Zöhrə Qaraqızı

Zöhrə qaraqızından bir şeir

ŞAİRİN

Könlü bir ümmandı dənizdi, bilsən,
Üzməsin kəlməsi sizi şairin.
Dərdini, qəmini onunla bölsən,
Səninlə ağlayar gözü şairin.

Əsirlərdən gələr şairin səsi,
Qayalar parçalar odlu nəfəsi.
Sönməzdir,çağlayar,coşar həvəsi,
Qəlblərə məlhəmdi sözü şairin.

Özünü Vətənin zərrəsi sanar,
Ulu Yaradanı hər zaman anar.
Müqəddəs sevgiylə alışar, yanar,
Tükənməz qəlbinin közü şairin.

Zöhrənin dilində layla, bayatı,
Ulu Tanrıdandı sözdən sovqatı.
Yerlə göy arası olur həyatı,
Tanrı vergisidir özü şairin.

08.10.2019.

Müəllif: ZÖHRƏ QARAQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru