Zamin Rüstəmov – Ana şeiri

Zamin RüstəmOV ANA ŞEİRlərİ

Ana.
(Bütün analara ithaf edirəm.)
Indi dərk edirik, nələr çəkdiniz
Hansi əzablardan, keçdiniz ana.
Dərd əkib, dərdləri necə bicdiniz
Neçə zülümlərdən, keçdiniz ana.

Saçlarda bir dənə qara görmədik
Səhəri axşami, belə bilmədik.
Gözünün yaşini, silə bilmədik
Dərdləri ürəkdə, əkdiniz ana.

Argisa başiniz, heç vaxt demədiz
Bircə loxma belə, bizsiz yemədiz
Fərq qoyub bizləri, fərqli sevmədiz
Sevməkdən yoruldum, demədiz ana.

Necə xelq eyləyib yaradan sizi
Zülmət gecələrin,sizsiz ulduzu
Daima gosterdiz bizə düz yolu
Bizi duz yollara, cəkdiniz ana

Görəsən olarmi, yadlardan ana
Kimsə bənzəyərmi, görəsən ona
Kim özünü verər, qurban balaya
Amma siz bizlerə, verdiniz ana.

Görəsən sizlərə, biz nələr verdik
Bircə gecənizə, görən dəydimi
Yüzcə can kəlmənə, bir can demədik.
Görəsən Yaradan, bunu bildimi?
Qaldi umidimiz, tək baş daşına
Hayif ki dünyadan, köçdünüz ana.

08 09 2019

ZAMİN RÜSTƏMOV ANA ŞEİRLƏRİ

Cənnəti-Gülşəndir Ana

Yerin, Göyün Məhvəridi.
Sözmü catar yazaq ona?
Yer üzünün Mələyidi
Cənnəti-Məkandır Ana.

Laylasıyla bəslər bizi
O can deyib, səslər bizi
Yoxdur bizlərdən əzizi
Bizə verən, Candır Ana.

Özləri Cənnət quşudur
Görən varmı taymı ona
Üzük bizik, o qaşıdır
Bizə Şöhrət- Şandır Ana.

Yer üzünün Şah sarayi
Həm Sultani, Xanı ana!
Qucagi Cənnət bucagi
Cənnəti Gülşəndir ana.

09 09 2019 – Naxçıvan.


Müəllif: ZAMİN RÜSTƏMOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zamin Rüstəmov – Dağlar

Siz bizə qaytarın, qərib Dağları!

Nə olar, qaytarin bizə ,dağları
Dərddən xəzan olan,yaşıl bağları
Neynirik yad eldə, Sah saraylari
Siz bizə qaytarin, qərib Dağları.

Dərdindən başını, duman, qar alıb
Yaydada həsrətdən, başı ağarıb
Doğma ellər üçün, rəngi saralıb
Siz bizə qaytarin, qərib Daglari.

Boynu bükük baxır, Salvartı dağı 
Xəzana donubdı, güllü baharı..
Ağlaya, ağlaya, açır sabahı
Siz bizə qaytarın, qərib Dağları.

Neynirik bu qədər, varı-dövləti
Dünyaya səs salan, sani, sohrəti
Sizə əsir yurdum, deyir lənəti
Siz bizə qaytarın, qərib Daglari!

Görün kimə qaldı, Oğuz elləri.
O Bamsı Beyrəyin, doğma yurd yeri
Dağlarda solubdu, çiçək məlhəmi.
Südün halal etməz, el Anaları
Siz bizə qaytarın, qərib Dağları!

Naxçıvan.

Bizim bu Dağlara, Dağ bənzəmədi. 

Nə qədər mən gəzdim, dağlar, dərələr.
Bizim bu dağlara, dağ bənzəmədi.
Nə qədər olsada uca zirvələr.
Bizim bu dağlara, dağ bənzəmədi

Bizim bu dağların, başı bəmbəyaz
Onu heç qorxutmaz, şaxta nə ayaz.
Başı qar olsada, ayağında yaz
Bizim bu dağlara, dağ bənzəmədi.

BIlinmir o qalıb hansı əsrdən .
Dili yox danışa, deyə qədimdən
Qəddi əyilibdi, çəkdiyi dərddən.
Bizim bu dağlara, dağ bənzəmədi.

Nuhdan xəbər verir,bu Gəmi qaya.
Başı dayanıbdı, Günəşə, Aya..
Karpat dağı hara, Ağrı dağ hara.
Bizim bu dağlara dağ bənzəmədi..

Qoşa dayanıbdır, Qoşqarla, Kəpəz.
Uzaqdan əl edir, Savalan, Qafqaz.
Əsir Salvartının, dərdi azalmaz.
Quranda Surədi, Əshabi-Kəfi
Bizim bu dağlara, dağ bənzəmədi

Naxçıvan.

AĞRI  DAĞIM

Ağrı dağım, ululardan ulusun
Qoc Koroğlun yox ki, səni qorusun.
Qorxsun Hasan Paşa, görcək Dəlisin
İndi kimə qaldın, ay Ağrı dağım?

Zirvəndə həmişə, ağappaq qarın
Neçədir ömrünün, kim bilir sayın?
Bilinməz baharın, nə qışın, yayın
Görmədin ömründə, yay Ağrı dağım.

Dünya cəhd eylədi, kəşf edə səni
Kimsə hec görmədi, sənin zirvəni
Başında qaraltı, Nuh olan gəmi
Gəlib gedənləri, say Ağrı dağım.

Kimlər gəldi getdi, sayı bilinməz
Sənin dərd- sərini, kimsələr bilməz.
Yolu-izi hara, kimsəyə deməz
Dünyada yox sənə, tay Ağrı dağım.

Sənə həsr elədim, mən bu şerimi
Kagıza köcürdüm, sənli dərdimi
Hayf ki bilmədik, sənin qədrini
Zaminəm bu şeri, tək sənə yazdım. 
Yaşa sən şerimdə, qal Ağrı dağım!

07. 04. 2019. Naxçıvan – Cəhri.

O əsir daglardan, qar istəmirəm.

Paslanan qıfılı, acanım yoxdu
Dərdlərim dag boyda, çəkənim yoxdu. 
Ay ellər, dərdimi bilənim yoxdu
Belə yaşamağı, mən istəmirəm.

Mən baxa bilmirəm, Vətənə sarı
Orda qoyub gəldim, gül üzlü yarı.
Cəkdi ürəyimə, dağ boyda, dağı
Sənsiz yaşamağı, yar istəmirəm.

Hanı dağlar şahı, əsir Salvartı
Həsrətdən kükrəyən, Dəli cay hanı.
Nə üzlə istəyim, dağlardan qarı
O əsir dağlardan, qar istəmirəm.

16 .04 .2019. Naxçıvan –  Cəhri.

Ulduzlar gecələr, sayrışanda gəl.

Sən bizim dağlara, gəlmək istəsən?
Çiçəklər, sünbüllər, gül açanda gəl.
Gözəl Batabatı, görmək istəsən?
Bülbüllər güllərlə, sevişəndə gəl.

Bura Cənnət olur, Bahar gələndə
Bənövşə gizlənir, yaşıl çəməndə.
Qızlar oynayanda , Bənövşə- Bəndə
Leylilər, Məcnunlar, öpüşəndə gəl.

Çiçəklər burada , naxış, naxışdı
Bizim bu dağlara, min yaraşıqdı.
Gələn hər qonaği, bura aşıqdı
Arılar Laləyə, daraşanda gəl

Gələsən gəzəsən, laləli düzün
Səpəsən kababa, istiotun, duzun
Yeyəsən, içəsən, Zor bulaq suyun
Baharla, Yay ayı, görüşəndə gəl

Salvartı qarından, dadmaq istəsən. 
Qızıllı bulaqdan, içmək istəsən
Fərhad Qalasını, görmək istəsən
Gözləyək düşmənlər, yatışanda gəl
Ulduzlar gecələr, sayrişanda gəl.

25 04 2019. Cəhri .

Müəllif:Zamin Rüstəmov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru