Etiket arxivi: S

SADIQ QARAYEVİN “SARVANSIZ ZAMANLAR” ADLI HEKAYƏ VƏ ESSELƏRDƏN İBARƏT 3- CÜ KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Sadıq Qarayevin kitabı

Sadıq Qarayevin “Sarvansız Zamanlar” adlı hekayə və esselərdən ibarət 3- cü kitabı işıq üzü görmüşdür (472 s.). Kitaba Akademik İsa Həbibbəyli ön söz, Professor İsmayıl Kazımov rəy yazmışdır.

SADIQ QARAYEVİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMİMİYYƏT VƏ ƏDƏBİYYAT

Xəyalə SEVİL – yazar, şair.

XƏYALƏ SEVİL İLƏ MÜSAHİBƏ

1.Şeirlərinizdən birində yazırsınız ki, gördüm yaman darıxıram, dedim bir azca dərd çəkim, darıxmaqla dərdin kəsişdiyi yolda özünüzü harada görürsünüz?

Mən ömrüm boyu darıxıram. Mənim darıxmağım İlahi darıxmaqdı, xəyali darıxmaqdı – səbəbsiz. Kimin üçün?, nədən ötrü? – darıxdığımı bilmədən. Bir şeyi davamlı təkrarlayanda həmin şeyə vərdiş etməli olursan, zamanla. Mən darıxmağa vərdiş etmişəm, deyəsən. Darıxmasam, yaza bilmirəm.

2. Şeirləriniz sanki bir nikbinlik notu üstündə köklənib dediyiniz o dərd sizə unutdura bilibmi darıxmağınızı.

Bütün şeirlərim ruh halımla bağlıdı. Həmin an necə hiss edirəmsə, o cür yazıram. Amma maraqlı hal odur ki, həmin hissin müddəti şeiri yazıb bitirincədi. Yəni, şeiri bitirəndən sonra həmin duyğulardan azad oluram. Məsələn: darıxıb şeir yazıramsa, yazıb bitirəndən sonra təskinlik tapıram, hətta darıxmıram.

3. Sizi belə nədir darıxdıran məsafələrdən aslılıqmı yoxsa elə bu bir xəyali darıxmaqdır…

Suallardan üçü darıxmaq mövzusundadı. Demək ki, şeirlərimdən daha çox bu hiss duyulur.

4. Yaratdığınız hər hansı bir obrazda özünüzü görmüsnüz və ya belə deyək özünüzü hər hansısa bir obrazda görmək istəmisiniz…

Mən heç yaşamadığım duyğunun şeirini yazmamışam. Şeirlərimdəki obraz özüməm. Ancaq şeirlərdən kənara çıxsaq, mən çox xəyal quran biriyəm və qurduğum xəyalların nə vaxtsa gerçəkləşəcəyinə mütləq inanıram, gözləyirəm. Hərdən darıxmağımın səbəbini də məhz həmin gözləməklə bağlayıram.

5. Nəsr sizi düşündürüb şeirlə ifadə etmək istədiyinizi nəsrlə ifadə edəsiniz?

Bir neçə hekayə yazmışam, çap olunub. Tamamlamadığım povestim var. Mən nəsri sevirəm, amma sırf təhkiyə üsulunu yox, bədii nəsri sevirəm. Ona görə də nəsrə məsuliyyətlə yanaşıram.

6. Yazdıqlarınız sizi qane edir??

İnanın səmimiyyətimə ki, şeirlərim haqqında heç bir dəfə də mənfi rəylə rastlaşmamışam. Sözü tanıyan adamlardan təqdir görmüşəm. Bu təbii, xoş haldır. Ancaq mən kiminləsə hesablaşan biri də deyiləm. Hamı şeirimi tərifləsə də, qəbul etməsə də mənim fikrim dəyişməyəcək. Mən öz sərhəddimi bilirəm. Belə deyək, öz qədərimi bilirəm. Heç vaxt da özümü sübüt etməyə çalışmamışam.

7. Ən çox mütailə etdiyiniz əsərlər hansılardır maraqlıdır.

Son zamanlar oxuduqlarımı deyim: “Ceyn Eyr”, “Qaranlıqda şərqi deyənlər”. Əslində təsadüflərə inanmıram, amma nə hikmətdirsə, hər iki əsərdə aralarında xeyli yaş fərqi olan insanların böyük məhəbbəti əsas mövzu kimi qeyd olunub. Qəribədir ki, son zamanlar ardıcıl oxuduğum kitablar bunlardır və mövzu üst-üstə düşür.

8. Gözəllik sizin üçün nə ifadə edir ədəbiyyat və gözəllik siz ədəbiyyatın xəyaləsisiniz yoxsa ədəbiyyatın xəyaləsi sizsiniz.

Estetik zövqümü həmişə nəzarətdə saxlayıram. Bu, deyəsən, anamın sayəsində qazandığım vərdişdir ki, olduğum hər yerdə səliqə və gözəllik yaratmağı sevirəm. Getdiyim yerlərdə də gözəllik axtarıram. Belə deyək, gözəl təqdimatı sevirəm. Ancaq daxilən iddialı biri olsam da, iddiami dilimə gətirməyi sevmirəm. Məncə bəzi şeylər dilə gəlməməlidi, öz böyük yerində – ürəkdə qalmalıdı. Ədəbiyyat üçün hansı anlamı ifadə etdiyimi deməyəcəyəm, amma ədəbiyyat mənim həyat tərzimdi, öz-özümlə söhbətimdi. Hansısa gün gündəlik qayğılarla məşğul olub öz düşüncələrimə vaxt ayıra bilmirəmsə, həmin günü boş, yaşanmamış hesab edirəm.

9. (Sevili) özünüzə təxəllüs götürmüsünüz Cəfər Cabbarlının qəhramlarından birinin adı da sevildir bu sevilin o sevillə bir əlaqəsi var…

Sevil adını əvvəla feil kimi sevirəm. “Xəyalə, Sevil” – deyirəm özümə. Sevil həm də qızımın adıdı, ancaq qızımın adı olmamışdan əvvəl dünyasını dəyişmiş, üzünü görmədiyim qaynanamın adı idi. Yoldaşıma olan hörmət və qızımın olacağına, adını Sevil qoyacağıma şəksiz inam sayəsində təxəllüs götürmüşəm.

10. Son günlər nələr yazmısınız hansı mövzular sizi düşündürür bizimlə paylaşa bilərsiniz.

Son zamanlar duyğuların ağlılla idarə edilməsi, reallıq, daxilən olmasa da, real həyatda zəmanəylə ayaqlaşmaq düşündürür məni. Ona görə də son şeirlərim çılğın deyil, daha sakit, oturuşmuş, təcrübəli və məncə, ağıllıdı.

11. Son olaraq bir sözlə özünüzü necə ifadə edərdiniz??

ANA! Bu ad mənim həm məsuliyyətimdi, həm xoşbəxtliyim. Bütün yaşanmışlıqlar bir yana, əgər dünyadan gedəndə övladlarımı istədiyim kimi görəcəyəmsə, demək, xoşbəxt ana ömrü yaşamışam.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

XƏYALƏ SEVİLİN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZDIM… – SEYMUR SÖNMƏZ

Seymur Sönməz (Paşayev) – şair.

SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ
Məni dərd içində qoyub getmisən,
Sirrini hər yana yayıb getmisən.
De, bəlkə kiməsə uyub getmisən?
Mənim lal həsrətim dağdan da iri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Səni səsləyirəm hər addımbaşı,
Niyə ətəyindən tökmədin daşı?
Hələ də qurumur gözümün yaşı,
Bilmirəm ölüyəm, yoxsa ki, diri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
İndi üzü dönmüş bəxtə nə deyim,
Bu eşqi de, necə vəsf edim, öyüm?
Hardasa çatdımı sənə gileyim,
Bildinmi, baş alıb gedəndən bəri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Qaçdın gözlərimin yuxusu kimi,
Qəfildən bulandın axar su kimi.
Puç oldum bir ömrün arzusu kimi,
Ötüb-keçən anlar dönərmi geri –
Sinəmin ağrıyır sən olan yeri!

TOXUNMA DUYĞULARIMA
Geç olar ox çıxıb,gedirsə yaydan,
Yüz il ömür sürsə düzəlməz nadan,
Qoy yatsın oyatma şirin yuxudan,
Sən canın toxunma duyğularıma.!
* * *
Nə olsun əhdinı,andını danıb,
Məndə qalaq-qalaq izləri qalıb,
Könlumü qırdığın yadıma salıb,
Sən canın toxunma duyğularıma.!
* * *
Dönük bir sevginin olmaz əlacı,
Hər şirin vusalın,sonluğu acı,
Tənəli baxışı atıb qıyğacı,
Sən canın toxunma duyğularıma.
* * *
İndi yadlar kimi kənar olmuşuq,
Nəmli kipriklərdən axar olmuşuq,
Bəlkə lap əzəldən elə buymuşuq,
Sən canın toxunma duyğularıma.

AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ
Qürbət eldə sevdim, sirdaşım oldu,
Həm çiçəkli yazım, həm qışım oldu.
Bəs, niyə çevrilib göz yaşım oldu,
Danıb öz əhdini, unutdu məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Ərşə qalxan kimi naləm-harayım,
Döndü qəm-kədərə hər günüm, ayım.
Qəfil əldən getdi qismətim-payım,
Bilmirəm heç niyə tez atdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Axırda bildim ki, yoxmuş vəfası,
Gözümdə zülmətə döndü səfası.
Dağdan da ağırmış demə cəfası,
Vara-dövlətəmi o, satdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir vaxtlar gözünün sildim yaşını,
Bahara çevirdim qarlı qışını.
Bəs, niyə üstümə çəkib “qoşunu”,
Aldada-aldada fırlatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Seymurun qəlbini tutmadan dilə,
Neçə arzusunu çevirdi külə.
Niyyəti nəyimiş, bilmirəm hələ,
Dilim gəlmir deyəm, yaşatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir quru salamla xatirə oyat,
Hərdən yoxuma gəl,başımı aldat,
Demirəm bir yolluq qəlbindən sök ,at,
Sən canın toxunma duyğularıma.

TALESİZ QADIN
Halına ürəkdən yanıram sənin,
Üstündən çəkilmir dumanın-çənin.
Sığışmır qəlbinə dağ boyda qəmin,
Döndünmü köləyə əlində yadın –
Puç oldu hər anın, talesiz qadın?!
* * *
De, niyə bəxtindən yarımadın sən?
Sevginlə bilikdə qarımadın sən.
Bir körpə saçını daramadın sən,
Qaldın arasında suyunan odun –
Bağlandı hər yanın, talesiz qadın!
* * *
Zülmətdə qərq oldu arzun-diləyin,
Nanə yarpağıtək əsdi ürəyin.
Baş əydin hökmünə acı küləyin,
Doyunca duymadın sevincin dadın –
Sızladı hey canın, talesiz qadın!
* * *
Hər yetən gəc baxdı üzünə sənin,
Elə hey qar yağdı izinə sənin.
Dərd-qəm kölgə saldı gözünə sənin,
Tənə yeri oldu tərsin-avandın –
De, varmı ünvanın, talesiz qadın?!

ÜRƏK OĞRUSU
Mən nankor sevgindən necə söz açım?
Necə söhbət edim ürək dolusu.?
Fikrinlə yaşarkən haraya qaçım?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Nə unuda billəm, nədə ki, ata,
Dolanıram dərdə mən bata-bata,
Nə idi günahım axı dünyada?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Əhdini danaraq andını pozan,
Sözü söz eyləyib kəlməni yozan,
Tərk edib getməyin bu qədər asan,
Söylə ?
Məni məndən edən ürək öğrusu .!
* * *
Sən getdin, sinəmdə sızladı qəlbim,
Artdı yoxluğunda, çoxaldı dərdim
Ömrümə bəs niyə gəlmişdin mənim?
Söylə!
Məni məndən edən ürək oğrusu!
* * *
Seymuru tərk etdin yol yarısında,
İnləyir bitən bu eşqin yasında,
Axtarım dünyanın bəs harasında?
Söylə-
Məni məndən edən ürək oğrusu.

GƏLMƏ
Qara saçlarıma qarlar ələnmiş,
Həyatın sınağı yaman çətinmiş,
Qamətim bükülmüş,qəddim əyilmiş,
Çarəsiz halımı biləndə gəlmə.!
* * *
Qaysaq bağlayıbdı qəlb mamırlanıb,
Xəyalım yıxılıb,uçub talanıb,
Gördüyün bənizdən əsər qalmaıb,
Anam göz yaşımı siləndə gəlmə.!
* * *
Yazdım necə kərə cansız kağıza,
Söz oldum dillərə,düşdüm ağıza,
Bir zaman vurğundum, yaza,payıza,
Ağac yarpaqların tökəndə gəlmə.!
* * *
Üstümə üstümə gəlir,zaman il,
Silə bilirsənsə,gəl qəlbimdən sil,
Mənim təbiətim dəyişkən deyil,
Nadanlar halıma güləndə gəlmə.
* * *
Bu yolda nə çəkdi,nə çəkdi Seymur,
Etmədi bir kərə,etmədi qürur,
Gəlirsən indi gəl,son arzum budur,
Gözlərim yumulub öləndə gəlmə.!

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏHƏRRƏM SEYİDOV

KAPİTAN SEYİDOV
(…ölümündən sonra Mayor…)
Məhərrəm Məcnun oğlu Seyidov 1966-cı ilin 1 mayında Ermənistan Respublikasının Amasya rayonun Əzizbəyov (Qaraçanta) kəndində anadan olub. 1973-1983-cü illərdə Əzizbəyov (Qaraçanta) kənd orta məktəbində oxuyub. Məktəbdə oxuduğu illər ərzində Cüdo-Sambo ilə məşğul olub. Cudo-Sambo üzrə İdman Ustasıdır. Gənclər arasında Ermənistan çempionu olmuşdur. 1984-1988-ci illərdə Ukraynanın Donestk Ali Hərbi Məktəbində hərbi biliyin sirlərinə yiyələnib. 1987-ci ildə kecirilən Hərbçilər arasında Cüdo yarışında Ukrayna çempionu olub. 1988-1992-cü illərdə SSRİ- nin Saratov Samara Ulyanski olan Hərbi hissələrdə Tağım və Bölük komandiri və Qərargah rəisi kimi xidmət edib. 1994 cü il Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov vətənə olan borcunu layiqincə qaytardı. Donetskdə ali hərbi təhsil almışdır.
Cüdo və sambo üzrə Ermənistan SSR çempionu idi.
Azərbaycanda müharibə başladığı zaman 1992-ci ildə qəhrəmanımız Şövkət Hacıyevanın çıxışındakı “Mən xaricdə qulluq edən Azərbaycan oğulların müraciət edirəm. Bu gün ki, gündə Azərbaycanın onlara ehtiyacı var. Əgər bu günki gündə kim gəlməsə Azərbaycan torpağında gəzmək onlara haramdır”sözlərini eşitdikdən sonra ərizə yazaraq Azərbaycana göndərişini tələb edir. 1993-cü ilin Yanvar ayında Səfər Əbiyevin vasitəsi ilə Baş Leytenant kimi 704 saylı briqadanın tərkibində olan 741 saylı hərbi hissənin Tabor komandiri ilə vəzifəsinə başlayır. Bundan sonra o Kapitan olaraq 741 saylı Hərbi Hissənin komandiri vəzifəsinə təyin olunur. 741 saylı Hərbi hissə Ağcabədidə olarkən erməni işğancılarının Beylaqana hücum edib Binəqdi Taboru darmadağın olduqdan sonra Göytəpə polkunun 1-ci taboru Ağcabədidən gəlib Beyləqanı müdafiə edir. Bundan sonra Ali Baş Komandan “Eşq olsun Qəhrəman Prişib polkuna ” söyləyərək ona təşəkkür elan edir. Müdafiə Nazirnin əmri ilə 888 saylı Hərbi Hissəyə təyin olunur. Qusarda olan hazırlıqlardan sonra Tərtərin müdafiəsi üçün General-Mayor Elburus Orucun xidmətinə verilir. 1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində Hərbi Hissə komandiri olaraq ön cəbhədə döyüşərkən ağır yaralanır. Əsgəri Pərvizlə birlikdə sürünərək xəndəyə gizləniblər ki, erməniyə girov düşməsinlər. Bunu eşidən Elburus Orucov şəxsən özü iştirak etməklə bütün Korpusa döyüş əmiri verir. Kapitan Seyidovun yaralı və ya meydini gətirilməsini tələb edir. Mayın 3-ü əsgərlərdən biri kapitanı qanaxmadan ölü vəziyyətdə tapır. 5 may 1994- cü ildə II Fəxri Xiyabanda dəfn olunur. Qarabağ müharibəsində komandirlik etdiyi hərbi hissənin əsgərləri qəhrəmancasına onunla birgə döyüşən və həlak olan iki əsgərin Pərviz Hüseynov və Asif Novruzovun məzarı da onunla yanaşıdır. Ölümündən 32 gün sonra Mayor rütbəsi təsdiqlənir . O cümlədən ölümündən sonra H. Əliyevin 16 Sentyabr 1994-cü il qərarı ilə “Azərbaycan Bayrağı” ilə təltif olunur.
Ruhuna Fatifə:


Tərtibatçı:
 Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru