Etiket arxivi: Y

AŞIQ ABBASƏLİ NƏZƏROV

AŞIQ ABBASƏLİ NƏZƏROV

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur.

Azərbaycan aşıq sənətinin aparıcı qolu, sütunu Göyçə aşıq məktəbidir desək, yanılmarıq. Dəfələrlə ədəbiyyatşünaslar müxtəlif yazılarında bu məktəbin rolunu dəyərləndirmiş, yüksək qiymət vermişlər. Aşıq yaradıcılığının tədqiqatçılarından olan Elxan Məmmədli “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı” adlı məqaləsində yazır: “Azərbaycan aşıq poeziyasını Göyçəsiz təsəvvür etmək mümkünsüzdür. Poetik yaradıcılığın saz ahəngli qüdrətli nümunələrini yaradan Göyçə sənətkarları zəngin aşıq irsimizin əlçatmaz ustadları kimi həmişə diqqət mərkəzində olmuşlar.” [1,s.3] Bu məktəbin təşəkkül tapmasında və inkişafında Ağkilsə, Ağbulaq, Ardanış, Nərimanlı, Böyük Qaraqoyunlu, Kiçik Məzrə, Qızılvəng, Yarpızlı, Zərkənd və başqa kəndlərin ön sıralarında  Daşkənd sənətkarlarının da yeri danılmazdır. Belə ki, Daşkəndin adını şöhrətləndirən onlarla aşıq və şair Göyçə aşıq məktəbində sazı və sözü ilə tanınmış, bu məktəbin inkişafında layiqli yer tuta bilmişlər. Təkcə Aşıq Ələsgərin ən sevimli şəyirdlərindən olan, erməni daşnakları tərəfindən belinə odlu samovar bağlanaraq öldürülən Aşıq Nəcəfin və Azərbaycan aşıq sənətində dastançı aşıq kimi məşhurlaşan, “Aşıq Alının Türkiyə səfəri” dastanının ifaçısı Aşıq Hacının adlarını çəkmək kifayətdir ki, Daşkənd sənətçilərinin Göyçə aşıq məktəbində yeri və mövqeyi bəlli olsun. Daşkənd kəndinin aşıq və şairləri haqqında tərəfimizdən zaman-zaman araşdırmalar aparılmış, elmi və publisistik məqalələr yazılmış, mətbuatda nəşr olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin müəllifinin hələ 2008-ci ildə “Daşkənd aşıqları və şairləri” adlı kitabı “Nurlan” nəşriyyatında çap edilmişdir.

Ənənəmizə sadiq qalaraq bu dəfə də Daşkənd kəndində doğulan aşıqlardan biri – Abbasəli Nəzərov haqqında oxucuları məlumatlandırmaq fikrindəyik.

Öncə onu bildirək ki, Aşıq Abbasəli Nəzərov haqqında yazılı mənbələrdə demək olar ki, məlumat verilməmiş, yazılanlar isə çox səthi və azdır. Belə ki, aşığın adına ilk rast gəldiyimiz mənbə tədqiqatçı alim Ziyəddin Məhərrəmovun “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” mövzusunda yazdığı namizədlik dissertasiyası  oldu. Dissertasiyanın “Sənətkarların sənət şəcərəsinə aid siyahı və folklor xəritəsi” adlı əlavələr bölməsi var. Alim bu bölmənin “XX əsrdə Göyçə mahalında yazıb-yaradan aşıqlar və el şairləri barədə geniş məlumat” başlıqlı hissəsinin 10-cu sırasındakı Daşkənd kəndinə aid cədvəlin 6-cı sətrində yazır: “Aşıq Abbasəli Hüseyn oğlu; 1916-1995; Bərdədə vəfat edib” [2,s.132]. Z.Məhərrəmovun verdiyi bu informasiyada yalnız aşığın adı və atasının adı doğrudur. Doğum tarixi, vəfat tarixi və vəfat yeri haqqında aşağıda daha düzgün və dolğun məlumat verəcəyik.

İkinci məlumatı isə hələ biz 2011-ci ildə Yarpızlı Aşıq İslam haqqında araşdırma apararkən müəyyən etmişdik. Belə ki, sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Göyçə aşıq məktəbi” adlı məqalələr silsiləsində Aşıq Hacı haqqında yazırdı: “Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. …Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, – sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! – A.O.K.) imiş.

Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir”. [3] Biz o zaman “Filologiya məsələləri” elmi toplusunda bu fikirlərə aşağıdakı kimi şərh vermişdik: “Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.” [4,s.351] Qeyd edək ki, 2011-ci ildəki bu açıqlamamızdan bir neçə ay sonra İkinci Dünya müharibəsində həlak olan və itkin düşən Daşkəndlilər ilə bağlı ətraflı araşdırmamız oldu. Məlum oldu ki, Aşıq Ziyad heç də 1917-ci ildə yox, 1911-ci ildə doğulubmuş [5; 6,s.645]. Biz 2008-ci ildə aşığın təvəllüdünü qohumlarının söyləmələrinə əsasən yazdığımızdan yanlışlığa yol vermişik [7,s.85].

Aşıq Abbasəli Nəzərov haqqında yuxarıda yazdıqlarımızdan əlavə olaraq bir neçə digər kitab və məqalələrdə də dastançı aşıq kimi məşhur olan Aşıq Hacı Bayramovun ilk ustadı kimi xatırlanır, 1945-ci ildə ona bir il ustadlıq etdiyi qeyd olunur [8,s.199; 9,s.143; 7,s.133]. Aşıq Abbasəli Nəzərovun haqqında bəzi məqalələrdə isə yalnız ad, soyadına rast gəlinir, Daşkənd kəndində belə bir aşığın da olduğu yazılır [10,s.119; 11,s.107].

Biz “Daşkənd aşıqları və şairləri” kitabında Aşıq Abbasəli Xəlilovun həyatı haqqında bilgi verərkən onun ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslamın, həmçinin Daşkəndli Aşıq Abbasəli Nəzərovun da ustadı olduğunu yazmışdıq [7,s.67]. Adı çəkilən kitabı yazarkən Aşıq Abbasəli Nəzərovun doğmaları ilə əlaqə saxlaya bilmədik. Ona görə də onun haqqında kitabdakı digər aşıq və şairlər kimi daha geniş məlumat vermək mümkün olmadı. Hər iki Abbasəlinin ustadından söz düşmüşkən onu da vurğulayaq ki, biz “Filologiya məsələləri” elmi toplusunda belə bir cümlə də yazmışdıq: “Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır” [4,s.351]. Yuxarıdakı ifadəmizdə ilk dəfə olaraq Aşıq Abbasəli Nəzərovun doğum və vəfat tarixini səhih yazmış olmuşduq.

Yeri gəlmişkən, yuxarıda iki müxtəlif Aşıq Abbasəli adları çəkdik. Oxucularda çaşqınlıq yaranmasın deyə buna aydınlıq gətirmək yerinə düşərdi. Çünki bəzən onlar dəyişik salına, yaradıcılıqları bir-birinə qarışa bilər. Ona görə də bu sahənin tədqiqatçıları diqqətli olmalıdırlar. Məhz bu üzdən biz bu aşıqların adlarını çəkərkən mütləq soyadlarını da yazırıq. Daşkənd kəndində iki Aşıq Abbasəli olub. Boylarına görə biri uzun, digəri isə gödək idi. El-obada onları fərqləndirmək üçün çox vaxt Abbasəli Xəlilova “Uzun Abbasəli”, Abbasəli Nəzərova isə “Gödək Abbasəli” deyərdilər. Bu ənənə tarixən Göyçə kəndlərinin bir çoxunda eyni adlı insanları fərqləndirmək üçün bu və ya digər formada çox istifadə olunurdu. Hətta bu bədii ədəbiyyata, poeziyaya da sirayət etmişdir. Məsələn, İsrail Şairov Daşkənd sənətkarları haqqında yazdığı şeirdə də bu ənənəvi adlandırmadan istifadə etmişdir:

Abbasəlim uzun, gödək,

Aşıq Novruz sinədə tək. [7,s.277]

Aşıq Abbasəli Pirnəzərlilər (Pirnazarlılar) nəslində dünyaya gəlib. Pirnəzərlilər nəslinin ulu babalarının əslən Sulduz mahalından olduqları söylənilir. Bizə adı məlum olan Pirnəzərin Həsən (Hasan), Cəlil və Hüseyn adlı üç oğlu olub. Həsənin övladları: Abbas, Alı, Mirsəqulu, Hüseynqulu, Rzaqulu, Çəmən; Cəlilin övladları: Elbəyi, Səmər, Mehbalı, Xıdır; Hüseynin isə övladları Elyaz, Yəmən və Abbasəli (bu yazıda haqqında danışacağımız aşıq) olublar.

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur [12; 13; 14]. Aşıq Abbasəli Nəzərov ana tərəfdən Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir. Belə ki, onun anası Zinyət Məmmədhüseynin böyük oğlu Kərbəlayi Məhəmmədin qızıdır [15,s.19].

Aşıq Abbasəli 1939-cu ildə Basarkeçər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır [12]. Xidmətini başa vurub qayıtdıqdan bir müddət sonra Böyük Vətən müharibəsi başlayır və 1941-ci ilin sonlarında Basarkeçər RHK-ğı tərəfindən orduya səfərbər olunur. SSRİ Müdafiə Nazirliyinin arxivlərində saxlanılan və hal-hazırda “obd-memorial.ru” saytında paylaşılan sənədlərdən aydın olur ki, Abbasəli Nəzərovun xidmət etdiyi 30-cu İrkutski atıcı diviziyanın 35-ci atıcı alayı 1941-ci il dekabr ayının 5-də Alman qoşunları tərəfindən bütünlüklə əsir götürülmüşdür [13; 14]. Bir neçə aylıq əsirlikdən sonra ya azad olunmuş, ya da əsirlikdən qaçaraq azad ola bilmişdir. Bundan sonra 15 mart 1942-ci ildən döyüşlərdə tağım komandiri kimi xidmət etmişdir. O, əsasən Moldaviyada, Rostov-na-Donuda döyüşlərdə iştirak edir. 15 noyabr 1942-ci ildə döyüş zamanı yaralanır. Müalicə olunduqdan sonra – 1942-ci ilin dekabrında ordudan tərxis olunur [16]. Müharibədən qayıtdıqdan sonra Daşkənd kənd orta məktəbində hərbi müəllim işləmişdir. Qeyd edək ki, Azad Ozan Kərimli də Aşıq Hacı Bayramovun söylədiklərinə əsasən Aşıq Abbasəli Nəzərovun əsirlikdə olduğunu, 1945-ci ildə qayıdıb gəldiyini qeyd etmişdi [3]. Bizim gəldiyimiz nəticəyə görə  Abbasəli Nəzərov 1942-ci ilin dekabrında ordudan tərxis olunub. Azad Ozan Kərimli isə 1945-ci ildə əsirlikdən qayıtdığını yazır. Bu məsələ hələlik açıq qalır və qəti söz demək çətindir.

Abbasəli Nəzərov müharibədə iştirakına görə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (09.05.1966), “İgidliyə görə” medalı (08.06.1967) [12], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.03.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (29.08.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) [17], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (19.05.1988) ilə təltif olunmuşdur [18].

Aşıq Abbasəli 1953-cü ilin may-iyun aylarında həmkəndliləri ilə birlikdə Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur. 1979-cu ilədək Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Naftalan şəhərinə köçməli olmuşdur. 5 iyun 1992-ci ildə Naftalan şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur [18].

Aşıq Abbasəli Nəzərov Abutel Paşa qızı ilə ailə həyatı qurmuş, Fərzəli (Əhliman), İman, Səmədvurğun (Səməndər), Mehmandar, Kamandar, Ədalət adlı altı oğlu, Sarıtel, Tahirə və Rahilə adlı üç qızı olmuşdur.

Abbasəli uşaqlıqdan saza, musiqiyə, sözə maraq göstərmişdir. Doğulduğu ailənin hər iki tərəfi el sənətkarları olmuşlar. Əmisi Cəlilin oğlu Mehbalı dövrünün mahir qara zurna ifaçısı kimi məşhur sənətkarlardan olmuşdur. Onun da taleyi həmkəndlisi Aşıq Nəcəfinkinə bənzəmiş, xain erməni xislətinin qurbanı olmuşdur. Bu gün də Daşkəndlilərin dilində el misalına çevrilən “Ölsəm də, dü də demərəm” sözü Mehbalıdan qalıb. Belə ki, təxminən 1939-cu ildə Mehbalı şərə düşmüş, bir oğurluq hadisəsində günahlandırılaraq Kəvər türməsində saxlanılırmış. Türmənin rəisi bir gün Mehbalıya təklif edir ki, İrəvandan türməyə gələcək generalın qarşılanmasında zurna ifa etsin və bunun müqabilində azad olunsun. Mehbalı üzdə razı olsa da, fikrində onu aldadaraq qarşılanma məqamında nə qədər təkid etsələr də zurnanı ifa etməmiş və belə demişdir: “Gavır köpək oğlu, türk oğlu sizi şənləndirməz. Ölsəm də, dü də demərəm”. Qeyd edək ki, Mehbalı elə bir mahir ifaçı imiş ki, dağın döşünə yayılıb otlayan qoyun-quzu onun ifasının səsinə yanına toplaşarmış. Sonralar Daşkənddə Məcid Şıxəliyev və Zamaxan Qəhrəmanov da belə bir istedadlı sənətkar olacaq, Mehbalının ifaçılıq məharətini təkrarlaya biləcəkdilər.

Əvvəldə də vurğulamışdıq ki, Aşıq Abbasəli Nəzərovun anası Zinyət XIX əsr Azərbaycan şairi Məmmədhüseynin  nəvəsidir. İrsi olaraq istedadın Abbasəliyə ötürülməsi heç də təəccüblü deyil. Aşıq Abbasəli sənətə başladığı ilk illərdə balabançılıq da etmiş, Aşıq Səfiyarın əvvəlcə balabançısı olmuş, sonralar səsinin də yaxşı olduğundan aşıqlığa üstünlük vermişdir. O, sənət yoldaşlığı etdiyi həmkəndliləri Aşıq Ziyad,  Aşıq Əli Şairov, Aşıq Abbasəli Xəlilov, Aşıq Səfiyar kimi nəhənglərlə ayaqlaşa bilmiş, bəzən onlardan da üstün olmuşdur. Aşıq Abbasəli Nəzərov Aşıq İslam Yarpızlı kimi ustad aşığa şəyirdlik etmişdir. Özü isə Aşıq Hacı Bayramovun ilk ustadı olmuş, sazın-sözün incəliklərini – belə demək mümkünsə, əlifbasını ona öyrətmişdir.

1953-cü ildəki məlum köçürülmədən sonra Aşıq Abbasəli Nəzərov aşıqlığını Bərdə rayonunun Yeni Daşkənd kəndində davam etdirmişdir. Bərdə rayon mədəniyyət evinin üzvü olmuş, respublika tədbirlərində fəal iştirak etmişdir. O 1961-ci il 27 apreldə keçirilən Azərbaycan Aşıqlarının III qurultayının iştirakçısı olmuşdur. Qurultay sonrası çəkilən və o illərdən xatirə kimi saxlanılan nadir fotoşəkili də Aşıq Abbasəlinin ailə albomundan əldə etmişik. 1970-ci illərdə Aşıq Abbasəlinin bacısı Yəmənin oğlu, balaban və qara zurna ifaçısı Əjdər Qədirov Yeni Daşkənd Mədəniyyət evinin direktoru idi. Bu mədəniyyət evinin üzvlərinin respublika tədbirlərində fəal iştirakına görə hətta Bərdə rayon Yeni Daşkənd Mədəniyyət evinin direktoru Qədirov Əjdər Papır oğluna 24 may 1978-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir [19].

Sirr deyil ki, şair və aşıqlar dağlara, yaylaqlara daha çox bağlı insan olurlar. Hətta dağlıq ərazilərdə arana nisbətən söz sahibləri çoxluğu ilə həmişə seçilir. Aşıq Abbasəli Nəzərov da üç ay yayı Kəlbəcərin və Göyçənin füsunkar gözəllikləri ilə insanı valeh edən, dağların qoynunda yerləşən kəndlərində keçirmişdir. Göyçənin Sarı bulağı, Tərsə dağı, Hacı Qurban yaylağı, Kəlbəcərin Sarı yeri, İstisuyu, Zülfüqarlısı, Taxta yurdu onun saz sinəsində seyrangahı olardı. Belə günlərin birində – 1955-ci ildə Aşıq Abbasəli Nəzərov Kəlbəcərin İstisu kurortunda Səməd Vurğunla görüşür. Görüşdə Şair Məmmədhüseynin nəticəsi olduğunu Xalq şairinə bildirmiş, şirin söhbətlər etmiş, şeirləşmişlər. Həmin görüşdən təsirlənən aşıq “Xoş gəldin” və “Vurğuna” adlı şeirlər də yazmışdır [20,s.4]. Sonralar Aşıq Abbasəli bu görüş haqqında dönə-dönə söhbətlər edər, Səməd Vurğunla görüşündən qürur duyardı. Aşıq Abbasəlinin doqquz övladından dördünün adı tanınmış aşıq və şair adları (İman, Səmədvurğun, Kamandar, Ədalət) olması da onun aşıq sənətinə nə qədər bağlı olduğunun bariz nümunəsidir.  

Aşıq Abbasəli Nəzərov mənim xatirimdə həm də bir nüansı ilə daha çox xatırlanır. Onun səliqə-sahmanlı geyimi, üzünün həmişə təraşlı olması, çəkmələrinin  bərq vuran parıltısı çox diqqətçəkici idi. O, toylarda, el məclislərində  aşıq geyimində olar, özündən əvvəlki aşıqlıq ənənələrini yaşadar, oturuşu- duruşu, ədəb-ərkanı ilə gənc sənətkarlara nümunə olardı.

Aşıq Abbasəli Nəzərov sonralar Naftalan şəhərinə köçərək orada yaşayırdı. Aşıq Göyçə, Kəlbəcər, Bərdə  ədəbi mühiti ilə əlaqələri kəsmədən burada da bölgənin aşıq və şairləri ilə sıx təmasda olur, el-oba şənliklərində aktiv iştirak edirdi.

Aşıq Abbasəli Nəzərov ifaçı və yaradıcı aşıq olaraq Göyçədə tanındığı kimi, XX əsrin ikinci yarısında Bərdədə, Naftalanda, Tərtərdə, Goranboyda, Kəlbəcərdə daha çox tanındı. Şair və aşıqlarla sənət yoldaşlığı etdi. O, Şirvan aşıqlarından Şakir Hacıyev, Bəylər Qədirov, Göygöldən Aşıq Məhərrəm Hacıyev, Goranboyun Balakürd kəndindən balabançı Binnət, Səfikürd kəndindən balabançı Kərəm, Qızılhacılı kəndindən balabançı Cəmil, Aşıq Saleh (Göyçəli), Tapqaraqoyunlu kəndindən Bisavad Teymur, Tərtərin Qaradağlı kəndindən balabançı Şavağat, Kəbirli kəndindən Aşıq Qaçay, Kəlbəcərdən Aşıq Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Qardaşxan, Balabançı Salman, öz həmkəndlilərindən balabançılar Əjdər, Əli, aşıqlar Abbasəli Xəlilov, Novruz Şairov, Hacı Bayramov, Nuriddin İsgəndərov ilə tərəf müqabili oldu.

İfaçılığı zamanı repertuarında daha çox Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Həsən Xəyallı, İsmixan, Alqayıt, Sərraf Şiruyə, şair Səfər, Sücaət,  Bəhman Vətənoğluna yer verər, onların şeirlərini oxuyar, “Baş sarıtel”, “Orta sarıtel”, “Ruhani” aşıq havalarını ifa edərdi. O həmçinin “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz” dastanlarından da ayrı-ayrı parçaları el şənliklərində xüsusi şövqlə ifa edərdi. Aşıq Abbasəli Nəzərov ifaçı olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Hələlik aşığın 10 şeirini əldə edə bilmişik. İnanırıq ki, onun hələ neçə-neçə şeir nümunələrini də əldə edib çapına nail olacağıq.

***

Aşıq Abbasəli Nəzərovun əmisi Hasan kişi haqqında da bu məqalədə bəzi məqamlara toxunmaq istərdik. Pirnazar oğlu Hasan toylarda, el şənliklərində məclisin şux keçməsi, maraqlı və baxımlı olması üçün oynamağı, toybəyiliyi və müəyyən şən hərəkətlər etməsi ilə də yaddaşlarda qalıb. Onun iştirakçısı olduğu toylar xüsusi folklor ənənələri (at yarışı, şax oynatmaq və s.) ilə seçilərmiş.

Aşıq Ələsgərin aşağıda verdiyimiz “Qoymadı” rədifli qoşmasının ikinci bəndində adı çəkilən Hasan məhz Aşıq Abbasəli Nəzərovun əmisi Pirnazar oğlu Hasandır.

…Yar çıxdı qarşıma yaman halımda,

Gözüm qaldı o bimürvət zalımda.

Söynalı başını qoydu yolumda,

Hüseyn pəl vurdu, Hasan qoymadı.[21,s.19].

Şeir haqqında “Aşıq Ələsgər” kitabının “Qeydlər” bölümünün 6-cısında yazılır: “Şeirdə adı çəkilən Söynalı Aşığın şəyirdi, Hüseyn isə zurnaçı imiş. Hər ikisi Göyçənin Çaxırlı, Hasan isə Daşkənd kəndindən imiş.” [21,s.175]. Şeirdən və qeyddən də anlaşılır ki, Hasan kişi Aşıq Ələsgərin də aşığı olduğu toylarda, məclislərdə olub. Pirnazar oğlu Hasanın Aşıq Ələsgərlə aralarında olan bir əhvalata da aydınlıq gətirməyimiz labüd görünür. Belə ki, bu əhvalat bir çox hallarda yanlış söylənilir, dinləyicilər və oxucular arasında anlaşılmazlığa səbəb olur. Öncə Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanından mövzu ilə bağlı bir hissəyə də diqqət yetirək:

“Aşıq Ələsgər Daşkənd kən­dində Hacı Kə­ri­min oğlu Mux­tarın toyuna aşıq çağırıl­mışdı. Şəyirdi Əsədlə üç gün, üç gecə çaldılar, oxudular. Toyun üçüncü gecəsi Aşıq Ələs­gərə dövran yığmışdılar. Çoxları da aşığın dövranına toğlu, ke­çi, çəpiş yazılmışdı. Səhər aşıq gedəndə qabağına qata­caydılar” [22.s,351]. Dastanın müəllifi Nəcəfin məhz həmin toyda şəyirdliyə götürüldüyünü də təfsilatı ilə yazmışdır. Toyun üçüncü gününün səhərisi Aşıq Ələsgərin yola salınması dastan dilində belə nəql olunur:

“Bəli, əzizlərim, səhəriniz xeyirliyə açılsın, elə ki, səhər açıldı, Allahverdi kişi Nəcəfin pal-paltarını qoltuğuna verib, özüynən bərabər Hacı Kərimin qapısına gəldi. Hacı Kərim aşığın dövranına yığılan toğluların yanındaydı. Bir azdan Aşıq Ələsgər də, Əsəd də, qapıya çıxdılar. Allahverdi kişiyə, Nəcəfə sabahın xeyr dedilər. Bu arada, haradansa, Pirnazaroğlu Hasan da gəlib çıxdı.

Baxdı kı, aşığın dövranına çəpiş verən də var. Dedi, – Aşıq Ələsgər, ayıb olar Daşkənddən Ağkilsəyə çəpiş apa­rasan. Çəpiş mənə qalsın, sənə bir toğlu verim. Aşıq Ələs­gər, “sağ ol” deyib, razılığını bildirdi. Hasan kişi getdi, bir azdan atın qucağında toğlunu gətirib aşığın toğ­lu­la­rı­na qatdı. Aşıq Ələsgər camaatla görüşüb, hey­van­ları da Əsəd­lə Nəcəfin qabağına qatıb yola düşdü. Yol boyu on toğ­­lu bir yana oldu, Hasan verən toğlu bir yana, nə hey­­vanlara yaxınlaşdı, nə yolnan düz getdi, ağzı hara dü­­şür­dü qaçırdı. …Səhər Əsəd­lə Nəcəf oyandılar ki, Ələsgər kişi heyvanı sürüyə qatır, amma Hasan verən toğ­lu getmir. Ora-bura qaçır. Çox çalışdılar, mümkün ol­madı, naəlac qalan Aşıq Ələsgər toğlunu gətirib hörüklədi. Bu minval ilə bir həftə gəldi keçdi, ancaq ki, toğlu hörükdə qaldı Ələsgər kişi istədi toğlunu geri qaytarsın, fikirləşdi ki, düzgün çıxmaz. Nəcəfi çağırdı:

– A Nəcəf, hazırlaş, get bir evinizə baş çək, gəl. Pir­na­zar oğlu Hasana da bir tapşırığım var, onu da çatdır. Nəcəflə Əsəd işi başa düşdülər. Nəcəf dedi, Ələsgər əmi, ha­zıram, nahar eləmişəm. …Aşıq Ələsgər Hasana deyəcək tapşırığı Nəcəfə dedi. Gö­rək necə dedi. Biz deyək, eşidənlər xoşbəxt olsun.

Bizdən salam olsun, ay Hasan qardaş,

Əzəl başdan səhv eylədin bu işi.

Toğlun dəli çıxıb, getmir qoyuna,

Göndər gəlsin bizim ala çəpişi…” [22,s.352-353]

Pirnazar oğlu Hasanla bağlı olan bu əhvalata Abbas Vəfadağlı da “Ulu Göyçəm”  adlı kitabında yer vermişdir. Böyük Qaraqoyunlu kənd sakini Rzayev Məşədi Mürsəl Əhməd oğlunun söhbəti əsasında müəllifin qələmə aldığı “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” adlı yazısında oxuyuruq. O yazır:

“Günlərin bir günü kəndə səs yayılır ki, bəs deməzsənmi, Aşıq Nəcəfın oğlunun sünnət toyudur. Bozalqanlı Aşıq Hüseyn başının dəstəsi ilə gəlir kəndə, atları birbaşa sürürlər Aşıq Ələsgərin həyətinə.” [23,s.279]. Abbas Vəfadağlı dastan-əhvalat janrlı yazısında Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin görüşünü, söhbətlərini, bir-birilərinə şeir demələrini də qeyd etdikdən sonra davam edir:

“Sünnət toyu yaylaqda, Tərsə dağında keçirilir. Bu yaylaqda olan on səkkiz çoban sürülərini vururlar çəpərlərə. İtləri açırlar, özləri də gəlirlər məclisə. Ancaq, qonaq-qara o qədər çox olur ki, çobanlara yer çatmır. Aşıq Nəcəf irəli durur, əyləşənlər arasında olan qohumlarına xahiş eləyir ki, durub çobanlara yer eləsinlər. Çobanlar əyləşirlər və nəmər olaraq, Allah qoysa, oğlaqqıranda on səkkiz toğlu gətirəcəklərini bildirirlər.

Aşıq Nəcəf deyir ki, a kişi, heç nə lazım deyil, keçin əyləşin, ürəyiniz istədiyi kimi yeyin-için. Bu toy dağların toyudu, dağların da yiyəsi, xeyir-bərəkəti, varı-dövləti sizsiniz.

Deyilənlərə görə, yaylaqda gözəl bir sünnət toyu baş tutur. Kirvə isə aşıq Hüseynin qohumu Bozalqanlı Ələs olur.” [23,s.281]. Müəllif dastan-əhvalatda 1919-cu ildə Göyçədə baş verən hadisələri, Səməd ağanın və Aşıq Nəcəfin faciəli ölümlərini də yazdıqdan sonra sonluğu belə bitirir:

“İlqar-iman, çobanlar, həqiqətən də oğlaqqıranda toğluları yığırlar. Daşkəndli Şahnəzər kişi deyir ki, mənim nəmərliyə layiq toğlum yoxdu, mən çəpiş verəcəm. Çobanlar razılaşmırlar ki, söz danışıqdan keçər, biz toğlu söz vermişik. Şahnəzər də gətirib toğlu verir. Amma, iş elə gətirir ki, toğlu dəli çıxır. Aşıq Ələsgər zarafat eləmək üçün götürüb çobanlara belə bir ismarıc göndərir:

Başına döndüyüm, Şahnəzər qardaş,

Əzəldən pis qurdun, vallah, bu işi.

Toğlun dəli olub sürüyə getmir,

Göndər gəlsin bizim ala çəpişi.” [23,s.282]

Əvvəla onu bildirim ki, Daşkənddə Pirnazar oğlu Hasan başqa, Şahnazar oğlu Hasan isə başqa bir şəxsdi. Başqa-başqa nəsillərdəndilər. Sadəcə adları eyni, ata adlarında isə oxşarlıq var. Abbas Vəfadağlı Pirnazarla Şahnazarı səhv salır. Müəllif şeiri də Şahnəzərə (!) müraciətlə verir. Halbuki şeir Pirnazarın oğlu Hasana yazılıb. İkincisi isə Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin söylənilən tərzdə görüşü də mübahisə obyektidi. Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn məlum sünnət məclisində görüşərkən toyda ağsaqqal kimi iştirak ediblər, aşıq kimi yox. Toyun aşığı da Aşıq Əsədlə Aşıq Qurban olub. Hətta həmin görüşə Bozalqanlı Aşıq Hüseyn bir neçə nəfərlə, özü də sazsız gəliblərmiş. Bu barədə Aşıq Talıbın xatirələrindən də ətraflı məlumatlanlamaq olar [24,s.523]. Üçüncüsü də çəpiş əhvalatı olanda Nəcəf hələ şəyirdliyə götürülürdü, heç evlənməmişdi. Digər bir məsələ də odur ki, Aşıq Nəcəfin oğlunun sünnət toyuna verilən nəmərlik toğluya və ya keçiyə Aşıq Ələsgər niyə şeir yazmalıydı ki? Əhvalatlar yazılarkən təəssüf ki, dəqiqləşdirmə aparılmamışdır. Ona görə də ciddi qüsurların olduğu göz önündədir. Məhz bu səpkili yanlış məlumatlar haqlı olaraq oxucular və tədqiqatçılar arasında çaşqınlığa səbəb olur. Hətta onu da qeyd edim ki, “Şahnazarlılar tayfasından Şahnazar oğlu Hasan kişi 17 il kəndin (Daşkəndin – A.Y.) koxası olmuşdur” [11,s.103]. Elə bu səbəbdən də onun bu əhvalatın iştirakçısı olması inandırıcı görünmür. Daha doğru olanı əvvəldə verdiyimiz Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanındakı variantdır.

İstifadə edilmiş ədəbiyyat:

1.Elxan Məmmədli, “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı”, Aşıq Talıb, “Könlüm Vətən arzular”, Bakı, “Elm və təhsil”, 2013.

2.Ziyəddin Məhərrəmov, “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (namizədlik dissertasiyası), AREA Ədəbiyyat İnstitutu, Bakı, 1997.

3.Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi” (məqalələr silsiləsi). // http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=144

4.Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Filologiya məsələləri” elmi toplusu, №2, 2011.

5.Мамедов Зият Мадрович // https://obd-memorial.ru/html/info.htm?id=85431906 

6.Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M (Mu…-N). RXKR, Bakı, 2011.

7.Araz Yaquboğlu, “Daşkənd aşıqları və şairləri”, Bakı, “Nurlan”, 2008.

8.Tərlan Göyçəli, “Göyçə aşıq məktəbi”, Bakı, “Göytürk”, 1998.

9.Məhərrəm Bədəlov, “Aşıq Hacı oxuyanda…”, Aşıq Hacı Göyçəli, “Mənim sazlı, sözlü dünyam”, Bakı, “Zərdabi LTD” MMC, 2008.

10.Xasay Zeynalov, “Göyçəsiz günlərim”, Bakı, “Nurlan”, 2006.

11.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, “Başı dumanlı Göyçə”, Bakı, “E.L.”, 2007.

12.Назаров Аббосали Гусейн-оглы // https://pamyat-naroda.ru/heroes/podvig-nagrada_kartoteka1273960005/

13.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=50232141

14.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=63684932

15.Daşkəndli Şair Məmmədhüseyn, “Yatıb oyanmaz, oyanmaz…”, Bakı, “Nurlan”, 2005.

16.Goranboy RHK-nın 18.06.1991-ci il tarixli, 4/643 nömrəli arayışı

17.Назаров Аббасали Рустам-оглы (mənbədə ata adı səhv yazılıb) // https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_yubileinaya_kartoteka1512702006/

18.Araz Yaquboğlu. “Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları”, “goyce.az” saytı, 09.05.2021. // http://goyce.az/news.php?id=1739

19.Respublikanın mədəniyyət və maarif idarələri işçilərinə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24.05.1978-ci il tarixli fərmanı // http://www.anl.az/down/he_serencamlar.pdf

20.“Səməd Vurğunla Aşıq Abbasəlinin deyişməsi”, “Naftalan” qəzeti, 19 may 2014.

21.Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər. (tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgərov), Bakı, “Yazıçı”, 1988.

22.Şiruyə Həsənoğlu. “Ağlama, bülbül, ağlama”, “Gəncə” nəşriyyatı, 1994.

23.Abbas Vəfadağlı. “Ulu Göyçəm”, Bakı, “Renessans”, 2017.

24.İslam Ələsgər. “Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn haqqında rəvayət” və mənim başıma gələn hekayət. // Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgər), Bakı, “Şərq-Qərb”, 1999.

Müəllif: Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

AŞIQ ABBASƏLİ NƏZƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ÜŞÜYƏN“ OCAQ… – LEYLA YAŞAR

Leyla YAŞAR

“Üşüyən“ ocaq..
Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu . Peçin içindəki közərən od sönmək üzrə idi. Alovlanmaga can atan köz , yorulur , kömürə dönürdü.
– Fevralın qarlı , şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı , görəsən?
– Bu nədi belə , stolun üstündə mürəbbə , çörək , yag , pendir, soyulmuş yumurta ? Nələr oldu bu evdə ?
– Hər səhər yuxudan durub ocagı alışdıran , o əli qabarlı ata , ona kömək edən məktəbli , qaraşın oglan hardadılar görəsən?
– Anasına kömək edən , o uzun saçlı , nazlı qəmzəli qızcıgaz hanı bəs?
– Xəmir yogurub , üstünü baglayıb isti peçin yanına qoyan , hərdən gəlib, xəmirin gəlib – gəlməməsini yoxlayan o xanım hardadı bəs?
Bunlar hara getdi birdən – birə? Lap darıxdım.
– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
Ocaq yavaş – yavaş sönürdü. Közərən agacın içindən sanki göz yaşları süzülür , onu sönməsini tezləşdirirdi.
Üstündən bir neçə gün keçdi .
Deyəsən gələn var idi .
-Aha deyəsən qayıtdılar .
Yanılmışdı .
Həsrərlə qapıya boylandı .Burnuna tanış olmayan qoxu gəldi .
Budur evə yeni sakinlər gəldi .
– Ay aman, bunlar kimdi belə?
Nə səliqəsizdilər . Nə yaman bərkdən danışırlar . Deyəsən bayramlarıdı .İlahi , bu nədi belə?
Yaxınlaşıb peçin içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi . Nə qədər etsədə ocagı yandıra bilmədi .Hirslə peçə bir təpik vurub , öz dilində nəsə deyib , onu yerli dibli götürüb həyətə tulladı .Hikkəsi soyumadıgından zirzəmini açıb , onu zibil kimi ora necə atdısa , peç bir neçə yerdən zədələndi .
– O günlər harda qaldı ? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan ,qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldıgı günlər?
Atayla ogul onu ordan ehtiyyatla götürüb ,həyətin ortasında rəngləyərdilər , içinə quru odun yıgıb bir- iki gün ordaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər , ilk ocaqlarını çatardılar . Başına yıgışıb istisinə qızınardılar . Çox dogma idilər ona. Harda qaldı o günlər?
Zirzəmidə illərlə qalmaga məcbur oldu . Hərdən sevmədiyi zəhirmar yagan sifətlər gəlib zərblə qapını açar , nələrsə yıgıb gedərdilər . Təmizlik yagan zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər . Zirzəmidə ona xoş olmayan iylər bir – birinə qarışmışdı .
Həmişə yayda evin xanımı burdan gəlib bankaları çıxardıb , içərisini səliqə ilə doldurub gətirib yerinə yıgardı .
Qışda onun başına yıgışıb , o bankaları açıb elə ləzzətlə yeyərdilər ki..
İndi .. Bu nədi ,qıcqırmış şərab iyi , qapagı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
İllərdi bu acını ” yaşayan” peç artıq dözə bilmirdi .
İçində ocaq çatılmayan peç darıxmaga başlamışdı .Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi . Zirzəmidə mürgü vura – vura illəri bir – birinə calayırdı .

Bir neçə gündü çöldə eşidilən , yeri silkələyən səslər yavaş- yavaş azalırdı . Evin sakinlərinin səsi küyü kəsilmişdi . Yoxa çıxmışdılar deyəsən .
Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını , şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki . Zirzəmidə nə vardısa hamısını çölə yıgmışdılar . Bir tək ona əl vurmadılar . Nə yaxşı ki onu götürmədilər .
Və bir gün , həmın gün zirzəmin qapısı yavaşca açıldı . İçəri girən iki oglan onu qucaqlarına götürüb , dogma yerinə aparıb qoydular .
Yox bunlar köhnə sakinlər deyildi.Amma danışıq səsləri ona o qədər dogma gəlirdiki . Evin səliqəsi geri dönmüşdü .
– Aha , bu qaraşın oglan. Ocagı alışdırmaga çalışan qaragöz oglan . Həmən məktəbli , nə yaman dəyişib , əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
Ocagı sevgi ilə qalayıb , əvvəl peçi , sonra otagı qızdırdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə , ehtiyyatla toxunurdular .
Əsgərlər ocagın ətrafına yıgışıb əvvəl əllərini qızdırdılar , sonra qazan asdılar . Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan dogmalıq , ev sahiblərindən 30 ildi ayrı düşən “ üşüyən” ocagı isitməyə başladı .Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb , bir evi , bir eli isitdi .Alovun rəqs edə – edə yanıb , şölə saçdıgı o işıltı evə gözəl nəşə gətirdi .

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZİYADAR MÜKAFATI

ZİYADAR MÜKAFATI LAUREATLARI

“Ziyadar” mükafatı” — Azərbaycanda ədəbiyyat mükafatı. Yeni kitabların nəşrinə görə Yazarlar jurnalı tərəfindən verilən mükafat.
Ədəbiyyatşünas-alim Vüqar Əhməd “Ziyadar” Mükafatına layiq görülüb.
Ədəbiyyatşünas-alim, yazar Nargis “Ziyadar” Mükafatına layiq görülüb.
Səlim Abbaszadə “Ziyadar” mükafatına layiq görüldü.
Rizvan Fikrətoğlu Ziyadar mükafatına layiq görülüb.
Norveç kamuoyu ya doğru haber götüren Küçük Kahraman – FOTOGALER.
Şairə Mərziyə Sarvanın “Ayrı qalmışam” kitabının təqdimat və imza günü.
Etibar Həsənzadə. “Nurla gəldi Nurla yaşadı Nurla getdi” kitabının təqdimatı.
Zaur Ustac Balayar Sadiqə “Ziyadar” Mükafatın təqdim edir.
Zaur Ustac Gülşən Mustafaya “Ziyadar” Mükafatın təqdim edir.
AZƏRKİTAB – Etibar Vəliyevin KİTAB TƏQDİMATINDA.
Adil Cəfakeş Ziyadar mükafatına layiq görülüb.
Rizvan Fikrətoğlu Ziyadar mükafatına layiq görülüb.
Mövlud Ağamməd Ziyadar mükafatına layiq görülüb.
2018-ci ildən Ziyadar Mükafatı laueratları.
Pressaz.az xəbər verir ki, bu münasibətlə Telli Sənəm Borçalı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.

Tərtibatçı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI

“YAZARLAR”  JURNALI PDF

Yazarlar — Ədəbi-bədii, elmi jurnal. Jurnal 16 avqust 2007-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 30 noyabr 2010-cu ildən internet üzərindən pulsuz yayımlanır. 2017-ci ildən xüsusi buraxılışlr şəklində, 2020-ci ildən dövri olaraq nəşr edilir və ayda bir dəfə işıq üzü görür. Jurnalın təsisçisi və baş redaktoru Zaur Ustacdır.
Jurnalda publisistik məqalələr, araşdırmalar, hekayələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. “Yazarlar” jurnalı öz səhifələrində Azərbaycanın bütün bölgələrində yazıb-yaradan qələm sahiblərinə yer verir. Jurnalın məramnaməsinin məqsəd bölümündə qeyd olunub.
“Dağlar” (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə) Yazarlar jurnalının ilk xüsusi buraxılışı.
“Ana şeirləri” Yazarlar jurnalının doqquzuncu xüsusi buraxılışı.
“Dağlar – 200” (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə).
“Mübariz – 31” (Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı münasibəti ilə).
“Kərəmli – 700” (Şamaxılı memar Əliş Kərəmlinin anadan olmasının 700 illik yubileyi münasibəti ilə).
Ziyadar Mükafatı
Ustac Milli Mukafatı
Ziyadar medalı
Ustac medalı
Tel.: (070) 390 39 93 (012) 430 14 81
e-mail: zauryazar@mail.ru
Hüquqi ünvan: Azərbaycan, Bakı şəhəri, M. Xiyabani 14a.
Jurnal 16.08.2007-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2319 №-li reyestrlə qeydiyyatdan keçmişdir.

Jurnalda dərc olunmuş yazılar tam olaraq bədii təxəyyülün məhsuludur və müəlliflər məsuldur.

Tərtibatçı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALE YÜKÜNÜ DAŞIYAN QADIN-LEYLA YAŞAR

Leyla YAŞAR

Tale yükünü daşıyan qadın

Ah qadın,qadın ..
Qadın anadı, qadın bacıdı,
qadın həyat yoldaşıdı,bibidi ,xaladı,nənədi ..
Saymaqla bitməyən vəzifə daşıyan qadın.
Bax , o tində dilənən qadın, yaxşı – yaxşı bax zibil yıgan qadın ,eri tərəfindən döyülən qadın ,övladı tərəfindən atılan qadın,söyülən qadın ,pis yola düşən qadın …
Ah qadın ,qadın..
Mental dəyərlər zəncirində bogulan qadın.Ər evindən kəfənlə çıxacan deyə valideyinləri tərəfəfindən təhdid ediən qadın, ölsən də bu evə qayıtma camaat nə deyər deyə sinəsindən geri itələnən qadın, sahib çıxılmayan qadın ,namusumuzu kirlətdin deyib qardaşı tərəfindən öldürülən qadın …
Hələ gəl bir az da yaxından bax dostum, o qadın gecəsini gündüzünə qatıb çalışır .Bilirsənmi niyə ? Uşaqların saxlamaq üçün.Soruşacaqsan ki əri yoxdu? Var niyə yoxdu ki ? Fərsizin biridi,bu zülm çəkir ,o kef çəkir . Hələ o birinə bax əllərinin ,ayaqlarının agrısından ,zənbilini yerə qoyub oturub dincəlirki yenidən yoluna davam etsin .O ayrılıb yoldaşından ,alimentin ala bilmir.Eri deyir ki ,mənim pulum yoxdu ,canın cıxardı boşanmazdın.Demir ha , mən səni bezdirdim ,xəstə saldım ,
” öldürdüm” .Deməz axı..Qoy hamı günahı bu biçarədə görsün.hələ o xısın – xısın danışan qara donlu arvadlara bax .Əziliblər ,döyülüblər , sevgidən uzaq ” yaşayıblar” .İndi agıl verirlər ki ,sən də bizim kimi döz .Biz dözdük arvad olduq.Elə bilirsən bizim atamıza ,anamıza,söymüyüblər ,elə bilirsən yag içində böyrək kimi yaşamışıq? Qocaldıqca düzələcəlkər .Hamı da elə olur .Dözmək lazımdı bala.Elə bilirsən tək uşaq saxlamaq asandı? Adını qoruya biləcən? Agılını başına yıg qayıt evinə ,başını sal aşagı bir tikə çörəyini ye.
Niyə də ,niyə? Ölmək üçünmü doguldu bu qadın ?
Bax o qoca qadını çölə atıblar . 4 oglu var .Zülümlə ,əlinin qabarıyla ,danlaq götürə -götürə böyüdüb onları.Bu gün atıblar çölə. O tərəfdən narkotik çəkən qadına bax,onun yanındakı siqaret tüstülədənə bax, o tində adını pis yola yazdran o gözəl qadına bax..
O tərəfdən 3 körpə uşaqla ,uşaqların sayıdan çox zənbillə gələn o çəlimsiz qadına bax.
Sevgisiz yaşayan ,özünü şən göstərməyə çalışan ,deyib – gülən ,qəlbi qan aglayan qadına bax.
Boynunda qadınlıq damgasını asıb , bu adı nə olursa olsun qoruyub ,dogrultmaga çalışan o adı saxlmaq üçün yaşamaga məhkum olan qadın .
Bəxtsiz ,tale yüklü qadın..
Aglayıb göz yaşında bogulan qadın..
Qonşuda yenə aləm dəyib bir – birinə. Niyə? Heç er arvad araslnda olan şeydi.Erinin ixtiyarı var. Arvadı bu gün dırnagına lak çəkib ,bunu da qaynana görüb ogluna xəbər verib ki ,bunun ipini yıg .Bu gün lak çəkəcək ,sabah saçın rənglədəcək ,o biri gün pis yola düşəcək .Belələrin biz çox görmüşük bala. Görə – görə gəlirik.Bizim ixtiyarımız nə idi qapıdan başımızı çıxardaq.Nolub bəyəm,pis arvad olmuşuq ? Er də arvadını ” başa salır”.
Bax o biri evdə qız təhsil almaq istəyir.Hər gün içib gələn atanın qeyrət damarı tutub.Qız uşagı nədi ,oxumaq nədi? .Bax o birisində qızın sevdiyi oglan var.Qardaşı bilib ,gedib oglanın payını verib , gəlib bacısını ” başa salır” .
Gecə saat 2 – di ipə paltar sərən qadındı bax o gördüyün ,uşaqlar indi yatıb ,durub işini görür ,saat 6- da erini yola salmalıdı .
Bax gecə – gündüz o evdən aglaşma səsi gəlir.Ana oglunu şəhid verib .
Ah qadın,qadın…Gecələri aglayan,gündüzləri gülən qadın .Amansız qismətinin üzünə gülən qadın..
Zərif ad altında yaşayan qadın..
Adı qadın,əslində sonuncda arvad olan qadın ..Əli qabarlı ,üstü unlu ,gözü yaşlı qadın ..xoşbəxtlik axtarışında olan qadın ,səliqəli görsənməyə çalışan qadın ,bütün günü istər evdə ,istər işdə çalışan qiymətləndirilməyən qadın. gecələri yatmayıb təkbaşına uşaq saxlayan qadın, tərbiyə edən qadın .zülümlə yaşayan amma yaşadan qadın ,ev quran qadın ..Saymaqla bitməyən ,dəyərləndirilməyən ,
yazılmamış vəzifələr ..
Sevildiyini düşünüb xəyanət görüb ayrıla bilməyən qadın .Ayrılmaga gücü
çatmayan , itirməyə qorxan, yaxınlarının yaxın durmadıgı ,kişiyə olar deyə cəmiyyətin qınadıgı qadın..bəxtsiz qadın..
Bax indi bildinmi qadın öz tale yükünü öz zərif ,zəif çiyinlərində necə əzimlə ,şərəflə daşıyır ? Əzilərək ,döyülərək ,söyülərək,
alçaldırılaraq “yaşayır ” .
Qadınlarımızın qədrini bilək , onlarsız bu həyat heç nədi.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RUHUMUN QONAĞI- LEYLA YAŞAR

Leyla YAŞAR

RUHUMUN QONAĞI
Budur həyət darvazası açıldı. Boylanıram. Gecədi demək olar ki… Hərdən sərin hava üzümə dəyib geri qayıdır. Bir az külək var. Küləyin gətirdiyi cücülər dişləməmiş getmirlər. Onları qova – qova bir gözüm qapıda yerimdə qurcuxuram.
Aha, telefonun işigı yanır. Odu deyəsən. Axsam olanda Kürün qıragına gəzməyə gedir. Bir az hava alıb gəlir. Get gedə yaxınlaşır. Əlində çantası yavaş yavaş yellənir.
– Ay qızım, niyə yatmamısan, tək burda neynirsən?
Maman hanı bəs?
Çagır gəlsin dondurma almışam .
– Ay ata, indiyə mama qalar, çoxdan yatıb. Deyirəm gülürük.
Gəlib əynini dəyişib otururur .
Bir az nəfəs alıb, bir iki dittili öldürüb, uzanir divana.
Nə dondurması almısan, ay ata?
– Togruldan aldım, mamanın xoşu gələndəndi, şokaladlı.
Hə, onun payın qoyum soyuducuya, biz yeyək.
Arada pəncərədən mamamın səsi gəlir, Leyla kimlə danışırsan?
Dilim tutulur, cavab verə bilmirəm.
Üstündən bir az keçir. Oturub həmişəki kimi ata – bala dərdləşirik .
Mən suallar verirəm. O cavabarın: geniş, izahlı…
İnformasıya bazamız doludu bu gün. Çoxdandı görüşmürük axı .
Heç soruşmuram uşaqlar hanı ?
– yatıblar .
Bir az Yusifin diliylə danışırıq.
Deyirəm Yusif denən maşın , deyir ənn … deyib bərkdən gülür.
Səni yaman axtarır, ay ata. Deyirəm gələcək. Deyir o gələ bilmir. İnanmır gələsən .
Ortaya sükut çökür .
44 günlük müharibənin müzakirısinə başlayıram. Fikirləri mənə çox maraqlıdl. Sosial, siyasi, mədəni məsələlərin müzakirəsi bitmirki, bitmir.
Arada dayanıb, a qızım neysən, sən qarışma belə məsələlərə deyir.
Ay ata, elə bil agrımırsan ta?
Başın yelliyir.
Bir az keçir.
Çay içirsən? Təzə suyumizdan qaynatmışam, bəlkə kampot içəsən? Dil bogaza qoymuram. Yox heç nə lazım deyil. Bir az uzanım burda deyib planşeti əlinə alır. Bir az səhfələri çevirib, gözlərini qaranlıga zilləyir. İlqargil yatıb yəqin. Hə. İndiyə adam qalar?
Saat mürgü vurur. Əqrəbin neçənin üstündə dayandıgın seçə bilmirəm.
Bir az meh gəldi deyəsən. Dittili olmasa adam burda yatardı deyib gözünü yenidən planşetə yönəldir. O qapının işigi niyə helə yanır a qızım?
– nolub ki ay ata? Xarab olmuşdu Azad gəlib düzəltdi . Xarab olanda o gəlsə yaxşıdı.
Sükutu pozuram yenə – ay ata, Yusif səni yuxuda görür. Deyir dədə məni dindirmədi. Gülür yenə, denən nadinclik edirsən, səndən küsüb. Elə deyirəm, pis olur. Cıqa neynir ey? ( Aylin) Yusifi döymür? Yusiflə işiniz yoxdu ha! Yusif yaxşı oglandı! Bilsə gəlmisən sevindiyindən bilməz neynəsin. Bəlkə durguzum? Cavab vermir…
Sevdiyi sarı köynəyin geyib. Uzun uzadı üzünə baxıram. Ay ata, onu qoy o tərəfə gəlmişkən bir iki sual verim sənə. Ver, qulagım səndədi. Dayan ey, özün necəsən? – babatam ay ata. Sən yaxşı ol.
Hə saualını ver görək…
Hardaydın ay ata,hara getmişdin?
Elə bildik ölmüsən.sənə yas saxladlq. 10 ay keçib ay ata… bilirdik gələcən, inanmırdıq ölmüsən. Sən gedəndən hər şey qarış quruşdu. Hər gün sənlə dərdləşirəm. Gizlində aglayıram. Amma gəlmirsən. Yaxşı ki, gəldin. Sənlə bərabər çox şeylər getdi. Heç nə demədən, danışmadan qəfil getdin. Gecənin qaranlıgına bürünüb gözünü yumdun. Aparıb qoyduq torpagın altına gəldik. Tez tez ziyarətinə gedirik. Aglayıb, şəklinlə danışıb gəlirik. Yenə də səssizliq. Mən danışıram, o susur… Gecdi çıx yuxarı yat yerində, otaq sərin olar. Kondisioneri işlədirsiniz? Necədi soyudur? Yaxşıdı ay ata, yerin məlum.
Elza xalan necədi? Salam deyərsən? Haqqı çoxdu üsümdə. Bir ara ona da əziyyət verdim. Denən haqqın halal etsin.
Bibin necədi? Gəlib gedir? Yoxluyur sizi?
Mamanın toyuqları necədi? Yumurtlayır? Bişir Yusif yesin. Təzə çolpalar da alıb, ay ata. Bu arvad xoşu gəlir də əziyyət çəkməkdən, denən bax neynirsən.
Bəs ay qızım, maman kimlə qalır?
Gözüm dolur bu suala , indi mən səssiz qalmışam .
Ta gəlmisən ay ata, tək qalmaz. Tək niyə olur ki? Siz varsuz. Bizlə sən birsən ay ata, elə söz danışırsanki?
Bir az fikirə gedir. Düşünürəm, aha deyəsən təsir etdi. Qalacaq.
Gözüm yenə saatdadı. Saatın əqrəbi mürgülüyə – mürgülüyə 05 – in üstünə birtəhər gedib çatıb.
Sükutu o pozur. Qonşular necədi? Gəlib yoxluyan var sizi? – Hə ay ata, sagolsunlar.
Orxan necədi? İşləri necədi? –
Yaxşıdı. Sualdan yayınıram.
Mənə niyə verirsən bu sualları ay ata, sabah görəcən də hamını…
Dur çıxaq yuxarı mənim də yuxum gəldi ay ata, deyib özümü yuxulamış kimi göstərirəm. Bəlkə çıxa evə .
Şəhla xalan necədi?
– Yaxşıdı. Sənin yoxluguna çox pis olur, deyir sayan, axtaran o idi. Arxam dayagım getdi…
Bir iki sual da verir… cavablarım onu bir az hirsləndirsə də təmkinlə, dalıyca gedin ay bala, haqqımı yedirtmiyin deyir. Pis oluram, büruzə vermirəm.
Yaxşı mən gedim. Hara, ay ata? – deyib sanki hayqırıram…
Getməliyəm qızım . İşlərim var ..
Susur , soyuq gözlərində kədərlə ayaga qalxıb sagollaşır . Mamandan mugayat olun, Orxanla mehriban olun, Yusifi incitmə. Yusif yaxşı oglandı!
Son sözün deyib yox olur. Oturub key key baxıram. Divana. Saata, stola stula… yoxdu getdi… niyə saxlaya bilmədim deyib hönkürürəm. Niyə getdin ay ata?
Gözlərimi silib, yanımda mənə yuxulu – yuxulu baxan mamamla, Yusifi görürəm.
Ay mama, atam gəlmişdi, Yusif dədə gəlmişdi. Yazıqlar üzümə baxa baxa qalıb. Özümü topalayıb, üzümə su vurub, bayaqdan atamı keçirdə bilmədiyim evə keçirəm…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla YAŞAR

Leyla YAŞAR – yazar.

Leyla YAŞAR – İskəndərli Leyla Yaşar qızı 14 dekabr 1984- cü ildə Zərdab şəhərində anadan olub. BDUnun kitabxanaçılıq -informasiya fakultəsinin məzunudur. Zərdab Mərkəzi kitabxanasında işləyir. Müntəzəm olaraq dövri mətbuatda çıxış edir.

Tərtibatçı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

LEYLA YAŞARIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – HƏSRƏTİN İZİ İLƏ…

Leyla YAŞAR

Həsrətin izi ilə…

Uzanan , sonu bilinməyən bir yolu əlinə almışdı o bugün . Gedəcək, hey gedəcək , çatacaqdı o yol ayırıcına . 38 il bundan əvvəl ayrıldıgı o sevgi agacının altına . İllər öncə orda bir ömür qoyub gəlmişdi 12 illik sevgi ömürü . 17 yaşında , özüdə bilmədən , gözləmədən birdən – birə qıgılcımdan alova çevrilən adı dastan , özü həyat olan o sevgi 29 yaşında elə o agacın altındaca ümüd dolu bir yuxuya getmişdi .
67 illik ömrünün 12 ilini ömürdən gün sayırdı . Qalan ömürünü sadəcə nəfəs almışdı . 12 illik sevgisini yaşatmaq üçün .
Əlindəki taqətdən düşmüş əsanın torpagın bagrından qopardıgı naləyə qarışan , həzin layla kimi ətrafa illərin sevgisini yayan taqqıltısı qəsəbəni hüzun dolu bir sükuta qərq etmişdi .
Gedirdi , yox getmirdi qanadlanıb uçurdu . İllərdi yeriyə bilməyən ayaqları , əsa tuta bilməyən barmaqları ümüd çıragında isinmiş , sevgi bulagında yuyulmuşdu sanki .
38 il öncə bu qəsəbəni tərk etmişdi , etmişdi yox , tərk etməyə məcbur qalmışdı .
Müharibənin əsən yeli onu özüylə uzaqlara aparmışdı .
Son görüşünü xatırladı. Qovaq acagının altında üz – üzə dayanmışdılar. Gözlər danışır ,dillər susmuşdu. Kədər dolu , ümüdli ayrılıga qol çəkmişdilər o gün.
Xoşbəxt bir uşaqlıgı vardı . Sevgi dolu , hüzur dolu ailəsi , sevdiyi dostları , ən əsası qəlbinin başında yer ayırdıgı , İlknuru vardı .
Ata – anasının ömrü vəfasız oldu . Onu 18 yaşında ailəsiz qoydu . Evin tək oglu idi Ərturqut . Əziz – xələf , sevimli , sevgi ilə böyümüş , ətrafına nur saçan bir oglu .
Ata – anasının vaxtsız ölümü ona həyat dərsi oldu .
İstənilən vaxt ona arxadan zərbə vuracaq qədər qəddar olan bu həyatla dostlaşmaq məcburiyyətində qaldı . Amma yenə də həyat ondan amansız zərbələrini əsirgəmədi .
17 yaşında sevmişdi İlknuru . Yox , yox bu sevgi deyildi əslində .. Ərturqut üçün yeni dogan günəş idi . Sevgi mələyini bulaqda görüb bəyənmişdi Ərturqut . Bulagın saf sularına daha da gözəllik qatan , ürkək baxışlarıyla həyatdan qorxan , amma mübarizə aparmaga hər an hazır olan bu mələyi xatırladırdı İlknur . Ərturqut – qismətimi ilahi yer üzünə endirdi deyə , İlknuru öz həyat yolunun sakininə çevirmişdi .
Ruh əkizi saydıgı İlknuru bir neçə il izləmiş , qəlbində daşıdıgı , nura boyanmış , gözəlliklərə bürünmüş sevgisini etiraf etməyə cürəti çatmamışdı . Və bir gün ..
Özüylə kasıb , çətin tələbəllik illəriylə birgə daşıdıgı sevgisi ilə özündə cürət tapıb İlknurun qəlbinə bir uzun , möhkəm körpü salmaq qərarına gəldi . Tələbə , miskin , İlknura olan münasibətilə özünü dünyanın bəxtəvəri sayan Ərturqut utana – utana da olsa ona qəlbinin açarını verdi . O gün bu gün o açarı geri almadı , daha dogrusu almaq fikirinə düşmədi . O böyük sevgi 12 il sürdü.
İlknurun təhsili , ailəsində ard- arda yaşanan faciələr onların bir birinə baglanan sevgisini rəsmiləşdirilməsi yolunda qara tikana çevrildi .
Nişanlı cütlük toy xəyallarına qərq olarkən , müharibə qartal kimi şıgıdı . Ərturqutu ondan cismən ayırdı.
Çatır artıq , tanıdı , həmən agac . Qocalıb heydən düşmüş , budaqları sınmış , amma onların sevgilərini özündə bir əmanət olaraq saxlayan sevgi agacı . Adlarını yazdıqları qovaq agacı .. Dayanıb nəfəs aldı . Agaca yaxınlaşdı , heysiz qollarıyla onu qucaqladı , yox bu dəfə aglamayacaq .
Budur Ərturuqutu İlknurdan ayıran müharibə geri vermişdi . Bəs gəncliyini, məhv olmuş o gözəl həyatını da qaytara biləcəkdimi?
Müharibə , sonra əsirlik həyatı Ərturqutun beynindən , qəlbindən , ən əsası ruhundan İlknuru qopara bilməmişdi . İlknuru İlknursuz sevmişdi .
Ailə qurmayan Ərturqut qovaq agacına öz acı həyat hekayəsini danışırdı . Yoldan keçən bir agsaqqal onun agılında problem oldugunu düşünüb ona yaxınlaşdı .
Ag saç – saqqal içində nurani sifəti görsənən Ərturqutu görən kimi tanıyan Əlisahib kişi onu qucaqlayıb içini çəkə – çəkə agladı .
– İlknura gəldim , Əlisahib qardaş ! Onu bircə dəfə görə bilsəydim.
Əlisahib hönkürdü .
Tale bizə çox agır zərbə vurdu , Əlisahib qardaş . Bilmirəm bəlkə də həyatda deyil , amma inanıram ki onun sevgisi bax buradadı , agacın köksündə .
Əlisahib aram – aram danışmaga başladı.
– İlknur sən gedəndən sonra hər gün bu agacın altına gəlirdi . Hamı onu bura gələndə şaqqanaq çəkib gülən , gedəndə aglayan görürdü . İllərlə bu agacı özünə sirdaş bildi .
Səndən heç bir xəbər olmadıgını görən cavanlar elçilərini elçi daşının üstündə oturdurdular . Amma İlknur səni gözlədi , ailə qurmadı .Geri dönəcək deyib gördüyün o təpəyə hər gün çıxıb , saatlarla səni gözlədi . Aglamaqdan o gözəl gözləri tutuldu . Bilirsən
nə deyirdi?
– Bir gözki Ərturqutu gözləməyə mənimlə yoldaşlıq etmədi , onun dünyanı görüb – görməməsi mənə lazım deyil . Bəxtiqara İlknurun alın yazısı burada bitdi .
Sənsiz sənli dünyasına gözlərini əbədi yumdu .
Aglamaqdan gözləri şişmiş Ərturqutun son sualı ;
– Məzarına gedə bilərik?
Əlisahibin cavabı onu yerlə – yeksan etdi . Sən onun məzarına gəlmisən , Ərturqut .
– Bax , bu agac onun başdaşıdı . Onu burada dəfn etdik . Öz istəyi idi . Ərturqut mütləq bura gələcək deyirdi .
Torpagı qucaqlayan 67 yaşlı Ərturqut ömrünün qoruyub saxladıgı gözəl , mənalı , sevgi dolu illərini sevgi mələyinin yanında dəfn etdi . Əlisahib kişiyə çeviriilib :
– Mən öləndə məni də burada basdırın dedi.
-Qoy buradan keçən cavanlar bilsinlər ki dastana çevrilən nakam sevgilər bu həyatın qurbanlarıdı . Hər qovuşmayan sevgi arxasında bir həsrət izi buraxır.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALININ NOYABR SAYI İŞIQ ÜZÜ GÖRÜB

Yazarlar jurnalının noyabr sayı şanlı Zəfərimizə həsr olunb.
BU  SAYIMIZDA:
Baş  redaktordan………………………………………3
Sona Abbasəliqızı (İsmayılova). Məhəbbətin gücü..4
Zaur Ustac. O şeiri bir də söylə Ərdoğan…………..9
Qismət Tağıyev. Bədbəxt……………………………19
Səma Muğanna. Tanrı əmanətinin göz yaşları……47
Ülvi Aydın. Şeirlər…………………………………….50
Nuranə Rafailqızı. Şeirlər……………………………52
Aytac İbrahim. Altıncı sinifdə oxuyurduq………….58
Boluslu Anar Əlioğlu. Şeirlər……………………….60
Aqşin Hacızadə.Şeirlər…………………………….63
Samir Mustafayev. Şeirlər………………………….67
Mövlud Ağamməd. Şeir……………………………70
Əsgər Ordubadlı. Şeirlər……………………………72
Zaur Ərmuğan. Şeirlər…………………………….75
Zaur Ustac. Şeirlər………………………………….81
Şahnaz Şahin. Səmimi söhbət…………………….87

Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları!  Bizim yalnız bir məqsədimiz  var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada  məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit,  dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93 
“YAZARLAR, ANCAQ YAZARLAR…”  © YAZARLAR
Texniki redaktor: Tuncay ŞƏHRİLİ
TUNCAY ŞƏHRİLİNİN YAZILARI
“YAZARLAR”  JURNALI PDF
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru