Tanınmış şair-publisist Zaur Ustacın layihə rəhbəri və eyni zamanda baş redaktoru olduğu “İldırım Əkbəroğlu” seçmə şeirlərdən ibarət yeni almanax nəşr olunub. Kitab “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində ərsəyə gəlib. Kitabda böyük oxucu kütləsinin rəğbətini qazanmış, lakin hələ kitab şəklində çap olunmamış İldırım Əkbəroğlunun özünün seçdiyi və bir kitab halında görmək istədiyi 25 şeiri yer almışdır. Yeni toplu haqqında Zaur Ustacın fikri belə oldu:
“İşin gedişində şeirləri oxuduqca belə bir layihə üçün İldırım Əkbəroğlu yaradıcılığına müraciət etməkdə heç də yanılmadığımız bir daha aydın oldu. İldırım müəllimin bütün şeirləri Vətən və onun bir nömrəli problemi olan Qarabağ ağrı-acısından bəhs edir. Əslində o, özünü, Vətəni, Qarabağı misal götürərək bütün dünyaya, insanlığa məsaj verməyə çalışır… Müasir dövrün problemlərindən söhbət açır. Ümumilikdə kitabda yer alan bütün şeirlər arzuları yarımçıq qalmış tələbə-döyüşçülərin uğrunda şəhid olduqları amalın ruhuna tam uyğun gəlir.” Biz də yeni kitabın geniş oxucu kütləsinin rəğbətini qazanacağına inanır, həm müəllifə, həm də yaradıcı heyyətə yeni-yeni uğurlar arzu edirik.
Bu gün ( 20.11.2019 ) Azer.KİVİHİ-Media mükafatlandırma komissiyası tərəfindən Azərbaycan ədəbiyyatına xətmətləri və yaradıcılıqlarında vətənpərvərlik mövzusuna üstünlük verdiklərinə görə aşağıda adları çəkilən şairlərimiz “İLİN VƏTƏNPƏRVƏR ŞAİRİ” media mükafatına layiq görülmüşdür. Bu barədə KİVİHT-nin sədri Çingiz Qurbanoğlu rəsmi saytında məlumat vermişdir. DƏYƏRLİ ŞAİR DOSTLARI BU MÜNASİBƏTLƏ ÜRƏKDƏN TƏBRİK EDİB YARADICILIQ UĞURLARI ARZU EDİRƏM. LAUREATLAR:
“Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən aparılmış sorğulara görə bir sıra şair və yazıçılar mükafatlandırılıb. Azərbaycan ədəbiyyatına tövhələri və yaradıcılıqlarında vətənpərvərlik mövzusuna üstünlük verdiklərinə görə aşağıda adları çəkilən şairlərimiz “İLİN VƏTƏNPƏRVƏR ŞAİRİ” media mükafatına layiq görülmüşdür. 1.Abbasov İlham Tahir oğlu (İlham Borçalı) 2.Aylarov İlham Qəhrəman oğlu (İlham Qazxlı) 3.Bağırov Elçin Ağasəf oğlu (Elçin Məlhəmli) 4.Bədirxanov Ədalət Əyyub oğlu(Ədalət Bədirxanlı) 5.Cəfərli Abdulla Həmidi ( Abdulla Cəfər) 6.Əlizadə Əjdər Cəbrayıl oğlu (Əjdər Əlizadə) 7.Əliyev Süleyman Miryusif oğlu (Seyid Süleyman) 8.Əsədov Həsənqan İldır oğlu (Həsənxan Əsıdov) 9.Hüseynov German Əli oğlu (Dərviş Xan) 10..Türbəndəyev Nazim Yaqub oğlu (Nazim Yaquboğlu) 11.İsgəndərov Məzahir İsgəndər oğlu (Məzahir İsgəndər). 12.Qədiyev Vaqif Əlisa oğlu (Vaqif Coşğun) 13.Qasımov Vahid Valeh oğlu (Vahid Çəmənli) 14.Məmmədov Sakit Vəlyəddin oğlu (Sakit Şəkili) 15.Məmmədov Mübariz Hüseyn oğlu (Mübariz Hüseyn) 16.Məmmədov Təvəkkül Məmməd oğlu (Təvəkkül Goruslu) 17.Məmmədov Vidadi Qafar oğlu (Vidadi Məmmədli) 18.Mustafayev Zaur Mustafa oğlu (Zaur Ustac) 19.Sarıyev Məmməd Gülşad oğlu (Məmməd Mərzili) 20.Cəfərov Zaur İlham oğlu (Zaur İlhamoğlu) 21.Qəhrəmanov İldırım Əliş oğlu (İldırım Əlişoğlu)
Zaur Ustacın “ƏLİŞ və ANNA” poemasında ƏXLAQİ-MƏNƏVİdəyərlər “Əliş və Anna” poeması Zaur Ustacın yaradıcılıq pasportudur
Zaur Ustac “Günaydın” (“Ağçiçəyim”), “İstəməzdim şair olum hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Otuz ildir əldə qələm” şeir kitablarının müəllifi, “Qızıl qələm” mükafatı laueratıdır.
Zaman keçdikcə nəsillər bir-birini əvəz edir, dünyaya gələn hər yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır. Zaur Ustac da keçmişə, tarixi yaddaşa nəzər salaraq “Əliş və Anna” poemasını görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibətilə qələmə alıb (Bakı: Ustacaz.nəşr, 2018, 67 səh.). Öncə qeyd edək ki, poemada mənəvi-əxlaqi kamilliyə, insani davranışa çağırış və əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqe müəyyənləşdirilib. “Əliş və Anna” poeması öz bədii-emosional və əxlaqi-estetik məziyyətləri ilə seçilir. Həmçinin, əsərin dili təbii, aydın və səlisdir.
Poemanı oxuyan zaman Zaur Ustacı dini və dünyəvi elmlərə dərindən bələd olan bir şair kimi tanıyırıq. Belə ki, poemada Dədə Qorqudun, Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin, ümumilikdə, əcdadların adının çəkildiyini görürük.
Doqquz fəsildən ibarət olan əsərdə ciddi fəlsəfi mülahizələrə, sirlərlə dolu olan göy haqqında dərin təsvir və müqayisələrə rast gəlirik. Göstərilir ki, Günəşin donu ağ ipəkdən, gündüzdən ibarətdirsə, Ayın donu isə qaranlıq gecədəndir. Tanrı gecəni, gündüzü elə bir hüsnlə yaratmışdır ki, ona bənzər ikinci bir yaradılış olmayıb və olmayacaq da. Gövhəri sapa necə düzürlərsə, Ulu Tanrı göyə ulduzları eləcə düzmüş, gecənin qara saçlarına sığal çəkərək, yoxluq tozunu silmiş, varlığı yaratmışdır.
Günəşin saatı, ayın saatı,
Çox dəqiq döndərir tüm kainatı.
Elə qurulub ki, nizam məhvəri,
Gecəylə gündüzün səhv düşməz yeri.
Zərrədən ən böyük ulduza qədər,
Bir “ol”a
bağlısa, onda nə kədər…
Həmd olsun
Allaha, tanırıq onu,
Hər kəlmə
başında anırıq onu (səh.4).
Şair oxucuların varlığın gizli sirləri ilə tanış olmasını istəyir. İstəyir
ki, hər insan nə üçün yarandığını, niyə yaşadığını başa düşsün, yaşam mahiyyətini
anlasın.
Adil Allahın mərəhəmətindən
bəhs edən şair yazır ki, Allah nadir dürdanəsi hesab etdiyi insana bütün
canlılardan üstün olaraq ağıl verib. Bütün başqa varlıqlardan fərqli olaraq bizə
düşünmək və dünya bilməcələrini qavramaq, anlamaq istedadı verib. Hər bir pay
sahibi də öz qismətindən razı qalır.
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb,
elə paylayıb,
Hamı qismətindən
çox razı qalıb.
Ağlı elə bölüb,
verib Yaradan,
Heç kim öz
ağlından deyil bədgüman (səh.5).
«Nübuvvət» (Peyğəmbərlik)
adlandırılan bölmədə cəhalət qaranlığından dünyaya öz mərifət günəşi ilə işıq
saçan və kainatın son əfəndisi Məhəmməd peyğəmbəri salamlayan şair peyğəmbəri
dünya üzüyünün qaşı sayır. Bildiyimiz kimi, Ulu Tanrı Məhəmməd peyğəmbərə gələn
vəhyi (gizli səs və ya gizli danışığı) «Qurani-Kərim» adı ilə təxminən 23 il
müddətində tamamlamışdır. Şair qeyri-adi zəka qüdrətinə malik peyğəmbəri
haqlı şəkildə haqq sayır, eləcə də ona sonsuz sevgi və minnətdarlığını belə
bildirir.
Salam olsun Sənə,
ey “Haqqın səsi”,
Cəlal sahibinin
seçkin bəndəsi.
Məhəmməd Mustafa
(s.ə.v.), Haqqın nəbisi,
Bütün kainatın
son əfəndisi.
“Qurani-Kərim”i bizə gətirən,
Haqqın kəlamını
bizə yetirən,
Xatəmül-Ənbiya
hökm edibdi Haqq,
Höküm sahibinə məxsus
hökm, haqq (səh.5).
«İmamət»
(imamlıq edən, məzhəb işlərinə rəhbərlik edən) bölməsində isə Həzrəti Əlini
nübüvvətdən (peyğəmbərdən) nur alan işıq kimi mədh edir. Şair belə təsvir edir
ki, Həzrəti Əli (ə.) Peyğəmbər əfəndimizin eşsiz tərbiyəsi altında böyümüş və
onun inanc və davranışlarından dərs almışdır. Məhəmməd Peyğəmbər (s.ə.s.) Adəm
peyğəmbərin elmini, Nuh peyğəmbərin hikmətini və İbrahim peyğəmbərin həlimliyinin
Həzrəti Əlidə (ə.) cəm olduğunu qeyd edərək buyurur: “Kim istəsə ki, Adəmə (s)
– elminə görə, Nuha (s.) – hikmətinə görə, İbrahimə (s.) – hilminə görə nəzər
salsın, o şəxs Əliyyibni Əbu-Talibə baxsın”. Şair elm və hikmət, şücaət və
ülviyyət sahibi olan Həzrəti Əlini (ə.) Məhəmməd Peyğəmbərin sözlərinə əsaslanaraq
(s.ə.s.) elmin qapısı adlandırır. Rəsuli-Əkrəmin elm haqqında dürüst düsturu
belədir: “Mən elmin şəhəriyəm, Əli də o şəhərin qapısıdır. Şəhərə girmək istəyən
o qapıdan girsin”. Şair isə Həzrəti Əlinin (ə.) təlimini bəşəri mahiyyət
daşıyan təlim adlandırıraq yazır:
Nübuvvət odundan
nur alan işıq,
Atadan, babadan
belə duymuşuq.
Rəsulun dizinin
dibindən çıxan,
Çeşmədir, heç
kimə gəlməyib ziyan.
Nümunə olubdur
cümlə cahana,
Əlbəttə, aiddir
arif olana.
Elmin şəhərinin
təkdir qapısı,
Bu işin belədir
təməl, yapısı…
Salam olsun Sənə
ey Əhli-beyt,
Allahım bu yolu
daha rəvan et (səh.6).
«Məad» (qayıdış
yeri), «Namaz», «Oruc», «Zəkat», «Xüms», «Həcc», «Cihad», «Əmr-bə-məruf», «Nəhy-əz-münkər»,
«Təvəlli», «Təbərri», «Münacat», «Üsuli-iltimas» kimi bölmələrdə Zaur Ustac
haqlı olaraq elm və əxlaqa bir-birini bağlayan motivlər kimi baxır. Şair yaxşılıq,
düzlük, pislik, yalançılıq, ikiüzlülük və s. kimi mənfi və müsbət əxlaqi
keyfiyyətlər haqqında da geniş, qiymətli fikirlər söyləmiş və əxlaq tərbiyəsinin
böyük bir sistemini yaratmışdır. Z.Ustac bu təsvirlərlə hər şeyi gözəl görmək
istəyir və bunların da bərqərar olması üçün elmə, biliyə üstünlük verir.
Hamını savadlı, bilikli, xalq üçün gözəllik yaradan görmək istəyir. Buna görə də
müəllif maarifpərvər şair kimi gözəlliyin əmələ gəlməsini elmə, biliyə yiyələnməkdə
və ağılda görür.
Həqiqi elmdən
bir damla dadan,
Heç zaman dönməyib
bu doğru yoldan (səh.7).
Yaxud:
Çevrəndə
dostların dinsə elmdən,
Hər dəm dürr
tökülsə əgər dilindən,
Nə xoş halımıza,
bəxtəvərik biz,
Allahın
dostların dost seçərik biz… (səh.11).
Dini-fəlsəfi
baxışlarını real nəzərlərlə tərənnüm edən Z.Ustac qorxmazlıq, cəsurluq, iradə
sahibi olmaq, səxavətlilik, düzgünlük, “Mərifət kəsb et”mək, “Özünü bilməz
insanlardan uzaq ol”maq, “kamal sahibləri ilə dost olmaq”, dostluq, sədaqətlilik,
etibarlılıq, yoldaşlıq, “zülmə boyun əyməmək” və s. kimi əxlaqi keyfiyyətlərdən
geniş bəhs edir və tərbiyənin məqsədini “ağıllı, müdrik, kamil və əxlaqlı
insan” yetişdirməkdə görür.
Cəlal sahibinə şərik
qoşanlar,
Onun dostlarına
pis yanaşanlar,
Əndazəni pozub,
həddin aşanlar,
Yersiz körüklənib, coşub-daşanlar,
Belə adamlardan
uzaq dolan, gəz,
Hədsizdən kimsəyə
bir xeyir gəlməz… (səh.12).
Tərbiyə carçısı
Zaur Ustac oxucusuna qızıla, vara arxalanmamağı, şahlar kimi dünya malına, cəvahirata
uymamağı məsləhət görür və insana öz əməyi ilə şöhrətlənməyi tövsiyə edir. Tərbiyəçi-şair
şöhrət üçün dostbazlıq edənləri tənqid edir, çörək üçün, aş üçün əldən getmələrini,
dar gündə uzaq qaçdıqlarını, tez dost olub, tez doyduqlarını, varın olarsa dost
olduqlarını, yeyib qurtardıqdan sonra atıb getdiklərini, dostun puluna göz
tikdiklərini, yemək verəndə dostluq edənləri, verməyəndə isə düşmənçilik bəsləyənləri
və s. birbəbir təhlil, şərh edərək üzünü yaradana tutur:
Səndən istəmirəm
nə şöhrət, nə şan,
Səndən istəmirəm
beş günlük ad-san.
Var-dövlət,
saraylar deyil şakərim,
Öz əlim, ayağım
olsun nökərim…
Niyətim bəllidir,
istəyim dəqiq,
Ustac heç istəməz
nə altun, əqiq…
Mustafa oğlunun
istəyi təkdir,
Zaurun arzusu dəqiqdir,
yekdir…
Elmin qapıların
üzümüzə aç,
O güllü
bağçandan bir az ətir saç.
Ruhumuz məst
olsun, olsa da anlıq,
Dili tərk etməsin
bir an şükranlıq… (səh.14).
Z.Ustacın Dədə
Qorquda üz tutaraq ondan mədəd ummasını xüsusi qeyd etmək istərdik. Şairin
yaradıcılığında Dədə Qorqudun əxlaqi dəyərlərə yanaşması, xalqımızın milli xüsusiyyətlərini
öyməsi, vətənin – ananın müqəddəsliyi, ailəyə və dosta sədaqət, namus və ismətin
toxunulmazlığı, qopuza, saza yüksək ehtiram və s. öz əksini tapır. Görürük
ki, şairin yaradıcılığında bəşəri dəyərlər, əxlaqi keyfiyyətlər hər şeydən
öndə gəlir.
Sinəmdə Qopuzum
yoxdu, neyləyim,
Simlərə toxunub
mədət umardım…
Dədəm Qorqud
ruhu, kömək ol mənə,
Qopuzun namına,
sazın xətrinə…
Ərlərə ad verib,
san saylamısan,
Boylara yol
verib, boy boylamısan…
Kamanın xətrinə,
oxun xətrinə,
Əslində var olan
yoxun xətrinə (səh.15).
Şair Zaur Ustac
Xətaini görkəmli şəxsiyyətlərin mütərəqqi ənənələrinin nəticəsi kimi qiymətləndirirsə,
İmadəddin Nəsimini də xalqının dini etiqadlarını yaşadan ulu insan kimi tərənnüm
edir. Sanki Şamaxının hər döngəsində, tinində Nəsiminin ayaq izləri və ruhu
yaşamaqdadır. Şair, həmçinin, Şamaxını şairlər eli, təbiblər yurdu kimi tərənnüm
edir. Poetik dillə deyir ki, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid
Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi kimi görkəmli
şair və maarifçilər təkcə Azərbaycanın deyil, bütün Yaxın və uzaq Şərqin mütəfəkkirləri
olmuşlar.
Şairlər şəhəri,
təbiblər eli,
Yurda çıraq
tutan ülama əli…
Nə qədər alimi,
sənətkarı var,
Şamaxı həmişə
olub ziyadar…
Əfzələddin
Xaqanisi bir düha,
İmadəddin Nəsimidən
yox daha,
Seyid Əzim
Şirvanidir tək ancaq,
Kim nə bilir,
bir də Sabir olacaq?
Abbas Səhət, ya
da Hadi bu yerdə,
Könüllərin
fatehidir zirvədə… (səh.16).
Şair bəhs edilən
subyektin (Əlişin) mənəvi təmizlik, əxlaqi saflıq kimi keyfiyyətlərini ön
planda göstərir, digər müsbət cəhətləri də bu prizmadan oxucusuna göstərməyə
çalışır. Poemanın I fəslində oxuyuruq ki, bahar bayramından bir ay keçmişdi ki,
Sübhan kişinin ocağına böyük şadlıq üz verir. Oğul atası olan Sübhan kişinin
sevincinin həddi-hüdudu yoxdur. Körpəni görənlərin hamısı bir ağızdan “Əli (ə.)
köməyi olsun” deyərək öz xeyir-dualarını verir. Atası da uşağa Əliş adını
verir. Şair burada həm də Sübhan kişini mahir tərbiyəçi və səxavətli biri kimi
təqdim edir. Göstərilir ki, Əliş sanki anbaan, saatbasaat, günbəgün böyüyür, “pərvaz”
edir. Əliş məntiqi, hesabı və digər fənləri mükəmməl öyrənsə də, elmini,
biliyini daha da təkmilləşdirmək istəyir. Bu minvalla Təbrizə, İraqa, Dəməşqə,
Bağdada gedir. Çünki Əliş memar olmaq istəyir.
Onu düşündürən
bircə amaldı,
Qurub yaratmaqdı
əzmi, amalı.
Məqsədi bir idi
– memar olmalı.
Qəlbində niyyəti,
dilində Allah,
Amalı yolunda
etdi Bismillah (səh.18).
Poemanın bir
gözəlliyi də ondadır ki, müəllif təsvir etdiyi hadisələrə, söylədiyi fikirlərə
öz daxili hisslərini hopdurmağı bacarır. Göstərir ki, Əliş artıq 44 yaşına çatıb.
İstedadının şöhrəti Moskva Knyazına qədər gedib çatmışdır. Knyaz ilk olaraq
daşdan imarət qurdurmaq üçün elçilərini Şirvanşah Şeyx İbrahimin üstünə
göndərib ondan izin istəyir. Şirvanşah Şeyx İbrahimin tərəddüd içində
qaldığını görən Kərəmli Şeyx İbrahim Əliş təklifi dəyərləndirməyi xahiş edir və
sonda Əlişin getməsinə razılıq verilir. İmarətin (“Kərəmli Qalası”nın və ya
Kremlin) tikilərək başa çatması müqaviləsini dörd ilə imzalasalar da, üç il üzərində
tamamlanmasına çalışan Əlişin qalacağı mənzil Annanın evi olacaqdı. Əlişin
zil qara saçları, şəvə bığ-saqqalı, boy-buxunu, xoşhal, gülərüz sifəti Annanı
sanki məst edir.
Zil qara
saçları, şəvə bığ-saqqal,
Boy-buxun yerində, sifəti xoşhal.
Zirəklik, çeviklik işdə məharət,
Annanı büsbütün
eyləmişdi məst…
Aşkarda, gizlində
olmuşdu kölgə,
Zirəklik,
çeviklik işdə məharət (səh.25).
Artıq memar Əliş
imarəti tamamlamışdır. Ancaq Knyazın içinə şübhələr toxumu səpilmişdir. Ona
görə ki, Əliş belə bir bənzəri olmayan imarətdən bir başqasını da tikə bilər.
Son qərara gəlir ki, Əlişin başı bədənindən ayrılmalıdır.
Şübhə toxumları
düşdü qəlbinə,
Qorxdu tay tikilə
onun “Kreml”inə…
Düşünüb, daşınıb
verdi qərarı,
Dedi: – “Sabah
yola salaq memarı”.
Tapşırdı bir gözəl
məclis qurulsun,
Sonunda memarın
boynu vurulsun… (səh.26).
Z.Ustac Memar
Əlişin faciə dolu ölümünü və Annanın dəlilik dərəcəsinə çatdığını və sonda ölümünü
çox mahir qələm fırçasıyla gözəl təsvir edir. Faciə dolu mənzərini belə mənalandırır:
Anna saçın yolub
verdi yellərə,
Getdi ibadətə
qürbət ellərə…
Məzarı başına gələrək
hərdən,
Hədiyyə gətirdi
güldən, çiçəkdən…
Uzun zaman oldu
çəkdilər həsrət,
Bir-birin
duymayıb etdilər söhbət…
Vüsal da var
imiş demə qismətdə,
Bir gün
anlaşdılar qəfil söhbətdə…
Hər dəfə Annaya
yazıq deyənlər,
Cansız bədənini
yolda gördülər… (səh.29).
Zaur Ustacın
yaradıcılıq uğurlarından biri də Əliş və Annanı ölümsüzləşdirməsidir. Yəni
başqa bir aləmin varlığına çevirməsidir.
Əlişin başına gələn faciələr və Annanın uzun müddət çəkən iztirabları,
nəhayət, sona çatır, onların ruhları azad-sərbəst olduqdan sonra qovuşurlar. Bu
axirət səadətini – həyatın davam etməsini şair özünəməxsus bir poetik dillə
oxucusuna çatdırır. Qəmli hekayəni nikbin və ya optimist sonluqla bitirir. Qəhrəmanlar
sadəcə sözün əsl mənasında dünyalarını dəyişirlər, həyat isə davam edir:
İndi həmin yerdə
hər il qumrular,
İyunda, iyulda nəğmə
oxurlar… (səh.29).
Kövrək bir əhvalat
haqqında Zaur Ustacın hekayəsi oxucuya dərin təsir bağışlayır. Bu real hadisədə
həyat qanununa çevrilən məhəbbətin, eşqin aydın təcəssümü verilmişdir. Yaxşı əməl,
xeyirxahlıq, mənəvi saflıq, hikmət dolu sözlər və s. yüksək sosial-əxlaqi məzmunlu
məsələlərin də poemaya daxil edilməsi məqsədəmüvafiqdir.
Z.Ustac “Əliş və
Anna” adlı tarixi poemasında qeyd etdiyimiz kimi, ümumiləşdirmələri ruh yüksəkliyilə
aparmışdır. Çünki keçmişə baxaraq tariximizi öyrənmək hər bir vətəndaşın borcudur.
Sürücü irəliyə hərəkət etmək üçün avtomobilin yan güzgüsüdən arxaya baxmalı
olduğu kimi, millət də inkişaf etmək, bəşər mədəniyyətinə töhfələr vermək,
imzasını imzalar içində görmək üçün öz keçmişini, soykökünü öyrənmək, tarixini
bilmək məcburiyyətindədir. Bunsuz təşəkkül, inkişaf və tərəqqi yoxdur. Zaur
Ustac da bu tarixi əsəri yazmaqla öz keçmişinə, soykökünə sadiqliyini bir
daha sübut etmişdir.
Ümumiyyətlə,
Zaur Ustacın elm, ürfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiymətləndirməyi
bacarmaq kimi fikirləri də vardır ki, bunların ciddi elmi-tədqiqata ehtiyacı
var.
Kamal CAMALOV,
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Dünya malı, bu dünyada qalandı, Süleymanın hekayətin sal yada. Kimi qurdu, kimlər çapdı, taladı Elə qazan, elə ye ki, bal dada. * * * Canfəşanlıq, fitnə-fəsad faydasız, Tamahkarlıq, hiylə, büsat faydasız, Riyakarlıq, qorxu, həsəd faydasız, Şirindil ol, yeri gəlsə, al “qada”. * * * Ustac desin, bircə kəlmə, dinlə sən, Adəm bura niyə gəldi, biləsən, Həmən yerdi– cəza yeri, anla sən, Rəvamıdır, verə ömrü, mal bada!?
zərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist, şair-publisist Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatı keçirildi. Tədbiri filologiya üzrə elmlər doktoru, folklorşünas İslam Sadıq açraq bu gün tanınmış və istedadlı şair Qələndər Xaçınçaylının ”Dəyişmirik” adlı yeni kirabının işığına yığışdığını dedi: “Sözügedən kitaba son dövürlərdə qələmə aldığı şeirləri və “Dəyişmirik” poeması daxil edilib.
Müəllif müasirlərinin və eləcə də bütövlükdə yeni dünya adamının düşüncə aləminə nüfuz etməyə çalışır. Bu aləmdə duyduqlarını poetik sözə çevirir. Q. Xaçınçaylının poeziya dili rəvan və aydındır. Fikirləri başadüşülən, qavranılandır, O, şeirlərində publisistikada olduğu kimi, öz oxucuları ilə birbaşa danışa bilir. Qələndərin özü kimi şeirləri də saf və bütövdür. Onun yaradıcılığının əsas qayəsini Qarabağ dərdi, yurd həsrəti. bu gün işğal altında qalmış doğulduğu Ağdam yanğısı təşkil edir. Bir sözlə, Qələndər vətənpərvər şairdir”.
Ədəbiyyatşünas, tənqidçi alim Qurban Bayramov söylədi ki, Qələndər Xaçınçaylı Kolanı elində doğulub, böyük bir nəslin övladıdır: “Babası Behbud kişi müsavatçı olub. Ona “Kolanı Behbud” deyə müraciət edərdilər, çox qorxmaz kişi olub. Rus imperiyasına, bolşeviklərə qarşı vuruşub. Azərbaycan Cümhuriyyətinin yaradılmasında bir cəsur döyüşçü kimi, o kişinin də böyük xidmətləri olardı. Erməni daşnakları onun adından qorxardılar. Qələndər də babası kimi mərddir, istedadlı şairdir. Keçən əsrin 80-ci illərindən ədəbiyyata gəlib. Qələndər Xaçınçaylı öz yazılarında aktual mövzulara, düşündürücü problemlərə toxunur, milli-mənəvi dəyərlərin carçısı kimi çıxış edir. Şeirlərində də belədir. O həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələlərə toxunsun… Qələndər Xaçınçaylı bütün varlığı, ruhu ilə şairdir. Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Mən Qələndərin Azərbaycan Respublikası Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr elədiyi “Güllə işığında” povestinə ön söz yazmışam. Hadisələr 20 Yanvar qırğını günlərində və erməni işğaıçıları ilə Qarabağda gedən bölgələrində cərəyan edir. Çox gözəl bir əsərdir. Qələndərin yaradıcılığının böyüklüyü ondan ibarətdir ki, müasirliyi ilə seçilir, köhnəlikdən çox uzaqdır, yaradıcılığına yenilik gətirib. Real hadisələrdən yazır. Həyatda olan insanlardan yazır, adlarını da olduğu kimi göstərir. Bu da hər bir oxucuda xoş təəssürat yaradır.
Bir sözlə, səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi şairin yaradıcılığının ana xəttini, mənəvi qatını rəşkil edir”.
Onu da qeyd edək ki, təqdimatda professor Qurban Bayramov çox şirin və munis söhbəti, qəlbəyatımlı nitqi ilə Natəvan klubunda Qarabağ əhval-ruhiyyəsi yaratdı. Qurban müəllim Qələndər Xaçınçaylının yaradıcılığını təhlil etməklə yanaşı, tariximizə, mənəvi dəyərlərimizə də toxunaraq, yaxın-uzaq keçmişə qayıtdı, əzəmətli və möhtəşəm məkanı – Ağdamı gözlərimizin önündə canlandırdı. Şuşadan söhbət saldı, Xan əmini xatırladı, sanki bir daha hansı yurdu erməni tapdağında qoyduğumuzu bizlərə bəyan etdi…
Söz adamlarından Ramiz Məmmədzadə, Allahverdi Eminov, Musa Ələkbərli, Hikmət Xudiyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin,Təranə Məmməd, Maşallah Məftun, Zaur Ustac, Sərvaz Hüseynoğlu və başqaları Qələndər Xaçınçaylının yaradıcılığından söz açdılar, şeirlərinin özəl xüsusiyyətlərini qeyd etdilər.
Sonda şair – publisist Zaur Ustac yazarlar adından Qələndər Xaçınçaylıya “Vintsas” mükafatını təqdim etdi.
Olduqca maraqlı və digər analoji tədbirlərdən xüsusi ab-havası ilə fərqlənən məclis (bütün çıxış və söhbətlər, demək olar ki, Qarabağ, Vətən mövzusu üzərində qurulmuşdu) Qələndər Xaçınçaylının şeirlərindən nümunələr səsləndirilməsi ilə başa çatdı. Kitablar imzalandı, xatirə şəkilləri çəkdirildi.
HÜRRİYYƏT Min şükür hürriyyət ocağımız var, Kölgəlik bir fidan ağacımız var… Ey uca Yaradan Sən qoru bizi, Daim, qaim eylə hürr elimizi. Binə çadırları daş otaq eylə, Özün bu ulusu min budaq eylə… Nə qədər xalqlar var yox bir mətəsi, Çoxunun dili yox kəlmə ötəsi… Bizim söykənəcək dayağımız var, Hələ yol alacaq oylağımız var…
===============================
حورریی یه ت مین شوکور حریت اوجاقیمیز وار, کؤلگه لیک بیـر فیـدان آغاجیمیـزوار… ای اوجا یارالدان سه ن قورو بیـزی, داییم , قاییم ائیله حورر ائلیمیزی. بینه چادیرلاری داش اتاق ائیله, اؤزون بو اولوسو؛مین بوداق ائیله… نه قه ده ر خالقلار وار یوخ بیـر مه ته سی, چوخونون دیلی یوخ کلمه اؤته سی… بیـزیم سؤی که نه جه ک دایاغیمیـز وار, حه له یول آلاجاق,اویلاغیمیـز وار…
Foto 14 may 1993- cü ildə Yaşmada Azərbaycanın ilk yaradılan XTT-da Hərbi And İçmə günü çəkilib. Nisbətən hündür əsgər, İbrahimov Zaur (Balaxanıdan), digər əsgər isə Zaur Ustac
Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.
Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.
Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.
Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.
Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.
Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:
A ilə Ana deyə, Aləmə səs salırıq. Azərbaycan sözünü, A ilə başlayırıq.
Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.
Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:
Asan bir sual verim, İnan, yoxdur beləsi. Üçdən iki çıxanda Söylə qalır, neçəsi?
Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.
Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.
“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.
Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.
Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.
Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.
Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.
Taleh XƏLİLOV, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Şurasının üzvü
Ağzındakı söz olmasa, Ürəyində köz olacaq… Dediyin söz düz olmasa, Boğazında qoz oacaq… * * * Ağız dilə dar olarsa, Düz əyriyə yar olarsa, Haqq nahaqdan xar olarsa, Silinməyən iz olacaq… * * * Məncə yox, bundan betəri, Dəyər, hamıya xətəri, Heç nəyə baxma ötəri, Yatağında biz olacaq… * * * Dünyanın ən acı dərdi, Sındırıbdı, neçə mərdi, Hamı dinmədikcə, mərddi, “Quş uçurtsa, qaz olacaq…” * * * Ağızda söz gəvələmək, Ən acı dərd, böylə bilək, Nəsimidən alaq örnək, Ustac desə, az olacaq… 05.04.2018. Bakı.
“AİLƏDAXİLİ MÜNASİBƏTLƏR, ANA VƏ UŞAQ MƏSƏLƏLƏRİ BARƏDƏ İSTƏDİYİNİZ TÖVSİYƏLƏRİ ALA VƏ TƏCRÜBƏLƏRİ BÖLÜŞƏ BİLƏRSİZ. UNUTMAYIN Kİ, ƏN YAXŞI VƏ TƏSİRLİ DƏRMAN SÖZDÜR. BİZ SÖZLƏ MÜALİCƏ EDİRİK…” Müəllif: Zaur Ustac
Salam, dostlar və əziz ziyarətçilər… Bu əlimdə gördüyünüz kitab Xalid Hüseynin “ÇƏRPƏLƏNG UÇURAN” romanıdır kitabxanamda özünəməxsus yeri olmasına baxmayaraq məhz onunla “GƏL KİTABIMIZI DƏYİŞƏK” kampaniyasına start verirəm. Kim istəsə öz kitabxanasından istənilən kitabla dəyişə bilərəm. İstəyən bir çayımı içib qonaq olar, istəməyən də Metro İnşaatçıların yanında “AĞ ÇİÇƏYİM” restoranının qarşısında sadəcə kitabları dəyişə bilərik. Beləliklə ilboyu fasiləsiz olaraq davam edəcək Zaur Ustacın kitabxanasından “GƏL KİTABIMIZI DƏYİŞƏK” #gəlkitabımızıdəyişək#gəldəyişəkoxuyaq kampaniyasına başladıq. Xeyirli-uğurlu olsun…a