili hekayənin zahiri süjet xətti yox, altyapısı əsasında aparıram. Onun süjeti isə o qədər də yadda qalmayan tamam “başqa şeylərdən” danışır və Orxan dediyim məsələlərdən nəinki çılpaqlığı ilə  yazmır,  bu haqda olsun ki, mən deyən aydınlıqla düşünmür də. Bu, sovet dönəmi yazıçısının dovtələb, deklarativ  ateizminin şüuraltı qata işləməsi, dərinə kök atmasının göstəricisi, deməli, daha ciddi bir şeydir. Ola da bilsin ki,  əksinə, minalanmış əraziyə (şirk!) girdiyini başa düşən müəllif konspiroloji fənd işlədərək, simvollar altında gizlənir və bununla da diqqəti əsas məsələdən (tövhidin tənqidi!) yayındırmaq istəyir. Hər iki halda gərgədanın buynuzu nə vaxtsa çıxacaq, çünki buynuzsuz gərgədan olmur.    

Ardı var : (III hissə)

Müəllif: Esad Cahangir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FAZİL AYDIN – SÖZ

FAzil AydıNIN SÖZ DÜNYASI – ÖZ DÜNYASI

Danışaq

Xoş bir gündə üz- üzəyik-
Baxışln laldı- danışaq.
Əl- ələyik, göz- gözəyik-
Duruşun baldı- danışaq.

Ayrılıqdan çəkdik cəfa
Ömrə, günə yoxdur vəfa.
Soyuyubdu isti yuvam-
Bu da pis haldı- danışaq.

Həm dostunam, həm sirdaşın,
İllər üstə can yoldaşın.
İlan tək qıvrılıb qaşın-
Bəlkə sualdı – danışaq.

Üz qızardaq soruşmağa!
Körpü ataq qovuşmağa!
Əllərimiz barışmağa-
Bu qısa yoldu- danışaq.

Dolmuş badəyəm nuş et, iç!
Əlini ver, bu taya keç!
Qurbanlığa gəl məni seç-
Canım halaldı- danışaq…

03.10. 2014.

<<<<FAZİL AYDIN>>>>

Titrəyə-titrəyə

Gənc yaşımda bir qız sevdim
Bildi , titrəyə – titrəyə
Qorxa- qorxa söz söylədim
Güldü, titrəyə- titrəyə.

Həvəsimə ümüd sancdım
Gah büdrədim, gah da qaçdım,
Dünya boyda qucaq açdım,
Gəldi, titrəyə- titrəyə.

Hər günümü yola sərdim
Çox sevdikcə cəfa gördüm.
Bir sevdalı ürək verdim
Böldü, titrəyə- titrəyə.

Sorağıyla dəli- dəli
Aşdım dağı, gəzdim çölü
Ğöz yaşımı səhər yeli
Sildi titrəyə- titrəyə.

Yaşadıqca sevə- sevə
Oxum dəymədi hədəfə
Yazıq Fazil milyon dəfə
Öldü , titrəyə – titrəyə.

2003.

<<<<FAZİL AYDIN>>>>

Mən bu eşqdə günahkaram, baxışla

Yoxsa gülüm, güllərimiz solacaq?
İsitmədi komamızı bu ocaq.
İsti əlin əllərimdə donacaq,
Yollarına yağan qaram, baxışla!

Bu ağacın şaxta vurub qolların,
Payız gəldi, bar vermədi kolları.
Hara gedir məhəbbətin yolları?
Sən sərnişin, mən qataram , baxışla!

Qəm mülkündə bir körpəm var, səsləmə
Ötən gündə bir hicrAn var, bəsləmə.
Daha məndən şən mahnılar gözləmə,
Qara gözlüm, ciyər param, baxışla!

İşıq olum, qaranlığı sıxım mən,
Bulaq olum, susuzluğa axım mən.
Sənsiz necə bu sahilə çıxım mən?
Mən bu eşqdə günahkaram baxışla!…

2014.

<<<<FAZİL AYDIN>>>>

Darıxdım

Enibdir çiynimə qara buludlar
Şığıyır üstümə duman, darıxdım.
Məndən çox uzaqdır, qohumlar, yadlar
Can deyən sevgiyə yaman darıxdım.

Uzaq bir nöqtəni alar baxışım
Oxunar kitab tək, sərt keçən qışım.
Ağlasam dərəyə axar yaxışım
Kirisəm heç olar, zaman darıxdım!

Gözümün önündə edam bəlası-
Görüb qüssələndi atam balası
Bir isti qucaq aç, adam balası-
İnlədi halıma kaman- darıxdım!

Qəlbim gizli- gizli soraqlar səni
Döndərib xəyala o çağlar səni.
Ürəyim oxuyub varaqlar səni-
Görünür gözümə güman, darıxdım!

Elə bil, əsirəm bərk külək kimi-
Gəl tut əllərimdən, bir mələk kimi.
Necə arzularam, xoş dilək kimi:
Dad hicran əlindən, aman, darıxdım!…

<<<<FAZİL AYDIN>>>>

Hikmət sahibi

Yerdə yeri, göydə göyü çağırır
Sözdən məclis qurub söhbət sahibi.
Sübh çağını göz yaşıyla yoğurur-
Tanrıdan üzülmüş töhmət sahibi.

Məcnunuq- yaşadıq əyni yalavac
Gözlədik hələdə taledən əlac.
Gecəyə söykənib yenə qarnı ac-
Elm fədaisi, hikmət sahibi.

Muğan ümüd, imam düzdə görmüşəm
Şirvan şairlikdir, sözdə görmüşəm.
Qayğı naxış- naxış üzdə görmüşəm-
Muğandır, Şirvandır zəhmət sahibi.

Aşıq ürəyini simə gətirər,
Nadan öz fikrini kəmə gətirər
Dərbəndi, Təbrizi cəmə gətirər-
Yumruğun içində qüdrət sahibi.

20.10.2014.

<<<<FAZİL AYDIN>>>>

Nə günahı var?

Başımda hicran çətri-
Zaman yazır bu sətri.
İtib çörəyin ətri-
Sacın nə günahı var?!

Namərdin sözü yalan
Əzab yeyir mərd olan.
Vətənin sinəsi qan,
Acın, nə günahl var?!

Nədir ömrün mənası?
Hanı elin sonası?
Taxtda ilan yuvası-
Tacın nə günahı var?

Həyat könlünü sıxsa,
Üstünə kədər axsa,
İslamda birlik yoxsa,
Xaçın, nə günahı var?

Bir işıqdır hər arzu 
Ac olsa, mələr quzu.
İtkin düşübsə ruzu,
Qıçın, nə günahı var?

Ömrü zindanda döyən 
Hər gününə ağ geyən,
Dərdi yastıq eləyən-
Saçın, nə günahl var?…

2004.

Müəllif:FAZİL AYDIN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELNUR QƏRARİ

Elnur QərarİDƏN BİR ŞEİR

Arzularım

Yaşlandıqca uşaqlaşır,
Mənim kövrək arzularım.
Gündən-günə coşub-daşır,
Bir ümmantək arzularım,

Çəkilməyən naz payımdır,
Gül ətirli yaz payımdır, 
Oğul payım, qız payımdır,
Çiçək-çiçək arzularım.

Bir ömrə, bir cana sığmaz,
Var olan imkana sığmaz,
Nağıla, dastana sığmaz,
Yalan-gerçək arzularım.

Yurdu viran, mülkü talan,
Uşaqlığı yarım qalan,
Qarabağda əsir olan, 
Gözəl-göyçək arzularım.

Müəllif:ELNUR QƏRARİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

:?”اسد جهانگیر- “گنج يازارلار نه ایسته‌يیر

 əsəd cahangir – اسد جهانگیر

Əsəd Cahangir “Gənc yazarlar nə istəyir?”:

:اسد جهانگیر “گنج يازارلار نه ایسته‌يیر”؟
کؤچورن: ائلیار پولاد

سون ایللرده دنیاسینی ديَیشمیش گنج يازارلار – فرهاد مئته، زردوشت شفی، مؤولود مؤولود و ایکینجی محمودون روحونا اتحاف ائدیرم

بیرینجی حیصه‌‌

!مؤحترم اوخوجو
اؤنجه اونو دئيیم کی، ایندیيه قدر گنج يازارلارین 4 آنتولوگياسی‌نین ترتیبچیسی اولموشام. بونلاردان بیرینجی‌سینی (2004) آذربایجان يازیچیلار بیرلیی‌نین صدری آنارین، ایکینجی‌سینی (2016) ترجمه مرکزی‌نین دیرکتورو آفاق مسعودون، اوچونجوسونو (2017) حیدر علی‌يئو فوندونون ویتسئه پریزیدنتی ليلا خانیم علی‌یئوانین، نهايت، بو سونونجوسونو يئنه ده آنار معلمین تکلیفی ايله حاضرلامیشام. بس، بو 15 ایل، بیر آز دا گئنیش گؤتورسک، سياسی مستقللیيه قوووشدوغوموز 30 ایلده گنج يازارلارین دوشونجه‌سینده نه‌لر آخیب، نه‌لر بولانیب، نه‌لر دورولوب، بیر سؤزله، هانسی ديَیشمه‌لر باش وئریب؟ 
ادبی گنجلیین آشاغی-يوخاری هر اون ایلده بیر يول اوزه چیخان دالغالارینی دورغون سويا آتیلمیش داشین ياراتدیغی چئوره‌لره بنزه‌دیرم. داش 90-جی ایللرین باشلانغیجیندا آتیلمیش، ديَیشکنلیک اوندا اولموشدو، ایندی او داشین ياراتدیغی دالغالانمالار گئدیر. آمّا بو، مستقللیک دؤنمی ادبی گنجلری‌نین آيری-آيری نسیل‌لری آراسینداکی معين فرقلری اینکار ائتمیر. 
ادبی گنجلیین 80-90-جی ایللر تمثیلچیلری – م. کهنه قالا، ر. قاراجا، ائ.ز. قاراخانلی، ه. هریسچی، آ. ياشار، ي. علی‌یئو، ائ. حسینبيلی، ر. مجید، ه. نوری، آ. توران، ائ. اسگندرزاده، ائ. باشکئچید، سلام، ا. قياس، م. جعفرلی، س. احمد، ه. شمی، ف. اوغورلو، ائ. میرزه‌بيلی، او. فیکرت اوغلو، د. عثمانلی، پ. جبرايیل، ر. صابیر، ق. آغ‌سس، ق. ياقوب اوغلو، ب. عوض اوغلو، ائ. مرادخانلی، خانمیر، آ. خان، س. بابوللااوغلو و دیگرلری تاریخده ان نهنگ امپریانین چؤکوشونو گؤرموش، «فیرتینادان دوغولموشدولار.» فیلوسوفلاردان ویليام جئيمسین بیر سؤزو وار – «چوخ بؤيوک تاریخ لازیمدیر کی، هئچ اولماسا بیر آز ادبیات آلینسین». يازماغا تاریخین قلوبال پارچالانما دؤنه‌مینده باشلايان بو گنجلرین يارادیجیلیغیندا «بیر آز ادبیات» آلینیردی. آمّا، منجه، اونلارین اؤنملی بیر قیسمی (بلکه ده هئچ بیری) اؤز داخلی امکانینی سؤزون تام آنلامیندا گئرچکلشدیره بیلمه‌دی: 
– بايرام 90-جی ایللر ادبی-تنقیدی‌نین قارانلیق گؤيلرینده بیر شیمشک کیمی چاخیب، بیر اولدوز کیمی آخیب کئچدی؛ -پوئتیک الهاملارینی سون 20 ایلده دینجه قويان سلام و قولو اؤتن يوزایلین (مین ایلین!) «جانلی کلاسیکلری» کیمی قالماغا اوستونلوک وئردیلر؛ 
– علیزاده‌نین شعر، ائلچین (حسین‌بيلی) و مبارزین نثر چابالاری داها چوخ کمیت آرتیمی ايلا سجیه‌لندی؛ 
– ائلخانین تورکچو شعرلردن شهر پوئزیاسینا، راسیم، سحر، پرویز، قوربان، خانمیرین شعردن نثره کئچیدی، حیات و سلیمین شعردن هئچ يئره کئچمه‌مه‌سی ده غيری-عادی اوغورلا سونوجلانمادی؛ 
– آزاد و ياشار اوریژینال يارادیجیلیغی بدیعی چئویرمه‌يه، رشاد قزئت‌چیلیيه، اورخان تله‌ژورنالیستیکيا، ائلچین (میرزه‌بيلی) سياسی، رسمیه علمی، آيدین خان اجتماعی فعالیته ديَیشدی؛ 
– ديَانت 10-15 ایل اؤنجه‌کی شعرلری، فخری حکايه‌لری‌نین هاواسیندان هله ده چیخماق ایسته‌میر؛ 
– شعرلرینده‌کی اوغورلارا باخماياراق، حمیدین ده سون ایشی -«سولاخاي» رومانی‌نین پارلاق بدیعی اؤزللییندن دانیشماق شیشیرتمه اولاردی؛ رومانین حتی انقلابی ایدئيا و پوست انسان قهرمانی بئله بو باره‌ده اورکله و بیرمعنالی سؤز آچماغا جدی اساس وئرمیر؛ 
– شعردن نثره کئچیدده بدیعی تارازلیغی ساخلايان مراد، فلسفی آلت‌ياپی (داوسیزم)، بیتکین سوژئت و پارلاق اوسلوبا مالک «مین يول منه سؤيلر» رومانی ايلا بیر آددیم ایره‌لی آتان ایسه اعتماد اولدو؛ آمّا اعتمادین رومانی بیر آز دا اون سککیزینجی يوزایل (!) تورکمن شاعری (!!) مختوم قولو (!!!) روحونداکی شعرلرینه نظرن ایره‌لی‌له‌يیش کیمی گؤرونور. 
90-جی ایللرین سونو، 2000-جی ایللرین باشلانغیجیندا قالخان يئنی دالغانین تمثیلچیلری -ظ. عظمت، س. بايجان، ش. آغايار، س. صداقت اوغلو، آ. يئنی‌سئي، ن. کمال، ق. تورالی، ه. اکبر، س. ائلسئور، ائ. آصلانبيلی، گ. مؤولود، س. چیلغین، ج. جاوانشیر معين استثنالاری -ک. حاجی، ه. جاببارلی، ف. حسینبيلی -چیخماقلا الله، ملت و توپلوما نیهیلیسیت ياناشیردیلار. چونکی اونلار تکجه پوست مدرنیست يوخ، هم ده پوست تراوماتیک دؤنه‌مین يئتیرمه‌لری ايدی. اکثراً سوسیولوژی قاتدا دوشونن، توپلوملا اؤجَشن، «ادبی اقتدار»-ا قارشی «مقدس محاربه‌‌»يه چاغیران بو گنجلر اوچون متافیزیکا او قدر ده اؤنملی دئيیلدی. بو، 90-جی ایللرین يئرله-گؤيله الل‍ه‌شن «متافیزیک قيامچی»لاریندان سونرا بدیعی فیکرین، شبهه‌سیز کی، دايازلاشماسی علامتی ايدی. ایندی -اوستوندن 20 ایل کئچندن سونرا داها آيدین گؤرونور کی، اونلارین ائلخان کیمی تورکچو، خانمیر کیمی صوفی، ائلچین (اسگندرزاده) کیمی مدرنیست، مراد و سلام کیمی پوست مدرنیست، راسیم و سلیم کیمی اکسپریمنتالیست، علیزاده کیمی لیریک شاعرلری، اعتماد کیمی داوسیست، فخری کیمی ماگیک رئالیست ناثرلری، قولو کیمی «نووئللیستی»، آزاد و ياشار کیمی ترجمه‌چیسی، رشاد کیمی رئداکتورو، پرویز کیمی ضیالیسی، سحر کیمی سحری، حیات کیمی حیاتی، نهايت، حمید کیمی متافیزیکی اولمادی. پوست مدرنیزمین ایلک اؤرنکلری حمیدین مشهور چانتاسیندان چیخدیغی کیمی، پوست انسانین قارانقوشو دا اونون يازی(ق) ماساسیندان اوچدو. 
هر شئيه، هامیيا تنقیدی ياناشان 2000-جی‌لر بیر نئچه اوغورسوز چابايا باخماياراق، لازیمی فیلولوژی اؤزولون اولماماسی اوزوندن اؤزلری‌نین حتی بايرام کیمی بیر چاخیم -بیر آخیملیق تنقیدچیلرینی ده يئتیره بیلمه‌دیلر. و بونون حئیفینی اؤنجه‌کی ادبی نسیل‌لرین تنقیدچیلری، اؤزللیکله ده منیم اوزریمه ایللرله سورن آردیجیل، متشکل (و بهره‌سیز!) هجوم جهدلرینده چیخماغا چالیشدیلار. او قاراگوروهچو هجوملار بیر آز فرقلی بیچیم، آمّا عینی بهره‌سیزلیکله بو گون ده داوام ائدیر. 
ز. شفی، ف. مئته، م. مؤولود، ای. محمود، ق. روستموو، م. آغا اوغلو، پ. نورعلی‌يئوا، آ. علیزاده، ر. ناظیمقیزی، ج. زئيناللی، آ. آمین، ق. ایمان، ک. عاریف، ائ. بارات، س. ایبراهیمووا، ف. حسین، س. تالیبلی، آ. علی اوغلو، آ. آيواز و دیگرلری ایله تمثیل اولونان نوبتی دالغانین اکثر عضولری ایستر سياسی، ایسترسه ده ادبی باخیمدان اؤنجه‌کیلردن اؤز معتدل ياناشمالاری ايلا سئچیلیردیلر. بو دورمادان يئنی‌لشن تاریخی دوروملا باغلی ايدی. اونلار جوشقون سیاسی، انقلابی، حربی اولايلارین تاریخه قوووشدوغو دؤنه‌مین گنجلری ايدی. -خاوتیک کئچید دؤورو آرتیق باشا چاتمیشدی. بیرینجی دالغانین بیر چوخ تمثیلچیلریندن فرقلی بو گنجلر قورکی آدینا «لیت اینستیتوت»و بیتیرمه‌میش، روس دیلی و مدنیتی‌نین تأثیری ايله فورمالاشمامیشدیلار. آمّا ایکینجی دالغانین عضولری کیمی ساده‌جه آذربایجان ادبی محیطی‌نین ده يئتیرمه‌سی دئيیلدیلر. اونلارین آپاریجی امضالاری اینترنت، تلویزیا، مطبوعات، ترجمه حسابینا آوروپا ادبیاتی ايلا دیالوقدا يئتیشیردیلر. 
آيریجا بیر قول يارادان آ. بوزوونالی و ه. قوربانلی‌نین يارادیجیلیغی گؤستریردی کی، عروضون يئنی دیرچه‌لیشی يئنی ایفاده واسطه‌‌لری ایسته‌يیر، دويغوسال و ایدراکی گوجونو توکتمیش چوخسرلیک تشبئه و استعاره‌لرله بونو ائله‌مک ایسه گئتدیکجه داها ممکونسوزدور. غرب و شرقی، کلاسیکا و چاغداشلیغی، کینو و ادبیاتی، شعر و نثری، ادبی نظریه‌‌ و بدیعی پراکتیکانی بیر آرايا گتیرن ایلقار فهمی ایسه بدیعی فیکرین يئنی اونیورساللاشما جهدی‌نین سجیوی ایفاده‌چیسی کیمی گؤرونور. آمّا بو اونیورسالیزم ایلقارین اؤزللیکله ده ائسه‌یست جهدلرینده بعضاً فورمال تأثیر باغیشلايیر. 
ادبی گنجلیین 90-جی ایللردن بوگونه قدرکی ان عمومی -طبیعی کی، قاچیلماز سوبيئکتیویزمدن خالی اولمايان منظره‌سی تخمیناً بئله‌دیر. 
***

بس، بوگونون گنجلری نَيی نئجه يازیر؟ اوخوياجاغینیز آنتولوگيايا توپلانمیش 70-ه قدر گنجدن سئچمه‌لر بو سوالا عيانی جاوابدیر. 
آنتولوگيالار عادتاً شعر و نثردن عبارت اولور. بو کتاب ایسه ادبی-تنقید، نثر، شعر و درام کیمی 4 بؤلومدن عبارتدیر و عنعنه‌‌دن فرقلی اؤنجه شعر يوخ، ادبی-تنقید وئریلیب. نیيه؟ 
گنجلرین چوخو ادبیاتا شعر و يا نثرله گلیر و بو، يارادیجیلیق ساحه‌‌لری آراسیندا دیسبالانس يارادیر -گؤرورسن کی، گنج شاعر و ناثرلر وار، آمّا تنقیدچیلری يوخدور. حال‌بوکی، هر هانسی ادبی نسلین اير-اسکیگینی ان ياخشی اونلارین ياشیدی اولان تنقیدچی گؤستره بیلر. مثلا، اويغون دؤنملرین ادبیاتی م. حسین، ق. خلیلوو، ي. قارايئو، آ. افندیيئو، ائلچین، ن. پاشايئوا، آ. ممدوو، ن. جاببارلی، آ. حسینوو، و. يوسیفلی، ن. شمسیزاده و دیگرلری‌نین يازیلاریندا ساده‌جه اؤز عکسینی دئيیل، هم ده بو يازیلارلا اؤز بوتؤولويونو تاپیر. بونو نظره آلیب، آنتولوگيايا آنالیتیک يازیلار دا داخل ائتدیک. البته‌‌، بو يازیلار سؤزون جدی آنلامیندا ادبی-تنقید اؤرنکلری اولماقدان داها چوخ، ان ياخشی حالدا اوغورلو قلم مشقلریدیر. لاکین اونلارین بعضیلری، اؤزللیکله ده قیسمت روستمووون پارلاق اوسلوب، آخیجی دیلله يازیلمیش «تریئرین میفولوگیاسی» مقاله‌سینده گله‌جه‌يین جدی صنعت تحلیلچیسینی گؤرمه‌مک ممکون دئيیل. اونون بیر چوخ فیکیرلری‌نین ویکی‌پئدیک معلومات کاراکتری داشیماسی، دنیا رئژیسورلاری‌نین ایدئولوژی يؤندن ان ضررلیسینه دبه اويغون سیمپاتياسی بئله بو قناعته مانع اولمور. 
بونونلا بئله، قیسمته عنوانلاياجاغیم سواللار وار: 
– گؤره‌سن، گنجلری نیيه بلبول يوخ، قارغا، ملک يوخ، شیطان، مجیدی يوخ، تریئر، الله يوخ، دجّال اؤزونه چکیر؟ «الله‌ین رنگلری»نین (مجیدی) «دجّال»دان (تریئر) نَيی پیسدیر کی؟ سئوگی، امید و ایمانی يوخ، نیفرت، امیدسیزلیک و کفرو يايان صنعته بو آشیری وورغونلوق هارداندیر؟ 
– بلکه، يوز ایللر بويو تبلیغ ائدیلدییندن جاذبه‌سینی ایتیرن «آغ کتاب»-ا باخاندا ایندیيه‌جن گیزله‌دیلن «قارا کتاب» گؤزه (سؤزه!) يئنی گؤرونور؟ 
– بلکه، بو ماراق ياساق ائدیلن ميوه‌نین شیرینلییندن ایره‌لی گلیر؟ 
– بلکه، گنجلری اؤزونه چکن تریئرکیمیلری‌نین «سرت»، «آمانسیز»، «گذشت‌سیز»، «بزک-دوزکسیز» حقیقت ادعاسیدیر؟ بَيم، اصل حقیقتین بو ادعانین او اوزونده قالدیغی، بیر آز درینه گئدن کیمی تریئریزمین روحی کورلوقدان دوغان ایللوزیيادان -«قارانلیقدا رقص ائله‌مکدن» باشقا بیر شئي اولمادیغی آيدین دئيیل؟ 
– بلکه، الله‌سیز دنیادا انسان اؤزونو معنوی تضییقدن آزاد حس ائدیر؟ دوغرودانمی، 90-جی ایللرین کاتاکلیزملری او دؤورده اؤز اوشاقلیغینی ياشايان گنجلرین روحوندا بونجا زده‌لنمه‌لره سبب اولوب؟ 
– بلکه، سبب تاریخ يوخ، گله‌جکده‌دیر -روبوتلاشما ائراسی اؤنجه‌سی ادبیاتین قیسمتی روحسوزلوقدور؟ 
اصلینده، حضرتی موسی‌نین قیزیل لؤوحه‌‌سینه يازیلماغا لايیق و هامیسی بیر يئرده 10 سوال! آمّا نه تانری حؤکمو، نه ده فاریسئي قانونو يوخ، ساده‌جه سوال. لاکین مسئله‌‌ بو سواللارلا بیتمیر، ادبیاتین فرقلی ساحه‌‌لرینه ميل ائدن قیسمت، منجه، آشیری انرژی ایتکیسینه يول وئریر. اولسون کی، من اوخومامیشام، آمّا 30 ياشینی آرتیق گئریده قويان بو گنجین هانسیسا ژانردا مؤهور ووردوغو يازیسی يادیما گلمیر. حال‌بوکی، او ایندیيه‌جن بئله بیر يازیيا آرتیق چوخدان امضا آتمالی و استعدادین ایلکین آچیلیشینی (پارتلايیشینی!) گؤسترن بو يازی اونون صنعت وثیقه‌‌سینه چئوریلمه‌لی ايدی. بو يازینی اوخويوب دئمه‌لی ايدین کی، باخ، قیسمت بودور! حتی سو کیمی لطیف بیر شئي بئله عینی نقطه‌‌يه آردیجیل دوشسه، داشی دئشه بیلر. ایللر گئدیر و منجه، قیسمت بو حاقدا دوشونمه‌لیدیر. 
عمومیتله گؤتورنده ایسه او، سون 30 ایلده اوزه چیخانلار آراسیندا حمید و ایلقارلا ياناشی اینتللکتوالیزمه ادعالی اوچ نفردن بیریدیر. هرچند کی، بو اینتللکتین سجیه‌سی ایلقاردا حمیددن، قیسمتده ایسه ایلقاردان فرقلیدیر، اؤزو ده او درجه‌‌ده کی، هر دفعه‌‌ سجیه‌سینی ديَیشدییندن آخیردا گلیب ائرودیسیيايا چئوریلیر (بیزده بیر قايدا اولاراق اینتللکت و ائرودیسیيانی قارشیدیریرلار، حال‌بوکی، بونلار فرقلی شئيلردیر) آمّا بو، قیسمتین سؤزوگئدن مسئله‌‌ده اؤز ياشیدلاری آراسیندا فورپوستا چیخماسینا مانع اولمور. منیم ایندی قیسمت مسئله‌‌سی اوزرینده اؤزل دايانماغیم، اونون تنقیدینه گئنیش يئر آيیرماغیم دا تصادفی اولمايیب، جدی پرسپکتیو وعد ائدن بو ائرودیت گنجین تکجه نقصانلاری يوخ، هم ده امکانلاری ايلا باغلیدیر. هر کسدن ده قابلیتینه گؤره گؤزله‌نیلیر. 
گونئل ائيوازلی‌نین «پوست انسان» مقاله‌سینی بیر مدت اؤنجه «ادبیات قزئتی»نده اوخوموشدوم و آنتولوگيايا محض بو يازینی وئرمه‌سینی اؤزوم اونا تکلیف ائله‌دیم. اینانمیرام کی، ان قاباقجیل آوروپا اؤلکه‌سینده بئله گنج يازارلار آنتولوگياسی دنیا ادب-فلسفی فیکری‌نین بو سون آنلايیشینا دایر يازی ايلا آچیلسین. حال‌بوکی، «پوست انسان» سؤزو ایلک دفعه‌‌ 1999-جو ایلده غرب فلسفه‌سینه گلنده بیزده حتی پوست مدرنیزم مجادیله‌سی بئله باشلامامیشدی. گونئلین پوست انسانا بیرطرفلی (پوزیتیو!) ياناشماسی و اونو ملی‌لشدیرمه (حروفی‌لشدیرمه!) جهدینه باخماياراق، آنلايیشی تانیتماق ایسته‌يی راضیلیق دوغورور. اینانیرام کی، او، بیلگیلرینی گلیشدیرمک شرطی‌له بیر نئچه ایل سونرا اورتايا پوست انسان و اونون ادبیاتدا ایفاده‌سی ايله باغلی يئتکین بیر کتاب قويا بیلر. ذکا و فهمینه گووندییم کئچمیش طلبه‌‌مده بو داخلی امکانی گؤرورم. 
يئری گلمیشکن دئيیم کی، گونئلین -گنج بیر خانیمین فلسفی، اؤزللیکله ده، ائزوتئریک ادبیاتا ماراغی، ي. بلاواتسکايا، م. گئندئل، ياخود ر. گئنونو اوخوماسی منیم اوچون سؤزون ياخشی آنلامیندا گؤزله‌نیلمز اولدو. البته‌‌، بو ماراق ائلخان، حمید، خانمیر، سلیم و ایلقاردا دا وار. آمّا گونئل بو مسئله‌‌ده ياشیدلاری آراسیندا، يقین کی، بیرینجیدیر و آرزو ائدیرم کی، اونون ائزوتئریک و بدیعی فیکری بیر آرايا گتیرمک جهدلری آدینی چکدیکلریمدن داها اوغورلو آلینسین. چونکی تکجه گنج يازارلار آراسیندا يوخ، عموما ادبیاتیمیزدا ائزوتئریک (باطینی!) تعییناتلی امضايا احتیاج وار. 
آمّا بوردا بیر قئيد ائله‌مک زوروندايام و بو، ساده‌جه گونئل يوخ، عموما قلم آداملاریمیزا عایددیر -هر هانسی مسئله‌‌ده تأثیرلندیین قايناقلاری گؤسترمه‌مک. آخی، پوست انسان موضوع‌سويلا باغلی دنیادا، ائله بیزیم اؤزوموزده ده يازانلار وار، اؤزوندن اؤنجه‌کینی يادا سالماق ایسه رسمی پروسئدور، ان آزی اتیکت قايداسیدیر. 
عینی فیکری اؤزونون کیچیک حجملی ائسسه‌لرینده ملی و دنیا ادبی-مدنی فاکتلارینا سؤيکه‌نیب، سؤز، سس و رنگی فوندامنتال ائستئتیک کاتئقوریالار کیمی چؤزمه‌يه چالیشان علمین نوریيه ده عاید ائتمک اولار. 
من بو قئيدلری ائتمه‌يه ده بیلردیم، آمّا هر ایکی گنجی آز-چوخ تانیدیغیمدان امینم کی، اونلار بونو مریفت صاحبینه اويغون آنلايیشلا قارشیلاياجاق. فضولی دئمیشکن، «طریق اهلینه عادتدیر تواضع آشینا گؤرگج». گونئل و علمینی طریق (يول) اهلی سايیر، هله ایلک کؤورک آددیملارینی آتدیقلاری بو يولچولوقدا اونلارا اوغورلار آرزو ائدیرم. آمّا هر ایکیسینه خاطرلاتماق ایسته‌يیرم -چتین يولا گیرمیسیز، بیر آز دا درینه گئتسز، ایسته‌سه‌نیز بئله گئری دؤنه بیلمه‌يه‌جکسیز. اوردان گئریيه يول اولمور. 
نسیمی حاقیندا ليلا اسدوللايئوانین علمی-کوتلوی، شهلا آصلانین پوبلیسیست اوسلوبداکی يازیلاری گنجلرین آکتواللیق دويغوسوندان خبر وئریر. آخی، رئسپوبلیکا پریزیدنتی جناب الهام علی‌یئو 2019-و نسیمی ایلی اعلان ائدیب! آرزو ائدیرم کی، گنجلرین داهی شاعره ماراغی ساده‌جه گونون طلبیندن (دبیندن!) دوغمايیب، آردیجیل سجیه داشیسین و گله‌جکده ده داوام ائتسین. 
تورال آدی‌شیرینین اؤز هم مکانی ب. واهابزاده‌نین، گولنار سمانین ایسه اؤز همزامانی روسلان دوست علی‌نین شعرلری حاقدا يازیلاری گنج آراشدیرماچیلارین سووئت دؤنمی کلاسیکلری و اؤز ياشیدلارینا ياناشماسی کیمی ماراقلیدیر. شعر چابالاری دا گؤسترن تورالین مقاله‌سی گؤستریر کی، يوکسک ضیالی ائتیکاسی ايلا سئچیلن بو گنج گله‌جک ادبی کاريئراسینی عموما تنقیده ده باغلايا بیلر و بلکه ده، بو داها ياخشی اولار. بو هم ده اونا گؤره لازیمدیر کی، سون ایللر تنقیده گلنلرین چوخو خانیملاردیر: ب. علی‌بيلی، ای. موسايئوا، ن. جاببارلی، ائ. آکیمووا، م. واحید… نهايت، گولنارین اؤزو. 
گولنار ادبیات اینستیتوتونون دوکتورانتی، ایکی مونوقرافيانین مؤلفیدیر (اونلاردان بیری حتی آذربایجانین سرحدلریندن کناردا ایشیق اوزو گؤروب) آنتولوگيايا وئردیی مقاله‌سیندن ده گؤرونور کی، پئشه‌کار تنقیده ادعالیدیر. آمّا بیر چوخ تنقیدچیلر کیمی اونون دا يازیسیندا ماراقلی اینجله‌مه‌لرله ياناشی عمومیلشدیرمه گؤرمه‌دیم. او، روسلانین شعرلرینی میصراع-میصراع آنالیز ائدیر، آمّا بو استعدادلی شاعر حاقیندا سنتز آپارمیر. ائله بیل کی، آوتوماتی سؤکوب، ائله‌جه آلت-اوست قويورسان. حال‌بوکی، مقصد اونو ساده‌جه سؤکمک يوخ، اؤيرنمک و سازلاماق، سونرا يیغاراق، داها پئشه‌کار آتش آچماقدیر. 
(ardı var – آردی وار)

Çevirəni: ( ائلیار پولاد ) ELYAR POLAD

Müəllif: ( اسد جهانگیر ) ESAD CAHANGİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru