ZAUR USTAC 2020-NİN İLK SEİRİ

EVCİK-EVCİK OYUNU

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Yadımda, uşaq vaxtı evcik-evcik oynardıq,

Boyunbağı, gah təsbeh, hərdən muncuq olardıq,

Xəzəl pulla bazardan sucuq-mucuq alardıq,

Heç indiki uşaqlar oynamır evcik-evcik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Ata, ana olardıq, heç kim uşaq olmazdı,

Taxıl biçib, yığardıq, yerdə başaq qalmazdı,

Milis-milis olanda kimsə  duşaq vurmazdı,

Baxıram uşaqlara, ruhları çilik-çilik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Hakim-hakim olanda, dustaq olmurdu, heç kim,

“Məllim-məllim” olanda şagird olmurdu, heç kim,

Kıx-kıx vaxtı gələndə, düşmən olmurdu, heç kim,

Eyni səfi tutardıq, durardıq, muncuq-muncuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Arzular konsertinə hər gün bilet alardıq,

Nə vaxt, necə istəsək, vəzir, padşah olardıq,

Kimi hara istəsə vəzifəyə qoyardıq,

Səksənərdik yuxuda, dodaqlar uçuq-uçuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Uşaq oynamır deyə böyüklər girib bəhsə,

Biri çıxır dam üstə, biri girir qəfəsə,

Yazı, yayı, payızı hamı nəfəs-nəfəsə,

Boyunlar yoğunayıb, əllərsə sucuq-sucuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Padşah-padşah oyunu dəb düşüb indi yaman,

Yekələrin hamısı istəyir olsun  əyyan,

Sobaçı da olan var,  odunçuya yox güman,

Cin gəzirlər odunu daşısın qucaq-qucaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Yaxşı ki,  İvan dayı səsin çıxartmır hələ,

Həyətində  böyüklər  oynayırlar əl-ələ,

“Məhlədə” başqa qonşu onları sevmir belə,

Ustac da  od daşıyır onlara sıcaq-sıcaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

01.01.2020 (03:23 – 14’) Ümid qəsəbəsi.

Müəllif: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac Yeni İl Şənliyində

ZAUR USTACDAN BAYRAM TƏBRİKİ:

Salam, doğmalar, yaxınlar, dostlar, tanışlar və çox dəyərli ziyarətçilər Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edir, həyatda ən gözəl nemət olan can sağlığı, bütün işlərinizdə yeni-yeni uğurlar arzu edirəm!!! Uğurlarınız bol olsun!!! Deyin, gülün, şənlənin!!!

Hörmətlə: Zaur Ustac

Qeyd:

Ustac.az və Ok “Zaur Ustac Yeni İl Şənliyində” adlı cizgi filmini təqdim edir:

https://www.youtube.com/watch?v=zG_GPqnAMAc

Mənbə: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Bakı ş. Metro İnşaatçılarda yeni binada 3 otaqlı mənzil satılır

METRONUN ÜSTÜNDƏ TƏMİRLİ 3 OTAQLI MƏNZİL SATILIR:

Bakı şəhəri. Metro İnşaaatçıların üstündə – Ağçiçəyim restoranı ilə üzbəüz yeni binada üç otaqlı səksən dörd kvadrat metr mənzil satılır. Otaqlar üçü də ayrı-ayrı və hamam-tualet də ayrı-ayrıdır. Mənzil on dörd nərtəbəli binanın doqquzuncu mərtəbəsindədir. Iki lift, qaz və mərkəzi istilik sistemi var. Mənzil əşyaları və bütün avadanlıqları ilə birlikdə satılır. Bakı şəhəri 20 nömrəli məktəbin yanında bir və ya iki otaqlı mənzili olan şəxslərlə üstü nağd ödənmək şərti ilə dəyişdirilə bilər (20 nömrəli məktəb dedikdə köhnə Şüşəli bazarın ətrafı, Apelasiya məhkəməsində məktəbə – MOİK – ə qədər olan ərazi və Vergilər nazirliyindən Milli Təhlükəsizlik nazirliyinə qədər olan geniş bir ərazi nəzərdə tutulur). Əlaqə: mob. və vatsap: 070-390-39-93 Zaur. Vasitəçilər mükafatlandırılacaq. QİYMƏTİ: 158 000 AZN. Razılaşmaq olar.

Əlaqə: mob. və vatsap: 070-390-39-93 Zaur. Vasitəçilər mükafatlandırılacaq. QİYMƏTİ: 158 000 AZN. Razılaşmaq olar.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kərim Tahirov “Ziyadar” mükafatına layiq görüldü

Azərbaycan Milli  Kitabxanasının direktoru, professor Kərim Tahirov  “Nəsimi ili”nə töhfə olaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından İmadəddin Nəsimi fundamental biblioqrafiyasının nəşri olan, ” İmadəddin Nəsimi. Biblioqrafiya” kitabının işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatına layiq görülüb. Mükafat kitabın təqdimat mərasimində “Yazarlar” jurnalının Baş redaktoru şair – publisist Zaur Ustac tərəfindən təqdim olunub.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ə HƏRFİNİN ŞEİRİ

Ə və L

Ələklə  xəlbir,

Girmişdi bəhsə.

Lələkdən fayda,

Görməyib kimsə.

Mürəkkəb gülüb,

Girişdi bəhsə.

Lələyi belə,

Üzməsin kimsə!

VACİB MƏLUMAT: ANALAR ÜÇÜN

MƏKTƏBƏQƏDƏR HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

İBTİDAİ SİNİFLƏR ÜÇÜN HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

Müəllif: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseynbala Mirələmov “Ziyadar” mükafatı aldı

Tanınmış yazıçı-publisist, professor Hüseynbala Mirələmov Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində “Son səfər” kitabının işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatına layiq görülüb. Mükafat kitabın təqdimat mərasimində “Yazarlar” jurnalının Baş redaktoru şair – publisist Zaur Ustac tərəfindən təqdim olunub.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

T HƏRFİNİN ŞEİRİ

T və Ə

Ətə, qəndə, düyüyə

Bilin, ərzaq deyirlər.

Güclü, sağlam  olanlar

Tərəvəz çox  yeyirlər.

VACİB MƏLUMAT: ANALAR ÜÇÜN

MƏKTƏBƏQƏDƏR HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

İBTİDAİ SİNİFLƏR ÜÇÜN HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

Müəllif: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada təqdimat

Bu gün – 24 dekabr 2019 cu il tarixində – Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxana birgə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povestinin,  Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından professor Kərim Tahirovun elmi redaktorluğu ilə nəşr olunmuş “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabının və “İmadəddin Nəsimi–650” Elektron məlumat bazasının təqdimat mərasimini keçirib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli  Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında bu gün təqdimatı keçirilən kitabların əlamətdar günə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini söyləyib və ölkə rəhbərinə xoş arzularını ifadə edib. İmadəddin Nəsiminin ədəbi irsinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyən Prof. Kərim Tahirov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə UNESCO səviyyəsində Nəsiminin 600 illik yubileyinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2017-ci ildə, Parisdə UNESCO-nin baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi İncəsənət Festivalının, o cümlədən 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən respublikamızda və onun hüdudlarından kənarda Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə  həsr olunmuş geniş miqyaslı tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını, böyük mütəfəkkir İmaddən Nəsiminin Azərbaycan şairi kimi dünyada tanıdılmasında xüsusi rolu olduğunu qeyd edib.

Prof. Kərim Tahirov çıxışında qeyd edib ki, “Nəsimi ili” çərçivəsində böyük mütəffəkkirin zəngin ədəbi irsini əks etdirən nəfis tərtibatda kitablar nəşr olunub, o cümlədən Milli Kitabxana tərəfindən “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi üzrə dünyanın bır sıra ölkələrindən İmadəddin Nəsiminin 30-a yaxın əlyazmaları, eyni zamanda Nizami Gəncəvinin 3 əlyazmasının surətləri əldə edilib və orijinallığı qorunaraq nəfis tərtibatda çap edilib. Bu layihənin davamı olaraq Sankt-Peterburqda olan Azərbaycanın görkəmli şəxsiyyətlərinin əsərlərinin nadir nüsxələri, qiymətli əlyazmalarının və digər materialların, o cümlədən klassik Azərbaycan yazıçı və şairlərinin əlyazmalarının və XIX-XX əsrin əvvəllərində çap olunmuş dövri mətbuat materiallarının araşdırılaraq siyahısının tərtib olunmasına başlanılıb. Professor çıxışında Milli Kitabxana tərəfindən eyni zamanda “Nəsimi ili”nə töhfə olaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından İmadəddin Nəsimi fundamental biblioqrafiyasının nəşr edildiyini və “İmadəddin Nəsimi–650” elektron məlumat bazasının hazırlanaraq geniş ictimaiyyətə təqdim edildiyini söyləyib.

Prezident İlham Əliyevin doğum günündə belə təqdimatın keçirilməsini yüksək qiymətləndirən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu gün ölkə başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Tədbir iştirakçıları adından ölkə başçısını təbrik edən nazir 2019-ci ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirib.

Ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini deyən nazir 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğunu bildirib. Qeyd edib ki, ümummilli liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii film çəkilib, metro və rayon şairin adına adlandırılıb, onun əsərləri ana dilində kütləvi çap olunub.

Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən Mədəniyyət naziri ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin daha geniş şəkildə tədqiq və təbliğ olunduğunu söyləyib.

Əbülfəs Qarayev deyib ki, “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir. “Nəsimi ili”nə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də təqdim olunacaq. Həmin gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub. “İmadəddin Nəsimi. Biblioqrafiya”sının hazırlanmasını “Nəsimi ili”nə dəyərli töhfə hesab edən nazir vurğulanıb ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti də xüsusi yer tutur.

Daha sonra İmadəddin Nəsimi haqqında qısa film nümayiş edilib.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, “Nəsimi ili” çərçivəsində təkcə AMEA-da 30-a yaxın kitab çap olunub və həmin kitablarda Nəsiminin yaşadığı dövrdən və özündən sonrakı nəsillərə nüfuz edən fəlsəfi ideyaları öz əksini tapıb. Akademik çıxışında onu da qeyd edib ki, Azərbaycan xalqının ölməz humanist şairi İmadəddin Nəsimiyə həsr olunmuş bu kitabların gələcək nəsillərə ərmağan olacaq və nə qədər ki, Azərbaycan xalqı var, Nəsimi bu gün də, sabah da yaşayacaq.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında İmadəddin Nəsiminin zəngin yaradıcılığından söhbət açaraq, onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənəvi mənliyinin dayandığını  qeyd edib. Akademik onu da qeyd edib ki, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı əsərlərin müəllifi olan Nəsiminin yaradıcılığını dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Milli Məclisin deputatı, professorHadı Rəcəbli, “Azərbaycan qəzeti”nin baş redaktoru, Milli Məclisin deputatıBəxtiyar Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoy və prof. Rüstəm Kamal  çıxış edərək Seyid İmadəddin Nəsiminin zəngin ədəbi irsindən geniş söhbət açaraq, Nəsiminin böyük söz sənətkarı və mütəfəkkiri olaraq, bir çox türk xalqlarının ədəbiyyatı və poeziya dilinə güclü təsir göstərdiyini söyləyiblər. Natiqlər Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya”sını fundamental nəşr adlandırıb, eyni zamanda Hüseynbala Mirələmovun “Son səfər” povestində şair-mütəfəkkir Nəsimini hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və real kamil insan kimi təsvir edildiyini bildiriblər.

Yazarlar adından tədbirin gedişi zamanı şair – publisist Zaur Ustac tərəfindən müəlliflərə “Ziyadar” mükafatı təqdim edilib.

Daha sonra Milli Kitabxananın “Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən hazırlanmış “İmadəddin Nəsimi–650” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.

Gənc şair Sevindik Nəsiboğlu İmaddədin Nəsimiyə həsr etdiyi şeiri ifa edib.SondaYazıçı-publisist, professor Hüseynbala Mirələmov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasının kollektivinə təşəkkürünü bildirib. 

TƏDBİRDƏN FOTOLAR:

Fotoqraf: Fərrux Səfəroğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PAYIZ ŞEİRİ

PAYIZ

Dəyir meyvələr,

Payız olanda.

Soyur havalar,

Payız olanda.

= = = = =

Əsir küləklər,

Payız olanda.

Yağır yağışlar,

Payız olanda.

VACİB MƏLUMAT: ANALAR ÜÇÜN

MƏKTƏBƏQƏDƏR HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

İBTİDAİ SİNİFLƏR ÜÇÜN HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

Müəllif: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

N HƏRFİNİN ŞEİRİ

N və T

Natiq tutdu Tofiqi

Əlində tapançası.

Tofiq təslim olmuşdu

Yer yox idi qaçası.

VACİB MƏLUMAT: ANALAR ÜÇÜN

MƏKTƏBƏQƏDƏR HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

İBTİDAİ SİNİFLƏR ÜÇÜN HAZIRLIQ: Tel: (+994) 70-390-39-93 

Müəllif: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru